Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5692/2023 24.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı bələdiyyəsinə qarşı “Şamaxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı nəticəsində vurulmuş maddi ziyana görə cavabdehdən 10000 (on min) manat kompensasiyanın tutularaq iddiaçıya ödənilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Şamaxı rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli. 114 saylı qərarı ilə Kommersiya məqsədi üçün tikililərin tikintisinə görə Şamaxı rayonu, S.Ə.Şirvani küçəsi ünvanında 199 kv.m torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı həmin torpaq sahəsinə görə xx.xx.2007-ci ildə 17 saylı qəbzə əsasən Şamaxı Bələdiyyəsinin hesabına 300 (üç yüz) manat pul ödəmişdir. ünvan 1 ünvanında ona cavabdeh tərəfindən 199 kv.m torpaq sahəsinin satılmasını xx.xx.2011-ci il tarixli aktı, xx.xx.2007-ci il tarixli 1 14 saylı qərar, xx.xx.2007-ci il tarixli 17 saylı qəbz, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şamaxı rayon Şöbəsinin arayışı, həmin şöbənin 17-7/30 saylı rəyi Şamaxı Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin Planı, həmin Bələdiyyənin rəyi, Şamaxı şəhər Bələdiyyəsinin Yerquruluşu planından çıxarışı təsdiq edir. AR ƏMDK ünvan 2 ünvanında 0.0168 ha torpaq sahəsində yerləşən ümumi ölçüsü 140.8 kv.m olan qeyri-yaşayış binasına görə iddiaçının adına xx.xx.2011-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* saylı Çıxarış qeydiyyata alınmışdır. İddiaçı 2007-ci ildən həmin qeyri-yaşayış sahəsindən kommersiya məqsədi üçün istifadə edir. Torpaq sahəsində Kommersiya işlərinin görülməsi məqsədilə tikililər tikmişdir. ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi idarəsinə müraciət etmişdir. Müraciətinə xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə imtina verilmişdir. Adı çəkilən həmin imtina məktublarında qeyd edilir ki, mülkiyyətçisi olduğunuz tikilinin altında yerləşən 168 kv.m torpaq sahəsi dövlətə məxsusdur. Həmin torpaq sahəsinin üzərində olan tikili Şamaxı rayon Kooperativlər Cəmiyyəti tərəfindən xx.xx.2011-ci ildə Sizə (iddiaçıya) satılmışdır. Dövlət mülkiyyətinə aid olan torpaq sahəsini Sizin mülkiyyətinizə səlahiyyətsiz qurum - Şamaxı Bələdiyyəsi tərəfindən satıldığına görə, müraciətinizin icrası mümkün olmamışdır. Beləliklə iddiaçıya məlum olmuşdur ki, Şamaxı rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 114 saylı qərarı ilə ona satılmış Şamaxı rayonu, S.Ə.Şirvani küçəsi ünvanında yerləşən 199 kv.m torpaq sahəsinin mülkiyyətçisi Şamaxı Bələdiyyəsi deyildir. Şamaxı Bələdiyyəsi mülkiyyətçisi olmadığı torpaq sahəsini ona satmaqda haqlı olmamışdır. İddiaçı cavabdehin günahı üzündən 10 000 (on min) manat maddi zərər çəkmişdir. Həmin vəsait torpaq sahəsinin alınmasına görə Bələdiyyənin hesabına ödənilən məbləğdən, sənədləşmə aparılması üçün ödənilən məbləğlərdən ibarətdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, izah edilmişdir ki, inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçının məhkəmədə iddia olaraq qaldırdığı tələbini ilkin olaraq cavabdeh inzibati orqandan tələb etməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçıya izah edilsin ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-5692/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5692/2023
24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver