Məhkəmə qərarları › İş №2-1(118)-5678/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5678/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5678/2023 24.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı “onu və ailə üzvlərini portal almaq üçün qeydiyyata alınmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, iddiaçı Sumqayıt şəhərində evi var idi. Evini müəyyən problemə görə satmalı olmuşdur. Onun 1965-ci ildən Sumqayıt şəhərində 5-ci m/ rayonunda ev 14/1 mənzil 33/102- də qeydiyyatı vardır. Həmin evdə üç övladı anadan olmuş və həmin evə qeydiyyatı alınmışdır. X2, X6, X3, həmin evdə qeydiyyatda olublar, evi satılandan sonra, polis məntəqəsinə qeydiyyata salmışdırlar. İndi şəhər polis məntəqəsindən qeydiyyatdan çıxarmışdırlar. İndi onların heç bir yerdə qeydiyatı yoxdur. Portal olmadığı üçün uşaqları işsiz qalıb hansı bir qohuma müraciət edirlər, heç kim evinə qeydiyyata salmır. Onu da qeyd edir ki, onun Sumqayıt şəhər BTZ-Metallurg bağ evi var. Həmin bağ evində yaşayır. Həmin bağ evində yaşayır. Ailə üzvləri X2, X6, X1 X4 və nəvələri X7 və X8 onunla birlikdə yaşayır. Xahiş edir ki, onu və onunla birlikdə yaşayan ailə üzvlərini portal almaq üçün qeydiyyata almaq üçün sərəncam verəsininz. Məhkəmə iclasında iddiaçının tələbi aydınlaşdırılmış, məhkəmə tərəfindən ona hüquqi yardım edilmiş, hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbi İnzibati Prosessual Məcəlləsinin 46cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Lakin iddia ərizəsindən görünür ki, iddia ərizəsi qanuinvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Cavabdehin adı və ünvanı göstərilməmişdir və tələbi qeyri müəyyəndir. Eyni zamanda iddiaçı özündən başqa digər ailə üzvləri ilə bağlı tələblər irəli sürmək niyyətindədir. İddiaçıya izah edilsin ki, onu bu tələbləri irəli sürmək üçün subyektiv hüququ yoxdur. Yaşayış yeri üzrə qeydiyyata düşmək iddiası ilə bağlı hər kəs özünə bağlı tələblər irəli sürə bilər. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis idarəsinin məktubundan görsənir ki, iddiaçının müraciətinə cavab tövsiyyə xarakterlidir, konkret inzibati aktın qəbulundan imtina edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, qaldırıla biləcək iddianın uğurluluq ehtimalının yüksək olması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə birlikdə yaşayış yeri üzrə qeydiyyatla bağlı cavabdeh inzibati orqana müraciərt edə bilər. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Digər ailə üzvləri ilə bağlı tələbləri həmin şəxslər irəli sürə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar