Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5808/2025 12.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanması) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “qərarın ləğv edilməsi, əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2na iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təyinatının əvvəlki qaydada yenidən hesablanıb kəsilmiş tarixlərin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ƏƏSMN-nin DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında 3-17-1/3-7- 6623/2024 nömrəli, 14 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi, təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin yenidən hesablanaraq, mərhum atasının təminat xərcliyinin 80 faiz məbləğində müəyyən edilməsi və ödənilməmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 avqust 2022-ci il tarixində Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X4 xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin (1442,20 manat) 80 faizi-1153,76 manat məbləğində Əmək pensiyaları haqqında ailə başçısını itirməyə görə əmək pensiyası qanununa əsasən (14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilib. 2024-cü ilin may ayından etibarən İddiaçı ailə başçısım itirməyə görə pensiyası müvafiq təminat xərcliyinin (1442,20 manat) 40 faizi-576,88 manat, ümumi pensiya məbləğlərinin indeksləşdirilmələri nəzərə alınmaqla 735,79 manat məbləğinə endirilərək ödənilib. 2024-cü ilin 26 avqust tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər üzrə Mərkəzi Filialına, İddiaçı ailə başçısını itirməyə görə aldığı əmək pensiyasının kəsintisinin səbəbini öyrənmək üçün iddiaçı tərəfindən müraciət ünvanlanmışdır. 2024-cü ilin 6 sentyabr tarixində isə cavab verilərək bildirilib ki, Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısım itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. İddiaçının X1 22 may 2024-cii il tarixindən etibarən Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq, X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Qeyd olunanlara əsasən, X13 14-cü maddəsinin və Qanunun 1 yanvar 2024cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada, X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğunu nəzərə alaraq, İddiaçı ayrıca müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. 2024-cü ilin 5 sentyabr tarixində iddiaçının anası X9 tərəfindən xx.xx.2022-ci tarixli, **********169 nömrəli etibarnamə ilə çıxış edib, sözügedən quruma iddiaçının mərhum atası X10 xidmət dövrünün Daxili İşlər Nazirliyi qurumunda keçdiyini, Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə rəhbər tutaraq Daxili İşlər Nazirliyi əməkdaşlarının “hərbi qulluqçu” deyil, “xüsusi rütbəli şəxs" olduğunu bildirmişdir. Bu səbəbdən də iddiaçı bu bəhsi keçən məsələ qurumun vermiş olduğu cavabın təsir dairəsinə düşmədiyi qənaətindədir. 2024-cü ilin 13 sentyabr tarixli cavab məktubunda qurum Qanunun 3.3-cü maddəsinə əsasən Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilməsini rəhbər tutaraq, həmçinin qanunun 14-cü maddəsinin və Qanunun 1 yanvar 2024 cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada, X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun olduğunu nəzərə alaraq, İddiaçı ayrıca müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdilər. İddiaçının əsas iddiası isə bundan ibarətdir ki, iddiaçının mərhum atası X14 pensiya təyinatı, pensiyaya çıxarkən “Əmək pensiyaları haqqında” Qanunun, 3.3-cü bəndi rəhbər tutularaq pensiya təyinatı aparılmışdır. Lakin bu məsələdə, “Əmək pensiyaları haqqında” Qanunun 28 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılmışdır. Yəni ki, qanuna əsasən şəxsin özünə deyil, ailə üzvlərinə digər növ pensiya təyinatı mövzusudur. mərhumun əmək pensiyası da bir növ miras sayılır. X9 40 ildən çoxdur ki, həkim olaraq fəaliyyət göstərmişdir, özünün öz kapitalı yaranmışdır və öz əmək pensiyasını seçmişdir. Ona düşən payın isə 3-cü qrup əlilliyi olan İddiaçı ödənilməsinin tərəfdarıdır.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Əmək Pensiyaları haqqında Qanunun 35.1, 35.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı Mərkəzi Filiala müraciət edərək ailə başçısını itirməyə görə pensiyanın yemdən hesablanması xahiş etmişdir. Lakin müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia ərizəsi təqdim etməklə ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildirilir ki, İddiaçı 10 avqust 2022-ci il tarixində Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X2 xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin (1442,20 manat) 80 faizi-1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Qanunun 18.2-ci maddəsinin əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti aiiə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. İddiaçı anası X7 22 may 2024-cü il tarixindən etibarən Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Qanunun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə əsasən, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi iiə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi (ailəyə düşər ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) miqdarında əmək pensiyası müəyyən edilir. Y.Məmmədovanın X19 aiiə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğunu nəzərə alaraq İddiaçı əmək pensiyası müvafiq təminat xərcliyinin (1442,20 manat) 40 faizi-576,88 manat, umum: pensiya məbləğlərinin indeksləşdirilmələri nəzərə alınmaqla 735,79 manat məbləğində müəyyən edilməklə ödənilir. Qeyd olunanlara əsasən, Y.Məmmədovanın Qanunun 14-cü maddəsinin və Qanunun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada, X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğunu nəzərə alaraq, İddiaçı ayrıca müvafiq təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə gerə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçıya cari ilin may ayı üzrə ödənilməli olan pensiya məbləği, iyul və avqust ayları üzrə ödənilməli fərq məbləği ilə birlikdə ümumilikdə 1352,90 manat pul vəsaitinin cari ayda onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. xx.xx.2022-ci il tarixli AZ-İİ 285873 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2022-ci il tarixində vəfat etmişdir.
10. X2nın əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5 saylı qərarına əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən 1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
11. X2nın əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən X8 yaşa görə əmək pensiyası təyin edilmişdir.
12. X2nın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-6623/2024 saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq iddiaçıya xx.xx.2024-cü il tarixdən 735,79 manat məbləğində müddətsiz pensiya təyin edilmişdir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X8 ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 22 may 2024-cü il tarixindən etibarən Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq, X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olduğunu nəzərə alaraq, İddiaçı əmək pensiyası müvafiq təminat xərcliyinin (1442,20 manat) 40 faizi-576,88 manat, ümumi pensiya məbləğlərinin indeksləşdirilmələri nəzərə alınmaqla 735,79 manat məbləğində müəyyən edilməklə ödənilir. Qeyd olunanlara əsasən Qanunun 14-cü maddəsinin və Qanunun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun qaydada, X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğunu nəzərə alaraq, İddiaçı ayrıca müvafiq təminat xərc iyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi qanunvericiiyin tələbləri baxımından mümkün deyil.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Nümayəndə ünvanlanmış məktubda qeyd edilmişdir ki, qardaşı İddiaçı 10 avqust 2022-ci il tarixində Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X4 xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin (1442,20 manat) 80 faizi-1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilib. X1 22 may 2024-cü il tarixindən etibarən Qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq, X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Yeganə Məmmədovanın X19 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasına hüququnun olduğunu nəzərə alaraq İddiaçı əmək pensiyası müvafiq təminat xərcliyinin (1442,20 manat) 40 faizi-576,88 manat, ümumi pensiya məbləğlərinin indeksləşdirilmələri nəzərə alınmaqla 735,79 manat məbləğində müəyyən edilməklə ödənilir. Eyni zamanda bildiririk ki, İddiaçı cari ilin may ayı üzrə ödənilməli olan pensiya məbləği, iyul və avqust ayları üzrə ödənilməli fərq məbləği ilə birlikdə ümumilikdə 1352,90 manat pul vəsaitinin cari ayda onun əmək pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
15. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
16. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
17. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı qeyd olunan qərardan məhkəmə icraatı gedişində xəbərdar olmuşdur. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.
b) Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 3.3-cü maddəsinə əsasən Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla). 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi iiə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi (ailəyə düşər ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) miqdarında əmək pensiyası müəyyən edilir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
22. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
23. Belə ki, iddiaçının atası X16 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. İddiaçıya X2nın əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********5 saylı qərarına əsasən xx.xx.2022-ci il tarixdən 1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının anası X7 yaşa görə əmək pensiyası almaq hüququ yaranmış və X2nın əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən ona yaşa görə əmək pensiyası təyin edilmişdir.
24. Bundan sonra X2nın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-6623/2024 saylı qərarına əsasən pensiya məbləği yenidən hesablanaraq iddiaçıya xx.xx.2024-cü il tarixdən 735,79 manat məbləğində müddətsiz pensiya təyin edilmişdir.
25. İddiaçı 10 avqust 2022-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X3 xidmət keçdiyi vəzifə üzrə müvafiq təminat xərcliyinin (1442,20 manat) 80 faizi-1153,76 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçının anası Y.Məmmədovanın ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yarandığından iddiaçının əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin 40 faizi məbləğində müəyyən edilmişdir.
26. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ailə üzvü kimi iddiaçı yeganə şəxsdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası alır. Ailədə iddiaçıdan başqa heç kimə ailə başçısı kimi pensiya təyin edilməmişdir. Həmçinin, iddiaçının anası Y.Məmmədova yaranmış pensiya hüququndan istifadə etmək niyyətində olmamış və ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
27. Cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinin hazırkı iş üzrə tətbiq edilmədiyini onunla əsaslandırmışdır ki, həmin maddənin 3-cü cümləsində Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna edilmişdir. İddiaçı da ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş şəxs (mərhumun övladı) olduğundan iddiaçının anasına düşən düşən əmək pensiyasının məbləği onun pensiyasına əlavə edilə bilməz.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 18.2-ci maddəsinin 3-cü cümləsində göstərilmişdir ki, ailə üzvlərindən biri (bu Qanunun 20.1.13cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.
29. Maddənin məzmunundan göründüyü kimi ailə üzvlərindən biri öz seçimi ilə digər növ əmək pensiyasını aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Həmin maddədə öz seçimi ilə digər növ əmək pensiyasını seçən ailə üzvlərindən Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna edilmişdir.
30. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə digər növ əmək pensiyasını seçən ailə üzvü iddiaçı deyil, onun anası Y.Məmmədova olmuş və sonuncuya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmədiyindən o, ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş şəxs olmamışdır. Göründüyü kimi qeyd edilən normadakı istisnanın hazırkı iş üzrə tətbiq edilməsi iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuş, iddiaçının konstitusion hüququ pozulmuşdur.
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024cü il tarixli, 3-17-1/3-7-6623/2024 saylı qərarı ləğv edilməli, İddiaçı təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq, mərhum atası X10 təminat xərcliyinin 80 faiz məbləğində müəyyən edilməsi və ödənilməmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyi X2nın üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
32. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. X2 tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-6623/2024 saylı qərarı ləğv edilsin. İddiaçı təyin olunmuş ailə başçısını itirməyə görə əmək pensiyası məbləğinin yenidən hesablanaraq, mərhum atası X10 təminat xərcliyinin 80 faiz məbləğində müəyyən edilməsi və ödənilməmiş məbləğin iddiaçıya ödənilməsi öhdəliyi X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli