Məhkəmə qərarları › İş №2-1(118)-572/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-572/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-572/2020 13.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 1974-cü ildə Cəlilabad rayonu Adnalı kəndində anadan olmuş, Erməni faşistlərinin torpaqlarımızın işğalından müdafiəsi zamanı döyüş bölgələrində vuruşmuşdur. Belə ki, xx.xx.1993-ü ildən 1994-cü ilə qədər Azərbaycan Respublikasının uğrunda gedən döyüşlərdə iştirak etmiş, bu fakt onun hərbi biletində də öz təsdiqi tapmışdır və N9 saylı Hərbi hissənin komandiri tərəfindən təsdiq edilmişdir. O, 1992-ci ildən 1995-ci ilin fevral ayına qədər Horadiz Sərhəd dəstəsində xidmət etmiş, bu faktı təsdiqləyən onunla döyüşdə olan döyüş yoldaşları da var.Lakin döyüşdə olmağını sübut edən yetərli sənədləri və şahidləri olmasına baxmayaraq ona bu günə kimi Müharibə Veteranı adı və vəsiqəsi verilməmişdir. İlk öncə bununla bağlı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək, ona Müharibə Veteranı adı və vəsiqəsinin verilməsindən ötrü köməklik olunmasını xahiş etmişdir. Cavabdeh 14.1 1.2019-cu il tarixli məktunu verilərək bundan imtina edilmişdir.Buna səbəb isə toplanmış müvafiq arxiv sənədlərinə əsasən xx.xx.1992-cı ildən xx.xx.1996-cı ilədək müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə birbaşa döyüş əməliyyatlarına iştirakı, yəni döyüş əməliyyatlarında iştirak etmək üçün döyüş bölgəsinə ezam olunma və ezamiyyətdən qaytarılma müvafiq əmrlərlə təsdiq olunmadığından ona "Müharibə Veteranı’' vəsiqəsinin verilməsi mümkün olmamışdır. Sonda ona şifahi olaraq izah olunmuşdur kı, bu barədə məhkəməyə ərizə ilə müraciət etməlidir. Onunla birlikdə olan döyüş yoldaşları da var. Əgər lazım gələrsə, onlar da məhkəməyə gələrək şahid qismində ifadə verə bilərlər.Bu günə kimi onun müraciətləri müsbət həllini tapmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Məhkəmə iclası barəsində iddiaçı lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə prosesində iştrak etməmiş, ona görə də məhkəmə qanunvericiliyə əsasən iddiaçının iştirakı olmadan prosesə baxılmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hal-hazırkı N nömrəli hərbi hissəsində (əvvəlki Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin N nömrəli hərbi hissə) xx.xx.1992-ci il tarixdə şəxsi heyətin siyahısına və bütün təminatlara daxil edilərək hərbi xidmətə qəbul edilmiş, 31,05.1995-ci il tarixdə Azərbaycan Respublikası Milii Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları baş qərargah rəisinin xx.xx.1995-ci il tarixli, 02 nömrəli sərəncamına əsasən xx.xx.1995-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etdirmək üçün N9 nömrəli (indiki N nömrəli hərbi hissə) hərbi hissənin komandirinin sərəncamına göndərilmişdir.İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək Sərhəd Qoşunlarının N2, N və N nömrəli hərbi hissələrində (keçmiş N7, N9 və 2014 nömrəli nərbi hissələr) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı tərəfindən döyüş əməliyyatlarında iştirakla əlaqədar Dövlət Sərhəd Xidmətinə ünvanlanmış müraciət əsasında müvafiq arxiv sənədləri toplanmış və 2019-cu ilin aprel ayında “Müharibə veteranı” və “Silahlı Qüvvələr veteranı” adının və vəsiqəsinin verilməsi komissiyasında baxılmışdır. Döyüş əməliyyatlarında iştirakı əmrlərlə təsdiq olunmadığından “Müharibə veteram” vəsiqəsinin verilməsinin mümkün olmaması barədə İddiaçı ünvanına xx.xx.2019-cu il tarixdə 4/17-342, eyni məzmunlu təkrar müraciət əsasında isə xx.xx.2019-cu il tarixdə 4/17-1086 nömrəli məktublar göndərilmişdir.«Veteranlar haqqında» xx.xx.1994-cü il tarixli 841 nömrəli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» və bu Əsasnaməyə xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrdən çıxarışlar və s. əsasında müharibə veteranı sayılırlar və vəsiqə ilə təmin edilirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Cavabdeh xx.xx.2019-cu il tarixdə 4/17-1086 nömrəli imtina məktubu, N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 16/756 nömrəli məktubu, Dövlət Sərhəd Xidmətinin etirazı, H3 ******* nömrəli Hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi Əsasnaməyə əsasən müharibə veteranı adının alınması üçün tələb edilən sənədlərin heç biri iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N2, N və N nömrəli hərbi hissələrdə (keçmiş N7, N9 və 2014 nömrəli nərbi hissələr) müddətli həqiqi hərbi xidmətdə olması öz əksini tapsa da, həmin hərbi hissənin döyüş əməliyyatlarında iştrak etməsi məhkəmədə öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsə müharibə veteranı adının verilməsi üçün əsas olan meyarlardan biridə onbdan ibarətdir ki, həmin şəxs 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N7 (indiki N2) nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli, 16/756 nömrəli məktubunda iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştrak etmək üçün könüllü özünümüdafiə dəstələrinin və ya digər hərbi hissələrin tərkibində döyüş bölgəsinə ezam olunması və ezamiyyətdən qaytarılması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyiyə və digər cinayətlərə görə məsuliyyətə cəlb edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumatlara rast gəlinməmişdir. Eyni zamanda keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xx.xx.1993-cü il tarixli 260 nömrəli əmrinə əsasən N7 (indiki N2) saylı hərbi hissənin zabit, gizir, çavuş və əsgərləri döyüş bölgəsində olsa da, ancaq döyüş əməliyyatlarında iştrak etməmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi hərbi hissəsinin döyüş bölgəsində yerləşməsi həmin hərbi hissənin döyüş əməliyyatlarında iştrak etməsinə dəlalət edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dairiddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar