Məhkəmə qərarları › İş №2-1(118)-569/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-569/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-569/2020 13.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibatiMəhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı XaçmazƏrazi İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Nəmətulla qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X13rşı “Quba rayonu, Zərdabi kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın **********84 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,Quba rayon X5 xx xxxxxx 1999-cu il tarixli 115 saylı qərarı ilə Quba rayonu, Zərdabi kənd sakini kimi X1 və onun ailə üzvləri- X10, X11, X3 0,25 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə etdiyi JN-370A, KOD 30316018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən də görünür ki, həqiqətən də onlara o torpaq sahəsi ayrılıb və buna müvafiq olaraq da 0,25 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İddia ərizəsinə əlavə etdiyi qəbzlərdən də görünür ki, iddiaçı vaxtlı vaxtında bələdiyyəyə torpaq vergisini də ödəmişdir. Həmçinin Azərbaycan Respublikası Quba rayonu Zərdabi Bələdiyyəsi tərəfindən verilən xx xxxxxx 2019- cu il tarixli 89 nömrəli arayışdan da görünür ki, iddiaçının həqiqətən də sahəsi 0,25 hektar olan həyətyanı torpaq sahəsinə görə torpaq və ya kommunal borcu yoxdur. İddia ərizəsinə həmçinin ailə üzvlərinin hamısının özəlləşdirilməyə etiraz etmədiklərini göstərən ərizələrini də əlavə etmişdir. İddiaçı adlarını yuxarıda qeyd etdiyi sənədlərlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19 müraciət etmişdir ki, ona çıxarış verilsin. Onlardan iddiaçıya xx xxxxxx 2019-cu il tarixdə imtina məktubu gəlmiş və qeyd edilmişdir ki, onun və ailə üzvlərinin adına olan JN- 370A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X19 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatı var, lakin torpaq sahəsinin miqdarı qeyd olunmamışdır. Cavabdehin imtinası göründüyü kimi qanunsuz və əsassızdır. Bütün bunlara görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 33.1 -ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə İnzibati Prosessual Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə görə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçıiştirak etmiş, iddianı müdafiyə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsi ona 2002-ci ildə verilmişdir. Atası ilə torpaq sahələri yan-yanadır. X6 uzaq qohumudur. Həmin şəxs kiçik əmisi ilə torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Cavabdeh iddiaya qarşı etirazında iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. O, qeyd edir ki, İddiaçı JN-370A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yazılan ad və soyadların düzgün yazılışına köməklik göstərilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X19 müraciət etmişdir. Müraciətə xx.xx.2019-cu il tarixli **********84 nömrəli məktubla cavab olaraq biİdirilmişdir ki, “Sizin və ailə üzvlərinizin adına olan JN-370A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ərəfindən 5 saylı X19 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatı var, lakin torpaq sahəsinin miqdarı qeyd olunmamışdır. Qeyd edirik ki, JN-370A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” DVJ və DBF məlumatlarında öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müraciətinizin icrası tərəfimizdən mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2.daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı X17 elektron baza kadastr xəritə materiallarında aşkar edilmədiyindən və arxiv məlumatlarında ölçüsü əks olunmadığından sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Bildirilmişdir ki, qeyd olunduğu kimi mübahisələndirilən JN-370A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı X19 təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında torpaq sahəsinin miqdarı qeyd olunmamış, məlumat bazasında öz əksini tapmamışdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X17 nümayəndəsi X14 iştirak etmiş, etirazı müdafiyə etmiş və alavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinin 0.05 ha hissəsi 5 saylı X17 elektron məlumat bazasında olan xəritə üzrə X2 mülkiyyətində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-569/2020 saylı sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X17 cavab məktubunda bildirilmişdir ki, 0.25 ha torpaq sahəsinə aid JN-370A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin cizgiləri 5 saylı X17 elektron məlumat bazasında öz əksini tapmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0.05 ha hissəsi 5 saylı X17 elektron məlumat bazasında olan xəritə üzərində X4 ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür və torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)- 569/2020 saylı sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X17 cavab məktubunda bildirilmişdir ki, 0.25 ha torpaq sahəsinə aid JN-370A KOD 30316018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin cizgiləri 5 saylı X17 elektron məlumat bazasında öz əksini tapmamışdır. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0.05 ha hissəsi 5 saylı X17 elektron məlumat bazasında olan xəritə üzərində X4 ********** qeydiyyat nömrəli, **********62 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar