Məhkəmə qərarları › İş №2-1(118)-5612/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5612/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5612/2024 27.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı "namizədlərin qeydiyyatının ləğv edilməsi" barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1,7,24,25,26,56,57,71-ci maddələrinə əsasən Azərbaycan dövlətinin yeganə mənbəyi xalqdır, AR hüquqi dövlətdir, hamı qanun qarşısında bərabərdir, hər kəsin doğulduğu andan ayrılmaz, pozulmaz və toxunulmaz hüquq və azadlıqları, seçki və müraciət etmək hüququ vardır, hər bir müraciətə qanunla nəzərdə tutulmuş müddətdə və qaydada rəsmi cavab verilməlidir, hər kəsin hüquqlarının dövlət tərəfindən həm məhkəmədə, həm də dövlət və bələdiyyə orqanlarında qorunmasına təminat verir, lakin dövlət orqanları tərəfindən pozulmuş hüquqlarını bərpa edə biİmirlər. Belə ki, 01 sentyabr 2024-cü il AR MM-ə keçiriləcək seçkilərlə əlaqədar namizədliyi AR MSK-nın 60 saylı DSK-ı tərəfindən təsdiq olunub, 2015-2020-ci illərdə də namizədliyinin dəstəklənməsi üçün Quba İH-nə məktuba baxmayaraq məmurlar ona qarşı təxribat törədərək külli miqdarda ziyan vurmuşdurlar, 60 faiz səs yığsa da səslər başqasına yazılmışdır, cəzasız qaldıqlarına görə daha ağır cinayətlər törətdilir, İH-ləri vitse prezidentin qəbulunda olandan sonra icradan qovulsa da oğurladığı pullar hesabına ona qarşı təzyiq göstərilir və təqib olunur, imzatoplama kampaniyasında da eyni hal təkrar olunmuşdur, əhali arasında onun müxalfətci olmağı və dövlətə qarşı çıxmağı barədə şaiyələr yayaraq imza verməkdən çəkindiriblər,yol polisi də təqib edərək gizli kameralar vasitəsilə kompyüterə cərimələr salmışdır,YAP və bitərəf namizəd birləşərək Quba rayon İH-nin qəbulunda iyulun ortalarında və 29-u tarixində) İHnin Hacıhüseynli, l,2 Nügədi, Amsar və Vladimirovka İƏV-nin nümayəndələri tərəfindən əhalidən şəxsiyyət vərəqələri yığılaraq imza vərəqələrini öz adaları vasitəsilə doldurublar, Mərkəzi xəstəxananın rəhbərliyi də əməkdaşlarına ona qarşı hərəkət etmək tapşırığı verib, AR prezidentinin şəhid ailələrinə, qazi və veteranlara köməklik göstərilməsi tapşırığına baxmayaraq onların bu hərəkəti onlara qarşı hörmətsizlik və dövlətə qarşı cinayət kimi qiymətlindirilməlidir, İH-i və TŞ-i adamlarından ibarət məntəqələrdə edilən saxtakarlığa görə heç kim cəzalandırmadığından bəlli olur ki, seçkilər bu dəfə saxtalaşdırılacaq, buna imkan verilməyəcək. Hüququn aliyinin olmadığı bir dövlətdə AR dövlət büdcəsinin vəsaiti hesabına seçkilər keçirilir, lakin ayrılmış məbləğ mənimsənilir, namizədlərə verilmir, heç bir köməklik göstərilmir, ancaq sifarişləri yerinə yetirirlər. Onların bu hərəkətlərini yoxlayıb hüquqi qiymət verən yoxdur, ancaq KİV-də hər şeyin şəffaf olduğunu bildirirlər. Yeritdiyi siyasəti dəstəklədiyinə görə təzyiq və təqiblər olunmuşdur və hələ də davam edir. Onun namizədliyinə qarşı qanunsuz hərəkətlər ediləcəyi təqdirdə seçki qeyri-leqitim sayılacaq. AR Konstitusiyasına və Seçki məcələsinə əsasən inzibati və vəzifə səlahiyyətlərindən istifadə edilərək imzaların toplanılması və seçki təbiğatının aparılması qadağandır və məsuliyyət yaradır, qanunsuz əməllərinə görə də onların qeydiyyatı ləğv olunmalı və seçki təbliqatın və təşviqatının aparılması onlara qadağan olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya hüquqi yardım göstərilməsi üçün məhkəmə iclasına dəvət edilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3-cü maddəsi: 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır.[5] 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamalıdır. Göründüyü kimi seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələrinə birinci instansiya məhkəmələrində baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçının apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunsun ki, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizəsi ilə apellyasiya instansiyası məhkəməsinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar