Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-563/2021 07.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “03.06.2018-ci il tarixdə rəsimləşdirilmiş bağışlanma müqaviləsinə əsasən Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,25ha olan torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydlərin aparılması və Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair iddiasını inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı Rayon Şöbəsi tərəfindən verilmiş JN seriyalı 733A nömrəli, 41017018 Kodlu şəhadətnaməyə əsasən X3 məxsus olmuşdur. Həmi şəhadətnamə AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim edilmiş, torpaq sahəsinə mühəndis tərəfindən baxış keçiriləndən sonra torpaq sahəsinin həbsdə və girovda olmaması barədə arayış verilmiş və 03.06.2018-ci il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzinin notariat kontorunda 4Ə-1908 nömrəli Reyesterlə bağlanmış bağışlama müqaviləsinə əsasən torpaq sahəsi ona bağışlanmışdır. Həmin müqavilənin bir nüsxəsi Torpaq sahəsinə dair adına yeni çıxarışın verilməsi üçün “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən AR ƏMDK yanında DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsinə göndərilmişdir. Lakin, cavabdeh olan AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi isə öz növbəsində 07.05.2020-ci il tarixli, **********21 saylı məktubu ilə Çıxarışın verilməsinə imtina etmiş və imtinaya səbəb kimi iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin qonşu tərəfindən hasara alınması göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın hərəkəti qeyri-qanunidir və onaə aid torpaq sahəsinə dair hüquqi qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi cavabdeh təşkilatın bir başa vəzifəsidir. Yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsi ilkin olaraq mülkiyyət hüququ əsasında Vladimir Kojevnikova məxsus olmuş, sonradan müqavilə əsasında iddiaçıya bağışlanmış və hüquqlarının qeydiyyata alınması üçün cavabdeh təşkilatın imtinası qanunsuz və əsassız hesab edilməlidir. İddiaçı hesab edir ki, bu qanunvericilik normalarının tələbinə görə Sumqayıt “ASAN” Xidmət Mərkəzinin notariat kontorunda bağlanmış 03.06.2018-ci il tarixli bağışlanma müqaviləsi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən .0.25 ha. torpaq sahəsinin müklkiyyət hüquqları əsasında ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyesterində müvafiq qeydlərin aparılması və çıxarışın verilməsi üçün əsasdır. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşları tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin bir hissəsi qonşu tərəfindən hasara alınmışdır. Ona görə də, İddiaçı mülkiyyətinə keçən 0.25 ha torpaq sahəsi mübahisəli olduğu və qonşu tərəfindən hasara alındığına üçün, torpaq sahəsinin planı və ölçüsü sənədinin işlənməsi mümkün olmamışdır. Buna baxmayaraq, torpaq sahəsinin üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış işlənilmişdir. İş məhkəmə icraatında olarkən iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, iddiaçı 03.06.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Şamaxı rayon Çuxuryurd kəndində kəndində yerləşən 0.25 ha torpaq sahəsinin plan və ölçü sənədinin və çıxarışın X1 verilməsi, eyni zamanda üçüncü şəxs X2 adına 07.09.2020-ci il tarixdə verilmiş texniki pasportda İddiaçı məxsus torpaq sahəsinin göstərilməsinə dair cavabdehin hərəkətlərini qanunsuz hesab edilməsini və həmin texniki pasportun etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın nümayəndəsi 06.05.2021-ci il tarixdə keçirilən məhkəmə prosesi zamanı bildirmişdir ki, İddiaçı məxsus torpaq sahəsinin bir hissəsi qonşu X4 tərəfindən hasara alınmış, eyni zamanda Təhmin İbrahimzadənin fərdi yaşayış evinin texniki pasportunu məhkəməyə təqdim edərək, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin həmin texniki pasporta salınmaqla əks olunduğunu bildirmişdir. Belə olan halda, aydın görünür ki, cavabdeh təşkilat qanunusuz hərəkətlər edərək heç bir əsas olmadan mülkiyyət hüququ əsasında Kojevnikova məxsus torpaq sahəsinin bir hissəsini 3-cü şəxs Təhmin İbrahimzadənin fərdi yaşayış evinin texniki pasportunda əks etdirmiş və nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə edilməsi və torpağa dair plan və ölçü sənədlərinini və çıxarışın verilməməsi ilə nəticələnmişdir. Dıgər tərəfdən, cavabdeh təşkilat məktubda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldığını və ********** qeydiyyat nömrəli çıxarış verilməsini göstərsə də, həmin çıxarış İddiaçı təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, hesab edirlər ki, 3- çü şəxsin fərdi yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin olçülərinin əsassız olaraq artırılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və üçüncü şəxs Təhmin İbrahimzadəyə verilmiş texniki pasport iddiaçıya məxsus olan torpağa aid hissədə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Həmin ərizə aşağıda qeyd edilən səbəblərə görə məhkəmə tərəfindən icraata qəbul edilməmişdir. İddiaçı ilkin ərizəsində özünə aid hüquqların dövlət reystrində qeydiyyatını istəsədə, sonra iddiasını dəyişdirərək digər şəxsə aid müvafiq texniki sənədləri mübahisələndirir. Lakin bu iddiaya baxılması üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət nəzərdə tutulmuşdur. .Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı iddianın dəyişilməsi ərizəsində qeyd edilən tələblə inzibati orqana müraciət etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilməməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının tələbi 03.06.2018-ci il tarixdə rəsmiləşdirilmiş bağışlanma müqaviləsinə əsasən Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,25ha olan torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydlərin aparılması və Çıxarışın verilməsindən ibarət olmuş, cavabdeh tərəfindən torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış işlənilmiş, həmin sənədin sürəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının tələbi olan müvafiq çıxarışın verilməsi cavabdeh tərəfindən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınsada, müvafiq texniki sənədlər təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi isə bildirmişdir ki, sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin bir hissəsi qonşu tərəfindən hasara alınmışdır, həmin hasara alınan hissə qonşunun texniki sənədlərində zəbt olunmuş sahə kimi görsənir. Bu halda iddiaçının hüquq müdafiə vasitəsi seçməsi imkanları qalır. İddiaçı zəbt edilmiş ərazinin boşaldılması iddiası ilə ümumi məhkəmədə iddia qaldıra, eyni zamanda texniki sənədin müvafiq hissədə qeydinin ləğv edilməsini tələb edə bilər. Bu prosessual qənaət baxımındanda əlverişli hüquq müdafə vasitəsi hesab oluna bilər. İnzibati məhkəmə icraatı qaydasında isə müvafiq texniki sənədin ləğv edilməsi ilə bağlı inzibati orqana müraciət edilə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı 03.06.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Şamaxı rayon Çuxuryurd kəndində kəndində yerləşən 0.25 ha torpaq sahəsinin plan və ölçü sənədinin və çıxarışın X1 verilməsi, eyni zamanda üçüncü şəxs X2 adına 07.09.2020-ci il tarixdə verilmiş texniki pasportda İddiaçı məxsus torpaq sahəsinin göstərilməsinə dair cavabdehin hərəkətlərini qanunsuz hesab edilməsi və həmin texniki pasportun etibarsız hesab edilməsinə dair ərizəsi icraata qəbul edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “03.06.2018-ci il tarixdə rəsimləşdirilmiş bağışlanma müqaviləsinə əsasən Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,25ha olan torpaq sahəsinin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydlərin aparılması və Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-563/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-563/2021
07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver