Məhkəmə qərarları › İş №2-1(118)-5630/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5630/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5630/2023 24.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X12 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X1 Ülviyyə Hakim qızı ilə 2011ci ilin oktyabr ayından faktiki nikah münasibətlərinə girməklə ailə qurmuş və 2016- cı ilə kimi yaşamışlar. Onların birgə faktiki nikahdan 2 övladları-xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X14 və xx.xx.2014-cü il təvəllüdlü nəvəsi X13 anadan olmuşlar. Sonradan onların xasiyyətləri tutmamış və birgə yaşamaqlarının davamı mümkün olmamışdır. Belə ki, uşaqların anası X10 2016-cü ildən evdən çıxıb getmiş və uşaqlara baxmamışdır. X9 da 2019-cu ildən yaşadığı evi tərk edib getmiş və hər ikisinin olduqları yer də məlum deyildir. Faktiki olaraq 2016-cı ildən xx.xx.2013-cü il təvəllüdlü nəvəsi X14 və xx.xx.2014-cü il təvəllüdlü nəvəsi X13 iddiaçının himayəsində olduğu üçün üzərində qəyyum təyin edilməlidir. X3 bu barədə etibarnamə də vermişdir. Qeyd olunan faktlar Sumqayıt şəhər məhkəməsinin qanuni qüvvədə olan 26 fevral 2019-cu il tarixli, iş N-2(060)-752/2019 saylı qətnaməsi, Azərbaycan Respublikası ƏN-niın 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 05 oktyabr 2022-ci il tarixli, 05/09İS/028884-22 saylı arayışı ilə də tam təsdiq olunmuşdur. Həmçinin həmin faktı Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 19 saylı MKS-nin arayışı və aşağıdakı şahidləri də təsdiq edir: X6, Şəxsiyyət vəsiqəsinin seriyası, (FİN) Seriya və №: AZE 19163165, FİN- 8YTUL0V, Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 74., Mobil telefon- *** *** ** **. 2. X7,Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və (FİN) Seriya və №: AZE 15029624, FİN- 3DXDY2U, Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 73., Mobil telefon- *** *** ** **. 3. X11, Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və (FİN) Seriya və №: AZE 16770184, FİN- 4RESGUV, Ünvan: Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 30., Mobil tel.: *** *** ** **. Hal-hazırda, nəvələri iddiaçının himayəsindədirlər. Dövlət orqanları onların aztəminatlı ailəsi kimi hüquqlarına məhəl qoymadan özlərinin məlum münasibətləri ilə iddiaçının konstitusion hüquqlarını pozaraq kömək etmirlər. Sumqayıt şəhərində məskunlaşmağına baxmayaraq indiyə kimi Sumqayıt şəhərindəki inzibati polis idarə binasından hal-hazırda yaşadığı evə qeydiyyatda olmağına baxmayaraq nəvələrinə şəxsiyyət vəsiqəsi ala bilmir. Səbəb də o olmuşdur ki, nəvələri rəsmi qaydada iddiaçının himayəsinə verilməmişdir. Ona görə də, ona təcili nəvələrixx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X4 üzərində qəyyum təyin edilməyinə dair müvafiq sərəncam verilməsi üçün Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh 02 may 2023-cü il tarixli məktubla ərizəni rədd edərək bildirmişdir ki, narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Çünki iddiaçının nəvələrinin doğum haqqında şəhadətnaməsi var və doğum faktı təsdiqdir və şəxsiyyət vəsiqələri almalıdırlar. Lakin cavabdehin təqsiri üzündən, yəni uşaqların onun qəyyumluğuna verilməməsi üzündən onlara şəxsiyyət vəsiqəsi də ala bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, ona mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddiaçının dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçı daha əvvəldə eyni iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia mümkün sayılmamışdır. Belə ki, Məhkəmənin 2-1(118)-3392/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “2016-cı il tarixindən nəvələrixx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçının himayəsində olmaları və yanında yaşamalarını nəzərə alaraq nəvələri üzərində qəyyum təyin edilməyinə dair müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasına” dair iddiası mümkün sayılmamışdır. Bundan əlavə iddiaçı cavabdeh qismində Sumqayıt şəhər İcra Hakimiyyətini göstərmişdir. İddiaçı ərizəsində qeyd edir ki, “uşaqların himayəyə verilməsi ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh 02 may 2023-cü il tarixli məktubla ərizəni rədd edərək bildirmişdir ki, narazı qaldığı halda məhkəməyə müraciət edə bilər.” Məhkəmə ikin olaraq qeyd edir ki, həmin məktub düzgün olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti adından yox, İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən cavablandırılmışdır. Çünki bu qanunvericilikdən irəli gələn səlahiyyətdir. Göründüyü kimi iddiaçı cavabdeh qismində Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını göstərə bilərdi. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası inzibati orqan deyil. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası inzibati orqan kimi müəyyən olunmamışlar. Eyni zamanda yaranmış mübahisə ailə münasibətlərindən irəli gələn publik olmayan hüquq münasibətlərinə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində istinad etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 02 may 2023-cü il tarixli məktubunda düzgün olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsinə istinad edilərək iddiaçıya izah edilmişdir ki, ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı cavabdehi orqanı düzgün göstərməyərək inzibati məhkəmə icraatı qaydasında məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, Qəyyumluq və Himayəçilik Komissiyalarının inzibati orqan kimi müəyyən edilməmələri və qəyyum və himayəçi təyinatı ilə bağlı mübahsələrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasının formalaşmış məhkəmə təcrübəsi mövcuddur. İnzibati məhkəmələrinin fəaliyyətə başladığı dövrlərdə məhkəmə aidiyyətində müəyyən qeyri-müəyyənliklər olsa da sonradan bu kateqoriya işlərlə bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Təsadüfi deyildir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 02 may 2023-cü il tarixli məktubunda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsinə istinad edilərək iddiaçıya izah edilmişdir ki, ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunduğu kimi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3392/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “2016-cı il tarixindən nəvələri-xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X5 iddiaçının himayəsində olmaları və yanında yaşamalarını nəzərə alaraq nəvələri üzərində qəyyum təyin edilməyinə dair müvafiq sərəncam verilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzərinə qoyulmasına” dair iddiası mümkün sayılmamış, iddiaçı həmin qərardaddan şikayət verməmiş, həmin qətnamədə qeyd edilən mövqeyə uyğun olaraq Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsi isə ərizənin qəbul edilməsindən imtina etmişdir. Lakin Sumqayıt şəhər Məhkəməsinin həmin qərardadında idiaçının əvvəlcə inzibati məhkəməyə müraciətinə münasibət bildirilməmişdir. Bundan sonra iddiaçı təkrar olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı heç bir məhkəmə aktından şikayət verməyərək məhkəmələr arasında fikir ayrılığının müəyyən olunması ilə bağlı əlverişli hüquq müdafiə vasitələrindən istifadə etməmişdir. İddiaçıya izah edilsin ki, məhkəmə aktlarından müvafiq yuxarı instansiya məhkəmələrinə şikayət verərək hüquqlarının bərpasına nail ola bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya yenidən izah edilsin ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsas götürərək, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, nəvələrinin onun himayəsinə verilməsi tələbi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar