Məhkəmə qərarları › İş №2-1(118)-575/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-575/2020

13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-575/2020 13.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X3 iştrakı ilə, İddiaçıcavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6rşı “cavabdehin qeydiyyında X1 adına xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi ünvan 1 yaşayış ünvanının və sözügedən ünvanda fərdi yaşayış-mülkiyyətinin mövcud olmaması faktının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” barədə iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçıcavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6rşı “cavabdehin qeydiyyında X1 adına xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi ünvan 1 yaşayış ünvanının və sözügedən ünvanda fərdi yaşayış-mülkiyyətinin mövcud olmaması faktının təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 ərizə təqdim edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsininin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar