Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-570/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X2 və İddiaçı Sirməmməd oğlu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinə müracit edərək, Abşeron rayon Qobu Bələdiyyəsi ərazisində alqıları torpaqlara mülkiyyət hüququnun verilməsi barədə sənədlərin dövlət qeydiyyatına alınmasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınamz Əmlakın Dövlət Kadastrı və reyestri publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tələıbi üzrə iddia ayrıca icraata ayrılmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007ci il tarixli 17 saylı qərarı ilə 800 kv m torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı xx.xx.2022-ci il tarixdə müvafiq sənədləri təqdim etməklə və ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına dövlət qeydiyyatına alınması və onun adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina bildiişi verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə clasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən 0.08 ha torpaq sahəsinin 01 avqust 2007-ci il tarixli 17 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 16 dekabr 2011-ci il tarixində verildiyi, Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, faktiki vəziyyətdə torpaq sahəsinni bir hissəsinin Qobu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü və faktiki müayinə olan torpaq sahəsinin 0.0773 ha olduğu müəyyən edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarından görünür ki, Qobu bələdiyyəsinin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı 0.08 ha torpaq sahəsi satılması qərara alınmışdır. -DTXK-nin Abşeron rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -xx.xx.2011-ci il tarixdə tərtib edilmiş torpaqların alqı-stqısına dair aktdan görünür ki, Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarına əsasən Abşeron rayon Qobu bələdiyyəsi İddiaçı Şirməməd oğluna qızına 0.08 ha torpaq sahəsi satmışdır. -DTXK-nin Abşeron rayon şöbəsinin xx.xx.2011-cu il tarixli rəyindən görünür ki, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarı ilə İddiaçı satılmış torpaq sahəsi qanunamüvafiqdir və idarə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etmir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi mütəxəssis rəyində bildirmişdir ki, Abşeron rayon Qibu bələdiyyəsinin 17 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı satılmış 0.08 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən naturada mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş yerquruluşu planından çıxarışda koordinatlar olmadığından iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ilə uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Həmin koordinatlar olmadığndan sənədlə ayrılmış torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı faktiki istifadəsində olan 0.0773 ha torpaq sahəsinin 0.0580 ha hissəsi elektron məlumat bazasına əsasən **********03 reyestr nömrəsi ilə qeydiyyata alınmış Qobu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin imtina cavabının dəlillərindən biri iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinin Qobu bələdiyyəsinin mükiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsidir. Məhkəmə cavabdhein bu dəlilinin yoxlanılması məqsədi ilə mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin mütəxəssisi tərəfindən verilmiş rəylə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin həqiqətən də Qobu bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, öhdəliyni icrası haqqında iddia yalnız o halda mümkün sayıla bilər ki, inzibati orqanın üzərinə düşən öhdəliyi icra etməkdən imtina nəticəsinı iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandıra bilsin. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi hüquqi cəhətdən yüklü olduğundan iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hazırki vəziyyətdə mümkün deyildir. Məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər qüvvədə olduğu vəziyyətdə hazırki iddia mümkün sayılmalı və iddiaçıya həmin sənədləri (bələdiyyənin mülkiyyət hüququnun qeydə laınması üçün prosedura başlanması barədə qərarı) mübahisələndirmək hüququ izah edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iddiaçıya hüquqi yardım göstərərək düzgün cavabdeh və daha uğurlu iddia növünü seçmək imkanını izah etməlidir. Lakin hazırki mübahisədə həm cavabdeh, həm də iddianın predmeti dəyişməli olduğundan məhkəmə hüquqi yardımın göstərilməsini məqsədəuyğun hesab etməmişdir. İddiaçı göstərilən bələdiyyə qərarının ləğv edilməsinə dair yeni iddia ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-570/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-570/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver