Məhkəmə qərarları › İş №2-1(118)-567/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-567/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-567/2025 06.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, **********192647 nömrəli səyyar vergi yoxlama aktının qanunsuz hesab edilməsi və ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC-nin nümayəndəsi Vəkil Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsinə əlavə daxil olmuş, “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2019cu il tarixli, **********195223 nömrəli və 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********993600 nömrəli qərarlarının ləğv olunması” barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə" xx.xx.2019-cu il tarixli, **********195223 nömrəli və 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********993600 nömrəli qərarlarının ləğv olunması”na dair tələbi 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" **********993600 nömrəli qərarlarının ləğv olunması hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır . İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində **********192647 nömrəli səyyar vergi yoxlaması (SVY) barədə akt tərtib olunmuşdur. SVY barədə akt 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********189093 saylı qərarına əsasən İddiaçı MMC üzrə Oktyabr 2018 iyun 2019 dövründə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə keçirilən növbədənkənar SVY nəticəsində tərtib olunmuşdur. Həmin akt qanunsuz olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə tərtib olunmuşdur. Həmçinin növbədənkənar SVY həyata keçirilərkən vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə əməl olunmamış və ümumiyyətlə yoxlama kobud pozuntularla keçirilmişdir. Bu səbəbdən də həmin aktla razı deyil və akt ləğv olunmalıdır. Belə ki, SVY xx.xx.2019-cu il tarixində başlamış və xx.xx.2019-cu il tarixində başa çatmışdır. Yoxlama müddəti xx.xx.2019-cu il tarixli **********191061 saylı qərara əsasən 30 gün uzadılmışdır. Bu zaman müddət pozuntusu hallarına yol verilmişdir. xx.xx.2019-cu il tarixində başlamış yoxlama 30 gündən artıq davam etmiş və müddət uzadıldıqdan sonra da uzadılma müddətinə əməl olunmamışdır. xx.xx.2019-cu il tarixində müddət 30 gün uzadılsa da xx.xx.2019-cu il tarixədək yoxlama davam etmişdir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. SVY barədə akt tərtib olunduqdan sonra aktın təqdim olunma və ya verilmə müddətinə də əməl olunmamışdır. Belə ki, xx.xx.2019cu il tarixində tərtib olunmuş akt onun təqdim edilmə müddəti ötdükdən sonra xx.xx.2019cu il tarixində müəssisənin rəhbərliyinə deyil, müqavilə əsasında müəssisənin mühasibatlıq işlərini (xidmətlərini) yerinə yetirən başqa müəssisənin ofisinə təqdim edilmişdir. Eyni zamanda akt tərtib olunarkən müəssisənin iştirakı təmin edilməmiş və akt tərəfimizdən imzalanmamışdır. İmzalamaqdan imtina olunması və bu barədə həmin aktda müvafiq qeyd aparılmamışdır. Aparımış SVY nəticəsində vergi ödəyicisinə mənfəət vergisi üzrə 395510.43 manat vergi hesablanmış və vergi məbləğinin 50% miqdarında, yəni 197755.22 manat maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin 2018ci ilin oktyabr ayı üzrə ƏDV bəyannaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan vergilərin hesablanması və maliyyə sanksiyalarının tətbiq edilməsi zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********189093 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2019-cu il tarixdə KY191329828 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlama zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli **********189169 nömrəli tələbnamə verilmiş və sənədlər baxılması üçün təqdim edildiyinə görə xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı 3 saylı Ərazi Vergilər İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli **********190265 nömrəli və xx.xx.2019-cu il tarixli **********192948 nömrəli qərarlar qəbul edilmiş və cəmiyyətin rəhbəri tərəfindən yoxlama dövrü üzrə zəruri sənədlər təqdim edilmədiyinə görə müvafiq olaraq xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli aktlar tərtib edilmişdir. Cəmiyyətdə keçirilən səyyar vergi yoxlamasının obyektiv və dolğun aparılması üçün “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli **********191061 nömrəli qərarına əsasən yoxlamanın müddəti 30 iş günü artırılmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********192647 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinə əsasən vergi ödəyicisinə 2018-ci ilin mənfəət vergisi üzrə ümumilikdə 395.510,43 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 197.755,22 manat, həmçinin 2018-ci il oktyabr ayı üzrə əlavə dəyər vergisi bəyannaməsini vergi orqanına vaxtında təqdim edilmədiyinə görə həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 40,0 manat olmaqla, ümumilikdə 197.795,22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinə əsasən 2018-ci il üzrə mənfəət vergisinin yoxlanması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 134- cü maddəsinə əsasən hesablama metodundan istifadə edilərək gəlirlərin və xərclərin uçotu aparılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə mövcud olan yük gömrük bəyannamələri üzrə baza məlumatlarına əsasən cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsulları “Malların alış aktları” əsasında tədarük edilərək, sonradan həmin məhsulları ixrac etmişdir. Vergi orqanına təqdim edilmiş 2018-ci ilin noyabr və dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə və ixrac edilmiş məhsullara görə tərtib olunmuş yük gömrük bəyannamələrinə əsasən cəmiyyətin 2018-ci il üzrə ümumi gəliri 11.926.963,02 manat müəyyən olunmuşdur. Lakin, səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilmiş gəlirləri üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, cəmiyyət tərəfindən tərtib olunmuş malların alış aktlarında adları qeyd olunan şəxslərdən alınan izahatlardan (izahatlar etiraza əlavə olunur) məlum olmuşdur ki, malların alış aktları cəmiyyət tərəfindən bir tərəfli qaydada tərtib olunmuşdur. Malların alış aktlarında adları qeyd olunan şəxslər tərəfindən təqdim etdikləri izahatlarda malların alış aktlarındakı imzaların onlara məxsus olmadığını və cəmiyyətə malların alış aktlarında göstərilən malları satmadıqlarını bildirmişlər. Bununla da, cəmiyyət tərəfindən vergiyə cəlb edilmiş gəlirlər üzrə gəlirin əldə edilməsi ilə bağlı xərc sənədi kimi təqdim olunmuş malların alış aktılarının heç bir hüquqi əsası olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən 2018-ci il üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığına görə Vergi Məcəlləsinin 83.9-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin mənfəətini müəyyən etmiş və vergilər hesablanmışdır. M = GxR: (100+R) M - Vergiyə cəlb olunmalı mənfəətin məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. Cəmiyyətin 2018-ci il üzrə gəlirləri 11.926.963,02 manat olduğuna görə həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olmuşdur. G (2018-ci il) = 11.926.963,02 x 20 /120 = 1.987.827,17 * 20% = 397.565,43 manat Göründüyü kimi, vergi ödəyicisinin 2018-ci il üzrə vergiyə cəlb olunan gəliri 1.987.827,2 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış mənfəət vergisinin məbləği 397.565,43 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannaməyə əsasən 2018-ci ilin mənfəət vergisi üzrə bəyyan edilmiş 2.055,0 manat məbləğində hesablama nəzərə alınmaqla, səyyar vergi yoxlamasının nəticələrinə əsasən əlavə 395.510,43 manat məbləğində vergilər hesablanmışdır (397.565,43-2.055,0=395.510,43). Səyyar vergi yoxlaması zamanı həmçinin, 2018-ci ilin mənfəət vergisi üzrə vergilərin 395.510,43 manat məbləğində yayındırıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 198.782,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir (395,510,43*50%=198.782,72). Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən tədiyyə intizamına riayət edilməmiş, hesablanmalı və ödənilməli olan vergilər düzgün hesablanmamış və vaxtında ödənilməmişdir. İddiaçı MMC ilə Quba rayonu, Davidoba kənd sakini X31, Quba rayonu, Birinci Nügədi kənd sakini X13, Quba rayonu, Zərdabi kənd sakinləri X20, X21, X4, X22 və X23 arasında aparılmış qarşılıqlı əməliyyatların araşdırılması, həmçinin həmin şəxslərin torpaq sahələri (bağ və əkin sahələrinin olub-olmaması) barədə məlumatların, əkin və bağ sahəsi olduğu halda hansı məhsulların istehsal olunması barədə məlumatların və bağ sahələrinin intensiv və ya ənənəvi, eyni zamanda məhsuldar olub olmaması barədə məlumatların alınması məqsədi ilə Quba rayonu Hacıhüseynli Bələdiyyəsinə, Quba rayonu X9 və Quba rayonu, Zərdabi Bələdiyyəsinə müvafiq olaraq xx.xx.2019-cu il tarixli **********497100, **********501300, **********494000 nömrəli sorğu məktubları göndərilmiş və müvafiq cavablar alınmışdır. Həmçinin, cəmiyyət tərəfindən tərtib olunmuş "Malların alış aktlarında” məhsulların satıcıları kimi göstərilmiş aşağıda adları qeyd olunan şəxslərdən müvafiq izahatlar alınmış və qeydiyyatda olduqları ərazi üzrə bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən həmin şəxslərə məxsus və ya istifadələrində olan torpaq sahələri barələrində məlumatlar alınmşdır. X24 (AZE 19075376, Göyçay rayonu, Mirzəhüseynli kəndi) X5 (AZE 17614920, Şəmkir rayonu, Keçili kəndi) X20 ( AZE 17177482, Quba rayonu, Zərdabi kəndi) X6 (AZE 16466831, Şəmkir rayonu, Keçili kəndi) X21 (AZE 09284896, Quba rayonu, Zərdabi kəndi) X35 (AZE 15264019, Şəmkir rayonu, Keçili kəndi) X13 (AZE 13005230, Quba rayonu, 1-ci Nüqədi kəndi) X23 (AZE 13644789, Quba rayonu, Zərdabi kəndi) X3 (VÖEN **********) 10? X25 (AZE 06043368, Lənkəran rayonu, Velədi kəndi) X2 (AZE 17039362, Cəlilabad rayonu, Söyüdlü kəndi) X1 (AZE16421753, Cəlilabad rayonu, Söyüdlü kəndi) X41 (AZE 16058681, Masalli rayonu, Təzə Alvadı kəndi) X32 (AZE 16563568, Cəlilabad rayonu, Məmmədcanlı kəndi) X14 (AZE 09440933, Haciqabul rayonu, 2-ci Udulu kəndi) X7 (AZE 09708914, Haciqabul rayonu, 2-ci Udulu kəndi) 17. X8 (AZE 07732871, Cəlilabad rayonu, Maşliq kəndi) 18. X10 (AZE 09707536, Cəlilabad rayonu, Qarazəncir kəndi) 19. X31 (AZE 17293656, Quba rayonu, Davidoba kəndi) 20. X18 (AZE 13271011, Cəlilabad rayonu, Söyüdlü kəndi) 21. X15 (AZE 15078486, Cəlilabad rayonu, Sabirabad kəndi) 22. X16 (AZE 17228400, Haciqabul rayonu, 2-ci Udulu kəndi) 23. X11 (AZE 15806596, Haciqabul rayonu, Nəvahi kəndi) Müvafiq orqanlardan alınmış cavab məktublarına və “Malların alış aktlarında” məhsulların satıcıları kimi adları qeyd olunan şəxslərdən alınmış izahatlara əsasən müəyyən olunmuşdur ki, alış aktlarındakı imzalar həmin şəxslərə məxsus olmamış və həmin aktlarda göstərilən adda mallar həmin şəxslər tərəfindən cəmiyyətə təqdim edilməmişdir. Cəmiyyət tərəfindən 2018-ci ilin oktyabr ayı ərzində ümumilikdə 95970,44 manat məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilmişdir. Lakin 2018-ci ilin oktyabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində qeyd edilən məbləği bəyan edilməmiş, həmin məbləği 2018-ci ilin noyabr ayı üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində bəyan etmişdir. Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların ixracı 0 dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunduğuna görə vergi ödəyicisinə səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə əlavə dəyər vergisi hesablanmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsininin 130.1-ci, 130.2-ci və 16.1.3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi ödəyicisi özfəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən və qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa borcludur. İddiaçı, iddia ərizəsi ilə səyyar vergi yoxlamasının aparılmasında vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə əməl edilmədiyi və yoxlamanın qanunvericilikdə müəyyən edilmiş müddətlərdən artıq davam etdirildiyi bildirilmişdir. İddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Səyyar vergi yoxlamasının obyektiv və dolğun aparılması üçün sənədlərin ətraflı araşdırılması, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılmasına zərurərət yaranmışdır. Buna görə də səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2019-cu il tarixli **********191061 nömrəli qərarına əsasən yoxlamanın müddəti 30 iş günü artırılmışdır. Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********192647 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixdə başlanmış, vergi qanunvericiliyində müəyyən edilmiş müddətlərə tam əməl edilməklə cəmi 82 gün davam etmiş və yoxlama xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. İddiaçı, həmçinin iddia ərizəsi ilə səyyar vergi yoxlaması aktının gec təqdim edildiyi, həmin aktın cəmiyyətin rəhbərliyinə deyil müqavilə əsasında cəmiyyətin mühasibatlıq işlərini aparan başqa şəxsə təqdim edildiyi və səyyar vergi yoxlaması aktı tərtib edilərkən cəmiyyətin nümayəndəsinin iştirakının təmin edilmədiyi bildirmişdir. İddiaçının yuxarıda qeyd olunan mövqeyi də tamamilə əsassızdır. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli **********192647 nömrəli “Səyyar vergi yoxlaması” aktı xx.xx.2019-cu il tarixli **********914400 nömrəli məktubla vergi ödəyicisinin həm hüquqi ünvanına və həm də elektron qutusuna göndərilmişdir. Qeyd olunmalıdır ki, elektron üsulla elektron qutusuna göndərilmiş məktub vergi ödəyicisi (rəhbəri və ya səlahiyyətli nümayəndəsi) tərəfindən xx.xx.2019-cu il tarixdə saat 10:43:11-də oxunmuşdur. Həmçinin, cəmiyyətin rəhbəri Bayram Bayramov tərəfindən xx.xx.2019-cu il tarixli **********935400 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək İddiaçı MMC-nin faktiki mühasibatlığın Bakı şəhərində yerləşdiyinə görə bütün müraciətlərin, təqdim olunan bildiriş və digər sənədlərin ünvan 1 ünvanına göndərilməsini xahiş etmişdir (Məktublar etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, səyyar vergi yoxlaması materiallarına baxılması məqsədi ilə vergi ödəyicisinin rəhbəri olan Bayram Bayramov xx.xx.2019-cu il tarixli **********204100 nömrəli məktubla xx.xx.2019-cu il tarixində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasına dəvət edilmişdir. Həmin məktub vergi ödəyicisinin həm hüquqi ünvanına həm də elektron qutusuna göndərilmişdir. Həmçinin, qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin inzibati cərimələrin ödənilməsi habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2019-cu il tarixli **********195222 nömrəli tələbnamə xx.xx.2019cu il tarixli **********813200 nömrəli məktubla vergi ödəyicisinin hüquqi ünvanına və elektron qutusuna göndərilmişdir. (Məktublar etiraza əlavə olunur). Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Etiraza əlavə edilmiş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan da göründüyü kimi yuxarda göstərilən sənədlər vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və vergi ödəyicisinin rəhbəri həmin sənədlərlə tanış olmuşdur. Yəni, iddiaçının səyyar vergi yoxlaması aparılarkən yoxlama ilə bağlı sənədlərin ona gec göndərilməsi barədə iddia ərizəsində göstərilənlər əsassızdır. Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Kameral vergi yoxlamasının nəticələrinə əsasən 2019-cu il üzrə mənfəət vergisinin yoxlanması zamanı müəyyən edilmişdir ki, cəmiyyətdə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2018-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin yoxlama zamanı, cəmiyyət tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (malların alış aktları) birtərəfli qaydada tərtib olunduğunu və alış aktlarında adları qeyd olunan şəxslərin verdikləri izahatlar əsasında həmin malların alış aktlarının etibarsız olduğu müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2019-cu ilin mənfəət vergisi bəyannaməsini qanunvericilikdə müəyyən edilmiş müddətdə vergi orqanına təqdim edilməmişdir. Buna görə də həmin dövr üzrə müvafiq vergilərin hesablanması məqsədi ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********414200 nömrəli “Aşkar edilmiş kənarlaşma haqqında" məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən 2019-cu ilin mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim edilməmiş və həmin məktuba cavab verilməmişdir. Belə ki, cəmiyyətdə 2019-cu ilin yanvar-iyun ayları üzrə keçirilmiş səyyar vergi yoxlaması ilə 31.563.603,34 manat (1.691.398,07+920.178,38+1.658.117,78+2.607.987,77+20.478.988,46+4.206.932,88) və həmin ilin iyul-dekabr ayları üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 6.750.378,30 manat (1.704.960,60+425.451,35+1.625.113,30+1.347.952,10+1.581.666,57+65.234,38) olmaqla, ümumilikdə 38.313.981,64 manat dövriyyə məbləği müəyyən edilmişdir. Buna baxmayaraq müvafiq dövrdə gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin məbləğini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin 2019-cu il üzrə mənfəətini müəyyən etmiş və vergilər hesablanmışdır. Vergi ödəyicisinin 2019-cu il üzrə ƏDV bəyannamələrindəki dövriyyəsi (ümumi mənfəəti) 38.313.981,64 manat, xərcləri 31.928.318,04 manat (38.313.981,64- 6.385.663,60(38.313.981,64/6)) müəyyən olunduğuna görə həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olmuşdur. G (2019-cu il) = 38.313.981,64 x 20 /120 = 6.385.663,60* 20% = 1.277.132,72 manat Göründüyü kimi, vergi ödəyicisinin 2019-cu il üzrə vergiyə cəlb olunan mənfəəti 6.385.663,60 manat məbləğində olduğuna görə həmin mənfəətdən xx.xx.2020-ci il tarixli **********993600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sğortası haqlarının hesablanması barədə” Qərarına əsasən 1.277.132,72 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yuxarıda qeyd olunan hallardan göründüyü kimi, vergilər iddiaçının faktiki dövriyyəsi nəzərə alınaraq hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi tutulan əməliyyatlar aparılmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq dövlət büdcəsinə ödənilməli olan vergiləri tam bəyan etməmiş və dövlət büdcəsinə ödənilməmişdir. Buna görə də hesab edirik ki, iddia ərizəsi tamamilə əsassızdır və onun təmin edilməsi üçün heç bir əsas yoxdur. Həmçinin, iddia ərizəsində hər hansı bir mötəbər sübuta söykənməyən yalnız ümumi cümlələrdən və şəxsi subyektiv fikirlərdən istifadə edilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 83.2.4-cü maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara əsasən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinin ikinci abzasına əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunan maddələrin məzmunundan aydın olur ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlamaları aparılarkən vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə və (və ya) vergi orqanı tərəfindən vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi orqanı mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə vergi ödəyicisinin vergi öhdəliklərini hesablamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195223 nömrəli qərar əsasında səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 395510.43 manat vergi hesablanmış və 197795.22 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 08 sentyabr 2025-ci il tarixli 2-1(118)-567/2025 saylı ekspert rəyinə əsasən vergi ödəyicisinin 2018-ci il üzrə gəliri 11926963,02 manat məbləğində, xərci isə 11916688,02 manat məbləğində müəyyən olunmuşdur. Təqdim edilmiş iş materiallarına əsasən müəssisənin xərcləri alınmış malın (işin, xidmətin) dəyərindən, digər xərclərdən, əmək haqqından, sosial ayırmalardan və bank xidməti üzrə xərclərdən ibarət olmuşdur. Səyyar vergi yoxlaması ilə yalnız müəssisənin 2018-ci ilə dair alış aktları üzrə xərclərinin müəyyən olunmasının mümkün olmadığı göstərilmişdir. Yəni yoxlama aktında müəssisənin digər xərclərinin mövcud olmamasına dair hər-hansı bir qeyd öz əksini tapmamışdır. Həmçinin bildirilir ki, xərc sənədlərinin təyinatı, tarixi, nömrəsi, həmin sənədlərin heç birində əks olunmuş məbləğlər iş materiallarında olan sənədlərdə və hesabatlarda öz əksini tapmamışdır. Rəyin tədqiq hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2018-ci il üzrə aparılmış əməliyyatlara görə 2055.00 manat məbləğində mənfəət vergisi hesablanır. Həmçini qeyd edilir ki, vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi (2018ci il üzrə) də 2055.00 manat məbləğində bəyan olunmuşdur. Alış aktları, YGB-lər, bəyannamə, e-qaimə fakturalar, ƏDV depozit hesabından çıxarış və s. iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı MMC barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********195223 nömrəli qərarın ləğv edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmiş və vergilər hesablamışdır. Vergi ödəyicisinin 2018ci il üzrə vergiyə cəlb olunan gəliri 1987827,2 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış mənfəət vergisinin məbləği 397565,43 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyənnaməyə əsasən 2018-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 2055,0 manat məbləğində hesablama nəzərə alınmaqla, səyyar vergi yoxlamasının nəticələrinə əsasən əlavə 395510,43 manat məbləğində vergilər hesablanmışdır. (397565,43-2055,0=395510,43) Səyyar vergi yoxlaması zamanı həmçinin 2018-ci ilin mənfəət vergisi üzrə vergilərin 395510,43 manat məbləğində yayındırıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 198782,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. (395510,43*50%=198782,72) Müvafiq orqanlardan alınmış cavab məktublarına və “Malların alış aktlarında” məhsulların satıcıları kimi adları qeyd olunan şəxslərdən alınmış izahatlara əsasən müəyyən olunmuşdur ki, alış aktlarındakı imzalar həmin şəxslərə məxsus olmamış və həmin aktlarda göstərilən adda mallar həmin şəxslər tərəfindən cəmiyyətə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 08 sentyabr 2025-ci il tarixli 2-1(118)-567/2025 saylı ekspert rəyinə əsasən vergi ödəyicisinin 2018-ci il üzrə gəliri 11926963,02 manat məbləğində, xərci isə 11916688,02 manat məbləğində müəyyən olunmuşdur. Təqdim edilmiş iş materiallarına əsasən müəssisənin xərcləri alınmış malın (işin, xidmətin) dəyərindən, digər xərclərdən, əmək haqqından, sosial ayırmalardan və bank xidməti üzrə xərclərdən ibarət olmuşdur. Səyyar vergi yoxlaması ilə yalnız müəssisənin 2018-ci ilə dair alış aktları üzrə xərclərinin müəyyən olunmasının mümkün olmadığı göstərilmişdir. Yəni yoxlama aktında müəssisənin digər xərclərinin mövcud olmamasına dair hər-hansı bir qeyd öz əksini tapmamışdır. Həmçinin bildirilir ki, xərc sənədlərinin təyinatı, tarixi, nömrəsi, həmin sənədlərin heç birində əks olunmuş məbləğlər iş materiallarında olan sənədlərdə və hesabatlarda öz əksini tapmamışdır. Rəyin tədqiq hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2018-ci il üzrə aparılmış əməliyyatlara görə 2055.00 manat məbləğində mənfəət vergisi hesablanır. Həmçini qeyd edilir ki, vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisi (2018ci il üzrə) də 2055.00 manat məbləğində bəyan olunmuşdur. Rəyin tədqiqat hissəsində qeyd edilmişdir: Təqdim edilmiş iş materiallarından göründüyü kimi, vergi orqanı tərəfindən İddiaçı MMC-nin (VÖEN: **********) fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılmış və yoxlama nəticəsində 2018-ci il üzrə 395510,43 manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən olunmuşdur. İş materiallarında olan səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, müəssisə kənd təsərrüfatı məhsullarını malların alış aktı əsasında tədarük edib, sonradan tədarük etdiyi məhsulları ixrac etmiş və bununla bağlı YGB-lər baza məlumatlarında öz təsdiqini tapmışdır. Eyni zamanda təqdim edilmiş iş materiallarından göründüyü kimi, səyyar vergi yoxlaması ilə müəssisənin 2018-ci ilə dair gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərinin (alış aktları üzrə) müəyyən olunmasının mümkün olmadığı göstərilmişdir. Bu səbəbdən də yoxlama ilə 2018-ci il üzrə vergi ödəyicisinin gəlirinə Vergi Məcəlləsinin 83.9 maddəsinə və "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 55 nömrəli qərarının 6.1.2-ci maddəsinə əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik norması 20% səviyyəsində tətbiq edilməklə vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir, o cümlədən: Səyyar vergi yoxlaması ilə 2018-ci il üzrə hesablanmış 1987827,17 manat gəlirdən 20% dərəcə ilə 397565.43 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən məbləğin bəyannamədə göstərilməli olan məbləğə nisbətən 395510.43 (3975xx.xx-2055.00 bəyan olunan) manat azaldılması müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən 2018-ci il ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 2055,00 manat məbləğində mənfəət vergisi hesablanır. Vergi ödəyişi tərəfindən dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği də 2055,00 manat bəyan olunmuşdur. Yəni, hazırkı tədqiqatla 2018-ci il üzrə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış mənfəət vergisinin olması müəyyən olunmur. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarına əsasən müəssisənin xərcləri alınmış malın (işin, xidmətin) dəyərindən, digər xərclərdən, əmək haqqından, sosial ayırmalardan və bank xidməti üzrə xərclərdən ibarət olmuşdur. Eyni zamanda qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi, səyyar vergi yoxlaması ilə yalnız müəssisənin 2018ci ilə dair alış aktları üzrə xərclərinin müəyyən olunmasının mümkün olmadığı göstərilmişdir. Yəni yoxlama aktında müəssisənin digər xərclərinin mövcud olmamasına dair məlumat qeyd edilməmişdir. Həmçinin bildirilir ki, xərc sənədlərinin təyinatı, tarixi, nömrəsi və həmin sənədlərin hər birində əks olunmuş məbləğ iş materiallarında olan sənədlərdə və hesabatlarda öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş materialları ilə müəyyən edilir ki, səyyar vergi yoxlamasının nəticələrinə əsasən 2018-ci il üzrə mənfəət vergisinin yoxlanması zamanı müəyyən edilmişdir ki, yoxlama ilə əhatə olunan dövrdə mövcud olan yük gömrük bəyannamələri üzrə baza məlumatlarına əsasən cəmiyyət tərəfindən kənd təsərrüfatı məhsulları “Malların alış aktları” əsasında tədarük edilərək, sonradan həmin məhsulları ixrac etmişdir. Vergi orqanına təqdim edilmiş 2018-ci ilin noyabr və dekabr ayları üzrə əlavə dəyər vergisi bəyannamələrinə və ixrac edilmiş məhsullara görə tərtib olunmuş yük gömrük bəyannamələrinə əsasən cəmiyyətin 2018-ci il üzrə ümumi gəliri 11.926.963,02 manat müəyyən olunmuşdur. Lakin, səyyar vergi yoxlaması zamanı 2018-ci ilin mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilmiş gəlirləri üzrə gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, cəmiyyət tərəfindən tərtib olunmuş malların alış aktlarında adları qeyd olunan şəxslərdən alınan izahatlardan məlum olmuşdur ki, malların alış aktları cəmiyyət tərəfindən bir tərəfli qaydada tərtib olunmuşdur. Malların alış aktlarında adları qeyd olunan şəxslər tərəfindən təqdim etdikləri izahatlarda malların alış aktlarındakı imzaların onlara məxsus olmadığını və cəmiyyətə malların alış aktlarında göstərilən malları satmadıqlarını bildirmişlər. Bununla da, cəmiyyət tərəfindən vergiyə cəlb edilmiş gəlirlər üzrə gəlirin əldə edilməsi ilə bağlı xərc sənədi kimi təqdim olunmuş malların alış aktılarının heç bir hüquqi əsası olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən 2018-ci il üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisi tapılmadığına görə Vergi Məcəlləsinin 83.9-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə etməklə vergi ödəyicisinin mənfəətini müəyyən etmiş və vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalan”na (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin 2019cu il üzrə mənfəətini müəyyən etmiş və vergilər hesablanmışdır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinə mənfəət vergisi üzrə 395510.43 manat vergi hesablanmış və vergi məbləğinin 50% miqdarında, yəni 197755.22 manat maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmçinin 2018-ci ilin oktyabr ayı üzrə ƏDV bəyənnaməsi vergi orqanına vaxtında təqdim edilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh vergi orqanı şərti rentabellik norması əsasında vergi ödəyicisinin mənfəətini müəyyən etmiş və vergilər hesablamışdır. Vergi ödəyicisinin 2018-ci il üzrə vergiyə cəlb olunan gəliri 1987827,2 manat məbləğində olduğuna görə həmin gəlirdən hesablanmış mənfəət vergisinin məbləği 397565,43 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyənnaməyə əsasən 2018-ci ilin mənfəət vergisi üzrə bəyan edilmiş 2055,0 manat məbləğində hesablama nəzərə alınmaqla, səyyar vergi yoxlamasının nəticələrinə əsasən əlavə 395510,43 manat məbləğində vergilər hesablanmışdır. (397565,43-2055,0=395510,43) Səyyar vergi yoxlaması zamanı həmçinin 2018-ci ilin mənfəət vergisi üzrə vergilərin 395510,43 manat məbləğində yayındırıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisinə yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 198782,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. (395510,43*50%=198782,72) Müvafiq orqanlardan alınmış cavab məktublarına və “Malların alış aktlarında” məhsulların satıcıları kimi adları qeyd olunan şəxslərdən alınmış izahatlara əsasən müəyyən olunmuşdur ki, alış aktlarındakı imzalar həmin şəxslərə məxsus olmamış və həmin aktlarda göstərilən adda mallar həmin şəxslər tərəfindən cəmiyyətə təqdim edilməmişdir. İş üzrə təyin edilmiş ekspert rəyində alış aktları nəzərə alınaraq xərclər hesablansa da, yuxarıda qeyd edilən hallardan çıxış edərək məhkəmə qeyd edir ki, həmin alış aktları mötəbər sənəd kimi qəbul edilə bilməz. “Malların alış aktlarında” məhsulların satıcıları kimi adları qeyd olunan şəxslərdən alınmış izahatların təsdiq edilmiş surətləri, o cümlədən Cəlilabad rayon İcra hakimiyyəti başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2019-cu il tarixli, 1020 saylı, Cəlilabad rayon İcra hakimiyyəti başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 982 saylı, Cəlilabad rayon İcra hakimiyyəti başçısının Sabirabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 420 saylı, Cəlilabad rayon İcra hakimiyyəti başçısının Gülməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 393 saylı, Masallı rayon İcra hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 106 saylı, Lənkəran şəhər İcra hakimiyyəti başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 54 saylı, Şəmkir rayon İcra hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 18 saylı, Şəmkir rayon İcra hakimiyyəti başçısının Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 20 saylı, Quba rayonu Birinci Nügədi bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 187 saylı arayışlarının və məktublardan çıxarışların təsdiq edilmiş surətləri iş materiallarına əlavə edilmişdir. Beləliklə, iş üzrə aparılmış araşdırma ilə müəyyən edilir ki, iddia tələbi əsassız olmuş və bu səbəbdən təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar