Məhkəmə qərarları › İş №2-1(118)-5686/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5686/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5686/2025 12.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2N25-ci il tarixli qərarı ləğv etməklə həmin tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, Konstitusiya quruluşunun və suverenliyinin müdafiəsi ilə əlaqədar orqanizmin sağlamlıq imkanlarının pozulması (35-6N %) ilə bağlı ona 2 il müddətinə əlilliyin təyin olması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2N25-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2NNN-ci ildə anadan olmuş və xx.xx.2N22- ci ildə Kəlbəcər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Döyüş zamanı aldığı xəsarətlərlə bağlı bu diaqnoz qoyulmuşdur: «partlayış travması nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması,baş beyin silkələnməsindən.sağ tərəfli dialtı nahiyyənin yad cisminin (qəlpənin) xaric edilməsi cərrahi əməliyyatından,sağ bonun,sağ saidin,sağ bud və baldırın arxa səthinin kor qəlpə yaralanmasına görə yaraların birincili cərrahi işlənməsindən (xx.xx.2N22-ci il) sonrakı vəziyyət,sağ yuxarı və aşağı ətraf nahiyyələrinin çoxsaylı yad cismi, barotravma nəticəsində sağ tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət.(əsas : AR MN-nin N nömrəli hərbi hissəsinin xx.xx.2N22-ci il tarixli 267N saylı arayışı) Bu müddət ərzində dəfələrlə stasionar və ambulator müalicələr almış,Respublika Psixiatriya Xəstəxanasının həkim-Psixiatr Komissiyası tərəfindən rəylər verilmiş xx.xx.2N23-cü ildə professor Fuad İsmayılov tərəfindən ona «üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) affektiv pozuntu,dissosiativ daxilolmalarla .FN6.3» diaqnozu qoyulmuşdur. Daha sonra həmin komissiya tərəfindən verilmiş xx.xx.2N23-cü il tarixli 2439 saylı rəydə «üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində affektiv pozuntu,dissosiativ daxilolmalar,tez-tez baş verən depressiv epizodlar,funksional tutmalarla F.N6.3) diaqnozu qeyd olunmuşdur. Müdafiə Nazirliyinin HHEK-sı tərəfindən şəhadətləndirilməyi aparılmaqla xx.xx.2N24-cü ildə verilmiş Xəstəlik haqqında Şəhadətnaməyə əsasən «sülh dövründə və müharibə dövründə hərbi xidmətə yararsız» hesab olunmuşdur. UNN265269SSE saylı xx.xx.2N25-ci il tarixli tibbi göndəriş elektron qaydada cavabdeh orqana təqdim olunmuş,lakin cavabdeh tərəfindən «diaqnoz əlillik əlaməti təyin etmir» səbəbi iilə əlillik dərəcəsinin təyin olunmasından imtina barədə Qərar qəbul edilmişdir. Cavabdehin imtinası tam əsassızdır, belə ki, bir sıra səlahiyyətli tibb müəssisələrində müayinədə olmuş və həmin müayinələr nəticəsində diaqnozu təsdiqlənmişdir. Dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələr qəbul etmiş,lakin bu müalicələrə baxmayaraq səhhətində müsbət irəliləyiş olmamış və ailə üzvləri, ətrafda olan insanlarla mübahisə edir,öz hərəkətlərini idarə etmək imkanında deyil. Nitq qüsuru ona kompleks problemlər yaşadır, fikrini çatdıra bilmir, bütün bunlar müharibənin yaşatdığı psixoloji stres və aldığım travmaların nəticəsidir. Lakin cavabdeh orqan «diaqnozun əlillik əlamətini təyin etməməsi» səbəbi ilə əlillik təyinatından imtina etmişdir. Belə hesab edir ki,cavabdehin imtinası qanunsuz hesab edilməli və əlilliyin təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. . “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun: 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N,12.2N15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: 2.1-ci bəndinə görə, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər; 4.1-ci bəndinə əsasən, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. AR Nazirlər Kabinetinin xx.xx.2N16-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi- sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin: 1.3-cü bəndinə görə, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarım müəyyən edir: 1.5-ci bəndinə əsasən, əlillik müvafiq olaraq .Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N15-ci il 3N dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir; 4.1-ci bəndinə görə, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.7-ci bəndinə görə, səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar; 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron sistemi ilə Sosial Ekspertiza və Reablitasiya Xidmətinə ötürülür; 4,9-1-ci bəndinə görə, TSERAX-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə eldikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə görə, qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən, hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarım özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26cı bəndinə görə, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. AR Nazirlər Kabinetinin xx.xx.2N2N-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə görə, əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması mcyarlarf’na əsasən həyata keçirilir. Xəstəlik diaqnozu əsasında cavabdeh tərəfindən təşkil edilmiş komissiya xəstəlik meyarlarının əlilliyin təyin olunmasına əsas verdiyi halda. həmin xəstəliklərin təsdiq edilmədiyini qeyd etməklə həkim komissiyasının göndərişini əsassız saymış və kifayət qədər əsaslar olmadan əlillik dərəcəsi təyin elməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2N24-cü il tarixli 1N594 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı dissosiativ daxilolmalar, funksional tutmalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş affektiv (depressiv) pozuntu, teztez baş verən depressiv epizodlarla. Partlayış travması (xx.xx.2N22) sağ tibial və sural sinirlərin posttravmatik enyropatiyasının hissi və hərəki pozulmalar şəklində nəticəsi, funksiyanın mülayim dərəcədə pozulması ilə. Barotravma (xx.xx.2N22) sağtərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2N22) sağ boyun, sağ saidin, sağ bud və baldırın arxa səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün bleforiti, remissiya mərhələsində. Dalağın sadə kistası (1,7 sm)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2N23-xx.xx.2N23-cü il tarixli 1NN696N4 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi dissosativ pozğunluq” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2N23-cü il tarixli 163 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması) affektiv pozuntu, dissosiativ daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2N23-xx.xx.2N23-cü il tarixli 1N38N232 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2N23- xx.xx.2N23-cü il tarixli 1N795212 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2N23-xx.xx.2N23-cü il tarixli 117N4745 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2N23-cü il tarixli 2439 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, dissosiativ daxilolmalar, tez-tez baş verən depressiv epizodlar, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 PHŞ xx.xx.2N24-xx.xx.2N24cü il tarixli 2484/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, dissosiativ daxilolmalar, tez-tez baş verən depressiv epizodlar, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2N24-xx.xx.2N24-cü il tarixli 125596N8 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2N24-xx.xx.2N24-cü il tarixli 1335N831 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2N25-xx.xx.2N25-ci il tarixli 13986968 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, ətrafdakılarla ünsiyyət qura bilməməsindən, unutqanlıqdan, qıcolma tutmalarının olmasından, əhvalının qəflətən dəyişməsindən şikayətlənmişdir. Qəbul etdiyi dərman preparatlarından Depakin 5NN mg qeyd etmiş, digərlərini bilmədiyini söyləmişdir. Otağa asta addımlarla hərbi geyimdə daxil olaraq özünü təqdim etmişdir. Zahiri geyimi normal, səliqəli və baxımlı olmuş (sol əl barmağında olan üzük nəzərə çarpmış), yuxulu kimi görsənmişdir. Kiminsə ona bir sözü ikinci dəfə söylədikdə, özündən asılı olmayaraq əsəbləşdiyini və əsəb fonunda qıcolma tutmalarının olduğunu demişdir. Evdəkilərə söz deyə bilmədiyi üçün evdən çıxaraq kənar şəxslərlə konflikt yaratdığını demişdir. Tutmalar zamanı huşunu itirdiyini, ətrafdakı səsləri aydın eşitmədiyini, deyilən ifadələri anlamadığını bildirmişdir. Tutma zamanı yuxarı və aşağı ətraflarının yığıldığını demiş, kənardan ona “şillə vurulduqdan” sonra ayıldığını demişdir. Dilinin altından qəlpə çıxarıldığını, qoxu hiss etmədiyini, aşağı ətrafların bir müddət işləmədiyini, zamanla düzəldiyini söyləmişdir. Dərman qəbulundan sonra özünü halsız hiss etdiyini demiş və hazırda halsız olma səbəbinin dərman qəbulu ilə əlaqədar olduğu soruşulduqda uyğunsuz olaraq inkar etmişdir. Müayinəyə anası ilə gəldiyini, özünə xəsarət yetirməməsi üçün atasının onu tək buraxmadığını bildirmişdir. Özünə xəsarət izləri aşkarlanmamış, yalnız sağ bud-baldır nahiyyəsində bir neçə kiçik qəlpə izi olmuşdur. Psixi status: Düşüncəsi aydın, bələdliyi saxlanılmışdır. Zahirən yuxulu və süst olmuş, dərman təsiri (benzodiazepin) altında olan xəstə təəssüratı bağışlamışdır. Ünsiyyətə qoşularaq bir çox şikayət bildirmişdir. Emosional qeyri-stabil, əhvalı dəyişkən olmuş. Özünə qarşı tənqidi qorunmuşdur. Təxminən 4-5 ay əvvəl ailə qurduğunu söyləmişdir. 14 (on dörd) ay MAXE kimi xidmət etmiş, daha əvvəl fəhlə kimi çalışdığını demişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2N22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2N2N-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2N2N-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İnzibati iş materialına əlavə edilmiş MN N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.2N22-ci il tarixli 267N saylı travma haqqında arayışda göstərilir ki, xx.xx.2N22-ci il tarixdə saat N9:NN radələrində Kəlbəcər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Diaqnoz: “Partlayış travması (xx.xx.2N22) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən, sağ tərəfli dil altı nahiyəsinin yad cisminin (metal qəlpə) xaric edilməsi cərrahi əməliyyatından, sağ boyun, sağ saidin, sağ bud və baldırın arxa səthinin kor qəlpə yaralanmasına görə yaraların birincili cərrahi işlənməsindən (xx.xx.2N2N) sonrakı vəziyyət. Sağ yuxarı və aşağı ətraf nahiyyələrinin çoxsaylı yad cismi (metal qəlpə). Barotravma (xx.xx.2N22) nəticəsində sağtərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət”. İnzibati iş materialına əlavə edilmiş MN Mərkəzi Hərbi Ploliklinikası tərəfindən təqdim edilmiş 1N594 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, SHXÇDX-nin Şabran rayon bölməsinin rəisinin xx.xx.2N24-cü il tarixli 3-43-86/2- 95N/2N24 nömrəli göndərişi ilə İddiaçı MN Mərkəzi Hərbi Ploliklinikasının hərbi-həkim komissiyası tərəfindən xx.xx.2N24-cü il tarixdə şəhadətləndirilmişdir. Anamnezi: ailəsində psixi xəstəlikləri inkar edir. Erkən psixi inkişafı adi olub. Məktəbə vaxtında gedib. 11 sinif bitirib. Orta təhsillidir. Subaydır. İşləmir. xx.xx.2N22-ci il tarixdə saat N9:NN radələrində Kəlbəcər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış travması (xx.xx.2N22) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən, sağ tərəfli dil altı nahiyəsinin yad cisminin (metal qəlpə) xaric edilməsi cərrahi əməliyyatından, sağ boyun, sağ saidin, sağ bud və baldırın arxa səthinin kor qəlpə yaralanmasına görə yaraların l-ll cərrahi işlənməsindən (xx.xx.2N2N) sonrakı vəziyyət. Sağ yuxarı və aşağı ətraf nahiyyələrinin çoxsaylı yad cismi (metal qəlpə). Barotravma (xx.xx.2N22) nəticəsində sağtərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət” diaqnozu ilə xəsarət almışdır (əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2N22-ci il tarixli 267N nömrəli travma haqqında arayış). İlk tibbi yardım döyüş yoldaşları tərəfindən olunduqdan sonra N nömrəli hərbi hissəyə təxliyyə olunmuşdur. xx.xx.2N24- xx.xx.2N24-cü il tarixədək SN 2 saylı X4 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, dissosiativ daxilolmalar, tez-tez baş verən depressiv epizodlar, funksional tutmlarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 2484/24 nömrəli çıxarış epikrizi). xx.xx.2N24-xx.xx.2N24-cü il tarixədək SN X1 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, dissosiativ daxilolmalar, tez-tez baş verən depressiv epizodlar, funksional tutmlarla" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 1N8557 və 125596N8 nömrəli çıxarış epikrizləri). xx.xx.2N24-xx.xx.2N24-cü il tarixədək SN 2 saylı X7 Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozuntu, dissosiativ daxilolmalar, tez-tez baş verən depressiv epizodlar, funksional tutmlarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 2824/24 nömrəli çıxarış epikrizi). xx.xx.2N24-xx.xx.2N24-cü il tarixədək SN X1 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) affektiv pozwnTü, dissosiativ daxilolmalar, tez-tez baş verən depressiv epizodlar, funksional tutmlarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 5N71/24 və 1335N831 nömrəli çıxarış epikrizləri). Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. MN BKH-nın baş psixiatrı ilə konsultasiya olunmuşdur. xx.xx.2N22-xx.xx.2N22- MN BKH-da, xx.xx.2N23-xx.xx.2N23, xx.xx.2N23-xx.xx.2N23, xx.xx.2N23-xx.xx.2N23, xx.xx.2N23xx.xx.2N22,xx.xx.2N23-xx.xx.2N23-cü il tarixlərdə SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2N24-xx.xx.2N24-cü il tarxlərdə SN Bakı şəhər 2 saylı X5, xx.xx.2N24-xx.xx.2N24-cü il tarixlərdə SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2N24-xx.xx.2N24-SN 2 saylı X5, xx.xx.2N24-xx.xx.2N24-SN Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2N24-MN МНР-da müayinə və müalicə oluşdur. Diaqnoz: “FN6.3 Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı dissosiativ daxilolomalar, funksional tutmalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş affektiv (depressiv) pozuntu tez-tez baş verən depressiv epizodlarla. GN6, 9N, G 57.4 Partlayış travması (xx.xx.2N22) sağ tibial və sural sinirlərin posttravmatik neyropatiyasının hissi və hərəki pozulmalar şəklində nəticəsi, funksiyanın mülayim dərəcədə pozulması ilə. T7N.N, H93.3, H9N.4 Barotravma (xx.xx.2N22) sağtərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Y36.2 Partlayış travması (xx.xx.2N22) sağ boyun, sağ saidin, sağ bud və baldırın arxa səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)”. İnzibati iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2N23-cü il tarixli 4116 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən məlum olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2N23-cü il 3-28/3-1-118/2N23 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublikası Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) affektiv pozuntu, dissosiativ daxilolmalarla”. İnzibati iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin xx.xx.2N23-cü il tarixli 2N43 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən məlum olur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2N23-cü il 3-28/3-1-118/2N23 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublikası Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə- beyin travması nəticəsində) affektiv pozuntu, dissosiativ daxilolmalarla, tez-tez baş verən depresiv epizodlar, funksional tutmalarla” İnzibati iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş xəstəlik tarixindən çıxarış epikrizində göstərilir ki, İddiaçı xx.xx.2N25-ci il tarixdən xx.xx.2N25-ci il tarixə kimi “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə- beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depresiv epizodlar, dissosiativ daxilolmalarla, funksional tutmalarla dekompensasiya dövrü” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2N25-ci il tarixli 3394 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə- beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depresiv epizodlar, dissosiativ daxilolmalarla, funksional tutmalar, dekompensasiyalara (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 1N-cu baxışında kodu FN7.N) müəyyən edilir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlilliyin müəyyən edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 1N (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2N2N-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 1N (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-1NN faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-8N faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-6N faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-1N, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İş materialına əlavə edilmiş MN Mərkəzi Hərbi Ploliklinikası tərəfindən təqdim edilmiş 1N594 nömrəli xəstəlik haqqında şəhadətnamədə Diaqnoz: “FN6.3 Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı dissosiativ daxilolomalar, funksional tutmalarla müşayiət olunan ağır dərəcədə ifadə olunmuş affektiv (depressiv) pozuntu teztez baş verən depressiv epizodlarla. GN6, 9N, G 57.4 Partlayış travması (xx.xx.2N22) sağ tibial və sural sinirlərin posttravmatik neyropatiyasının hissi və hərəki pozulmalar şəklində nəticəsi, funksiyanın mülayim dərəcədə pozulması ilə. T7N.N, H93.3, H9N.4 Barotravma (xx.xx.2N22) sağtərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Y36.2 Partlayış travması (xx.xx.2N22) sağ boyun, sağ saidin, sağ bud və baldırın arxa səthinin kor qəlpə yaralanmasından sonrakı dəri çapığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpələr)” səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2N25-ci il tarixli 3394 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə- beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depresiv epizodlar, dissosiativ daxilolmalarla, funksional tutmalar, dekompensasiyalara (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 1N-cu baxışında kodu FN7.N) müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 1N kodu FN7.N üzvi mənşəli şəxsiyyət pozuntusu 7.6.2.1. bəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) orqanizmin funksiyalarının 35-6N faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 35-6N faiz pozulmasına görə iki il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2N25-ci il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2N24-cü il tarixli, 2-1(1N2)- 185/2N24 nömrəli, xx.xx.2N24-cü il tarixli, 2-1(1N2)-1164/2N24 nömrəli, xx.xx.2N24-cü il tarixli, 2-1(1N2)-3N5N/2N24 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 11N-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi 17 aprel 2N25-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının 35-6N faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 3N (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 7N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar