Məhkəmə qərarları › İş №2-1(118)-561/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-561/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-561/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “X7 və X2 ona məxsus ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Quba şəhəri, Vaqif küçəsi 41Q-də yerləşən 16 saylı mənzil xx xxxx 2020-ci il tarixli, ********** saylı çıxarışla İddiaçı məxsusdur. İddiaçı ona məxsus mənzildən X2 və X6 qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli, 146-25890M-3221 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. X2 və X7 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində dəvət olunmuşlar. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış evini X4 Quba rayon notariat kontorunda təsdiq olunmuş xx xxxx 2020-ci il tarixli AN-İ№ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin evə onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində Dövlət qeydiyyatına alınaraq, adına AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Əİ-dən xx xxxx 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış alınmışdır. Yaşayış evini aldıqdan sonra əvvəlki sahiblər evi tərk edərək ona təhvil vermişlər. 2020-ci il avqust ayında ona məlum olmuşdur ki, evi aldığı əvvəlki mülkiyyətçisi X7 və ümumiyyətlə tanımadığı digər cavabdeh X5 ona məxsus yaşayış evində qeydiyyatdadırlar. O, yaşayış evini aldıqdan sonra cavabdeh F.Zeynalovu görməmişdir. Eşitdiyinə görə X7 Bakı şəhərində və X1 Federasiyasının Moskva şəhərində yaşayırlar. Lakin onlarla heç bir əlaqəsi yoxdur. Belə ki, cavabdehlərin daimi yaşayış yeri olmaqla başqa ünvanda yaşayırlar, Cavabdehlər, o həmin evi alan vaxtdan evi boşaltmışlar və onun evi ilə heç bir əlaqələri olmamışdır. Cavabdehlər X7 və X5 ona məxsus yaşayış evində pasport qeydiyyatında olduqları üçün o öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehlərin ona məxsus yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi məhkəmə qaydasında həll olunmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmiş, onun nümayəndəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclası cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Quba şəhəri, Vaqif küçəsi ev 41Qdə yerləşən 16 saylı mənzil İddiaçı məxsusdur. İşə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı yuxarıda adı qeyd olunan mənzili X4 almışdır. Həmin müqavilənin 13-cü bəndində X7 xx xxxxxx 2020-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli arayışda həmin mənzildə iddiaçı ilə yanaşı X2 və X6 da qeydiyyatda olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 146-25890M-3220 saylı məktubu ilə müəyyən olunur ki, iddiaçı X2 və X6 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Quba şəhəri, Vaqif küçəsi 41Q ünvanında yerləşən 16 saylı mənzil xx xxxx 2020-ci il tarixli, ********** saylı çıxarışla İddiaçı məxsusdur. İddiaçı həmin mənzili notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 almışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışda həmin mənzildə iddiaçı ilə yanaşı X2 və X6 da qeydiyyatda olduğu qeyd olunmuşdur. Yuxarıda adı qeyd olunan alqı-satqı müqaviləsinin 13-cü bəndində X7 xx xxxxxx 2020-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı ona məxsus mənzildən X2 və X6 qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli, 146- 25890M-3220 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina məktubunda üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtinasının səbəbi kimi qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarının mümkün olacağını bildirmişdir. Beləliklə cavabdeh imtinasında üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün iki əsas irəli sürmüş: 1) yaşayış sahəsindən çıxarılma və ya 2) yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı sözügedən mənzili X4 notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin müqavilənin 13-cü bəndində X7 xx xxxxxx 2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq X7 həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Eyni zamanda mənzilin qeyd olunan alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmasına baxmayaraq həmin mənzildə qeydiyyatda olan X5 da həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Halbuki həmin şəxslərin sözügedən əmlaka hər hansı bir hüquqları mövcud deyildir və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Bu halda qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə qətnaməsinin olması tələb olunmur. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müracitəinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X6 və X2 ünvan 4 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X6 və X2 ünvan 5 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar