Məhkəmə qərarları › İş №2-1(118)-58/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-58/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-58/2020 11.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi x10 iştrakı ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “x1 “xxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin (VÖEN: **********), “xxxxx” MMC-nin (VÖEN: **********), “xxxxx” MMC-nin (VÖEN: **********), “xxxxxxxxxx” MMC-nin (VÖEN: **********), “xxxxxx” MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi kimi qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı x4rşı Məhkəməyə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 15.12.2017-ci il tarixdə hüquqi ünvanı AZ5002, ünvan 1 olmaqla qeydiyyatdan keçmiş İddiaçı MMC (VÖEN: **********) adlı müəssisənin icra orqanının rəhbəri qismində dövlət reyestrinə daxil edilmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı x17 Depatamenti tərəfindən bir pəncərə sistemi şəklində qeydiyyata alınmışdır. Vergi ödəyicisi olan İddiaçı MMC vergi borcunu AR Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə görə 2 saylı Sumqayıt x9 ərizəsinə əsasən Balakən rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli, 2(019)-1782/2018 saylı qətnaməsi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Onu da bildirmişdir ki, İddiaçı MMC-nin 14.01.2019-cu il tarixə 706,44 manat məbləğdə vergi borcu vardır. Balakən Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli, 2(019)-1782/2018 saylı iş üzrə bildirişini aldıqdan sonra ona məlum olmuşdur ki, o, “İddiaçı" MMC-nin icra orqanının rəhbəridir. O, belə bir cəmiyyət tanımır və həmin MMC-nin icra orqanının rəhbəri olmağından xəbərsizdir. Məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokuroruna, x19, Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək, heç bir müəssisə açmadığı, adına müəssisə və VÖEN almadığını bildirmişdir. Həmin müraciətinə cavab olaraq AR-nın Vergilər Nazirliyi özünün 15.12.2018-ci il tarixli, 04.01.2019-cu il tarixli, 26.02.2019-cu il tarixli, 11.03.2019-cu il tarixli, AR Vergilər Nazirliyinin Sumqayıt x7 14.01.2018-ci il və 18.01.2019-cu il tarixli məktubları ilə ilə bildirilmişdir ki, o, 18.12.2017-ci il tarixdə qeydiyyatdan keçmiş “xxxxx” MMC-nin (VÖEN: 290467894), "xxxxx” MMC-nin (VÖEN **********), “xxxxxxxxxx” MMC-nin (VÖEN: **********), ”xxxxxx” MMC-nin (VÖEN: **********) də icra orqanlarının rəhbəridir. Bildirmişdir ki, o, heç bir müəssisə açdırmamışdır, adına müəssisə və VÖEN açılmağından xəbəri olmamışdır. Cavabdeh heç bir əsas olmadan həmin cəmiyyətləri və onu icra orqanının rəhbəri kimi qeydiyyatdan keçirmişdir. Dövlət qeydiyyatına alınarkəa cavabdeh həmin cəmiyyətin təsisçisinin təqdim etdiyi saxta sənədləri araşdırmadan onu icra orqanının rəhbəri kimi qeydə almışdır. 2 saylı x9 məlumatına görə icra orqanının rəhbəri kimi təyin olunduğu cəmiyyətlərin təsisçisi x5 adlı şəxsdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini, “xxxxxxx” MMC-nin (VÖEN: **********), “xxxxx” MMC-nin (VÖEN: **********), “xxxxx” MMC-nin (VÖEN: **********), “xxxxxxxxxx” MMC-nin (VÖEN: **********), “xxxxxx” MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi (direktoru, rəhbəri) kimi qeydiyyatının etibarsız hesab edilməsini Məhkəmədən xahiş etmişdir. İddiaçı 18.05.2020-ci il tarixdə məhkəmədə izahat verərək, bildirmişdir ki, onun adından istidadə edərək dələduzluq edən şəxsin kimliyini araşdırlmağı, onun adına yığılmış vergi borcunun həmin şəxs tərəfindən ödənilməsini təmin etməyi və adına açılmış VÖEN-in bağlanmasına kömək edilməsini xahiş etmiş, 2017-ci ilin dekabr ayında VÖEN açıldığı tərixdə əməliyyat olunduğunu və xəstəxanada müalicə aldığını bildirmişdir. İddiaçıya məhkəmə sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət haqqında” Qanunun 9-cu maddəsinə (bundan sonra - Qanun) əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər, yəni qurumun rəhbərinin təyin edilməsi barədə səlahiyyətli orqanın qərarı təqdim edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi qeyd olunan müəssisələrlə bağlı dövlət qeydiyyat məlumatlarının dəyişdirilməsi üçün 2 saylı Ərazi Vergilər Baş İdarəsinə Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarına dəyişiklik edilməsi ərizəsi ilə müraciət edilməmişdir. Azərbaycan Respublikası vergilər nazirinin 06.03.2013-cü il tarixli **********206300 rəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına Qaydalar”ın 1.11-ci bəndinə əsasən bu Qaydalarda təsbit olunmuş prosedurların yerinə yetirilməsi üçün ərizə və arayışlar vergi orqanına yalnız həmin müraciəti etmək səlahiyyəti olan və ya bu səlahiyyəti qanunvericilikdə müəyyən edilmiş qaydada əldə etmiş şəxslər tərəfindən imzalanmaqla təqdim edilə bilər. Ərizə və ya arayışı qəbul edən vergi əməkdaşı onun yalnız səlahiyyətli şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra Qaydalarda göstərilən iş proseslərinin yerinə yetirilməsini təmin etməlidir. Həmin Qaydaların 6.13-cü bəndinə əsasən vergi ödəyicisinin məlumatlarına dəyişiklik edilməsi vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirilir. Qanunvericilikdə müəyyən edilmiş qaydada səlahiyyət verilmədikdə, ərizələrin kənar şəxslərdən və yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Sadalan normalardan aydın olduğu kimi, vergi ödəyicisinin vergi orqanında uçota alınması yalnız vergi ödəyicisinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş ərizə əsasında həyata keçirilə bilər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" Azərbaycan Respublikas Prezidentinin 23.10.2019-cu il tarixli 845 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və x15 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Bu səbəbdən də, Məhkəmə zərurət yarandığından, cavabdehi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz etmişdir. Cavabdehin Məhkəmənin 02.03.2020-ci il tarixli sorğusuna 05.06.2020-ci il tarixli **********703000 nömrəli cavabında qeyd edilmişdir ki, Hüquqi şəxslərin Dövlət Reyestr məlumatlarına əsasən x1 direktoru olduğu “xxxxx" MMC (VÖEN: **********), “xxxxx” MMC (VÖEN: **********), “xxxxxxxxxx” MMC (VÖEN: **********), “xxxxxx” MMC (VÖEN: **********) və İddiaçı MMC (VÖEN: **********) təsisçi x2 ASAN imzası vasitəsi ilə 15.12.2017-ci il tarixdə elektron qaydada göndərdiyi “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələri əsasında Dövlət qeydiyyatına alınmışdır. Ərizələrdə x3 yuxarıda qeyd edilən cəmiyyətlərin direktoru kimi qeyd edilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun həmin tarixə qüvvədə olan redaksiyasına əsasən Hüquqi şəxsin onlayn qeydiyyatı üçün ərizənin yalnız təsisçinin ASAN imzası vasitəsi ilə imzalanması tələb edilirdi. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.4-cü maddəsinə əsasən Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənadərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun. Həmin Qanunun 11.5-ci maddəsinə əsasən Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının Prezidentinin 30 oktyabr 2018-ci il tarixli, 1303-VQD nömrəli fərmanına əsasən Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş əlavələr edilmişdir. Əlavələrdən sonra qanunun 5-1.1 ci bəndinə əsasən Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Yuxarıda göründüyü kimi x2 asan imzası vasitəsi ilə 18.12.2017-ci il tarixdə elektron qaydada təqdim edilən “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələrinə həmin tarixə qüvvədə olan Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun müddəalarına uyğun olduğundan Cəmiyyətlər Dövlət qeydiyyatına alınmışdır. Həmin “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələrinin sonunda “Ərizəyə daxil edilmiş məlumatların doğruluğunu təsdiq edirəm. Yanlış məlumatların və sənədlərin təqdim edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən xəbərdaram. Təsisçisi olduğum yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınmasını xahiş edirəm” ifadəsi qeyd edilmişdir. Bu səbəbdən cavabdehliyin 2 saylı Ərazi Vergilər Baş idarəsindən götürülərək cəmiyyətlərin təsisçisi x2 üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materialları məhkəməyə təqdim edilmişdir. Təqdim olunan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin U.Babayevə ünvanlanmış 18.01.2019-cu il tarixli **********557800 nömrəli məktubuna əsasən iddiaçının 15.12.2017-ci il tarixdə hüquqi ünvanı AZ5002, ünvan 1 olmaqla qeydiyyatdan keçmiş "İddiaçı" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin, 15.12.2018-ci il tarixli **********85600 nömrəli, 04.01.2019-cu il tarixli **********015200 nömrəli, 26.02.2019-cu il tarixli **********444300 nömrəli və 11.02.2019-cu il tarixli **********887400 nömrəli məktublarına əsasən isə 18.12.2017-ci il tarixdə qeydiyyatdan keçmiş “xxxxx” (VÖEN: 290467894), "xxxxx” (VÖEN **********), “xxxxxxxxxx” (VÖEN: **********), ”xxxxxx” (VÖEN: **********) adlı məhdud məsuliyyətli cəmiyyətlərinin və "İddiaçı" MMC-nin rəhbəri qismində dövlət reyestrinə daxil edildiyi, yuxarıda adları qeyd olunmuş cəmiyyətlərin rəhbərinin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmadığı və qanunvericiliklə Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün iddiaçı barəsində dövlət reyestrində qeydiyyata alınmış faktların dəyişdirilməsinin mümkün olmaması şəklində imtina edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı x7 iddiaçıya ünvanlanmış 14.01.2019-cu il tarixli **********970300 nömrəli məktuba əsasən müəyyən edilir ki, vergi ödəyicisi "İddiaçı" MMC vergi borcunu AR Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə görə 2 saylı x7 ərizəsinə əsasən Balakən Rayon Məhkəməsinin 26.12.2018ci il tarixli 2(019)-1782/2018 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. "İddiaçı" MMC-nin 12.01.2019-cu il tarixə 706,44 manat məbləğdə (o cümlədən, vergilər üzrə 609 manat, faizlər üzrə 97,44 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Cavabdehin Məhkəmənin 02.03.2020-ci il tarixli sorğusuna cavabından müəyyən edilir ki, təsisçisi x2 asan imzası vasitəsi ilə 18.12.2018-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxxx", "xxxxx", “xxxxxxxxxx”, ”xxxxxx” və "İddiaçı" adlı məhdud məsuliyyətli cəmiyyətlərinin rəhbəri qismində x3 dövlət reyestrinə daxil edilmişdir. Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyrirezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin iddiaçının qanuni təmsilçi təyin edilməsinin etibarsız hesab edilməsini tələb etdiyi hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı zaman qüvvədə olmuş mətninə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Qanunun hazırda qüvvədə olan 5.2-ci və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatını tənzimləyən 5-1-ci maddəsində ərizənin qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən imzalanmalı olması müddəasının həmin dövrdə müvafiq normada təsbit olunmaması, hüquqi şəxsin dövlət qeydiyyatı və elektron dövlət qeydiyyatı zamanı təsisçi tərəfindən qanuni təmsilçi kimi təyin edilən şəxsin razılığının alınması tələbini istisna edir. Belə ki, şəxsin razılığı olmadan onun qanuni təmsilçi qismində təyin edilməsi faktiki olaraq onun sərbəst iradə ifadəsinin ziddinə olmaqla yanaşı, insanın əsas konstitusion hüquq və azadlılarını da pozmuşdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş heç bir sənəddə, iddiaçı ilə həmin hüquqi şəxslərin təsisçisi x6 arasında hər hansı hüquq münasibətlərinin mövcud olması onunla əmək müqaviləsi bağlanması və ya xidməti münasibətlərinin yaranması faktı öz təsdiqini tapmamışdır. Həmçinin, həmin Qanunun 5.4-cü maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlər sırasında qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti xüsusi olaraq qeyd olunmuşdur. Həmin qanunun 7-1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı, habelə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir. Məhkəmə cavabdehin dəlillərini də əsaslı hesab etmir. Belə ki, cavabdeh etirazında x2 asan imzası vasitəsi ilə 18.12.2017-ci il tarixdə elektron qaydada təqdim edilən “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələrinə həmin tarixə qüvvədə olan "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olduğundan Cəmiyyətlərin Dövlət qeydiyyatına alınmasını və həmin “Hüquqi şəxsin onlayn qeydiyyat” ərizələrinin sonunda “Ərizəyə daxil edilmiş məlumatların doğruluğunu təsdiq edirəm. Yanlış məlumatların və sənədlərin təqdim edilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətdən xəbərdaram. Təsisçisi olduğum yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınmasını xahiş edirəm” ifadəsinin qeyd edildiyini bildirsə də, R.Məmmədxanovun belə bir ərizə ilə müraciət etməsi iddiaçı U.Babayevin iradəsinin həmin ərizədə ifadə olunması anlamına gəlməməkdədir. Məhkəmə hesab edir ki, İddiaçı, “xxxxx”, “xxxxx”, “xxxxxxxxxx” və “xxxxxx” məhdud məsuliyyətli cəmiyyətlərinin qeydiyyat və təsis sənədlərində iddiaçının adının qanuni təmsilçi olaraq qeyd edilməsi onun iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Şəxsin razılığı və ya hər-hansı iradə ifadəsi olmadan onun hansısa hüquqi şəxsə qanuni təmsilçi qismində təyin edilməsi birbaşa olaraq qanunvericiliyin tələblərinə zidd oluşdur. Belə ki, hazırda qanunverici belə bir iradə ifadəsinin mövcud olmasını müəyyən etmək məqsədilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12.12.2003-cü il tarixli 560-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunan ərizənin təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanması və notariat qaydasında təsdiqlənməsi tələbini qoymuşdur. Həmin qanunun 5-1.1-ci maddəsinə əsasən isə təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilməsi, elektron dövlət qeydiyyatının adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirildiyi, həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasının doldurulması, elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizənin həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməli olması kimi tələb müəyyən etmişdir. "Elektron imza və elektron sənəd haqqında" 09.03.2004-cü il tarixli 602-İİQ nömrəli AR Qanununun 1.1.5-ci maddəsinə əsasən Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. Məhz imza sahibinin nəzarəti altında olmasından çıxış edərək yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı ərizənin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsini şəxsin sərbəst iradəsinin tam əks olunması kimi qiymətləndirə bilərik. Beləliklə, Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün kifayət qədər əsaslar olduğundan və iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “x1 İddiaçı (VÖEN **********) qeydə alındığı tarixdən, 18.12.2017-ci il tarixdə qeydiyyatdan keçmiş “xxxxx” MMC-nin (VÖEN **********), “xxxxx” MMC-nin (VÖEN **********), “xxxxxxxxxx” MMC-nin (VÖEN **********), “xxxxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisi kimi qeydiyyatının etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar