Məhkəmə qərarları › İş №2-1(118)-576/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-576/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-576/2024 02.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinin “Maarif” X4 Heyətinin 1 saylı iclas protokoluna əsasən iddiaçıya ayrılmış Sumqayıt şəhəri “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəlişin edilməsi və iddiaçıa ayrılmış “Yaşma bağları” adlandırılan ərazidə yerləşən sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş JN-1370(Kod ********) nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün “Maarif” X4 Heyətinin 1 saylı iclas protokoluna əsasən ona ayrılmış Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə etibarsız sayılması, həmin “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəliş edilərək istifadəsinə ayrılmış “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinin "xxxx" MMC-nin adına tərtib edilmiş JN-1370 (Kod ********) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü"nün koordinatlarından kənara çıxarılması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədinin “Maarif” X4 Heyətinin 1 saylı iclas protokoluna əsasən iddiaçıya ayrılmış Sumqayıt şəhəri “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəlişin edilməsi və iddiaçıa ayrılmış “Yaşma bağları” adlandırılan ərazidə yerləşən sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi əsl cavabdeh olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, idiaçı 1976-2010-cu illər arasında Sumqayıt şəhər Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Həmin təşkilatın Həmkarlar İttifaqının nəzdində fəaliyyət göstərmiş “Maarif” X4 Heyətinin 1 saylı iclas protokoluna əsasən 15 noyabr 1988-ci il tarixdə bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin bağ torpaq sahəsinin iddiaçıya verilməsini “Maarif’ X4 Heyətinin 15 noyabr 1988-ci il tarixli 1 saylı iclas protokolundan Çıxarış, 52 saylı bağ sahəsinin sxematik planından Çıxarış və “X2 adlı siyahısı təsdiq etməkdədir. Ölkəzdə həyata keçirilmiş torpaq islahatına əsasən sözügedən bağ sahəsi üzərində əvəzsiz mülkiyyət hüququ yarandığından o, bir müddət əvvəl ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və həmin hüquqa dair müvafiq reyestr çıxarışının verilməsini xahiş etmişdir. Lakin müraciətinə qeyd etdiyi idarə tərəfindən verilmiş yazılı cavabda idarənin elektron kadastr baza məlumatlarında qeydiyyata alınmasını xahiş etdiyi bağ torpaq sahəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ilə üst-üstə düşdüyü bildirilərək hüququnun qeydiyyatından imtina edilmişdir. Bununla bağlı etdiyi müraciətlər nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-yə torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının 18 may 2012-ci il tarixli 777 saylı sərəncamı ilə icarə qaydasında qoyunçuluğun inkişafı məqsədi ilə Abşeron rayonunun "xxxx" adlandırılan yay otlaq sahəsindən örüş sahəsindən 15 il müddətinə torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi iddiaçıya torpaq sahəsi Sumqayıt şəhərinin “Yaşma bağlar ərazisindən bağ sahəsi kimi, "Elat-A” MMC- yə isə torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Abşeron rayonunun "xxxx" adlandırılan yay otlaq sahəsindən örüş sahəsi kimi ayrılmışdır ki, bu da iki torpaq sahəsinin fərqli yerlərdə yerləşdiyini və heç bir halda üst-üst düşə bilmədiyini sübuta yetirir. Görünən odur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə koordinatlar səhv çəkildiyindən iddiaçının torpaq sahəsinə sürüşdürülmüşdür. Bununla bağlı tərəfindən həm Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə, həm də “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilərək üzərində əvəzsiz mülkiyyət hüququm yaranmış “Maarif” X4 Heyətinin 1 saylı iclas protokoluna əsasən iddiaçıya ayrılmış Sumqayıt şəhərinin Yaşma bağları adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə düşdüyü hissədə ləğv edilmiş Dövlət Tfpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Elat-A MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün koordinatlarına düzəliş edilməsi və elektron baza məlumattarında iddiaçının torpaq sahəsinin Elat-A MMC-nin adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün koordinatlarından kənara çıxarılmasını xahiş etsə də, onun müraciətindən formal əsaslarla imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsası kimi göstərdiyi dəlilləri bəhanədən başqa bir şey kimi qəbul etmək olmaz. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərrnanmı müddəalarına əsasən həmin torpaq sahəsi üzərində əvəzsiz mülkiyyət hüququ birmənalı olaraq yaranmışdır. Bütün bunları nəzərə alaraq pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayənəsi iddianı qəbul etməyərək izah etdi ki, elektron kadastr məlumat bazasına görə iddiaçının istifadəsində olan bağ sahəsinin koordinatları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları ilə üst-üstə düşür. Həmin sənədin aid olduğu şəxsin aşkar edilərək faktiki istifadə vəziyyətinin dəqiqləşdirilməsi mümkün olmadığından istifadədə olan bağ sahəsi ilə üst-üstə düşmə halının aradan qaldırılması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - “Maarif" Bağçılıq Yoldaşlığının 15 noyabr 1988-ci il tarixli, 01 saylı protokol çıxarışdan görünür ki, İddiaçı (52 nömrəli bağ sahəsi) cəmiyyətə üzv qəbul edilməsi qərara alınmışdır. - xx.xx.1989-cu il tarixli bağçılıq üzvlük kitabçasından görünür ki, İddiaçı “Maarif " Bağçılıq Yoldaşlığına üzv qəbul edilmişdir. - Yerquruluşu xəritəsindən çıxarışdan görünür ki, 52 saylı bağ sahəsinə dair tərtib edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-174/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Düvlət Reyestr Xidmətinin 2 saylı Sumayıt Ərazi İdarəsinə qarşı "Sumqayıt şəhəri, “Yaşma” bağlar massivi ünvanında 0,6 ha lorpaq sahəsində yerləşən, 52 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-452/2021 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-174/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 18 may 2012-ci il tarixli, 777 nömrəli sərəncamından görünür ki, 45 saylı "xxxx" adlanan yay otlaq sahəsindən, örüş sahədən ibarət olmaqla Abşeron rayonun istifadəsində olan torpaqdan qoyunçuluğun inkişafı məqsədilə "xxxx" MMC-yə 311,0,0 ha 15 (on beş) il müddətinə icarə qaydasında torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədlərinin təsdiq edilməsi qərara alınmışdır. - Yerquruluşu planından çıxarışdan görünür ki, 46 saylı "xxxx" adlanan yay otlaq sahəsinə dair tərtib edilmişdir. - İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə dair cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, texniki inventarlaşdırma işləri aparılmış, boş torpaqdır. Tikinti işləri aparılmamışdır. Yerüstü kommunikasiya xətləri keçmir. Torpaq sahəsinin ünvanı qonşu torpaqların ünvanı ilə uyğundur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun : -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. -10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunmalıdır. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. -14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. -14.4-cü maddəsinə əsasən qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. -15.1.6-cı maddəsinə əsasən bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. -23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalar”ın 1ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 19-cu bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin "Ünvan (olduğu yer)" qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. Həmin Qaydaların 45-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İlk öncə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanın vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var. Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına dair əvvəlki iddiası rədd edilərkən məhkəmə qərarlarında iddiaçıya ayrılmış torpaq sahəsinin Elat-A” MMC-yə icarə qaydasında ayrılmış torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hazırki iş üzrə mütəxəssis rəyinin alınmasına zərurət görməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya ayrılan torpaq sahəsi Sumqayıt şəhəri “Yaşma bağları” adlanan massivdə, üçüncü şəxs "xxxx" MMC-yə icarəyə verilmiş torpaq sahəsi isə Abşeron rayonu ərazisində yerləşən "xxxx" yay otlaq sahəsində yerləşir. Həmin torpaq sahələrinin üst-üstə düşməsi və MMC-nin iddiaçıya ayrılmış bağ torpaq sahəsinə iddialı olması ağlabatan deyildir. Sadəcə MMC-yə ayrılan torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilərkən koordinatların düzgün işlənilməməsi nəticəsində bir hissəsi iddiaçıya ayrılan torpaq sahəsinin üzərinə düşmüşdür. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün yeganə səbəb torpaq sahəsinin koordinatlarının "xxxx" MMC-yə verilmiş plan və ölçü sənədində göstərilən koordinatlarla üst-üstə düşməsidir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəzərədə tutulub. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədlərin lazımi qaydada araşdırmaması nəticəsində iddiaçının hüquqları pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 19 may 2014-cü il tarixli Qərarı ilə DƏDRX tərəfindən verilmiş çıxarışın ləğv edilməsinin ümumi və ya inzibati məhkəmələr tərəfindən baxılmasına aydınlıq gətirmişdir. Qeyd olunan qərardan məlum olur ki, DƏDRX tərəfindən çıxarışın verilməsinə əmlak hüquqları, yəni mülki hüquqi əqdlər əsas olduğu tədqirdə həmin Çıxarışın ləğvinə ümumi məhkəmələr, DƏDRX tərəfindən verilən Çıxarışın verilməsinə əsas inzibati akt olduğu tədqirdə inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə hesab edir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi inzibati akt qüvvəsinə malik olmasa da belə “İnzibati İcraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbləri baxımından həmin sənədin ləğv edilməsi tələbinə inzibati icraat qaydasında baxılması mümkündür. Belə ki, yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum Qərarının tələblərinə əsasən inzibati qərardan törəmə aktlar inzibati qərarın tərkib hissəsi olduğuna görə mövcud ola bilən mübahisəyə mübahisələndirilən aktla birlikdə inzibati icraat qaydasında baxılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədinin “Maarif” X4 Heyətinin 1 saylı iclas protokoluna əsasən İddiaçı ayrılmış Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin adına tərtib edilmiş 05 fevral 2015-ci il tarixli, A 537922 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədinin “Maarif” X4 Heyətinin 1 saylı iclas protokoluna əsasən İddiaçı ayrılmış Sumqayıt şəhərinin “Yaşma bağları” adlandırılan ərazisində sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsinə aid hissədə ləğv edilərək həmin “Torpaq sahəsinin plan və ölçü” sənədinin koordinatlarında və elektron baza məlumatlarında müvafiq düzəlişin edilməsi və “Maarif” X4 Heyətinin 1 saylı iclas protokoluna əsasən ayrılmış Sumqayıt şəhəri “Yaşma bağları” adlandırılan ərazidə yerləşən sahəsi 0,06 ha olan 52 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar