Məhkəmə qərarları › İş №2-1(118)-579/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-579/2020

14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-579/2020 14.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında 14 saylı X3rşı “AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında 14 saylı X12 Mərkəzinin hazırladığı xx.xx.2016-cı il tarixli **********97 və xx.xx.2017-ci il tarixli **********93 saylı mütəxəssis rəyləri etibarsız hesab edilərək ləğv edilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd olunan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırmışdır ki, Qobustan rayon məhkəməsinin xx xxxxxxx 2016ci ii tarixli qətnaməsi ilə (iş: 2(026)-04/2016) X1 cavabdeh İddiaçı Ağahüseyin oğluna qarşı öz başına tutduğu torpaq sahəsindən çıxarma, tikililərin sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddia təmin edildi və qət edildi ki, "Muradov X4 Bəhruz Xanbaba oğlunun xüsusi mülkiyyətində olan və öz başına tutduğu 5.0 kv.metr torpaq sahəsindən çıxarılsın; İddiaçı Ağahüseyin oğlunun öz başına tutduğu torpaq sahəsində tikdirdiyi X9 məxsus torpaq sahəsinə düşən hissəsi onun hesabına sökülsün və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın və ödənilmiş dövlət rüsumunun 10 manatı Muradovdan alınıb Əsədova verilsin”. Həmin qətnamənin qəbul edilməsinə əsas isə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında 14 Saylı X12 Mərkəzi tərəfindən hazırlanmış xx.xx.2016-cı il tarixli **********97 və xx.xx.2017-ci il tarixli **********93 saylı Mütəxəsis Rəyləri olmuşdur. Bu Rəylər, Qobustan rayon məhkəməsindən Cavabdeh1nə göndərilmiş 2015-ci il tarixli 2(026)-572/2015 saylı məktub əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında 14 Saylı X12 Mərkəzinin rəisi Telmaz Həsənov, mütəxəssislər Bədəl Qasımov, Vaqif Kərimov və Əkrəm Əhmədov tərəfindən hazırlanmışdır. Lakin həmin mütəxəsis rəyində yanlış və natamam məlumatlar olduğu üçün hesab edirik ki, ləğv edilməlidir. Bunu aşağıdakılar ilə iddiaçı sübut edə bilər: 1) Rəylərdə, İddiaçı tikdiyi bərbərxana ilə X9 məxsus 436 kv.m torpaq sahəsinin hansı hissəsindən 5 kv.m zəbt olunduğu göstərilmir. Bu durum mütəxəssis rəyinin tələm tələsik hazırlandığını və düzgün məlumatlara sahib olmadığını sübut edir. Ona görə də həmin rəy ləğv olunmalıdır. Belə ki, rəylərdə deyilir: “Qobustan rayon X7 xx xxxx 2002-ci tarixli, 05 saylı qərarı ilə X9 ayrılmış 436 kv.m torpaq sahəsinin A153198 saylı planı və ölçüsündə göstərilmiş koordinatlarla naturada dəqiqləşmiş torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq vardır. Lakin işə əlavə olunmuş xəritəyə əsasən həmin sahə naturada öz yerindədir. Qobustan rayon Mərəzə Bələdiyyə Başçısının xx xxxxxxx 2004-cü il tarixli, 64 saylı qərarı ilə İddiaçı daimi istifadəsinə sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş Qobustan şəhərinin Ş.Şükürov küçəsində 30 kv.m (6x5 metr) torpaq sahəsinə hazırlanmış ilkin torpaq ayırma sxemi miqyassız olduğundan və ərizənin ölçüləri göstərilmədiyindən naturada dəqiq yerini müəyyən etmək mümkün olmadı. Həmin torpağın sahələrinin konfiqurasiyasında dəyişiklik olmuşdur. A153198 saylı xx xxxx 2009-cu il tarixli planı əsas götürülməklə X9 Qobustan rayon X7 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı ilə ayrılmış Qobustan şəhərinin Ş.Şikarov küçəsindəki 435 kv.m torpaq sahəsi ilə Qobustan rayonu Mərəzə Bələdiyyə Başçısının xx xxxxxxx 2004-cü il tarixli. 64 saylı qərarı ilə İddiaçı daimi istifadəsinə sahibkarlıq fəaliyyəti ilə bağlı Qobustan şəhərinin Ş.Şikarov küçəsində ayrılmış 30 kv.m (6x5 metr) torpaq sahəsini sənəd üzrə yerini müəyyən etmək mümkün olmadı. Faktiki istifadəyə görə inşa edilmiş obyektin (bərbərxana) torpaq sahəsi naturada üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, inşa edilmiş obyekt (bərbərxana) Daşınmaz Əmlakın Dövlət reyesterndə dövlət qeydiyyatına alınmış və vətəndaş adma reyestrdən çıxarışla rəsmiləşdirilmiş yerlədə üstüstə düşür. A153198 saylı xx xxxx 2009-cu il tarixli planı və ölçüsü əsas götürülməklə X2 rayon X7 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı ilə ayrılmış Qobustan şəhərinin Ş.Şikarov küçəsindəki 436 kv.m torpaq sahəsinin 5 kv.metri cavabdeh İddiaçı tərəfindən zəbt edilmişdir. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: l)X1 istiafəsində olan torpaq sahəsinə birləşmiş A №220074 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən göstərilən sarhədləri naturada müəyyən edildi. Müəyyənləşdirmə zamanı aydın olur ki, cavabdeh İddiaçı həmin sahədə tikinti işləri aparmışdır; 2. Cavabdeh İddiaçı tikdiyi tikintinin 5 kv.m hissəsi iddiaçı X9 məxsus torpaq sahəsinə düşür”. Mütəxəssis Rəyləri natamamdır. Belə ki, İddiaçı tərəfindən X9 məxsus olan torpağın 5 kvşm-inin zəbt edildiyini desə də həmin 5 kv.m-in Əsədova məxsus 436 kv.m torpaq sahəsinin hansı tərəfindən zəbt olunduğu göstərilmir. Bu durum mütəxəsis rəyinin tələm tələsik hazırlandığını və düzgün məlumatlara sahib olmadığını sübut edir. Ona görə də həmin rəy ləğv olunmaldır. Mütəxəssis Rəyləri hazırlanarkən Qobustan şəhərinin Baş Planı nəzərə alınmayıb. Bu durum onun düzgün olmayan məlumatlar daşıdığını bir daha göstərir. Ona görə də ləğv edilməlidir. Belə ki, Qobustan Bələdiyyəsinin sədri V.Novruzov tərəfindən imzalanmış və möhürlənmiş, Qobustan rayon İHB-nın Memarlıq və tikinti şöbəsinin müdiri M.Əliyev tərəfindən imzalanaraq təsdiqlənmiş və möhürlənmiş Qobustan şəhərinin Baş Planına baxsaq rahatlıqla görmək olar ki, İddiaçı məxsus bərbərxananın yerləşdiyi torpaq ilə X9 məxsus torpaq sahəsi arasında 52 metr məsafə var. Lakin Mütəxəsis rəyi hazırlanarkən bu Baş Plan nəzərə alınmadı. Bundan başqa qeyd edilir ki, o AR Tikinti qanunvericiliyinin tələblərinə əməl edərək iddiaçıya məxsus Qobustan rayonu Şikarov küçəsindəki 30 kv. m (6x5) torpaq sahəsində 2004-cü ildə bərbərxana tikdirmişdir. Bəhruz Əsədovun iddiası ondan ibarət olmuşdur ki, guya iddiaçı həmin bərbərxananı tikdirdiyi zaman ona Qobustan rayonu X7 xx xxxx 2002-ci il tarixli 05 Saylı qərarı ilə fərdi yaşayış evi tikdirmək üçün verilmiş Qobustan rayonu Şikarov küçəsindəki 436 kv. m-lik torpaq sahəsinə 5 kv. metr daxil olmuşam və bu səbəblə həmin 5 kv. metrin sökülməsini tələb etmişdir. Lakin araşdırmalar vaxtı tərəfimizdən müəyyən edildi ki, iddiaçıya məxsus bərbərxana ilə Bəhruz Əsədova məxsus torpaq sahəsi arasında nə az nə çox 52 metr məsafə vardır. Bu səbəblə həmin bərbərxananın Bəhruz Əsədova məxsus torpaq sahəsinə keçməsi qeyri mümkündür. Belə ki, Bəhruz Əsədova məxsus 436 kv. m-lik torpaq sahəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin Dövlət Kadastr kitabında xx xxxx 2009-cu ildə 1501 nömrəsi ilə uçota alınıb və ona ANo:15 3198 Kadastr Planı nömrəsi verilib. Həmin nömrə ilə Bəhruz Əsədova məxsus torpaq sahəsi ilə mənə məxsus torpaq sahəsinə birlikdə baxıldığı zaman məlum olur ki, bu iki torpaq sahəsi bir-birinə qonşu olmayıb, biri digərindən 52 metr uzaqlıqda yerləşir. Belə olan halda onun tikdirdiyi bərbərxananın Bəhruz Əsədovun torpaq sahəsinə 5 kv. metr qədər daxil olması və onun hüquqlarının pozulması mümkün deyildir. Ona görə də Qobustan rayon məhkəməsinin qətnaməsinin düzgün icra olunması və mənim mülkiyyətimdə olan tikilinin qanunsuz sökülməsinin qarşısının alınması üçün iddiaçıya məxsus bərbərxananın yerləşdiyi torpaq sahəsi ilə X9 məxsus torpaq sahəsi arasındakı məsafənin, döngə bucaq və nöqtələrinin GPRS vasitəsi ilə təsbit olunması da vacib idi, lakin Mütəxəsis rəyini hazırlayan şəxslər bu məsələyə də önəm vermədilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 49-cu maddələrinə əsasən hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuşdur. Məhkəmə iclasında iddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qeyd edir ki, inzibati icraatla bağlı qanunvericiliyin ümumi prinsiplərini nəzərə alanda, bir aktın inzibati akt sayıla bilməsi üçün inzibati orqanın öz hakimiyyət səlahiyyətlərindən istifadə edə bilməsi hüququ olmalı və tənzimlənən məsələ isə ümumi (publik) hüquq sahəsinə aid olmalıdır. İddiaçının mübahisələndirdiyi mütəxəssis rəyi məhkəmə qərarının qəbulu zamanı istinad etdiyi dəlillərdən biridir. Qeyd edilən rəy birbaşa iddiaçı barəsində hər hansı hüquqi nəticə yaratmır və həmin rəydə göstərilənlərin əsaslı olub-olmaması rəyin ünvanlandığı müvafiq orqan tərəfindən qiymətləndirilir. Bu baxımdan sözügedən rəy mütəxəssis tərəfindən aparılmış qiymətləndirməni əks etdirən və yalnız iş üzrə sübut növü kimi əhəmiyyət kəsb edə biləcək sənəddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mütəxəssis rəyi inzibati akt hesab oluna bilməz. Bundan başqa, iş materiallarından görünür ki, mübahisələndirilən mütəxəssis rəyləri Qobustan rayon Məhkəməsinin araşdırması zamanı istifadə edilmiş, həmin məhkəmənin xx xxxxxxx 2016-ci ii tarixli qətnaməsi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, digər bir məhkəmənin araşdırması zamanı istinad edilən mütəxəssis rəyinin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi hüquqi müəyyənlik prinsipi baxımındanda yolverilməz hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar