Məhkəmə qərarları › İş №2-1(118)-568/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-568/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-568/2022 31.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X14, Üçüncü şəxs X11 və onun nümayəndəsi və vəkili X15 iştirakları ilə, İddiaçı İddiaçı Mehrəli oğlunun cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X1 dair Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktı etibarsız hesab edilməsi, Quba rayonu, Qımıl-qazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarına və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktına dair qeydləri ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Mehrəli oğlu cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X1 dair Quba rayonu, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktı etibarsız hesab edilməsi, Quba rayonu, Qımıl-qazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarına və həmin qərarla əlaqəli 15 avqust 2004-cü il tarixli alqı-satqı aktına dair qeydləri ləğv edilməsi” tələbinə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bir neçə dəfə iddia tələbinə dəqiqləşdirmə vermişdir. İddiaçının nümayəndəsi 18.01.2022-ci il tarixində iddia tələbinə sonuncu dəqiqləşdirmə ərizəsi verərək, Quba rayonu, Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X7 ayrılmasına dair Quba rayonu Qımılqazma Bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarını ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı ərizəyə əlavə edilmiş, JN- 114A nömrəli, KOD 30317028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli Müqavilənin əslindən göründüyü kimi Quba rayonunun Qımıl- Qazma kənd ərazisində, onun və ailə üzvlərinin birgə mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsi ilə bitişik olan 1000 (bir min) kv.m torpaq sahəsi, Quba rayonu Qımıl-qazma bələdiyyəsi (hazırki hüquqi statusuna görə Qəşrəş bələdiyyəsi) ilə arasında 15 sentyabr 2002-ci il tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında biçənək məqsədi ilə onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi bu günə qədər onun istifadəsindədir. Quba rayonunun Qəçrəş bələdiyyəsinin sədr vəzifəsini müvəqqəti icra edən Vüqar Kərimovun Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı, tarixsiz və reyestr qeydiyyatsız olan, iddia tələbinə yazılı etirazında həmin torpaq sahəsi Quba rayon Qəçrəş bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə Quba rayonunun Qımılqazma kəndinin digər sakini X2. Hazırkı iddia tələbi üzrə cavabdeh Quba rayonu, Qəçrəş bələdiyyəsi, Qımılqazma bələdiyyəsinin varisidir. Qımılqazma kənd ərazisində 0,12 ha torpaq sahəsinin X3 dair Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarının etibarsız hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs X12, X5 ölümündən sonra qalan birinci növbəli vərəsədir. Hesab edir ki, JN-114A nömrəli, KOD 30317028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsaasmda onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 sentyabr 2002-ci il tarixli Müqavilə əsasında onun istifadəsinə verilmiş torpaq sahəsinin X3 dair Quba rayon Qəçrəş bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı qanunsuz və əsassızdır, qərar, həmin qərar əsasında Qımılqazma bələdiyyəsi ilə X13 arasında bağlanmış 15 avqust 2004-cü il tarixli alqı-satqı aktı və həmin rəsmi sənədlər əsasında verilmiş hüquqi sənədlər etibarsız hesab edilməli, həmin qərara, alqısatqı aktına və həmin rəsmi sənədlər əsasında verilmiş hüquqi sənədlərə dair qeydlər ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Mehrəli oğlu ilə o vaxt mövcud olan Qımılqazma bələdiyyəsi arasında 15 sentyabr 2002-ci il tarixdə bələdiyyənin mülkiyyətində olan 1000 m2 biçənək torpaq sahəsi 3 il müddətinə qeyd olunan məqsəd üçün icarəyə verilmişdir. Üç illik müddət bitdikdən sonra icarədarla hər-hansı bir müqavilə bağlanmamış və bələdiyyə onun qarşısında heç bir öhdəlik götürməmişdir. Həmçinin torpaq sahəsi biçənək məqsədilə icarəyə verilsə də, İddiaçı həmin torpaq sahəsindən müqaviləyə zidd olaraq turizm məqsədləri üçün istifadə etmişdir. Həmin icarə müqaviləsi iddiaçıya mülkiyyət hüququ tanınması üçün əsas ola bilməz və qanunvericilikdə belə bir hal mövcud deyildir. Eyni zamanda həmin müqavilə DT və XK-da qeydiyyata alınmamış, icarəyə verilən torpaq sahəsinin xəritəsi təsdiq edilməmiş, həmin vaxtı icarəçiyə təxmini icarəyə verilən ərazi göstərilmiş, əslində isə icarəyə verilən ərazinin xəritəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilməli idi. Göründüyü kimi, həmin vaxtı belə, həmin icarə müqaviləsinin heç bir hüququ əsası olmamışdır. 2005-ci ildən 2016-cı ilə kimi iddiaçı tərəfindən bələdiyyənin hesabına heç bir ödəniş də edilməmişdir. Bundan əlavə İddiaçı Mehrəli oğluna və ailə üzvlərinin mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmiş və iddia olunan torpaq sahəsi isə həmin torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçı icarə rnüqaviləsinin müddəti bitdikdən sora həmin torpaq sahəsini zəbt edərək kafe kimi istifadə edir. Bu qanunsuz hərəkətlərinə görə ona dəfələrlə xəbərdarlıqlar edilmiş lakin iddiaçı həmin torpaq sahəsindən çıxmaq istəmir. Həmçinin, Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə X9 qanunla müəyyən edilmiş qaydada 0,12 ha torpaq sahəsi satılmışdır. Əvvəllər mövcud olmuş DT və XK-nın Quba rayon şöbəsi tərəfindən təqdim edilmiş xəritələrdən müəyyən edilir ki, hazırda iddianın predmeti olan torpaq sahəsi ilə həmin torpaq sahəsi üst-üstə düşmür və qonşu torpaq sahələridir. Yəni iddiaçıya həmin vaxt icarəyə verilən ərazi ilə X9 bələdiyyə qərarı ilə satılmış ərazi fərqli ərazilərdir. İddiaçının iddia etdiyi ərazi həm qanun üzrə həm də faktiki olaraq mərhum X6 vərəsələrinin istifadəsindədir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Göründüyü kimi iddiaçı ilə Bələdiyyə arasında hər-hansı bir alqı-satqı müqaviləsi bağlanmamış, belə bir müqavilənin bağlanacağı barədə öhdəlik götürülməmiş və Bələdiyyəyə hər-hansı bir şəxslə müqavilə bağlanması məcburiyyəti qanunla müəyyən edilməmişdir, Əksinə, bu hərəkətləri ilə iddiaçı Bələdiyyənin fəaliyyətinə mane olur, onun mülkiyyətinə qəsd edir və maliyyələşməsinə mənfi təsir göstərən hərəkətlərə yol verməklə Bələdiyyəyə zərər vurur. İlk öncə bildirilir ki, iddiaçının bələdiyyəyə qarşı belə bir iddia tələbi irəli sürməsinə subyektiv hüququ yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia müddətini ötürərək 18 il bundan qabaq bağlanmış müqavilənin etibarsızlığını irəli sürür. Qeyd olunanlara əsasən iddia tələbi mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 3-cü şəxs qismində cəlb edilmiş X11 məhkəməyə etirazla müraciət edərək, bildirmişdir ki, iddia tələbini qəbul etmir, ona görə ki, iddiaçı atasına məxsus alqı-satqı qərarını, alqı-satqı aktını etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı atasına məxsus alqı-satqı qərarını, aktını etibarsız hesab edilməsini onunla Quba rayonu Qımıl-Qazma bələdiyyəsinin 15 sentyabr 2002-ci il tarixli icarə müqaviləsi bağlanmasına görə əsaslandırır. Quba rayonu Qımıl-Qazma bələdiyyəsi ilə İddiaçı Mehrəli oğlu arasında oğlu arasında bağlanılmış torpaq icarəsi müqaviləsi bağlandığı andan etibarsızdır. Ona görə ki, torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanından qeydiyyatdan keçməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmamışdır. Həmin vaxt qüvvədə olmuş Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Təkcə bu əsas elə iddiaçının iddia tələbinin mümkün sayılmaması üçün kifayət edir. Hazırda qüvvədə olan Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almır. 21 aprel 2006-cı il tarixə kimi qüvvədə olmuş Torpaq İcarəsi haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir. İddiaçının iddia etdiyi torpaq sahəsinin icarəyə verilinəsi haqqında müqavilədə icarəyə verilmiş torpaq sahəsi göstərilməmişdir. Torpaq sahəsinin ölçü və planı qeyd edilməmişdir. Belə olan halda iddiaçının bizə məxsus torpaq sahəsinə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçının bizə məxsus torpaq sahəsinin ona icarəyə verilməsinə dair heç sübutu yoxdur. İddiaçıya hansı ərazinin icarəyə verilməsi ilə bağlı heç bir xəritə yoxdur. İddiaçı atası X10 Quba rayonu Qımıl- Qazma bələdiyyəsinin ərazisindən 0,10 ha torpaq sahəsinin satılmasına əsas olmuş 02 avqust 2004-cü il tarixli qərarı və aktı etibarsızlığını edir. Hazırkı iddia ilə bağlı nəinki daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti, hətta ümumi iddia müddəti ötmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.İddiaçı 2019-cu ildə eyni tələblə Sumqyaıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin iddiası mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsinə 15 sentyabr 2002-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş torpaq sahəsinin onun istifadəsində olduğunu qeyd etmişdir. Lakin həmin torpaq sahəsinin harada yerləşməsi və həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənədə əsasən istifadə etməsi, istifadə etdiyi torpaq sahəsini vərəsəlik hüququ ilə mənə məxsus torpaq sahəsilə hansı bağlılığını olmasını qeyd etməmişdir. İddiaçı guya icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsinə görə vergiləri ödəməsini qeyd etsə də, vergi ödənişləri barədə qəbzlərdə bu ödənişlərin hansı torpaq sahəsinə aid olması müəyyən olunmur. Ödənişlər isə 2004-cü ildən sonra 2016-ci ilə aid olmaqla ödənişlər arasında 12 il müddət ötmüşdür. İddiaçı torpaq sahəsinin ona icarəyə verilməsi barədə bələdiyyəyə təklif etdiyini, bələdiyyənin ona hərrac vasitəsilə torpaq sahəsinin almasını təklif etdiyini desə də, barədə mötəbər sübutu iddiaya əlavə etməmişdir. İddiaçı hələ bundan əvvəl 2019-cu ildə eyni tələblə inzibati məhkəməyə müraciət etdiyini etiraf edir və bu zaman bələdiyyənin məhkəməyə ünvanlanmış 05 dekabr 2018-ci il tarixli 49 nömrəli məktubuna istinad edərək Qəçrəş bələdiyyəsinin torpaq sahəsinin ona satmağa etiraz etmədiyini bildirir.Halbuki iddiaçı bələdiyyənin məktubunu təhrif edir. Bələdiyyə məhkəməyə ünvanladığı həmin məktubda ümumiyyətlə iddiaçının iddiası ilə bağlı məsələlərə baxılması üçün 2019-cu ildə Quba rayon ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsi ilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinantlarımn müəyyənləşdiriləcəyi, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra sərəncama qanuna müvafiq olaraq cavab verilməsi mümkün olacağı bildirilmişdir. İddiaçının iddiasının əksinə olaraq iddiaçı ilə bələdiyyə arasında torpaq icarəsi müqaviləsi qanuna müvafiq olaraq bağlanmamış, torpaq icarəsi müqaviləsi müvafiq qaydada dövlət qeydiyyatına alınmamış, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə verilmiş torpaq sahəsinin planı və ölçüsü əlavə edilməmiş, torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir.Bundan əlavə iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi Quba rayonu Qımılqazma bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli 07 nömrəli qərarı ilə atası X4 qərar alınmış, bu barədə 15 avqust 2004- cü il tarixli torpaqların alqısatqısına dair akt tərtib tərtib edilmiş, bələdiyyənin hesabına pul ödənilmiş,torpaq sahəsinin satılmasına dair DT-XK-nin Quba rayon şöbəsinin müdiri rəy vermiş, satılmış torpaq sahəsinin yerquruluşu planından 1:10000 və 1:2000 xəritə çıxarışlar verilmiş, həmin xəritələr Quba rayon İcra hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş, bu barədə Quba rayon İcra hakimiyyəti tərəfindən miivafıq rəy verilmiş, atasına satılmış torpaq sahəsinin həyətyanı torpaq sahəsi olması barədə DT və XK-nin Quba rayon şöbəsinin müdiri tərəfindən arayış verilmiş, həmin alqı-satqı müqaviləsinin qüvvədə olması barədə Quba rayonu Qəçrəş bələdiyyəsi tərəfindən arayış verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 və onun nümayəndəsi və vəkili X21 eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Mehrəli oğlu ilə Qımılqazma bələdiyyəsi arasında 15 sentyabr 2002-ci il tarixdə bələdiyyənin mülkiyyətində olan 1000 m2 biçənək torpaq sahəsi 3 il müddətinə qeyd olunan məqsəd üçün icarəyə verilmişdir. Üç illik müddət bitdikdən sonra iddiaçı ilə hər-hansı bir müqavilə bağlanmamışdır. İddiaçı Mehrəli oğluna və ailə üzvlərinin mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmiş və hal-hazırda iddia olunan torpaq sahəsi isə həmin torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçı icarə rnüqaviləsinin müddəti bitdikdən sonra həmin torpaq sahəsini istifadə edir. Quba rayonu Qımılqazma Bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə X9 0,12 ha torpaq sahəsi satılmışdır. Hazırda iddianın predmeti olan torpaq sahəsi ilə həmin torpaq sahəsi üst-üstə düşmür və qonşu torpaq sahəsidir. Yəni iddiaçıya həmin vaxt icarəyə verilən ərazi ilə X9 bələdiyyə qərarı ilə satılmış ərazi fərqli ərazilərdir. İddiaçının iddia etdiyi ərazi faktiki olaraq mərhum X6 vərəsələrinin istifadəsindədir. İddiaçının tələb etdiyi Quba rayonu Qımılqazma Bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarını ləğv edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməlidir. Belə ki, Quba rayon Qəçrəş Bələdiyyəsi (keçmiş Qımılqazma) inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Quba rayonu Qımılqazma Bələdiyyəsi özünün diskression səlahiyyətlərindən irəli gələn hüququndan istifadə edərək 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarı ilə X9 0,12 ha torpaq sahəsi ayırmışdır. Nəzərə alınmalıdır ki, Ədliyyə Nazirliyinin Xaçmaz regional ədliyyə idarəsinin iddiaçıya ünvanladığı 18 may 2018-ci il tarixli 04/m-92 saylı məktubundan müəyyən edilir ki, İddiaçı icarəsinə verilmiş torpaq sahəsi heç kimin icarəsinə və ya mülkiyyətinə verilməmişdir. Beləliklə, cavabdeh Quba rayonu Qımılqazma Bələdiyyəsi qəbul etdiyi qərarına əsasən qanun pozuntusuna yol verməmişdir. Buna görə də məhkəmədən mübahisə edilən qərarın ləğv edilməsi tələb etməkdə iddiaçının subyektiv hüququ yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mehrəli oğlunun cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “Quba rayonu, Qımılqazma ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin X7 ayrılmasına dair Quba rayonu Qımılqazma Bələdiyyəsinin 02 avqust 2004-cü il tarixli, 07 saylı qərarını ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar