Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-561/2022 17.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 iştirakı ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt regional ərazi şöbəsinə qarşı “cavabdeh X10 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 18 noyabr 2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və oğlu X2 01 fevral 2019-cu ildə ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və İZ formalı aktın (İstehsalat zədəsi aktının) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Sumqayıt regional ərazi şöbəsinə qarşı iddia qaldıraraq “cavabdeh X10 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 18 noyabr 2021-ci il tarixli imtinası qanunsuz hesab edilməsi və oğlu X2 01 fevral 2019-cu ildə ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və İZ formalı aktın “(İstehsalat zədəsi aktının) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,
1. iddiaçının oğlu X8 27.11.2018-ci ildə Sumqayıt Texnologiyalar Parkında “Yarımstansiyalara xidmət sahəsi”ndə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. O, 01.02.2019-cu ildə işdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Belə ki, onun işlədiyi Sumqayıt Texnologiyalar Parkı Bakı-Quba yolunun yanında yerləşir və yolun o biri tərəfindən yarımstansiyada sayğac göstəricilərini mütəmadi yoxlayır və onları qeydiyyat kitabına salırdı.
2. Oğlu 2 gün axşam saat 20.00-dan növbəti gün 08.00-a qədər, 2 gün isə saat 08.00-dan növbəti gün 20.00-a qədər işləyirdi. Hadisə baş verən zaman onun iş vaxtı saat 20.00-dan növbəti gün 08.00-a qədər idi.
3. Oğlu işə gedərkən və işdən çıxarkən şirkətin verdiyi giriş-çıxış kartından istifadə edirdi. Həmin kartı yoxlama aparatına vuraraq şirkətə daxil olurdu və işdən çıxarkən də həmin aparatdan istifadə edirdi.
4. 01.02.2019-cu ildə o, saat 21.20-21.30 radələrində yolun əks tərəfinə keçib yarım stansiyasında sayğac göstəricilərini yoxlamış və onları yazıb geri - şirkətə qayıdarkən 21.40 radələrində qarşıdan gələn nəqliyyat vasitəsi onu vurmuşdur.
5. Sumqayıt Şəhər Məhkəməsinin 13.06.2019-cu il tarixli, 1(060)-268/2019 saylı hökmü ilə X6 AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
6. Oğlu P.Musazadə iş zamanı bədbəxt hadisə səbəbindən ölsə də işlədiyi "xxxx" MMC “istehsalat zədəsi” aktı tərtib etməmişdir. Oğlunun vəfatından sonra "xxxx" MMC rəhbərliyi övladının ölümünü gizlətmək məqsədilə həyat yoldaşı X7 müəssisədə 4 ay müddətinə işə qəbul etmiş və ona hər ay 360 manat əmək haqqı ödəmişlər. Cavabdeh təşkilat sonradan ştat ixtisarını bəhanə gətirərək həmin pulu ona ödəməkdən imtina etmişdir.
7. Əslində isə "xxxx" MMC rəhbərliyi oğlunun ölümündən sonra iddiaçı ilə belə razılaşmışdır ki, guya ömürlərinin sonuna qədər hər ay 500 manat kompensasiya ödəyəcəkdi. Lakin şirkət vədinə xilaf çıxaraq ödənişdən imtina etmişdir.
8. İddiaçı oğlu X2 01 fevral 2019-cu ildə ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və “İz” formalı aktın verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir.
9. Cavabdeh 18 noyabr 2021-ci il tarixli məktubla müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddianın hüquqi əsasları:
10. Cavabdeh imtinasında göstərib ki, həyat yoldaşı R. Aydınova "xxxx" MMC-ə qarşı X1 ölümü ilə bağlı “İZ formalı aktın verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin iş № 2(060)- 5723/2021 saylı qətnaməsi ilə “İZ” formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
11. Bununla əlaqədar cavabdeh göstərmişdir ki, Əmək Məcəlləsinin 15-ci maddəsinin 4- cü bəndində qeyd olunduğu kimi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz.
12. Göründüyü kimi, cavabdeh sadəcə Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə istinad etmişdir. Halbuki Sumqayıt şəhər Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçının oğlu X3 ölümü X10 Xidməti tərəfindən istehsalatda baş verən bədbəxt hadisə hesab olunmadığından müvafiq təhqiqat komissiyası yaradılmamış, təhqiqat aparılmamış, akt tərtib edilməmiş və cavabdeh təşkilatın “İstehsalat zədəsi” formalı aktı tərtib etmək öhdəliyi yaranmamışdır
13. Məhkəmənin tövsiyəsini nəzərə alaraq iddiaçı oğlunun ölümünün bədbəxt hadisə kimi qiymətləndirilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Çünki Sumqayıt şəhər Məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, P.Musazadə ilə baş vermiş bədbəxt hadisə iş vaxtından sonra müəssisənin ərazisindən kənarda baş verdiyindən və onun əmək funksiyalarının icrası ilə bağlı olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən X10 Xidməti tərəfindən təhqiq edilməmiş və istehsalatda baş verən bədbəxt hadisə hesab olunmamışdır.
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
15. Həmin maddənin 2-ci hissəsinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.2-ci bəndinə əsasən, işçilərin səhhətinin pozulması əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən təhqiq edilməlidir.
17. Qaydaların 1.7-ci bəndinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X10 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X10 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar ittifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir.
18. Qaydaların 1.8-ci bəndinə əsasən, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir.
19. Qaydaların 2.1-ci bəndinə əsasən, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X10 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X10 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır.
20. İşin hallarından məlum olur ki, oğlum iş vaxtı əmək vəzifələrini yerinə yetirərkən yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. O, evə gedərkən deyil, məhz əmək vəzifələrini yerinə yetirərkən, yolun əks tərəfində olan yarımstansiyada sayğacları yoxlayıb qayıtdıqdan sonra yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Buna görə də hadisə bədbəxt hadisə kimi qiymətləndirilməli və İZ formalı Akt verilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, İddiaçı həyat yoldaşı X9 cavabdeh "xxxx"MMC-yə qarşı “İZ” formalı aktın (istehsalat zədəsi) verilməsi tələbinə dair iddia ərizısi üzrə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 16.09.2021-ci il tarixli İş № 2(060)- 5723/2021-ci il tarixli qətnaməsi ilə R.Aydınovanın cavabdeh "Sumqayıt Texnologiyalar Parkı”MMC-yə qarşı oğlu X1 ölümü ilə bağlı “İZ” formalı aktının “(İstehsalat zədəsi aktının) verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həyat yoldaşı X4 oğlu X1 01,02.2019-cu il tarixdə "xxxx" Məhdud Məduliyyətli Cəmiyyətində işlədiyi vaxt baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı İZ formalı aktın verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı müraciətlərinə X10 Xidmətinin Sumqayıt regional baxılmışdır. Bununla əlaqədar aparılmış araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və sənədlərdən məlum olmuşdur ki, P.Musazadə ilə cəmiyyət arasında 22.01.2019-cu il tarixdə əvəzçilik üzrə müddətli əmək müqaviləsi bağlanaraq Texniki dəstək departamentinin Energetika şöbəsinin Yarımstansiyalara xidmət sahəsinə 3-cü dərəcəli elektrik montyoru işinə qəbul edilmiş və iş saatları əmək müqaviləsinin 4.17ci bəndinə uyğun olaraq 18:00-dan 21:00-a kimi müəyyən edilmişdir. P.Musazadə ilə bağlanmış əvəzçilik üzrə müddətli əmək müqaviləsinə uyğun olaraq işə gəlib-getmək üçün nəqliyyatla təmin edildiyi, onun iş rejimi nəzərə alınaraq saat 21:15- 21:20-də hərəkətə başlayan nəqliyyat vasitəsilə getməli olduğu, lakin bəzi hallarda İşçinin öz seçiminə əsasən kənar nəqliyyat vasitəsilə hərəkət etdiyi, 01.02.2019-cu il tarixdə iş yerini vaxtında tərk etsə də cəmiyyət tərəfindən ayrılmış nəqliyyat vasitəsindən istifadə etmədiyi cəmiyyətin məlumatında bildirilmişdir. Cavabdeh bildirir ki, cəmiyyətin məktubunda P.Musazadənin 01.02.2019-cu il tarixdə saat 21:00-da iş vaxtı bitdiyi üçün "xxxx" MMC-nin ərazisini tərk etdiyi, işlədiyi ərazinin qarşısından keçən Bakı-Quba şossesinin 37-ci kilometrində təxminən saat 21:40da baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi, hadisənin müəssisənin ərazisindən kənarda, iş vaxtından sonra baş verdiyi, bu halın onun əmək funksiyasının icrası ilə bağlı olmadığı qeyd edilmişdir. Qeyd olunanalara əsasən P.Musazadə ilə baş vermiş bədbəxt hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən istehsalatda baş verən bədbəxt hadisə hesab edilmədiyindən X10 tərəfindən təhqiq edilməmişdir. Belə ki, qeyd olunan qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Bu qaydaların 2.1-ci bəndinə əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X10 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X10 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Qaydaların 2.5-ci maddəsinə əsasən Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. Qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Bədbəxt hadisənin təhqiqat materialları İZ formalı aktla birlikdə bədbəxt hadisənin qeydə alındığı müəssisədə 45 il müddətində saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, oğlu X2 01 fevral 2019-cu ildə ölməsi hadisəsinin bədbəxt hadisə kimi qiymətləndirilməsi və İZ formalı aktın verilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydasının : 1.8-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. 2.5-ci bəndinə əsasən Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 2.6-cı bəndinə əsasən Təhqiqat komissiyası İZ formalı aktın işəgötürən tərəfindən düzgün tərtib olunmadığını müəyyən edərsə, onun yenidən tərtib edilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi cavabdeh inzibati orqanın İZ formalı aktın verilməsi kimi səlahiyyəti və öhdəliyi yoxdur. İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının həyat yoldaşı R. Aydınova "xxxx" MMC-ə qarşı X1 ölümü ilə bağlı “İZ formalı aktın verilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin iş № 2(060)-5723/2021 saylı qətnaməsi ilə “İZ” formalı aktın verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdeh inzibati orqanın iz formalı aktı vermək səlahiyyəti olmadığına görə hazırkı iddia mümkün hesab ediə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev