Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-578/2024 19.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan X1na 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 04 aprel 2023-cü il tarixli, 3-17-1/2-S-70354/23 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1959-cu ildə Quba rayonu, Amsar kəndində anadan olmuşdur. X1, anası X2 olmuşdur. X6 09 sentyabr 1998-ci il tarixdə, X1 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etdiyi günə qədər İ qrup müharibə əlili olmuş və onun əlilliyi İİ Dünya müharibəsində iştirakla bağlı yaranmışdır. Atasına 1995-ci ilin yanvar ayına kimi X6 baxaraq qulluq etsə də, 1995-ci ilin əvəllində anası iflic xəstəliyinə tutularaq səhhəti ağırlaşmışdır. Ona görə 1995-ci ildən vəfat etdiyi günə, yəni 22 oktyabr 2014-cü il tarixə qədər İ qrup əlil olan X1na özü baxıb qulluq etmişdir. O eyni zamanda 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işləmişdir. Həmin müəssisədə qeyd olunan müddətdə işləməyi adına tərtib edilmiş əmək kitabçası ilə təsdiq olunur. İddiaçı birinci qrup əlilə qulluq etdiyi müddətin və işlədiyi müddətlərin sığorta stajı olaraq nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin cavabdeh təşkilatın 04 aprel 2023-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında inzibati aktı ilə ona sığorta stajının 16 il 4 ay 7 gün olduğu və 25 il təşkil etmədiyi, eyni zamanda hazırki qanunvericiliyin tələbinə əsasən X4 qulluq etdiyi dövrün məhkəmə qərarı ilə təsdiqlənmədiyi üçün qulluq dövrünün sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı qeyd edilən imtina cavabı ilə razılaşmır. Belə ki, cavabdeh təşkilat onun İ qrup əlil atasına qulluq etdiyi 1995-ci ildən xx.xx.2014-cü il tarixədək olan dövrü nəzərə almamış, eyni zamanda Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək olan və əmək kitabçası ilə təsdiq olunan dövrdə stajını 16 il 4 ay 7 gün kimi hesablamışdır. Göründüyü kimi iddiaçının hal-hazırda yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 ildən artıq stajı həm işlədiyi, həm də İ qrup əlil atasına qulluq etdiyi üçün yaranmışdır. Lakin cavabdeh təşkilat əmək pensiyası təyin etməkdən imtina edir. İ qrup əlil olan X1na qulluq etməyi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 1-ci dərəcəli əlilə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və 70 yaşından yuxarı ahıla qulluq müddəti barədə akt tərtib edilmişdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı 2021-ci ilin aprel ayında “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarına əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilirdi. Hal-hazırda qanunvericiliyin dəyişdirilərək bu faktın məhkəmə qaydasında müəyyən edilməsi hesab edir ki, ona aid edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Yuxarıda qeyd etdiklərimə əsasən cavabdeh təşkilatın imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti də sığorta stajına daxil edilir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixdə qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması” Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı yaşa görə pensiyanın təyin edilməsi məqsədilə Mərkəzi filiala ərizə ilə müraciət etmişdir. İddiaçı Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023- cü il tarixli 3-17-1/2-S-70354/2023 nömrəli məktubla bildirilmişdir ki, Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən sosial sığorta stajı qanunvericiliklə tələb olunan 25 ildən az yəni 16 il 4 ay 7 gün təşkil etdiyi üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd etmək lazımdır ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı tələbi iki hissədən ibarətdir:
1. ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1976-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Quba rayonu Amsar kənd qənnadı sexində işlədiyi dövr;
2. İ qrup əlil olan X1na 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qulluq etdiyi dövr.
1. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3- 17-1/2-S- 70354/2023 nömrəli məktuba əsasən ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrlər nəzərə alınmaqla sığorta stajı 16 il 4 ay 7 gün müəyyən edilmişdir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh orqanın İddiaçı ünvanlanmış məktubun məzmunundan da göründüyü kimi iddia tələbinin birinci hissəsiylə bağlı iddiaçının subyektiv hüququnu pozan mübahisə mövcud deyildir.
2. İddiaçı 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək vəfat etmiş ahıl X1na qulluq etdiyini iddia edir. İddiaçı iş materiallarına bu barədə Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 04 nömrəli Aktı əlavə etmişdir. İş materiallarında olan 695589 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Qeyd edilən hallar nəzərə alındıqda əvvəla iddia tələbi üçün əsas gətirilmiş Qulluq Aktı mübahisələndirilməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 21.2.4-cü maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyati orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddətlər daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Həmin qulluq aktı şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən tərtib edilməlidir. İlk növbədə Qulluq Aktı şəhər (rayon) icra hakimiyyati orqanlarının, yaxud Şöbənin va ya İdaranin nümayandələrindən ibarat komissiya tərəfindən tərtib edilməli olduğu halda Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli Aktda qeyd edilmişdir ki, İddiaçı 1922- ci il təvəllüdlü 92 yaşlı İ qrup əlil 2014-cü ildə vəfat etmiş X4 1995- ci il tarixdən xx.xx.2014-cü il tarixədək qulluq etmişdir. X8q edilən şəxsin ifadələrinə əsasən tərtib edilməli idi. İş materiallarında olan 695589 nömrəli ölüm haqqında şəhadətnamədən aydın olur ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 1(102)-1989/2020 nömrəli qərarında müəyyən edilmişdir ki, şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş akt mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır. Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. xx.xx.2022-ci il tarixli Aktın tərtib edilməsində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iştirak etməmiş, qonşuların şahidliyi əks olunmamış və xidmət edilən şəxs vəfat etmişdir. Beləliklə, yuxarıda qeyd edilən bütün əsaslar nəzərə alınmaqla iddia tələbinin əsasını təşkil edən xx.xx.2022-ci il tarixli Akt mötəbər hesab edilə bilməz. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci yarımbəndinə əsasən, sosial sığorta stajının hesablanması zamanı ahıllara qulluqetmə müddəti aşağıdakı şərtlər əsasında həyata keçirilir: patronajın təyin edilməsi barədə qərara əsasən; qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Hazırda qüvvədə olan qanunvericilik aktlarından da aydın olduğu kimi, sözügedən halda iddiaçının qulluq etdiyi ahıl ailə üzvü vəfat etdiyindən tərtib olunan akt əsaslı sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən isə 220 manata çatdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İnzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan X1na 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh isə etirazında 1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1989/2020 nömrəli qərarına istinadən xx.xx.2022-ci il tarixli Aktın tərtib edilməsində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iştirak etməmiş, qonşuların şahidliyi əks olunmamış və xidmət edilən şəxs vəfat etmiş olmasını 2. Əlavə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasr'nın 4.1.8-ci yarımbəndinə istinadən iddiaçının qulluq etdiyi ahıl ailə üzvünün vəfat etmiş olmasını əsas gətirərək xx.xx.2022-ci il tarixli Aktı mötəbər hesab etmirlər. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin etirazı əsaslı olmamışdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında izahatından və işin hallarından görünür ki, iddiaçının tələbi xx.xx.1976-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Quba rayonu Amsar kənd qənnadı sexində işlədiyi dövr hissəsində cavabdeh tərəfindən nəzərə alınır. Cavabdeh tərəfindən nəzərə alınmayan dövr iddiaçının İ qrup əlil olan X1na 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qulluq etdiyi dövrlərdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əlil atasına qulluq edilməsi faktının təsdiqi ilə müvafiq ümumi məhkəməyə müraciət etmiş, lakin iddianın yolverilməzliyi əsası ilə onun tələbinə baxılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci yarımbəndinə əsasən, sosial sığorta stajının hesablanması zamanı ahıllara qulluqetmə müddəti aşağıdakı şərtlər əsasında həyata keçirilir: patronajın təyin edilməsi barədə qərara əsasən; qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. Göründüyü kimi ahıllara qulluqetmə müddətinin sosial sığorta stajına daxil edilməsi imkanları həmin şəxsin hüququ kimi müəyyən edilmişdir. Əgər zəruri sənədlər yoxdursa, bu zaman müvafiq məhkəmə qərarı əsasında hüquq müəyyən edilməlidir. Hər bir halda ahıl şəxslərə qulluq etmiş şəxslərin hüquqlarının qorunması qanunvericiliyin tələbidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarında dəyişiklik edilməsi, aktın isə dəyişiklikdən sonra tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçının qulluq faktı ilə əlaqədar müvafiq araşdırmaların aparılması üçün Quba rayon İcra Hakimiyyətinə 17 dekabr 2021-ci il və 03 iyun 2022-ci il tarixlərdə ərizə ilə müraciət etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının 2021-ci il tarixdə müraciət etdiyi halda qulluq aktının gec, müvafiq qaydalara dəyişiklikdən sonra tərtib edilmiş olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz və həmin aktın mötəbərliyinə şübhə yarada bilməz. Cavabdehin etiraz ərizəsində qeyd edilmiş digər mövqeyinə (Qulluq Aktı şəhər (rayon) icra hakimiyyati orqanlarının, yaxud Şöbənin va ya İdaranin nümayəndələrindən ibarat komissiya tərəfindən tərtib edilməli olduğu halda Quba rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir.... Aktın tərtib edilməsində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iştirak etməmiş, qonşuların şahidliyi əks olunmamış və xidmət edilən şəxs vəfat etmişdir. ) münasibətdə isə məhkəmə qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi qaydalarda da müvafiq aktın tərtib olunmasında həm şəhər (rayon) icra hakimiyyəti orqanlarına həmdə müvafiq şöbənin və ya İdarənin nümayəndələrindən ibarət yaradılacaq komissiyaya səlahiyyət verilmişdir. Yuxarıda qeyd olunduğu kimi müvafiq icra hakimiyyəti orqanının aktı ilə iddiaçının atasına qulluq etməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, inzibati orqanın aktda qeyd edilənlərin həqiqiliyinə şübhəsi olduğu halda özü qanunvericiliyin göstərişi üzrə inzibati araşdırma funksiyasını yerinə yetirə bilər və bununla bağlı sübutları məhkəməyə təqdim edə bilər. Lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hazırki halda məhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliyinə münasibətdə hərhansı şübhə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə iddiaçının atasına qulluq etdiyi dövrlər nəzərə alınarsa bu halda cavabdeh tərəfindən nəzərə alınan 16 il 4 ay 7 gün və 1995-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrlər birlikdə iddiaçının 25 ildən çox sosial sığorta stajının olduğuna əsas verir. Bu halda iddiaçının 05 aprel 2021-ci il tarixdən, 62 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının həm müvafiq ümumi məhkəməyə müraciət edərək əlill atasına qulluq etmə faktının təsdiq edilməsi müraciətinin olması, həmdə səlahiyyətli orqanların təsdiq etdiyi yuxarıda istinad edilən sənədlərin olduğu halda pensiya hüququnun qorunmaması, onun konstitusiyon hüquqlarının pozulması kimi qəbul edilməli və onun hüquqları inzibati məhkəmə icraatı qaydasında təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 04 sentyabr 1976-cı il tarixdən 30 dekabr 1994-cü il tarixədək Quba rayonu, Amsar kəndində yerləşən qənnadı sexində işlədiyi və İ qrup əlil olan X1na 1995-ci ildən 22 oktyabr 2014-cü il tarixə qədər qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilərək 05 aprel 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev