Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-577/2021 08.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* №-li 01.05.2015-ci il tarixli, RX seriyalı ******* №-li 07.07.2015-ci il tarixli, RX seriyalı, ******* №-li 17.10.2015-ci il tarixli və RX seriyalı, ******* №-li 15.01.2016-cı il tarixli, dörd ayrı-ayrı çıxarışlara əsasən, MMC-nin mülkiyyətində olan torpaq sahələrinin təyinatlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət göndərilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* №-li 01.05.2015-ci il tarixli, RX seriyalı ******* №-li 07.07.2015-ci il tarixli, RX seriyalı, ******* №-li 17.10.2015-ci il tarixli və RX seriyalı, ******* №-li 15.01.2016-cı il tarixli, dörd ayrı-ayrı çıxarışlara əsasən, MMC-nin mülkiyyətində olan torpaq sahələrinin təyinatlarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət göndərilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi , Əliağa Vahid küçəsində yerləşən torpaq sahələri AR ƏMDK yanında DƏDRX- nin RX seriyalı ******* №li 01.05.2015-ci il tarixli, RX seriyalı ******* №li 07.07.2015-ci il tarixli, RX seriyalı ******* №-li 17.10.2015-ci il tarixli və RX seriyalı ******* №li 15.01.2016-ci il tarixli dörd ayrı-ayrı çıxarışları ilə xxxx MMC-nin mülkiyyətindədir. Belə ki, həmin torpaq sahələrində AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi Abşeron rayonu, Masazır kəndi. Əliağa Vahid küçəsində hər biri 1 girişli, 7-8-9 mərtəbəli yaşayış binalarının Blok: A.B.C.D.D.T.F.G.H və 1 ədəd 9 mərtəbəli) Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14.08.2014-cü il tarixli, 367 nömrəli və 15.09.2014-cü il tarixli, 448 nömrəli sərəncamları əsasında 04.06.2018-ci il tarixli 001935 №li istismara hazırlıq aktı tərtib etmişlər. Həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin 25.06.2018-ci il tarixli, 075 nömrəli tikinti obyektinin istismara icazəsi də verilmişdir. Qeyd edir ki, hal-hazırda tikilmiş həmin yaşayış binalarında yaşayış var. Amma tikilən heç bir mənzil üçün çıxarış almaq mümkün olmamışdır. Səbəb isə Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahələrinə dair verilmiş çıxarışlarda torpaq sahəsinin kateqoriyası "kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd edilməsidir. İddiaçı bununla bağlı bir çox dövlət orqanlarına müraciət etmişdir. Həmin orqanlardan iddiaçıya bildirilmişdir ki, çoxmənzilli binaların yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirlməsi barəsində vəsatət qaldırma hüquqi AR Əmlak Məsələləri Dövlət Komitəsinə məxsusdur. İddiaçı dəfələrlə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinə müraciət etsə də imtina cavabı almışdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında 19.02.2019cu il tarixli, 529 №li Fərmanın 5.3 bəndində istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirlməsi ilə bağlı zəruri tədbirlər AR Əmlak Məsələləri Dövlət Komitəsinin qaldırdığı vəsatətlər əsasında icrasının mümkün olunduğu qeyd edilmişdir. Fərmanın bu bəndində aydın görünür ki. Dövlət Komitəsi mübahisəli torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı vəsatəti Nazirlər Kabinetinə təqdim etməlidir. Amma buna baxmayaraq cavabdeh orqan çoxsaylı müraciətlərinə imtina vermiş, işi dərindən araşdırmamışdır. Həmçinin onu da qeyd edir ki, sözü gedən Fərman 01.01.2020-ci il tarixədək qüvvədədir. X9 tərəfnuən verilmiş çıxarışlarda qeyd edilən torpaq sahələrinin istismara hazırlıq və tikinti obyektinin isticmarına icazəsi 2018-ci il tarixə məxsusdur. AR İPM-nin 33.1 maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. AR İPM-nin 33.2 maddəsinə əsasən bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara samil olunur. Qeyd edilənlərə görə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etirazında qeyd edir ki, iddiaçı “xxxx” MMC tərəfindən 23.07.2019-cu il tarixli 28/19 nömrəli məktubla müraciət olunaraq ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən məktubla çoxmənzilli yaşayış binalarının tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə vəsatət qaldırılması “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanı ilə tənzimləndiyi və istismarına icazə verilmiş yaşayış binaları barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat daxil olduğu təqdirdə bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. Daha sonra iddiaçı “xxxx” MMC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə çoxsaylı müraciətlər olunaraq Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanının tələbləri çərçivəsində torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi istiqamətində tədbirlərin görülməsi xahiş edilmişdir. Xidmətin aidiyyəti qurumu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanının 9-cu bəndinə əsasən həmin Fərmanın 2020-ci ilin yanvarın 1-dək qüvvədə olması bildirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” əsasında mülkiyyətçisi tərəfindən vəsatət qaldırılmalı olduğu barədə iddiaçıya məlumat verilmişdir. Lakin qanunvericiliyin tələbləri iddiaçı tərəfə dəfələrlə izah olunmasına baxmayaraq İddiaçı MMC tərəfindən qanunvericiliklə müəyyən edilən prosedurlara əməl olunmadan müxtəlif qurumlara çoxsaylı müraciətlər ünvanlanmışdır. Eyni zamanda sənədlər ekspertiza olunarkən Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 25.06.2018-ci il tarixli 75 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin həqiqi məzmunu təhrif edilərək düzəlişlərin edildiyi və torpaq sahəsinin ölçüsünün 1,33 hektardan 1,35 hektara qədər artıq qeyd edildiyi müəyyən edilmişdir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanının 4.1 -ci bəndinə əsasən istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Həmin Fərmanın 5.3-cü bəndinə əsasən istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasının təmin edilməsi keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Lakin qeyd edilən qurumlar tərəfindən müvafiq məlumatlar təqdim edilmədiyindən bu barədə tərəflərindən tədbir görülməsi mümkün olmamışdır. Eyni zamanda həmin Fərmanın 9-cu bəndində bu Fərmanın 2020-ci ilin yanvarın 1-dək qüvvədə olması qeyd edilmişdir. Göstərilən səbəblərdən hesab edirlər ki, iddia tələbi mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prossesual məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə görə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının 13/s-390 saylı, 02 avqust 2019-cu il tarixli məktubunda qeyd edilir ki, iddiaçının müraciəti Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanının icrası çərçivəsində baxılması üçün 2019-cu il 1 avqust tarixli 13/S 390 nömrəli göstərişlə aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinin 01 avqust 2019-cu il tarixli **********71 saylı məktubunda qeyd edilir ki, çoxmənzilli yaşayış binalarının tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə vəsatət qaldırılması “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2019-cu il tarixli, 148 s nömrəli sərəncamı ilə tənzimlənir. Belə ki, istismarına icazə verilmiş yaşayış binaları barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat daxil olduğu təqdirdə bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinin 10.10.2019-cu il tarixli, **********96 saylı məktubunda qeyd edilir ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən çoxmənzilli yaşayış binalarının istismarına icazənin və Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surəti Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edildiyi təqdirdə bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasinbətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla bilər. Digər hallarda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə torpaq mülkiyyətçisi tərəfindən Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmalıdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 təşkili üzrə Dövlət Agentliyinin 15.10.2020-ci il tarixli, **********59 saylı məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanı 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuşdur. Bu səbəbdən mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarına” əsasən tələb olunan məlumat və sənədlər təqdim edilməklə, torpaq mülkiyyətçisi tərəfindən vəsatət qaldırılması barədə iddiaçıya Agentlik tərəfindən 16 iyul 2020-ci il tarixli **********99 nömrəli məktubla məlumat verilmişdir. Eyni zamanda Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına dair icazələrdə uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası barədə iddiadır. İddiçı məhkəmədə qaldırılan tələblə inzibati orqana müraciət etmiş, tələbi təmin edilməmidir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Mübahisənin yaranma əsası “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanının yaratdığı imkanlardan iddiaçının istifadə edə bilməməsi və bunun səbəbini cavabdeh inzibati orqanda görməsidir. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanı 1 yanvar 2020-ci il tarixədək qüvvədə olmuşdur. Məhkəmə qeyd edir ki, qeyd edilən fərman ilə verilən asanlaşdırılmış prosedur imkanları müəyyən dövrdə qüvvədə olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin dövrlərdə iddiaçı çoxsaylı məktublarla müxtəlif orqanlara müraciətlər etmişdir. Lakin iddiaçının hüquq müdafiə imkanlarından düzgün istifadə etməməsi və qeyd edilən fərmanla səlahiyyət verilmiş qurumlar arasında koordinasiyanın olmaması, səlahiyyət verilmiş inzibati orqanlar tərəfindən iddiaçıya düzgün hüquqi yardım edilməməsi nəticəsində, müvafiq iradəsi olduğu halda yaranmış imkandan istifadə edə bilməmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı “xxxx” MMC tərəfindən 23.07.2019-cu il tarixli 28/19 nömrəli məktubla müraciət olunaraq ünvan 1 ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binalarının yerləşdiyi torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən məktubla çoxmənzilli yaşayış binalarının tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə vəsatət qaldırılması “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral 529 nömrəli Fərmanı ilə tənzimləndiyi və istismarına icazə verilmiş yaşayış binaları barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat daxil olduğu təqdirdə bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla biləcəyi bildirilmişdir. Daha sonra iddiaçı “xxxx” MMC tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə çoxsaylı müraciətlər olunaraq Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanının tələbləri çərçivəsində torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi istiqamətində tədbirlərin görülməsi xahiş edilmişdir. Xidmətin aidiyyəti qurumu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanının 9-cu bəndinə əsasən həmin Fərmanın 2020-ci ilin yanvarın 1-dək qüvvədə olması bildirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” əsasında mülkiyyətçisi tərəfindən vəsatət qaldırılmalı olduğu barədə iddiaçıya məlumat verilmişdir. Lakin qanunvericiliyin tələbləri iddiaçı tərəfə dəfələrlə izah olunmasına baxmayaraq İddiaçı MMC tərəfindən qanunvericiliklə müəyyən edilən prosedurlara əməl olunmadan müxtəlif qurumlara çoxsaylı müraciətlər ünvanlanmışdır. Məhkəmə hesab edir ki, həqiqətəndə iddiaçı tərəfindən ilkin olaraq səlahiyyət və üzərinə öhdəlik qoyulmuş digər qurumlardan müvafiq tələblər irəli sürülməli, nəticə əldə edilmədiyi halda digər hüquqi müdafiə vasitələrindən istifadə edilməli idi. Beləki, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanında aşağıda qeyd edilən tənzimləmə mövcud olmuşdur. Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Fərmanın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: 4.1. istismara icazə verildiyi gündən 3 gün müddətində həmin icazənin və bu Fərmanın 1.1-ci bəndində göstərilən layihənin elektron surətinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və bu Fərmanın 7-ci hissəsində nəzərdə tutulan qurumlara göndərilməsini təmin etsinlər; Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: 5.3. istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etsin. Fərmanın 9-cu bəndinə əsasən Bu Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etməsi üçün müvafiq qurumlardan tələb olunan sənədlər daxil olmalı idi. Lakin cavabdeh inzibati orqana həmin dövrlərdə müvafiq qurumlardan tələb olunan sənədlərin daxil olduğu müəyyən edilmir. Eyni zamanda cavabdeh inzibati orqanın son cavabında qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanı 1 yanvar 2020ci il tarixədək qüvvədə olmuşdur.Bu səbəbdən mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarına” əsasən tələb olunan məlumat və sənədlər təqdim edilməklə, torpaq mülkiyyətçisi tərəfindən vəsatət qaldırılması barədə iddiaçıya Agentlik tərəfindən 16 iyul 2020-ci il tarixli **********99 nömrəli məktubla məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqanın iminası əsaslı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-577/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-577/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver