Məhkəmə qərarları › İş №2-1(118)-580/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-580/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-580/2021 13.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı X2, Cavabdehin nümayənəsi X1, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazilriyinə qarşı 1993- 1994-cü illərdə baş leytenant rütbəsi ilə tağım komandirinin müavini kimi xidmət etdiyi dövr üzrə vəzifə maaşının, gecikdirilmiş hər gün üçün faizlər əlavə olunmaqla hesablanaraq ödənilməsi, xəsarət alaraq ordu sıralarından ehtiyata buraxılmasına görə birdəfəlik müavinətin ödənilməsi, “hərbi vəzifələri yerinə yetirərkən döyüş şəraitində aldığı xəsarətlərlə əlaqıdar hərbi xidmətdən xaric edilib və müvafiq qaydada müavinətin təyin edilməsi üçün göndərilir” ifadəsinin məlumat vərəqəsinə əlavə edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazilriyi və Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 1993-1994-cü illərdə baş leytenant rütbəsi ilə tağım komandirinin müavini kimi xidmət etdiyi dövr üzrə vəzifə maaşının, gecikdirilmiş hər gün üçün faizlər əlavə olunmaqla hesablanaraq ödənilməsi,pensiyanın zədə aldığı vaxtdan – xx xxxxxx 1994-cü ildən təyin olunması və ödənilməsi üçün məlumat vərəqəsinin dəyişdirilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəyişiklik edilmiş məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ll qrup əlilliyə görə təyin edilmiş pensiyanın zədə aldığı vaxtdan – xx xxxxxx 1994-cü ildən hesablanıb ödənilməsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə dair hissədə mümkün sayılmamışdır. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia qalan hissədə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1993-1994-cü illərdə baş leytenant rütbəsi ilə tağım komandirinin müavini kimi xidmət etdiyi dövr üzrə vəzifə maaşının, gecikdirilmiş hər gün üçün faizlər əlavə olunmaqla hesablanaraq ödənilməsi, xəsarət alaraq ordu sıralarından ehtiyata buraxılmasına görə birdəfəlik müavinətin ödənilməsi, “hərbi vəzifələri yerinə yetirərkən döyüş şəraitində aldığı xəsarətlərlə əlaqıdar hərbi xidmətdən xaric edilib və müvafiq qaydada müavinətin təyin edilməsi üçün göndərilir” ifadəsinin məlumat vərəqəsinə əlavə edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazilriyinə qarşı 1993- 1994-cü illərdə baş leytenant rütbəsi ilə tağım komandirinin müavini kimi xidmət etdiyi dövr üzrə vəzifə maaşının, gecikdirilmiş hər gün üçün faizlər əlavə olunmaqla hesablanaraq ödənilməsi, xəsarət alaraq ordu sıralarından ehtiyata buraxılmasına görə birdəfəlik müavinətin ödənilməsi, “hərbi vəzifələri yerinə yetirərkən döyüş şəraitində aldığı xəsarətlərlə əlaqıdar hərbi xidmətdən xaric edilib və müvafiq qaydada müavinətin təyin edilməsi üçün göndərilir” ifadəsinin məlumat vərəqəsinə əlavə edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar