Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-561/2020 28.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Samur Gömrük Postuna qarşı “müvəqqəti saxlanca götürülmüş malların iddiaçıya qaytarılması, ödənilmiş vəkilin haqqı olan 2000 manat və çəkdiyi yol xərcləri olan 40 manat, ümumilikdə 2040 manatın iddiaçıya ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Samur Gömrük Postuna qarşı “Azərbaycan Respublikası Dövlət Gömrük Postunun vəzifəli şəxs X1 tərtib etdiyi Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx xxxxxx 2019-cu il tarixli **********00255 saylı akta əsasən edilən hərəkətlərin qanunsuz hesab edilməsi, müvəqqəti saxlanca götürülmüş malların iddiaçıya qaytarılması, ödənilmiş vəkilin haqqı olan 2000 manat və çəkdiyi yol xərcləri (benzin) olan 40 manat, ümumilikdə 2040 manatın iddiaçıya ödənilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 82.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz. Aşağıda göstərilənlərə əsasən iddiaçı hesab edir ki, gömrük orqanının vəzifəli şəxsinin hərəkəti qanunsuz olmaqla saxlanc yerinə götürülmüş mallar iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Samur Gömrük Postunun vəzifəli şəxsi X1 tərtib etdiyi Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx xxxxxx 2019-cu il tarixli **********00255 saylı akta əsasən Hyundai markalı avtomobil üçün nəzərdə tutulmuş işlənmiş: bufer, fara, arxa baqaj qapısı və bufer altlığı olan mallar 40 gün müddətində müvəqqəti saxlanca götürülmüşdür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214-cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. Belə ki, iddiaçının şəxsi istifadəsində olan Hyundai Tucson minik markalı ** UP *** dövlət nişanı olan avtomobilin təmiri üçün zəruri olan 42000 (qırx iki min) rubl (qoşmada qəbz), gətirilən günün məzənnəsinə əsasən 1150 (bir min yüz əlli) manat dəyərində ehtiyat hissələri Rusiya Federasiyasından gətirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli 305 nömrəli qərarının 2-ci bəndinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası müəyyən edilmişdir. Həmin bəndə əsasən bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar (2.1.1. səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar) istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar fiziki şəxslər tərəfindən təyinatı istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Buna baxmayaraq gömrük orqanının vəzifəli şəxsi AR NK-nin 305 saylı qərarını əsas gətirsə də, lakin konkret olaraq, tərəflərindən gətirilmiş malların güzəştli qaydada gömrük sərhədindən keçirilməsinin məhz hansı əsasa görə mümkün olmadığını əsaslandırmamış və qanunsuz şəkildə müvəqqəti saxlanca aparmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 6.3-cü maddəsinə əsasən, gömrük orqanlarının fəaliyyəti qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizamintizam prinsiplərinə əsaslanır. Göründüyü kimi Gömrük orqanlarının qanunsuz hərəkətləri Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Konstitusiyasının 12-ci maddəsinin 1-ci hissəsində deyilir: “İnsan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində X6 dindirilmiş, izahatına bildirmişdir ki, İddiaçı onun əmisidir, maşını üçün ehtiyat hissələrinin gətirilməsində əmisinə köməklik etmişdir. Avtomobili etibarnamə əsasındaİddiaçı idarə edir. Gətirilən mallar avtomobilin təmiri üçün zəruri olan ehtiyat hissələridir, kommersiya və ya istehsal məqsədi daşımır. Cavabdeh məhkəmə iddiya münasibət bildirməmiş, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iddiaya cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli 2-1(118)-561/2020 saylı sorğusuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında” Əsasnamə və Azərbaycan Respublikasıın Dövlət Gömrük Komistəsinin strukturu” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 7.3-cü maddəsinə əsasən və yuxarıda qeyd olunan Əsasnamənin 5.6.3-cü yarımbəndinə əsasən Komitənin strukturuna daxil olan ərazi gömrük idarələri, o cümlədən Şimal Ərazi Baş Gömrük İdarəsi Dövlət Gömrük Komitəsinin təsdiq etdiyi əsasnamə əsasınd fəaliyyət göstərir. Belə ki, Şimal Ərazi Baş Gömrük İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturu”nun 2.1.2-3 –cü yarımbəndinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il 100/02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin struktruna daxil olan ərazi gömrük idarəsidir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən Baş İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Görük Məcəlləsini, qanunlarını, Azərbaycan Respublikasının 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət” haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Komitənin və Baş İdarənin Əsasnamələrini rəhbər tutur. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən Baş İdarə qanunvericiliyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” Gömrük Postu Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postu haqqında Əsasnamə”nin 1.1.-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin struktur bölməsidir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən Post öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Görük Məcəlləsini, qanunlarını, Azərbaycan Respublikasının 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət” haqqında Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfda çıxdığı beynəlxalq müqavilələri, Komitənin, Baş İdarənin və Postun Əsasnamələrini rəhbər tutur. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən post qanunvericiyə uyğun olaraq istifadəsində olan dövlət əmlakına, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürə , müvafiq ştamplara və blanklara malikdir. Əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin strukturu” və “Azrbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi haqqında Əsasnamənin”, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il 100/02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” Gömrük postu haqqında Əsasnamənin” təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 82-ci maddəsinə əsasən: 82.1. Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər. 82.2. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz. 82.3. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir. 82.4. Gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bu Məcəllənin 84-cü maddəsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında müəyyən edilmiş hallar istisna olmaqla, gömrük nəzarətinin bu Məcəllənin 92.2-ci maddəsində göstərilən bütün formalarından istifadə etmək hüququna malikdirlər. 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdırılan qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir. 82.6. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılardakı malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxs həmin malları gömrük sərhədindən keçirən şəxsə bu barədə müvafiq normativ hüquqi aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks etdirən protokolun surətini verməlidir. 82.7. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılarda nəzərdə tutulmayan malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 299.1-ci maddəsinə əsasən Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214-cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər. Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2015-ci il tarixli Fərmanının 1-ci hissəsinə əsasən, fıziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10.000 ABŞ dollar ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fıziki şəxsə görə əlavə 2.000 ABŞ dollar ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksiz mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olunmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 714 nömrəli Fərmanı ilə «Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2015-ci il tarixli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən, gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. Həmin Məcəllənin 224.4-cü maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır. Həmin Məcəllənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 499 saylı Fərmanının 28.4-cü maddəsinə əsasən Məcəllənin 224.4cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir. Həmin Fərmana əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 305 saylı xx.xx.2013-cü il tarixli qərarla “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.1.2-ci bəndinə əsasən isə bu qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, fiziki şəxslər Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan malları güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhəddindən keçirilə bilər. Hazırki iş üzrə Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair aktda Hyundai üçün ehtiyat hissələrinin müvəqqəti saxlanca götürülməsi üçün əsas AR NK-nin 305 saylı Qərarı göstərilsə də sözügedən ehtiyat hissələrinin kommersiya və ya istehsal məqsədli olmasına dair hərhansı sübut göstərilməmişdir. Cavabdeh inzibati orqan iddiya münasibət bildirməmiş, məhkəmə iclaslarında iştirak etməmiş, qəbul etdiyi qərarın hüquqi əsasları ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan avtomobil ehtiyat hissələrinin ölkəyə kommersiya və ya istehsal məqsədli ilə gətirilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaAzərbaycan Respublikası Dövlət Gömrük Postunun vəzifəli şəxs X1 tərtib etdiyi Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx xxxxxx 2019-cu il tarixli **********00255 saylı akta əsasən edilən hərəkətlər qanunsuz hesab edilməli, müvəqqəti saxlanca götürülmüş mallar iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın ödənilmiş vəkilin haqqı olan 2000 manat və çəkdiyi yol xərcləri olan 40 manat, ümumilikdə 2040 manatın iddiaçıya ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. İddiaçı çəkdiyi yol xərcləri olan 40 manat tələb etsədə bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Vəkilə ödənilən 2000 manat ilə bağlı sübutlar məhkəməyə təqdim edilsədə, məhkəmə hesab edir ki, iddianın həcmi və mürəkkəbliyi vəziyyəti nəzərə alınaraq 700 manat pul vəsaitinin cavabdehdən tutulması ədalətli hesab edilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Postunun vəzifəli şəxs X1 tərtib etdiyi Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx xxxxxx 2019-cu il tarixli **********00255 saylı akta əsasən edilən hərəkətlər qanunsuz hesab edilsin, müvəqqəti saxlanca götürülmüş mallar iddiaçıya qaytarılsın. Ödənilmiş vəkilin haqqı olaraq 700 manat Azərbaycan Respublikası Dövlət Gömrük Postundan tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-561/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-561/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver