Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-576/2020 21.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıtələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx N968-ci il tarixdə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuşam. N992–N993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə N () saylı hərbi hissənin tərkibində Qubadlı, Zəngilan döyüş bölgəsində hərbi əməliyyatlarda könüllü olaraq fəal iştirak etmişdir. Belə ki, N saylı hərbi hissə komandirin xx xxxxxxxx N992-ci il tarixli 5N saylı əmri ilə o, xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Qubadlı rayon Hərbi Komendantlığna çağırılmış, N saylı hərbi hissə komandirinin xx xxxx N993-cü il tarixli NN3 saylı əmri ilə Mühafizə və təminat bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməklə əsgəri vəzifəsinə təyin edilərək Qubadlı rayon Hərbi Komendantlığının sərəncamına ezam edilmişdir. N saylı hərbi hissənin mühafizə və xidmət bölüyündə xidmətdə olsa da əmrə düşmədiyi üçün həmin hərbi hissənin xx xxx N993-cü il tarixli N44 saylı əmrilə xx.xx.N993–cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün müavinətlərlə təmin olunaraq əsgəri xidmət vəzifəsinin icrasına başlamışdır. Qeyd etdi ki, Qubadlı rayonu işğal olunana qədər N saylı hərbi hissənin 4–cü batalyonun tərkibində hərbi əməliyyatlarda könüllü olaraq fəal iştirak etmiş, bütün bu sənədlərlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı olaraq müraciət etsə də, ona imtina məktubu ilə bildirilmişdir ki, onun həmin ərazilərdə döyüşməyini təsdiq edən sənədər təqdim edilməmişdir. Qeyd etdi ki, həmin arayışlar üçün də müraciət etmiş və ona bildirilib ki, arxivdə məlumata rast gəlinməmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdi ki, onunla döyüşən döyüş yoldaşları, içərilərində şəhid olanlar da var, vəsiqə alanlar da. Sağ qalanlardan kimisə bu işlə bağlı şahid qismində də məhkəmə prosesinə gətirə bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin müddəalarıına görə Mudaf ə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan ReSpublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüwələnndə xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N996-cı il tarixli 433 N9-İi Fənnanında göstərilirdi ki, Azərbaycan Respublikası müdafıə nazirinin təqdimatını nəzərə alaraq, N996-cı il martın N-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və Azərbaycan Respublikası Silahlı Qüwələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular (çavuşlar və əsgərlər) Azərbaycan Respublikası Silahlı Qüwələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin Fərmana qədər Azərbaycan Ordusundan ehtiyata buraxılma olmamışdır. Müdafiə Nazirliyi İşlər XN xx.xx.20N9-cu il tarixli iddiaçının adına verilmiş arxiv arayışından görünür ki. onun N () nömrəli hərbi hissədə xidməti barədə məlumatlar vardır. Lakin, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən buraxılmadığına görə məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş edilir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilkata məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh təşkilat nümayəndəsinin məhkəmə iclasında iştrakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9cu il tarixli, Müdafiə Nazirliyinin İşlər X2 İdarəsinin xx.xx.20N9-cu il, tarixli arxiv arayışı, xx xxxxxx 2020-ci il tarixli N2N saylı, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli N2N saylı Qeydiyyat Kartasının surəti və Hərbi biletin müvafiq səhifələrinin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.N-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının tərxis olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Həmçinin Azərbaycan Respublikası SHXÇDX-nin Qubadlı rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş Qeydiyyat Kartasından da görünür ki, iddiaçının xx.xx.N990-cı il tarixində keçmiş Sovet ordusundan tərxis olunması qeydi vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər X2inin məlumatlarında İddiaçı N N-li hərbi hissə komandirinin xx.xx.N992–ci il tarixli 5N N-li əmri ilə xx.xx.N992–ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq, ehtiyata buraxılmış Qubadlı RHK–dan çağırılmış, N968-ci il təvəllüdlü İddiaçı Məhməd oğlu N N-li hərbi hissə komandirinin xx.xx.N993–cü il tarixli NN3 N–li əmrilə Mühafizə və təminat bölüyünün şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməklə əsgəri vəzifəsinə təyin edilərək, Qubadlı rayon Hərbi Komendantlığının sərəncamına ezam edilmişdir. N N–li hərbi hissənin mühafizə və xidmət bölüyündə xidmətdə olub əmrə düşmədiyi üçün sıravi İddiaçı N N–li hərbi hissə komandirinin xx xxx N993–cü il tarixli N44 N-li əmrilə xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək, bütün müavinətlarla təmin olunaraq əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. Nizam-intizama əməl etmədiyi üçün Mühafizə və xidmət bölüyündə xidmət edən İddiaçı N N-–li hərbi hissə komandirinin xx.xx.N993–cü il tarixli N58 N-İi əmrilə tutduğu vəzifədən azad edilməklə, 3-cü motaatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək, əsgəri vəzifəsinin icrasına başlamışdır. N () N-li hərbi hissə komandirinin iyun N992–ci il, iyul N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə həmin hərbi hissədən tərxis olması ilə əlaqədar hərbi biletində müvafiq qeyd aparılmamışdır. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 8N.N, 85.N,NN0.N-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-576/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-576/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver