Məhkəmə qərarları › İş №2-1(118)-577/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-577/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-577/2023 17.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı X3 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviç-Saqaydaçnıy adına X4 İnstitutu tərəfindən verilmiş B 20 seriyalı 269401 nömrəli xx.xx.2020-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı X3 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviç-Saqaydaçnıy adına X4 İnstitutu tərəfindən verilmiş B 20 seriyalı 269401 nömrəli xx.xx.2020-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə X3 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviç-Saqaydaçnıy adına X4 İnstitutunu “Çay və dəniz nəqliyyatı gəmi sürücülüyü” ixtisası üzrə bitirmiş və ona xx.xx.2020-ci il tarixli B20 N269401 qeydiyyat nömrəli bakalavr diplomu verilmişdir. O, həmin diplomu aldıqdan spnra Azərbaycan Respublikasında tanınması və ixtisas ekvivalentliyinin müəyyən edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin diplom üzrə ixtisasın tanınmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının tələb olunan müddətdən daha qısa müddətdə həmin ölkədə olması və həmin müddətin tədris proqramım mənimsəmək üçün kifayət olmadığı göstərilmişdir. İddiaçı imtinanı əsassız hesab edir. Belə ki, o qanuni şəkildə qeyd edilən ali təhsil müəssisəsinin qiyabi şöbəsinə daxil olmuşdur. İlk üç il ərzində təhsil müddətində vaxtı vaxtında dərslərdə iştirak etmiş, daha sonra pandemiyanın başlaması ilə əlaqədar 2020-ci ildə dərs və imtahantlarda “online” iştirak etdiyini və tədris proqramını uğurla başa vurmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli aralıq qərardadı ilə iddiaçının təkrar müsahibədən keçirilməsi qərara alınmışdır. Cavabdeh məktubla məhkəməyə müraciət edərək iddiaçının aldığı ixtisasın tanınması məsələsinin yenidən araşdırıldığını və ona ixtisasın tannması ilə bağlı müvafiq şəhadətnamələrin verilməsi bildirilmişdir. Məktuba əlavə edilmiş şəhadətnamələrdən görünür ki, İddiaçı X3 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviç-Saqaydaçnıy adına X4 İnstitutu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli B20 N269401 qeydiyyat nömrəli bakalavr diplomu Azərbaycan Respublikasında tanınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə məhkəmədən kənar qaydada nizama salınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Təhsildə X1rşı X3 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviç-Saqaydaçnıy adına X4 İnstitutu tərəfindən verilmiş B 20 seriyalı 269401 nömrəli xx.xx.2020-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar