Məhkəmə qərarları › İş №2-1(118)-568/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-568/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-568/2021 17.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi , X1 Mövlətxan oğlunun katibliyi, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarının “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kvadrat metr olan B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 38 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia qaldıraraq Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarının “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kvadrat metr olan B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 38 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o 2005-ci ilin ortalarında ərizə ilə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək “Novxanı bağları” ərazisində yerləşən və uzun müddətdir rəsmiləşdirmədən istifadəsində olan sahəsi 1200 kvadrat metr təşkil edən B- 1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun ərizəsi və Sumqayıt şəhər Bələdiyyəsinin müraciəti əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair xx xxxxxx 2005-ci il tarixli,02/1930 saylı müvafiq rəy verilmiş və torpaq sahəsinin mülkiyyətimə alqı-satqı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Bundan sonra tərəfindən Sumqayıt şəhər Bələdiyyəsinin hesablaşma hesabına torpağın alqı-satqı haqqı olaraq 3000000(üç milyon) manat məbləğində pul ödənilmişdir.Lakin sonradan Sumqayıt şəhər Bələdiyyəsi ödədiyi pul vəsaitinin torpağın normativ qiymətinə uyğun gəlmədiyini bildirərək ondən əlavə olaraq torpağın pulunun ödənilməsini tələb etmiş və yaranmış bu mübahisə səbəbindən sözügedən bağ torpaq sahəsinin rəsmiləşdirilməsi işləri yarımçıq qalmışdır. Nəticədə o bələdiyyədən sənədini ala bilmədiyindən 2007-ci ilin noyabr ayında əlavə olaraq tələb olunan 1563(bir min beş yüz altmış üç)manat məbləğində pul vəsaitini Sumqayıt şəhər Bələdiyyəsinə ödəməli olmuşdur.Bundan sonra Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli,38 saylı qərarı ilə sahəsi 1200 kvadrat metr olan B-1008 saylı bağ torpaq sahəsi mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin alqı-satqısına dair onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında xx xxxx 2008-ci il tarixdə müvafiq akt imzalanmış və həmin akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx xxxx 2008-ci il tarixdə 93 nömrəsi ilə qeydiyyata alınmışdır.Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən bağ torpaq sahəsinin “planı və ölçüsü” də tərtib edilərək Dövlət X2 qeydiyyata alınmışdır.Lakin o göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatından keçirmək üçün müvafiq mülkiyyət sənədlərini əldə edə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən xx xxxxxx 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar özəlləşdirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etdikdə də ona bildirilmişdir ki, həqiqətən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təqdimatı əsasında torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir və o təkrarən bələdiyyəyə əlavə ödəniş etməklə həmin torpaq sahəsini qüvvədə olan yeni qanun normalarına uyğun yenidən satın almalıdır. Halbuki, o 2005-ci ildə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş və bələdiyyə qərarının ləğvi iddiaçının məlumatı olmadan həyata keçirilmişdir. O adı şəkilən qərarın ona təqdim edilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və həmin qərardan çıxarış bir neçə gün əvvəl rəsmi qaydada ona təqdim olunmuşdur. Beləliklə, onun hüquqları aşkar şəkildə pozulduğu üçün və mülkiyyətinə ayrılmış torpaq sahəsi üzərində hüquqları qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatından keçirə bilmədiyinə görə məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə oaln prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. ’’Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin(mənim ərizəmin bələdiyyədə qeydiyyata alındığı zaman qüvvədə olan mətninə görə) 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasım məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 21-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planmı(cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Beləliklə, tam aydın olur ki, bələdiyyə tərəfindən qanuni istifadəsində həyətyanı torpaq sahəsinə dair qərarın verilməsi əsassız olaraq ləngidilmiş və nəticədə həmin qərar yeni qanun normaları qüvvəyə mindikdən sonra verilmişdir. Belə ki, o öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, müvafiq icra hakimiyyəti orqanları da rəy verərək torpağın mülkiyyətinə verilməsinə razılıqlarını bildirmişlər. Sumqayıt şəhər Bələdiyyənin qanunsuz hərəkətləri onun hüquqlarının, qanuni mənafelərimin pozulması ilə nəticələnmişdir.Bu səbəbdən o, öz pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, İddiaçı həqiqətən də 2005-ci ildə ərizə ilə Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək “Novxanı bağları” ərazisində yerləşən və uzun müddətdir rəsmiləşdirmədən istifadə etdiyi sahəsi 1200 kvadrat metr təşkil edən B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçı müraciətini nəzərə alaraq qeyd edilən “Novxanı bağlan” ərazisində yerləşən sahəsi 1200 kvadrat metr təşkil edən B-1008 saylı bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsi Sumqayıt Bələdiyyəsi tərəfindən məqsədəuyğun hesab edilmiş və sənədləşmə işlərini həyata keçirmək məqsədilə müvafiq rəyin alınması üçün aidiyyəti üzrə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə rəsmi məktubla müraciət olunmuşdur.Həmin müraciətə cavab olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixli,02/1930 saylı rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı mülkiyyətinə ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra İddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinin hesablaşma hesabına torpağın alqı-satqı haqqı qismində halhazırki məzənnə ilə 600 (altı yüz) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Lakin ödənilmiş məbləğ sənədləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsinin qanunvericiliklə müəyyən olunmuş normativ qiymətindən aşağı olduğundan, iddiaçıdan torpağın qalan alqı-satqı məbləğinin ödənilməsi tələb olunmuş, o həmin ödənişin edilməsindən imtina etdiyinə görə sənədləşmə işlərini sözügedən dövrdə başa çatdırmaq mümkün olmamışdır. İddiaçı tərəfindən 2007-ci ilin noyabr ayında torpağın alqı-satqı haqqı kimi müəyyən olunmuş məbləğin qalan 1563(bir min beş yüz altmış üç) manat hissəs Sumqayıt Bələdiyyəsinə ödənildikdən sonra mübahisələndirilən bağ torpaq sahəsinin onun adına sənədləşdirilməsi işləri bərpa olunmuşdur. Belə ki,İddiaçı tərəfindən torpaq sahəsinin alqısatqı haqqı olaraq 1563(bir min beş yüz altmış üç)manat məbləğində pul vəsaiti bələdiyyənin bank hesabına köçürüldükdən sonra Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli,38 saylı qərarı ilə sahəsi 1200 kvadrat metr olan B-1008 saylı bağ torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş,eyni zamanda tərəflər arasında həmin torpaq sahəsinin alqı-satqısına dair xx xxxx 2008-ci il tarixdə müvafiq akt imzalanmış və həmin akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən xx xxxx 2008-ci il tarixdə 93 nömrəsi ilə qeydiyyata alınmışdır.Həmçinin,sözügedən bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin qulluqçuları tərəfindən yerində ölçülərək müvafiq təhkim aktı əsasında İddiaçı təhvil verilmişdir. Göründüyü kimi, Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən torpağın ayrılmasına dair qərarının xx xxxxxx 2007-ci il tarixdən, yəni yeni qanun normalarının qüvvəyə mindiyi vaxtdan sonra verilməsinə səbəb idiaçı tərəfindən sənədləşdirilməsi üçün müraciət etdiyi torpaq sahəsinin qanunvericiliklə müəyyən olunmuş alqı-satqı məbləğinin vaxtında ödənilməməsi omuşdur. Eyni zamanda məhkəmənin nəzərinə çatdırırlar ki, adı çəkilən bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin həmin tövsiyələrində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən xx xxxxxx 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları üzərində hüquqların yalnız torpaq hərracları,yaxud müsabiqələri vasitəsilə əldə edilə biləcəyi qeyd olunmuş, həmin tarixdən etibarən Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların sözügedən qanun norması ilə ziddiyyət təşkil etdiyi diqqətə çatdırılmış və xx xxxxxx 2007-ci il tarixdən sonra Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların ləğv edilməsi tövsiyə olunmuşdur. Həmin tövsiyələr əsasında Sumqayıt Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli 14 saylı iclas protokolunun qərarı bələdiyyənin bir sıra qərarları, o cümlədən “Novxanı bağlan” ərazisində yerləşən sahəsi 1200 kvadrat metr təşkil edən B-1008 saylı bağ torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair xx xxxxxx 2007-ci il tarixli,38 saylı iclasının qərarı ləğv edilmişdir. Qeyd edilənlərlə yanaşı cavabdeh məhkəmənin nəzərinə çatdırır ki, Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinə iddialı deyildir və həmin torpaq sahəsinin İddiaçı geri alınmasında maraqlı deyildir. Bütün bu hallara əsaslanaraq və mübahisələndirilən torpaq sahəsinin uzun illərdir İddiaçı faktiki istifadəsində olduğunu rəhbər tutaraq, cavabdeh Sumqayıt Bələdiyyəsi olaraq İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı «bələdiyyə qərarının ləğv edilməsi barədə» iddia ərizəsinin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarından çıxarışdan görsənir ki, “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kvadrat metr olan B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 38 saylı qərarı Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kvadrat metr olan B-1008 saylı bağ torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2007ci il tarixli 38 saylı qərarı, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı ilə ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kvadrat metr olan B- 1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 38 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, Sumqayıt şəhər bələdiyyəsi iddiaçıya hüquq tanıyan öz qərarının ləğv edilməsi barədə xx.xx.2008-ci il tarixli, 14 nömrəli yeni qərar qəbul etmişdir. Halbuki bələdiyyənin sözügedən qərarı onun özü tərəfindən deyil, məhkəmə tərəfindən ləğv edilə bilərdi. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də mübahisələndirilən qərar həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bələdiyyənin özü tərəfindən deyil, qanunsuz qəbul olunduğu müəyyən edildiyi halda məhkəmə qaydasında ləğv oluna bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kvadrat metr olan B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2007-ci il tarixli 38 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 nömrəli qərarı “Novxanı bağları” ərazisində yerləşən və sahəsi 1200 kvadrat metr olan B-1008 saylı bağ torpaq sahəsinin mülkiyyətinə verilməsi haqqında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2007ci il tarixli 38 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar