Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-567/2022 18.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə yetkinlik yaşına çatmayan 10.09.2012-ci il təvəllüdlü X4 22.05.1992-ci il tarixli 52/283 saylı order əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, yetkinlik yaşına çatmayan 10.09.2012-ci il təvəllüdlü X4 22.05.1992-ci il tarixli 52/283 saylı order əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildən pasport qeydiyyatından çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 04.11.2021-ci il tarixli, 123-40879A-3221 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. X4 qanuni nümayəndəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 80 saylı mənzil 22.05.1992-ci il tarixli 52/283 saylı order əsasında iddiaçıya verilmişdir. 10.09.2012-ci il təvəllüdlü X8 iddiaçının nəvəsidir. Belə ki, o, qızı X2 oğludur. O, iddiaçıya məxsus mənzildə qeydiyyatda olsa da, heç vaxt ona məxsus mənzildə yaşamamışdır. Anası iddiaçıya məxsus mənzildə qeydiyyatda olduğundan o, da iddiaçıya məxsus mənzilə pasport qeydiyyatına düşmüşdür. Bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qızı X2 iddiaçıya məxsus mənzildə istifadə hüququ itirilmişdir. Ali Məhkəmənin 27 05.2021-ci il tarixli Qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Artıq qızı X2 iddiaçıya məxsus mənzilə heç bir hüququ yoxdur. Ona görə də hesab edir ki, onun yetkinlik yaşına çatmayan oğlu 10.09.2012-ci il təvəllüdlü X8 iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Mülki Məcəllənin 27.1 ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarım itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yetkinlik yaşına çatmayan uşağın ona məxsus mənzildə qalması iddiaçının mülkiyyət hüququna əsasız müdaxilə təşkil edir. Ona görə də iddiaçı cavabdeh orqana müraciət edərək, yetkinlik yaşına çatmayan 10 09.2012-ci il təvəllüdlü X4 iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasının təmin edilməsini xahiş etmişdir. Lakın ərizəsi təmin olunmamış və iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, 10.09.2012-ci il təvəllüdlü X8 iddiaçıya məxsus mənzildə yaşamır. O. anası ilə birlikdə yaşayır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə Protokolun 1-ci maddəsinə görə, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibatı aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X15 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, 22.05.1992-ci il tarixli, 52/283 saylı orderə əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 27 saylı evin, 80 saylı mənzili order əsasında İddiaçı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə № 2(060)-2355/2020) İddiaçı cavabdehlər X12 və X3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə" dair iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X10 Sumqayıt şəhəri, 6 mkr., 27 saylı evin 80 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə” dair iddia ərizəsinin təmin edilməsi X5, 10.09.2012-ci il təvəllüdlü oğlu X8 ilə birlikdə Sumqayıt şəhəri, 6 mkr., 27 sayiı evin, 80 saylı mənzilinə köçürülməsi və onlara yaradılan maneələr İddiaçı qadağan edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021 -ci qətnaməsi ilə iş № 2(105)-462/2021) İddiaçı apellyasiya şikayəti təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 03 sentyabr 2020-ci il tarixli 2(060)- 2355/2020 saylı qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı cavabdeh X3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh X10 və X2 Sumqayıt şənəri, 6 mkr.. 27 saylı evin, 80 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməsi, iddiaçı X2 cavabdeh X6 qarşı mənzilə köçürülmə və yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3264/2021 saylı, 27.05.2021-ci il tarixli Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-462/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 10.03.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemindən sorğu nəticəsində əldə olunmuş məlumata əsasən müəyyən olunmuşdur ki, X1 Ömər Andrey oğlunun anasıdır. İş materiallarından da göründüyü kimi X2 mübahisəli mənzilə istifadə hüququ itirilmişdir. Bu halda X8 azyaşlı olduğuna görə onun yaşayış yeri qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Yuxarıda qeyd edilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan 10.09.2012-ci il təvəllüdlü X4 yaşayış yeri onun qanuni nümayəndələrinin yaşayış yeri sayıldığına görə və yaşamadığı halda 22.05.1992-ci il tarixli 52/283 saylı order əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildə pasport qeydiyyatında qalması iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməli, X8 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılaraq, qanunui nümayəndələrinin yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, yetkinlik yaşına çatmayan 10.09.2012-ci il təvəllüdlü X4 22.05.1992-ci il tarixli 52/283 saylı order əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Yetkinlik yaşına çatmayan 10.09.2012-ci il təvəllüdlü X4 22.05.1992-ci il tarixli 52/283 saylı order əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev