Məhkəmə qərarları › İş №2-1(118)-571/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-571/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-571/2025 19.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh şifahi göstərişi əsasında qanunsuz sökülən iddiaçının şəxsi mülkiyyətində olması rəsmi sənədlərlə təsdiqlənən mağazasının (qeyriyaşayış sahəsi) dəyərinin 95000 (doxsan beş min) AZN 10 il ərzində itirilmiş faydanın 33420 manat cəm olaraq 128420 (yüz iyi ru səkkiz, min dörd yüz iyirmi) manat həcmində vəsaitin ödənilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh şifahi göstərişi əsasında qanunsuz sökülən iddiaçının şəxsi mülkiyyətində olması rəsmi sənədlərlə təsdiqlənən mağazasının (qeyriyaşayış sahəsi) dəyərinin 95000 (doxsan beş min) AZN 10 il ərzində itirilmiş faydanın 33420 manat cəm olaraq 128420 (yüz iyi ru səkkiz, min dörd yüz iyirmi) manat həcmində vəsaitin ödənilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1998-ci il tarixli müqavilə əsasında Xırdalan qəsəbəsi (ardıcıl mətndə Xırdalan şəhəri adlandırılacaq) 20 yanvar küçəsi ev 6 ünvanında yaşayan Lalə Cırmasının təsisçiləri - X3 və X1rına məxsus Abşeron rayonlar arası texnikli inventar bürosunun xx.xx.1988-ci il tarixli arayışına və 084 saylı qeydiyyat vəsiqəsi ilə təsdiqlənən Xırdalan şəhəri 27-ci məhəllədə (həmin məhəllədə yerləşən 13 nömrəli 5 mərtəbəli binasının cənub hissəsi) sahəsi 23.2 kv metr olan qeyri-yaşayış sahəsinin əvvəlki Azərbaycan manatı ilə 2 milyon dörd yüz min manata alaraq Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiqlətdirib, həmin sahəyə texniki pasport və eskiz layihəsi alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfat komitəsi “Aztexinventarlaşdırma” İB-nin Abşeron rayon Texniki inventarlaşdırma bürosunun xx.xx.1998-ci il tarixli 084 nömrəli qeydiyyat vəsiqəsi əsasında şəxsi mülkiyyətinə qəbul etmişdir. Elə həmin tarixdə mülkiyyətində olan qeyriyaşayış sahəsində kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək üçün eskiz layihədə göstərildiyi qaydada yenidən qurma işləri apararaq, şəhərin ansablına uyğun eksteryer və interyer dizayn yaradılmasına şəxsi vəsait xərcələyərək qeyri-yaşayış sahəsini 23.2 kv metrdən 34.71 kv metrə çatdıraraq 2013-cü ilin sonlarınadək mağaza kiım istifadə edərək kənd təsərrüfatı məhsullarının satışı təyinatı ilə işlətmiş, kiçik sahibkar kimi fəaliyyət göstərmiş, ailəsinin maddi durumunu yaxşılaşdırmasını qismən təmin etmişdir. Onu da qeyd edir ki, X2 İlham Əlivev sahibkarların mənafeyini müdafiə etdiyini bilərək, öz fəaliyyətini genişləndirmək üçün fermerlərin istehsal etdiyi kənd təsərrüfatı məhsullarını yerində onlardan qəbul edərək bazar qiymətlərindən xeyli aşağı qiymətə satmaqla rəqabət yaradaraq alıcı kontinentinə yardım göstərmək arzusu var idi. Lakin 2013-cü ilin ortalarından başlayaraq 2013-cü ilin sonuna Xırdalan şəhəri ərazisində “abadlıq işləri’’adı altında 100-dən çox obyekt, o cümlədən iddiaçıya məxsus mağaza həmin zaman kəsiyində icra hakimiyyətinin başçısı vəzifəsini icra edən Zakir Fərəcovun sifarişi əsasında sökülmüş, onun bilavasitə tapşırığı əsasında Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyev, Xırdalan şəhəri sabiq icra nümayəndəsi Fikrət Orucova (hal-hazırda Sumqayıt şəhərində çalışır) iddiaçıya 80 min kompensasiya ödənilməsi üçün tədbirlər görülməsi tapşırılsa da, onlar tapşırığa əməl etməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Abşeron RİH-nə qarşı “qeyri yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələbdə iddiaçı xx.xx.1998-ci il tarixli, 084 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən mülkiyyətində olan Abşeron Rayonu Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən 2013-cü ilin sonlarında söküldüyünü, lakin bugünə kimi kompensasiya təmin olunmadığını bildirir. İddiaçının mülahizələri əsasında tərtib olunmuş iddia tələbində işin hallarını təsdiq edəcək hər hansı sübut yoxdur. İddiaçının Rayon İcra Hakimiyyətinə (RİH) müraciətləri də araşdırılmış və ona dəfələrlə yazılı şəkildə məlumat verilərək həmin qeyri-yaşayış sahəsinin sökülməsi barədə RİH-də məlumatın olmadığı və söküntü işləri barədə tərəfimizdən hər hansı inzibati akt qəbul olunmadığı bildirilmişdir. İşin hallarından da göründüyü kimi iddia tələbini sübut edəcək hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmi/yəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdehin iddiaçıya ünvanladığı 01 noyabr 2023-cü il tarixli imtina məktubu; 3M/194 saylı müqavilənin surəti; 02-194/22 saylı, 19 dekabr 2022-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildirlər. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən1 mərtəbəli qeyri-yaşayış binasının sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsinə dair cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətininin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının əsas hüquqi marağı atasının yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinin sökülməsi ilə bağlı iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsindən ibarətdir. Lakin iddiaçı mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh tərəfindən sökülməsi ilə bağlı məhkəməyə hər hansı sübut və ya sənəd təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh şifahi göstərişi əsasında qanunsuz sökülən iddiaçının şəxsi mülkiyyətində olması rəsmi sənədlərlə təsdiqlənən mağazasının (qeyri-yaşayış sahəsi) dəyərinin 95000 (doxsan beş min) AZN 10 il ərzində itirilmiş faydanın 33420 manat cəm olaraq 128420 (yüz iyi ru səkkiz, min dörd yüz iyirmi) manat həcmində vəsaitin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı “Cavabdeh şifahi göstərişi əsasında qanunsuz sökülən iddiaçının şəxsi mülkiyyətində olması rəsmi sənədlərlə təsdiqlənən mağazasının (qeyriyaşayış sahəsi) dəyərinin 95000 (doxsan beş min) AZN 10 il ərzində itirilmiş faydanın 33420 manat cəm olaraq 128420 (yüz iyi ru səkkiz, min dörd yüz iyirmi) manat həcmində vəsaitin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar