Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-583/2021 23.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-040B kod 30223018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə düzəliş edilərək mülkiyyətçi kimi X4 adının qeyd olunması ə Xaçmaz rayonu Uzun-oba kəndində yerləşən ümumi sahəsi 88.5 kv m, yaşayış sahəsi 28.0 kv m olan 2 mərtəbəli yaşayış evi və onun yerləşdiyi 0.16 ha torpaq sahəsinin mərhum X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDK-nin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1na məxsus olan Xaçmaz rayonu Uzunoba kəndində 0.25 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 74 kv m, yaşayış sahəsi 27.0 kv m, köməkçi sahəsi 47 kv m olan 2 mərtəbəli yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-040B kod 30223018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə düzəliş edilərək mülkiyyətçi kimi X4 adının qeyd olunması və Xaçmaz rayonu Uzun-oba kəndində yerləşən ümumi sahəsi 88.5 kv m, yaşayış sahəsi 28.0 kv m olan 2 mərtəbəli yaşayış evi və onun yerləşdiyi 0.16 ha torpaq sahəsinin mərhum X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 16 aprel 2021-ci il tarixli qərardadı ilə X11 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının X1nun adına Abşeron rayonlararası Texniki İnventar Bürosunun Xaçmaz rayon şöbəsinin verdiyi 29 avqust 1988ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Xaçmaz rayonu Uzun-oba kəndində yerləşən ümumi sahəsi 88.5 kv m, yaşayış sahəsi 28.0 kv m olan 2 mərtəbəli yaşayış evi qeydiyyatdan keçmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba kənd nümayəndəsinin arayışı ilə təsdiq edilmişdir ki,Xaçmaz rayonu Uzunoba kəndində X5 adına təsərrüfatbaşına 03 saylı kitabın 188-ci səhifəsində 0.16 ha torpaq sahəsində 1948ci ildə tikilmiş, ümumi sahəsi 74 kv m, yaşayış sahəsi 27 kv m, köməkçi sahəsi 47 kv m olan iki mərtəbəli yaşayış evi vardır. X1 16 yanvar 2017-ci il tarixdə, anası X2 isə 1995-ci il tarixdə vəfat etmişlər. Həmin yaşayış evi hazıradək onun və ailə üzvlərinin istifadəsindədir və torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Lakin təsadüf nəticəsində iddiaçıya məlum olmuşdur ki, evin yerləşdiyi torpaq sahəsi üəzrində mülkiyyət hüququ başqa şəxslərin adlarına qeydiyyatdan keçmişdir. Atasına məxsus torpaq sahəsi naməlum səbəbdən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı qərarı ilə Xaçmaz rayon Uzunoba kəndi ərazisində yerləşən 0.16 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının əmisi X6 və onun qızı X3 mülkyyətinə verilmişdir. Şəhadətnaməyə görə torpaq sahəsi JN-040B kimi qeyd olunmuş, kodu 3022308-dir. Əmisinin və əmisi qızının adına yanlışlıq və onlara məlum olmayan səbəbdən adına mülkiyyət hüququ verən şəhadətnamədəki çertyoja və qeydlərə görə əslində iddiaçının atasının mülkiyyətində olan 40 B saylı torpaq sahəsinin qonşuluğunda olan sahəsi 0.42 ha X13 verilmiş 53 A saylı, sahəsi 0.14 ha olan əmisi X7ə və onun qızı X8 verilmiş 40 A saylı və 0.21 ha torpaq sahəsi olan əmisi oğlu X6 və qeyrilərinə verilmiş 092 A saylı torpaq sahəsi göstərilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək göstərilən yaşayış evinin mərhum X5 adına keçirilərək bərpa olunmasını xahiş etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Uzunoba kəndi İƏD nümayəndəliyi tərəfindən verilmiş 17.02.2016-cı il tarixli 86 saylı arayışından görünür ki, X5 adına təsərrüfatbaşına 03 saylı kitabın 188 saylı səhifəsində 0.16 ha torpaq sahəsində 1948-ci ildə tikilmiş, ümiumi sahəsi 74 kv m, yaşayış sahəsi 27 kv m, köməkçi sahəsi 47 kv m olan 2 mərtəbəli yaşaış evi vardır. - Bakı şəhəri Yasamal (keçmiş Oktyabr) rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X5 oğludur. - 2 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş 21.01.2017-ci il tarixli AZ-l N859428 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 16 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. -Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 418 saylı 08 iyun 2016-cı il tarixli arxiv arayışından görünür ki, Uzunoba kənd ZDS İK-nin 1954-1956-cı illərə aid Uzunoba kəndi üzrə 02 saylı təsərrüfatbaşına kitabında X5 adına 1950-ci ildə tikilən yaşayış evi və 2500 kv m torpaq sahəsi qeyd edilmişdir. -Abşeron Rayonlararası Texniki İnventar Bürosunun Xaçmaz rayon sahəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz rayon XDS İK-nin 29 avqust 1988-ci il tarixli 16 saylı porotokolu əsasında Uzun-oba kəndində yerləşən ümumi sahəsi 88.5 kv m, yaşayış sahəsi 28.0 kv m 2 otaqlı yaşayış evi bütövlükdə X5 adına qeydə alınmışdır. Bu barədə 25 saylı reyestr kitabında 350 nömrə altında qeyd aparılmışdır. -1990-cı ilin fevral ayında qeyd edilmiş texniki pasportdan görünür ki, X23 oğlunun mülkiyyətində olan yaşayış evinin tikinti altı sahəsi sənəd üzrə 1200 kv m, faktiki 1450 kv m təşkil edir. Evin ümumi sahəsi 88.5 kv m, yaşayış sahəsi 28.0 kv m-dir. -DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-040B saylı kod 30223018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı qərarı ilə Xaçmaz rayonu Uzun-oba kəndində yerləşən 0.16 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X14 və X3 mülkiyyətinə verilmişdir. -Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 2002-ci il tarixli 05 saylı protokolundan görünür ki, həmin qərar aqrar islahat zamanı torpaq payı almayan vətəndaşlara müvafiq bələdiyyələtin ehtiyat fondu torpaqlarından torpaq paylarının verilməsinə dair rayin bələdiyyələrinin qırarlarının təsdiq edilməsi barədədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə düzəlişin həyata keçirilməsi və ya torpaq sahəsinin bərpa edilməsi ərazi idarənin səlahiyyətlərinə aid deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin tələblərinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin üzərində yerlışən fərdi yaşayış evi 1988-ci ildən iddiaçının mərhum X1nun mülkiyyətindədir. Həmin evin yerləşdiyi torpaq sahəsi sadalanan qanunvericilik normalarına görə mərhumun qanuni istifadəsində olmaqla onun mülkiyyətinə verilməli olmuşdur. Buna baxmayaraq aqrar islahatından sonra verilən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlıq nəticəsində həmin 0.16 ha torpaq sahəsi mərhumun qardaşı X15 və onun qızı X3 adına qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin şəhadətnamədə yanlışlığa yol verilməsi açıq aşkardır, lakin cavabdeh idarə həmin şəhadətnamədə düzəlişin aparılmasından imtina edərək iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə edir. Şəhadətnamənin verilməsi üşün əsas olmuş Xaçmaz rayon Aqrar İskahat Komissiyasının qərarını mübahisələndirməyə zərurət yoxdur. Belə ki, həmin qərar torpaq islahatı zamanı pay torpağı aımamış vətəndaşlara torpaq sahələrinin ayrılmasına dair bələdiyyə qərarlarının təsdiq edilməsi barədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bununla yanaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 06 saylı 15.10.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində 02.11.2012-ci il tarixdə qeydiyyata alınaraq, 03.11.2012-ci il tarixdən qüvvəyə minmiş «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmsına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat»ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs Reyestrə müraciət edərək, lakin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan öldükdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət yüzrə vərəsələrinin müraciəti əsasında ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Həmin Təlimatın 7.2-ci bəndinə görə isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və/və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri reyestrə təqdim edənədək öldükdə həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Yuxarıda qeyd olunan normaların məzmununudan göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu ilə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə həmin əmlak üzərində hüquqların dövlət qeydiyatı haqqnda çıxarışın vərəsələk sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi müəyyən edilsə də, sözügedən Təlimatda vərəsələrin müraciəti əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququ barədə ölmüş şəxsin adına tərtib edilmiş çıxarış verilməsi nəzərdə tutulmuşdur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.1-ci maddəsinin mənasına görə normativ hüquqi akt – qanunla və ya fərmanla dövlət orqanının səlahiyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanunun 20-ci maddəsi mərkəzi icra hakimiyyəti orqanları tərəfindən normativ hüquqi aktların qəbul edilməsini nəzərdə tutmuşdur. Bu müddəaların tələblərinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qəbul etdiyi Təlimat normativ hüquqi akt hesab olunmalıdır. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquq əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində mülkiyyət hüququ barədə çıxarışın verilməsi ilə bağlı məsələdə yuxarıda qeyd olunan «Təlimat»ın müddəaları ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları arasında ziddiyət mövcuddur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təqkil etdikdə qanun tətbiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-040B kod 30223018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə düzəliş edilərək mülkiyyətçi kimi X4 adının qeyd olunması və Xaçmaz rayonu Uzun-oba kəndində yerləşən ümumi sahəsi 88.5 kv m, yaşayış sahəsi 28.0 kv m olan 2 mərtəbəli yaşayış evi və onun yerləşdiyi 0.16 ha torpaq sahəsinin mərhum X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-040B kod 30223018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə düzəliş edilərək mülkiyyətçi kimi X4 adının qeyd olunması və Xaçmaz rayonu Uzun-oba kəndində yerləşən ümumi sahəsi 88.5 kv m, yaşayış sahəsi 28.0 kv m olan 2 mərtəbəli yaşayış evi və onun yerləşdiyi 0.16 ha torpaq sahəsinin mərhum X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX_nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-583/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-583/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver