Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-560/2024 08.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X1 ünvan 1 ünvanına pasport qeydiyyatlarının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən 22/54 saylı evin, 37-ci mənzili mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Ailəsinin (həyat yoldaşının) xəstəliyi ilə əlaqədar onun müalicəsi üçün mülkiyyətçisi olduğu mənzili satıb, Sumqayıt Boru Prokat zavoduna məxsus bağ sahəsində tikilmiş fərdi evə köçmüşdür. Artıq 7 ildir ki, sözügedən ünvanda qızı ilə birlikdə yaşayır. Boru Prokat zavoduna məxsus bağ sahəsində tikilmiş fərdi evə görə hüquqmüəyyəncdici sənədlər yoxdur. Bu səbəbdən də yaşadığı fərdi evə o və xx.xx.2006-cı il təvəllüdlü qızı X2 qeydiyyata düşə bilmir. Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 22/54, mənzil 37 satıldıqdan sonra o və qızı Sumqayıt şəhər Polis İdarəsinin üzərinə yəni, ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. İşlədiyi 3 saylı Sumqayıt tam orta məktəbdən bu yaxınlarda arayış alarkən məlum olmuşdur ki, qızına və ona məxsus şəxsiyyət vəsiqələri etibarsızdır və Sumqayıt şəhər Polis İdarəsinin üzərindən pasport qeydiyyatından çıxarılmışdır. Beləki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Şəxs yaşayış yerini dəyişdikdə, başqa ölkədə yaşayış yeri seçdikdə, azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyata alınmaq üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə və əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. O və qızı Sumqayıt şəhər Pİ-nin üzərinə qeydiyyata alındıqdan sonra bu qanunun 9-cu maddəsində sadalanan hallar baş verməmişdir (iddiaçılara münasibətdə). Qızı orta məktəbi bu il bitirəcəkdir. Ali təhsil üçün şəxsiyyət vəsiqəsi etibarlı halda tələb olunur. Hal-hazırda qızının şəxsiyyət vəsiqəsi etibarsızdır və qeydiyyatı ləğv olunmuşdur. Qeyd edilənlərə əsasən hesab edir ki, onun və azyaşlı xx.xx.2006-cı il təvəllüdlü qızı X1 ünvan 5 ünvanına pasport qeydiyyatının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 30 noyabr 2023-cü ildə məhkəmə iclasında iddiaçı bildirmişdir ki, hazırda özü qeydiyyata alınmışdır, qızı isə qeydiyyatsızdır. Bundan sonra məhkəmə tərəfindən müvafiq sorğu edilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində göstərilir ki, yalnız yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyata alınır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmə iclasında özünün qeydiyyata alındığını qızının isə qeydiyyatsız olduğunu bildirmişdir. Məhkəmə tərəfindən müvafiq sorğu edilmiş, iddiaçı sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ünvan 6 ünvanında qeydiyyatda olmuşdur, xx.xx.2023-cü il tarixdən hal-hazıradək ünvan 7 ünvanında qeydiyyatdadır. X2 xx.xx.2021-ci il tarixdən hal-hazıradək ünvan 5 ünvanında qeydiyyatdadır. (Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-58/2- 56611/23 saylı məktubu) Bu halda iddiaçının və onun qızının faktiki olaraq qeydiyyat ünvanları olduğu üçün məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-560/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-560/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver