Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5610/2025 04.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya 06 aprel 2021-ci il tarixdən etibarən müddətsiz 2- ci qrup əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı oktyabr 2000-ci ildə Şamaxı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir və xx.xx.2001-ci il tarixdə sağlamlığının pozulması səbəbindən hərbi xidmətdən ehtiyyata tərxis edilmişdir. 1717 saylı, 16 noyabr 2001-ci il tarixli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) qərarı əsasında "Sagtərəfli zəif hemiparezlə və sol uzaqlaşdırıcı sinirin parezi ilə nəticələnmiş keçirilmiş qapalı kəllə-beyin travmasından, baş-beyin əzilməsindən (xx.xx.2001-ci il) sonrakı əlamətləri. Mərkəzi sinir sisteminin funksiyasının mülayim pozulması ilə" diaqnozu ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. Bu hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır deyə MHHK-nın qərarında qeyd olunmuşdur. Bundan sonra, həkim komissiyasından keçirilmiş və 28 yanvar 2002-ci il tarixli müayinə aktı əsasında ona 3-cü (üçüncü) qrup əlillik dərəcəsi verilmişdir. Həmin vaxtdan etibarən 2010-cu ilin 05 aprel tarixinədək hər il tibbi müayinələrdən keçərək 3-cü qrup əlil hesab olunmaqla əlillik pensiyası almışdır. Lakin 05 aprel 2010-cu i! tarixində sağlamlığının pozulmasında ağırlaşma nəzərə alınaraq Həkim Komissiyasının qərarı ilə ona 2-ci (ikinci) qrup əlillik dərəcəsi verilmişdir. Beləliklə, 2010-cu, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü və 2015-ci illərdə - hər il həkim komissiyasından keçirilməklə 2-cı qrup əlilliyinin müddəti uzadılmaqla təsdiq olunmuş və 2016-cı ilin aprel ayınadək buna müvafiq olaraq ikinci qrup əlillik pensiyaları almışdır. 06 aprel 2016-cı ildə isə yenidən həkim komissiyasından keçirilməklə ona 5 (beş) il müddətinə qüvvədə olmaqla ikinci qrup əlillik dərəcəsi verilmişdir. 2021-ci ilin may ayından etibarən 5 illik əlillik dərəcəsinin müddəti bitdiyinə görə ona verilən əlillik pensiyası kəsilmişdir. Вuna görə də əlillik müddətinin uzadılması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza Agentliyinə müraciət etmişdir. X1 əldə etdiyi Tibbi Sosial Ekspert Komissiyasının aid sonuncu müayinəyə dair tibbi sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə onun əlilliyinin müddətinin uzadılması ilə bağlı imtina qərarı verilmişdir. Həmin imtinada yazılmışdır ki, "diaqnoz əlillik əlaməti təyin etmir və diaqnozun təsdiqini tapmaması barədə qərar verilir.” Əslini bu ərizəyə daxil etdiyi 26 mart 2021-ci il tarixli, 227 saylı Xəstəlik kartasından Çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2- ci qrup əlil kimi "Keçirilmiş qapalı kəllə-beyin travmasının beyin silkələnməsinin qalıqları. Sağ tərəfli hemiparez, Travmadan sonra səs effektləri, Qıcolma, davamlı asteno-nevrotik hal. H61.2” tibbi diaqnozu ilə Şamaxı Rayon Mərkəzi X4 Şəxsində 11 (on bir) gün stasionar müalicədə olmuşdur. Əslini bu ərizəyə daxil etdiyi Akademik M.Ə.Mirqasımov adına Respublika X4 Şəxsindən verilmiş 36695 saylı, 19 avqust 2021-ci il tarixli Məsləhət Vərəqindən görünür ki, tibbi müayinə edilərkən "Keçirilmiş qapalı kəllə-beyin travmasının sonrakı vəziyyəti. Posttravmatik ensefalopatiya. Sağ tərəfli yüngül hemiparez. Kəllədaxili hipertenziya Anemnezdə qıcolma, davamlı asteno-nevrotik hal” tibbi diaqnozu yenidən təsdiqlənmişdir. Əslini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Mərkəzi X4 Şəxsindən verilmiş xx.xx.2021 -ci il tarixli, 765 saylı Xəstəlik Çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021 -ci il tarixinədək "Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ensefalopatiya. Sağ tərəfli yüngül hemiparez, Kəllə daxili yüngül hipertenziya. Astenonevrotik hal” tibbi diaqnozu ilə həmin xəstəxanada 10 (on) gün stasionar müalicədə оİmuşdur. Əslini bu ərizəyə daxil etdiyi Akademik M.Ə.Märqasımov adına Respublika Klinik X4 Şəxsindən verilmiş 4168 saylı, 16 09.2023-cü il tarixli X7 görünür ki, tibbi müayinə edilərkən "Baş beynin MRT nəticəsi: Uzunsov beynin sol tərəfində 4 mm ölçüdə T2 və Flair hiperintens patoloji ocaq aşkar edilir. Sağ tərəfli xroniki neyrosensor cığmeşitmə İİİ-İV dərəcəli, Sol tərəfli birinci dərəcəli konduktiv tip ağıreşitmə. Astiqmatizm 1152.2, üzvi mənşəli (KBT) nəticəsində yaranan koqnitiv funksiyaların enməsi. Asteno-nevrotik hal F06.7, Keçirilmiş (xx.xx.2001) qapalı kəllə-beyin travması. Baş beyinin əzilməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. Sağ tərəfli yüngül hemiparez. T 90.5, G81.1, Kəllədaxili hipertenziya Anemnezdə qıcolma. davamlı asteno-nevrotik hal” tibbi diaqnozunun daha da ağırlaşmış forması yenidən təsdiqlənmişdir. Beləliklə, sağlamlığının pisləşməsi və səhhətində xəstəlik halının ağırlaşması artdığından müddətsiz olaraq daimi müalicədədir. Lakin buna maddi imkanı çatmır. 11 ildir ki, fasiləsiz olaraq 2-ci qrup əlil olduğundan və bu qanunvericilikdə nəzərdə tutulmuş 10 il müddətindən çox olduğuna görə əlilliyinin bərpa edilməsi üçün yenidən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yazılı şəkildə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən xx.xx.2025-ci il tarixli imtina aktı göndərilmişdir. Həmin imtina aktında yazılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarları’’na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Dələlərlə 142 Qaynar Xəttinə zəng etdikdən sonra bu imtina aktını çox gecikdirməklə 04 aprel 2025-ci il tarixdə göndərilmişdir. İndiyədək əlillik sənədlərinin təsdiq olunmuş nüsxələrini əldə elmək məqsədilə eyni zamanda Azərbaycan Respublikası (AR) Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına da rəsmi müraciət etmişdir. Əslini bu ərizəyə daxil etdiyi AR ƏƏSMN DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialından göndərilmiş 21 fevral 2025-ci il tarixli, 3-17-1 /2-U- 43225/2025 saylı rəsmi cavabdan görünür ki, indiyədək əlilliyi üzrə pensiya ödənişinə dair sənədlərinin içərisindən tibbi-sosial ekspert komissiyasının müayinə aktlarından çıxarışların surətləri 15 (on beş) vərəqin hamısı göndərilmişdir. Göndərilmiş bu tibbi müayinə aktlarından görünür ki, 28 yanvar 2002-ci il tarixli müayinə aktı əsasında ona 3-cü (üçüncü) qrup əlillik dərəcəsi verilmiş və hər il tibbi müayinədən keçirilərək müddəti uzadılmaqla üçüncü qrup əlilliyinin müddəti 2010-cu ilin 05 aprel tarixinədək davam etmişdir. Ona göndərilmiş bu tibbi müayinə aktlarından daha sonra görünür ki, sağlamlığının pozulmasında ağırlaşma nəzərə alınaraq 05 aprel 2010-cu il tarixində Həkim Komissiyasının qərarı ilə ona 2-ci (ikinci) qrup əlillik dərəcəsi verilmiş və növbəti 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü və 2015-ci illərdə - hər il həkim komissiyasından keçirilməklə 2ci qrup əlilliyinin müddəti hər dəfə bir il olmaqla uzadılmış və beləliklə 2016-cı ilin aprel ayınadək buna müvafiq olaraq ikinci qrup əlillik pensiyaları almışdır. Əslini bu ərizəyə daxil etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 19 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 06 aprel 2016-cı il tarixli qərarla ikinci qrup əlilliyinin müddəti növbəti 5 il müddətinə-06 aprel 2021-ci il tarixədək uzadılmışdır. 2021-ci ilin may ayından etibarən isə 5 illik əlillik dərəcəsinin müddəti bitdiyinə görə əlillik pensiyası kəsilmişdir. Beləliklə bu ərizəyə daxil etdiyi təsdiq olunmuş tibbi sənədlərdən aşkar olur ki, 05 aprel 2010-cu il tarixdən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (Agentliyi) tərəfindən ona 2-ci (ikinci) qrup əlillik dərəcəsi verilmiş və sonra həmin 2- ci qrup əlilliyinin müddəti 06 aprel 2021-ci il tarixinədək uzadılmışdır. Bununla da müəyyən olunur ki, 11 (on bir il) müddətində fasiləsiz olaraq 2-ci qrup əlil hesab olunaraq əlillik pensiyası almışdır. Bundan sonra isə yuxarıda qeyd etdiyi kimi əlillik pensiyası əsassız olaraq kəsilmiş və cavabdeh tərəfindən yazılmışdır ki, tibbi diaqnoz əlillik əlaməti təyin etmir. Halbuki, onun 2-ci qrup əlillik müddəti 10 (on) il müddətini keçdiyinə görə həmin diaqnozla müddətsiz olaraq 2-ci qrup əlil hesab olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi X3 iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Cavabdeh etirazında qeyd edir ki, vətəndaşın əlillik vəziyyəti tibb müəssisəsinin 2574003AAM2H nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunmaqla geri göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli 1717 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağtərəfli zəif hemiparezlə və sol uzaqlaşdırıcı sinirin parezi ilə nəticələnmiş keçirilmiş qapalı kəllə beyin travmasından, baş beyin əzilməsindən (xx.xx.2001) sonrakı əlamətləri. Mərkəzi sinir sisteminin funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Kəllədaxili travmaların nəticələri, kecirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıqları beyin əzilməsi. Xoşxassəli kəllədaxili hipertenziya. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kəskin asteno- nevrotik vəziyyət. Spastik hemiplegiya, sağ tərəfli hemiparezlə və uzaqlaşdırıcı sinirin parezi” diaqnozu araşdırılmışdır. Müayinə zamanı nevroloji statusda kəllə-beyin-sinir tərəfindən ocaqlı patologiya izlənilməmiş, dili orta xətt üzrə, hər iki yuxarı və aşağı ətrflarda reflekslər D=S, canlı, parez və iflic müəyyən edilməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Belə ki, iddiaçı 06 aprel 2021-ci il tarixdən etibarən müddətsiz 2-ci qrup əlillik dərəcəsinin verilməsini istəyir. İddiaçıya tibb müəssisəsi tərəfindən xx.xx.2021-ci tarixdə sonuncu göndəriş rəsmiləşdirilmiş və həmin göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan 4 ilə yaxın müddət keçmişdir. Lakin iddiaçı sözügedən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda istinad edilən qanunvericilik normalarının təhlilindən görünür ki, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bundan sonra əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən həyata keçirilir və onun nəticəsində əlilliyin müəyyən olunmasına dair qərar qəbul edilir. Belə ki, iddiaçıya əlilliyin bərpası ilə bağlı müraciətinə baxılması üçün ilkin olaraq tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş olmalıdır. Bundan sonra isə iddiaçı cavabdeh inzibati orqanın qərar və hərəkətlərindən narazı qalarsa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilən hüquq müdafiə imkanlarından istifadə etmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova