Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5751/2024 19.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X15 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X3, X1, X2, X4, X11 ona məxsus Sumqayıt şəhəri, 34-cü məhəllə ünvanda yerləşən 52/1 saylı evin, 34 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyul 2001-ci il tarixli bağışlama müqaviləsinə əsasən Sumqayıt şəhəri 34-cü məhəllə 52/1 saylı evin 34 saylı mənzil onun mülkiyyətinə keçmiş və həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququ Sumqayıt şəhər DTİ və MHQİ tərəfindən qeydə alınmışdır. İddiaçı iş üzrə maraqlı şəxslər X7, X14, X5, X8 və X6 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus mübahisəli mənzilin boşaldılması, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5325/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılması,. iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məlum qətnamədən cavabdehlər tərəfindən apellyasiya və kassasiya şikayətləri verilməsinə baxmayaraq qətnamə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Sumqayıt Apellyasiya məhkəməsinin qətnamə üzrə verdiyi müvafiq icra vərəqəsinə əsasən qətnamə icraya yönəldilmişdir. Hazırda qətnamə icra edilmiş, mülkiyyətində olan mənzil boşaldılmış və cavabdehlərin istifadə hüquqlarına xitam verilmişdir. Lakin cavabdehlərin adının hələ də mənzil üzrə qeydiyyatda qalması onun hüquqlarını kobud şəkildə pozaraq mənzil üzrə sənədləşmə işlərinin aparılmasına maneçilik törədir. Bu səbəbdən aidiyyatı üzrə onların adının mənzil üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla mübahisənin həlli ilə bağlı inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət edilməlidir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X15 iddianı qəbul etməyərək iddiaçının bacısı olduğunu, sözügedən mənzilin anası tərəfindən bacısı Kəmaləyə bağışlandığını, lakin onun həmin mənzildə yaşamadığı, mübahisəli mənzildə qeydiyyatda olduğunu və ona pul verildiyi təqdirdə evdən pasport qeydiyyatından çıxmağa razı olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişlər. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə hazırkı iddia tələbinə onların iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-13-58/2-A-23438 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, daşınmaz əmlaka dair qeydiyyat vəsiqəsinin surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5325/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli qətnaməsinin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsininin surəti, Ali Məhkəmə qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci İİ tarixli qərara əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi) İş materiallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə ünvanda yerləşən 52/1 saylı evin, 34 nömrəli mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxslər – X12, X9, X10, X13, X15 onun qohumlarıdırlar və onlar qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-504/2023 nömrəli qətnaməsindən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli mənzildən boşaldılması qət edilmişdir. Üçüncü şəxs X11 etirazına münasibətdə bildirilir ki, şəxsin müvafiq etirazına mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Belə olduğu tədqirdə X3, X1, X2, X4, X11 iddiaçının mənzilində pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, üçüncü şəxslərin mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, X3, X1, X2, X4, X11 mübahisəli mənzildə qeydiyyatda qalması hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3, X1, X2, X4, X11 İddiaçı məxsus Sumqayıt şəhəri, 34-cü məhəllə ünvanda yerləşən 52/1 saylı evin, 34 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X22
Məhkəmə qərarları › İş №2-1(118)-5751/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5751/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver