Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5721/2024 25.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X2 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 7-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 366 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə onun mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunması haqqında qərar çıxarılması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilin dekabr ayında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək “Yaşıldərə” adlandırılan Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin ərazisində uzun illərdir istifadə etdiyi həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə verilməsini xahiş etmiş, torpaq sahəsinin ayrılmasına dair onun müraciəti Sumqayıt Bələdiyyəsində məqsədəuyğun sayılmış və müvafiq sənədləşmə işlərinin aparılmasına başlanılmışdır. Lakin sənədləşmə işləri ona məlum olmayan səbəblərdən xeyli vaxt aparmış və nəhayət Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılaşdırdığı baş plana müvafiq mövqe sxemi əsasında Sumqayıt şəhərinin Yeni yaşayış məntəqəsinin 7-ci məhəlləsi ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 366 saylı həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə onun mülkiyyətinə ayrılmış və bununla əlaqədar bələdiyyənin 25 fevral 2008-ci il tarixili 06 saylı iclasının qərarı qəbul edilmişdir.Sözügedən torpaq sahəsinin alqı-satqı məbləği olaraq Sumqayıt Bələdiyyəsinin tələbi əsasında tərəfindən 300 (üç yüz) manat pul məbləği bələdiyyənin hesablaşma hesabına ödənilmişdir. Lakin o göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilmir. Belə ki, torpaq üzərində hüququnun qeydiyyatı ilə bağlı bir müddət əvvəl 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə ona bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci il tarixindən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar üzərində hüquqlar dövlət qeydiyyatından keçirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Bundan sonra tərəfindən Sumqayıt Bələdiyyəsinə edilmiş müraciətə cavab olaraq ona bildirilmişdir ki, həqiqətən də torpaq sahəsinin ona ayrılmasına dair bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmişdir. Halbuki, adı çəkilən bələdiyyə qərarından onun məlumatı olmamış, Sumqayıt Bələdiyyəsi xx.xx.2008-ci il tarixli,14 saylı qərarı qəbul edilərkən inzibati icraatda iştirakı təmin edilməmiş və çıxarılmış qərarın surəti ona göndərməmişdir. Adıçəkilən qərarın mövcudluğundan Suqmayıt Bələdiyyəsinə etdiyi müraciətə verilmiş 12 avqust 2024-cü il tarixli, 3058 saylı cavab məktubundan sonra xəbərdar olmuşdur.Sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən mülkiyyətinə ayrılması zamanı o üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmiş, torpağın tələb olunan dəyərini ödəmiş və bələdiyyə qərarının ləğvi cavabdeh tərəfindən onun məlumatı olmadan həyata keçirilmişdir.Hesab edir ki, torpağın mülkiyyətinə ayrılması barədə Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli, 06 saylı iclasının qərarı cavabdeh tərəfindən “İnzibati icraat haqqrnda” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla ləğv olunmuşdur.Göründüyü kimi, onun hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün o məhkəməyə müraciət etmək və Sumqayrt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli,04 saylı qərarının onun mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli, 06 saylı iclasının qərarının ləğv edilməsi hissəsində ləğv olunmasını tələb etmək qərarına gəlmişdir. Beləliklə, onun hüquqları Sumqayıt Bələdiyyəsi tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarımı məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışam.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə onun iştirkı olmadan baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək, həqiqətən də iddiaçı ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin ərazisində istifadə etdiyi həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilməsini xahiş etmişdir.Həmin müraciət əsasında adı çəkilən Yeni yaşayış məntəqəsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılaşdırdığı baş plana uyğun olaraq müvafiq mövqe sxemi əsasında Sumqayıt şəhərinin Yeni yaşayış məntəqəsinin 7-ci məhəlləsi ərazisində yerləşən 600 kvadrat metr sahəsi olan 366 saylı həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli 06 saylı iclasının qərarı ilə rəsmiləşdirilmişdir. Lakin göstərilən torpaq sahəsinin İddiaçı mülkiyətinə verilməsinə dair bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli,14 saylı qərarı ilə ləğv edilmişdir. Adı çəkilən bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında ləğv edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin həmin tövsiyələrində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci il tarixdən etibarən bələdiyyə torpaqları üzərində hüquqların yalnız torpaq hərracları, yaxud müsabiqələri vasitəsilə əldə edilə biləcəyi qeyd olunmuş, həmin tarixdən etibarən Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların sözügedən qanun norması ilə ziddiyyət təşkil etdiyi diqqətə çatdırılmış və 01 dekabr 2007-ci il tarixdən sonra Sumqayıt Bələdiyyəsinin qəbul etdiyi qərarların ləğv edilməsi tövsiyə olunmuşdur. Həmin tövsiyələr əsasında Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı iclas protokolunun qərarı ilə Sumqayıt Bələdiyyəsinin bir sıra qərarları, o cümlədən torpaq sahəsinin İddiaçı oğlunun mülkiyyətinə verilməsinə dair 25 fevral 2008-ci il tarixli 06 saylı iclasının qərarı ləğv edilmişdir. Ancaq bununla bağlı həmin vaxt texniki səbəblərdən rəsmi qaydada iddiaçıya məlumat verilməmişdir. Qeyd edilənlərlə yanaşı Sumqayıt Bələdiyyəsi mübahisələndirilən torpaq sahəsinə iddialı deyildir və həmin torpaq sahəsinin İddiaçı geri alınmasında da maraqlı deyildir.Bütün bu hallara əsaslanaraq və mübahisələndirilən torpaq sahəsinin uzun illərdir İddiaçı faktiki istifadəsində olduğunu rəhbər tutaraq Sumqayıt Bələdiyyəsi olaraq İddiaçı Sumqayıt Bələdiyyəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi barədə” iddia ərizəsinin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Tərəflərə məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş 3058 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu, Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli 06 saylı iclasının qərarının surəti, Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı iclas protokolu qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır.İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli, 06 saylı iclasının qərarı ilə iddiaçıya 600 m2 torpaq sahəsi ayrılmışdır. Sözügedən bələdiyyə qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 saylı qərarı ilə ləğv edilmişdir. Adıçəkilən bələdiyyə qərarından iddiaçı məlumatlı olmamış, bələdiyyə tərəfindən qərar qəbul edilərkən inzibati icraatda onun iştirakı təmin edilməmiş və çıxarılmış qərarın surəti ona göndərilməmişdir.İddiaçı qərarın mövcudluğundan Sumqayıt Bələdiyyəsinə etdiyi müraciətə verilmiş 12 avqust 2024-cü il tarixli, 3058 saylı cavab məktubundan sonra xəbərdar olmuşdur. Göründüyü kimi Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli, 06 saylı iclasının qərarı cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla ləğv olunmuşdur. Məhkəmə hesab edir ki, Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 7-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 366 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə onun mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən qərarının ləğv edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də mübahisələndirilən qərar həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq bələdiyyənin özü tərəfindən deyil, qanunsuz qəbul olunduğu müəyyən edildiyi halda məhkəmə qaydasında ləğv oluna bilərdi. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 7-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 366 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 73,75, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 saylı qərarı Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 7-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kvadrat metr olan 366 saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 25 fevral 2008-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2-1(118)-5721/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5721/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver