Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-570/2022 06.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ''X6” trestində təmirçi-çilingər işləyən, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 7a, mənzil 34-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF X7 Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşı tamam olan tarixdən, yəni 12 noyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşı tamam olan tarixdən, yəni 12 noyabr 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. O, əmək fəaliyyətinə xx.xx.1976-cı il tarixdə başlamış, Qubadlı rayon pionerlər evində dərnək rəhbəri təyin edilmişdir. 1978-ci ilin may ayından 1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 26 avqust 1980-ci ildə ixtisası üzrə Göyərciuk kənd orta məktəbində musiqi müəllimi, xx.xx.1990-ci il tarixdən rus dili müəllimi işləmişdir. 1998-ci ilin iyul ayından 2010cu ilin avqust ayına kimi Qubadlı rayon Göyərcik kənd orta məktəbində dondurulmuş əmək haqqı almışdır.xx.xx.2005-ci il tarixdən Azərbaycan Dövlət Neft Şirkəti “X6” trestində işləyir. Ümumi iş stajı 45 ildən artıqdır. 60 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa hörə əmək pensiyası almaq üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh özünün xx.xx.2021-ci il tarixli **********0 saylı məktubu ilə mənə güzəştli şərtlərlə əmək pensiyası təyinindən imtina etmişdir. İmtina məktubunda səbəb kimi təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışda xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən trestdə qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmirçi-çilingər və qazma avadanlıqlarının xidmət sexində təmirçi-çilingər peşəsi bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingər peşəsinə aid olub-olmaması barədə hər hansı bir məlumatın olmaması qeyd edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belək ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı“ bölməsində “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər”-in adı çəkilir, yəni adı çəkilən işlərdə çalışan kişilər ümumi 25 il iş stajı olduqda, zərərli iş yerində 12,6 il işlədikdə və 60 yaşına çatdıqda güzəştli əmək pensiyası hüququ əldə edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021 -ci il tarixli **********0 nömrəli iddiaçıya ünvanlanmış məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi, vətəndaşın təqdim etdiyi güzəştli arayışında qeyd olunan peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” da qeyd olunan peşə ilə uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, is yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə xx.xx.2021-ci il tarixli SOCAR**********81200598X00038 nömrəli arayış əlavə etmişdir ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Amma İddiaçı Mərkəzi filiala və məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, SOCAR**********81200598X00038 nömrəli arayışda xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək adıçəkilən trestə qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmirçi çilinqər və qazma avadanlıqlarının xidmət sexində təmirçi çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Lakin həmin arayışda idiaçının işlədiyi təmirçi çilingər peşəsinin yuxarıda qeyd olunan bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinə aid olub-olmaması barədə hər hansı bir məlumat qeyd edilməmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yas həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışında çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısımda məlumat qeyd edilmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüddür. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1978-1980-cü illərdə hərbi xidmətdə olmuşdur. - - Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1998-ci ilin iyul ayından 2010-cu ilin avqust ayınadək Qubadlı rayon Göyərcik kənd orta məktəbində orta aylıq (dondurlmuş) əmək haqqı almışdır. - - İddiaçının adına açılmış ИТ-İ № ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək Qubadlı rayon pioner evində dərnək rəhbəri işləmişdir. xx.xx.1978-ci ildə hərbi xidmətdə yollanmışdır. xx.xx.1980-cı ildə Qubadlı rayon Göyərcik kənd orta məktəbində müsiqi müəllimi, xx.xx.1990-cı ildən həmin məktəbdə rus dili müəllimi təyin edilmişdir. xx.xx.2010-cu ildə həmin vəzifədən azad edilmişdir. - - İddiaçının adına açılmış ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2005-ci ildə 15 saylı DDSO-nə bosman işinə qəbul edilmişdir.xx.xx.2006-cı ildə qazma avadanlıqlarının təmiri və kirayəsi sexinə 4-cü dərəcəli təmirçi çilingər keçirilmiş və xx.xx.2012-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixədək X6 tersti X8 idarəsinə 6-cı dərəcəli təmirçi çilingər, xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixədək qazma avadanlıqlarına xidmət sexinə 6-cı dərəcəli təmirçi çilingər, xx.xx.2014-cü il tarixdə “X6“ terstində logistika bölümünün avadanlıqlarına və daxili daxili yanma mühərriklərinə xidmət sexində 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdən hazırki tarixədək Mexanika avadanlıqları və xidmət sahəsində təmirçi çilingər vəzifəsində işləyir. -SOCAR tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən SOCAR “X6" trestinin müxtəlif idarələrində, o cümlədən xx.xx.2005-21 02.2006-cı illərdə “Bayıl Limanı" X5 idarəsində 15 saylı DSÖ-də bosman, xx.xx.2006-xx.xx.2012-ci illər Qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmırçı çilıngər; xx.xx.2012-xx.xx.2013cü illərdə X8 idarəsində qazma avadanlıqlarına xidmət sexində təmirçi çilingər, xx.xx.2013xx.xx.2014-cü illərdə Qazmaservis və Logıstika idarəsində qazma avadanlıqlarına xidmət sexində təmirçi çilingər, xx.xx.2014-xx.xx.2021-ci illərdə “X6" trestinin Logistika bölümündə qazma avadanlıqlarına və daxiliyanma mühərriklərinə xidmət sahəsində təmirçi çilingər, xx.xx.2021- ci ildən hal-hazıradək X6 “ trestinin Qazmaservis İstehsalat bölümündə Mexanıka avadanlığına xidmət sahəsində təmirçi çilingər peşəsində işləyir. Arayış SOCAR “X6' tresti üzrə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı nəzərə alınmaqla Əmək kitabçasına əsasən verilmişdir (Siyahı 10.1) - Məhkəmənin sorğsuna əsasən SOCAR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, sexdə (sahədə) çalışan təmirçi-çilingər və bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirci-çilingər peşələrinin əmək şəraiti fərqlidir. Belə ki, sexin (sahənin) təmirçi-çilingərləri sex şəraitində avadanlığın təmirini həyata keçirdiyi halda, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirci-çilingərlərin iş yeri buruq olmaqla, fasiləsiz istehsalatda qazma prosesinin gedişatında təmir işlərini yerinə yetirir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydalars”na 2 nömrəli əlavənin ("Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndində (10.1) bilavasitə buruqlarda avadanlıqların təmiri İlə məşğul olan təmirçi-çilingərlər peşəsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi arayışda isə onun xx.xx.2006-cı xx.xx.2021-ci illərdə adıçəkilən trestdə qazma avadanlıqlarının təmiri və kirayəsi sexində təmirçi çilingər və qazma avadanlıqlarının xidmət sexində təmirçi-çilingər peşələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda iddiaçının işlədiyi təmirçi-çilingər peşəsinin yuxarıda qeyd olunan bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingər peşəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li Siyahısı”nda nəzərdə tutulan kodlara uyğun gəlmədiyindən güzəştli (xüsusi) iş stajı yaranmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədjyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Hazırki iş üzrə iddiaçı işlədiyi SOCAR “X6” Trestinin xx.xx.2021-ci il tarixli arayışını təqdim etmişdir. Həmin arayışda iddiaçının Trestin müxətlif sexlərində (təmir, kirayə və xidmət) təmirçi çilingər peşəsində işləməsi və arayışın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı nəzərə alınmaqla verildiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə iddiaçının işlədiyi SOCAR “X6” Trestinə sorğu ünvanlayaraq iddiaçının işlədiyi təmir və xidmət sexlərində təmirçi-çilingər peşəsinin bilavasitə buruqlarda avadanlıqların təmiri üzrə təmirçi-çilingər peşəsi ilə eyni olubolmaması və yerinə yetirdiyi funksiyaların uyğunluğu barədə məlumat istəmişdir. SOCAR şirkəti məhkəmənin sorğusuna cavab olaraq həmin peşə sahiblərinin əmək şəraitinin fərqli olduğunu, sexin (sahənin) təmirçi-çilingərləri sex şəraitində avadanlığın təmirini həyata keçirdiyi halda, bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirci-çilingərlərin iş yeri buruq olmaqla, fasiləsiz istehsalatda qazma prosesinin gedişatında təmir işlərini yerinə yetirdiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsinin “Qazma” adlanan 10.1-ci qrafasında “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilmişdir. Məhkəmə qeyd edir ki, həmin Siyahıda da “bilavasitə buruqlarda” ifadəsinin işlədilməsi göstərilən peşəni iddiaçının işlədiyi sexlərdə avadanlığın təmiri üzrə təmirçi çilingər peşəsindən fərqləndirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 6 ay xüsusi stajı yaranmamış olur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-570/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-570/2022
06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver