Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5823/2025 06.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “ünvan 1 ünvanına dair X3 adma verilmiş ********** qeydiyyat nömrəli, 24 dekabr 2008-ci il tarixli çıxarışın ləğv edilməsi və mənzil üzrə tam payda İddiaçı adına yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-8-11/2-2253/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tanınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “ünvan 1 ünvanına dair X3 adma verilmiş ********** qeydiyyat nömrəli, 24 dekabr 2008-ci il tarixli çıxarışın ləğv edilməsi və mənzil üzrə tam payda İddiaçı adına yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmuş, hazırda yuxarıda qeyd olunan ünvanda pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 7 ünvanında yerləşən 56 saylı mənzilin AR-sı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən 2/3 hissəsi onun mülkiyyətində, qalan 1/3 hissə isə X3 mülkiyyətindədir.Qeyd edir ki, X1 mənzil ilə heç bir əlaqəsi yoxdur, sözügedən mənzil ancaq onun və ailə üzvlərinin istifadəsində olmuşdur. Həmin şəxs illər əvvəl vəfat etmişdir. Mənzilin 1/3 hissəsinin X3 mülkiyyətində qalması onun mülkiyyət hüququnu pozur. Qeyd edir ki, mənzil 30 ildən çoxdur ki, faktiki olaraq onun mülkiyyətində və istifadəsindədir.X5 qəti olaraq mənzildə yaşamamış, heç bir əlaqəsi olmamışdır. Sadəcə olaraq mənzil mərhum bacının adına verilmiş, lakin nə bacısı nə də X5 mənzildə yaşamamışdır. Qeyd etdiyi kimi X5 vəfat etmişdir, heç bir vərəsəsi yoxdur. Qeyd olunan hallar məhkəmə araşdırması zamanı da öz əksini tapacaqdır. Bildirir ki, yuxarıda göstərilənlərə əsasən mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi və mənzilin tam olaraq mənim mülkiyyətimə verilməsi ilə bağlı iş üzrə cavabdeh 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etsə də cavabdeh tərəfindən ərizəsinin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən eyniməzmunlu izahat veərərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhəri, X7 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 7 ünvanında yerləşən 56 saylı mənzilin 1/3 hissəsinə dair X2 adına verilmiş çıxarışın ləğv edilməsi, tam mülkiyyət hüququ üzrə sizin adınıza qeydiyyata alınması barədə xx.xx.2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21-3-31/1-İ-0058-8/2024 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Sumqayıt şəhəri, X7 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev ünvanında yerləşən 56 saylı mənzilin 1/3 hissəsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(105)-1005/2008 saylı qətnaməsi (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır) əsasında X2 adına qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir....Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd edilənlərə əsasən iddia iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat veərərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında məhkəmə mübahisələri olmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixi qətnaməsi ilə Sumqayıt şəhəri, X7 qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 7 ünvanında yerləşən 56 saylı mənzilin 1/3 hissəsinə dair X2 mülkiyyət hüququ tanınmış və həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli, 2(105)-1005/2008 saylı qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(105)- 1005/2008 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X2 mülkiyyət hüququ 1/3 hissəsədə tanınmış və həmin qətnamə pryedusiyal əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(105)-1005/2008 nömrəli qərarı pryedusiyal əhəmiyyətə malikdir və onunla bağlı hər hansı hüquqi nəticələrin dəyişdirilməsi zamanında kassasiya qaydasında ola bilərdi . Bu səbəbdən də müvafiq ərizəyə mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X11
Məhkəmə qərarları › İş №2-1(118)-5823/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5823/2025
06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver