Məhkəmə qərarları › İş №2-1(118)-583/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-583/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-583/2024 22.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus olan 0,12 ha həyətyanı istifadə təyinatlı torpaq sahəsi üzrə (DƏDRX çıxarışın Seriya MH № 0014107, Reyestr nömrəsi **********16 və Qeyd tarixi xx.xx.2007) və 20 noyabr 2013-cü il tarixli 20 №-li məktubla ona təqdim edilmiş torpaq sahəsinin plan-ölçü sənədinin GPS aparatı ilə ölçülüb ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə öhdəlik qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, İddiaçı Xızı rayonu Yeni Yaşına kəndində sahəsi 1200 kv.m (0,12 ha) olan torpaq sahəsi (təinatı yaşayış məntəqələrinin torpaqları) məqsədli istifadə növü - Həyətyanı olmaqla (təyinaiı - yaşayış məntəqələrinin torpaqları) 2007-ci ildə Ramanova soyadlı bir vətəndaşdan notarial qaydada Alqı-Satqı yolu ilə almış və daha sonra hüquqlarını müvafiq orqanda qeydiyyat aldırmaqla bu barədə çıxarış almışdır. (Serya MH № 0014107, revest nömrəsi **********16, Qeydiyyat nömrəsi 160710108, tarixi xx.xx.2007) Bundan əlavə olaraq bir neçə müddət sonra 2013-cü ildə həmin çıxarış üzrə həmin yerin koordinatlarını da Dövlət Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbə müdiri V.Ş. Mirzəyevin imzası və möhürü ilə (№ 272 20 noyabr 2013) almış və həmçinin X5 sədri Ş. Əsgərovun imzası ilə Bələdiyyənin Yerquruluşu planından çıxarış da almışdır. 2018-ci ildə ona məxsus olan həmin sahədə tikinti, hasarlama işləri aparılması üçün koordinatların ölçülüb yerində təqdim edilməsi üçün ƏMDK etdiyi 22 may və 20 iyul tarixli torpaq sahəsinə plan və ölçülərin təqdim edilməsi üçün göndərdiyi iki müraciətinə 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Rövşən Əhmədov tərəfindən 02 iyul 2018 (№ **********49) və 27 iyul 2018 tarixli (№ **********19) cavab məktublarında ona məxsus olan (**********16) sahənin sonradan qeyri-qanuni yolla başqa bir fiziki şəxsə (**********25) “verilən hektarlarla sahə kənd təsərrüfatı təyinatı ilə verilən sahə ilə üst-üstə düşməsi və bu səbəbdən də ona məxsus olan və Xızı rayonu Yeni Yaşma kəndində yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçülərinin alınmasından imtina edildiyi” kimi başdansovdu cavablar verilmişdir. Halbuki sənədlərin nömrəsindən də göründüyü kimi həmin şəxsin qeydiyyatı (sonu ...325) iddiaçının mülkiyyətnin qeydiyyatından (sonu ...216) daha sonra aparılmışdır. İddiaçının mülkiyyətindəki torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü həyətyanı olduğu halda saxta yolla digər şəxsə kənd təsərrüfatı təy inatı kimi təqdim edilmişdir. 2020-ci ildə təkrarən iki dəfə müraciət etmişdir. AR Prezident Administrasiyasına 18 yanvar 2020-ci ildə etdiyi birinci müraciətə ƏMDK yanında DƏDRX tərəfindən rəis Hikmət Mustafayevin imzası ilə 20 fevral 2020-ci il tarixli (№ **********90) cavab verilmişdir. İkinci 30 aprel 2020-ci ıl tarixli müraciətinə isə 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəis vəzifəsini icra edən Fətəli Atakişıyevin imzası ilə 05 may 2020-ci il tarixli (№ **********74) cavab verilmişdir. Hər iki cavab məktubunda bildirilir: AR Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər planına uyğun olaraq Xızı rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri "xxxx" MMC tərəfindən müasiq ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Əldə olunan məlumatlar sistenıləşdirilərək elektron kadastr məlumat bazasına daxil edildikdən sonra sizə məxsus torpaq sahəsinin planı və ölçüsünün verilməsi məsələsinə yenidən baxılacaqdır. Bu səbəbdən də “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən torpaq sahəsinin plan və ölçülərinin alınma: barədə müraciətinizin icrasından imtina edilmişdir. Lakin bu cavab həmin qanunun heç bir maddəsinə uyğun gəlməməsinə baxmayaraq əsaslandırılmamışdır: Belə ki, 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövli qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənmə tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirs 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericilik müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd verm şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunu 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. AR Prezidenti canab İ.Əliyevin 29 iyun 2004-cü il tarixdə imzladığı (№ 713-İİQ) Daşınmaz əmlakı dövlət reyestri haqqında Qanunun 23-cü maddəsinə əsasən " Qeydiyyat orqanının vəzifəli şəxsləri b qanuna uyğun olaraq dövlət reyestrində daşmmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə, vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olm asma cavabdehdirləı və "məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli ola şəxslər bumun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlaı olmasına baxmayaraq Cavabdeh tərəf heç bir tədbir görməmişdir. Halbuki, AR Prezidentinin 7 mart 2016-cı il tarixli 818 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycı Respublikasında torpaqların elektron kadastr uçota informasiya sisteminin yaradılması və rəqəmsal к adas xəritəsinin tərtib olunması QAYDALARİ-na əsasən bu işlər 2019-cu ildə başa çatdırılmalı idi. Sonuncu müraciətlərinə cavab olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsinin bəzi əməkdaşları şifahi söhbətdə işlər hələ başa çatdırılmadığı digər şəxslərin fərdi pay torpaqlarının da həmin torpaqla üst-üstə düşməsi və yalnız bir qisminin hələlik sürüşdürüldüyü barədə bildirməklə bu işlərin bu gedişlə hələ uzun illər davam edəcəyini bildirmişdir. Bütün bunlara baxmayaraq üçüncü dəfə 15 noyabr 2022 tarixli ƏMDK yanında DƏDRX 2 sa) Sumqayıt Əİ-sinə müraciət etmişdir. Bu müraciətinə 09 dekabr 2022-ci il tarixli **********40 saylı ƏMDK yanında DƏDRX 2 saylı Sumqayıt Əİ-sinin rəisi Fəxri Cəfərov tərəfindən verilən cavabda “20 noyabr 2013-cü tarixli № 272 nıəktubdakı koordinatların **********29 reyestr nömrəli kənd təsərrüfatı kateqoriyalı torpaq üst-üstə düşməsi səbəbindən müraciətinin icrasını təmin etmək mümkün olmadığı və mübahisənin məhkəmə qaydasında həll edilməsi mümkünlüyü ” vurğulanmışdır. Nəhayət dördüncü dəfə İqtisadiyyat nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsə 6 fevr 2023-cü il tarixli müraciətinə 13 mart 2023 tarixdə № 3-21-3-02/2-İ-0121- 8/2023 ilə daxil olan cavab məktubu iddiaçıya məxsus koordinatların digər şəxsə verilmiş mülkiyyət hüquqi əsasında qeydə alınmış torpaq sahəsi ilə üs üstə düşməsi göstərilmişdir. Sənədlərdən və rəsmi cavablardan da göründüyü kimi, həmin şəxsə məxsus reyestr nömrəsi əvvəlki kimi **********16 deyil **********29 kimi göstərilmişdir. Bu da həmin orqanın saxtakarlığından xəbər verir. Qeyd edilənlərə əsasən aşağıda göstərilən konfiqurasiya koordinatları olan torpaq sahəsinə dair iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir.

1. x=371490.8278 y=4512917.4386

2. x=371515.9413 y=4512868.1685

3. x=371539.0884 y=4512877.5158

4. x=371529.5012 y=4512902.9026

5. x=371517.5823 y=4512899.4531

6. x=371511.3516 у=4512914.2625

7. x=371503.0477 y=4512925.5340

Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi koordinatlara uyğun planölçü sənədinin verilməsini istəyir. O, mülkiyyət sənədini 2007-ci ildə almışdır. 2014-2016-cı illərdə başqa şəxslər həmin torpaq sahəsinə çıxarışlar almışdır. Həmin şəxsləri tanımır. Boş torpaq sahəsidir, tikili yoxdur. Cavabdeh etirazında qeyd etmişdir ki, ünvan 1i ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi ilə əlaqədar iddiaçı müxtəlif vaxtlarda ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin 20 noyabr 2013-cü il tarixli 272 nömrəli məktubunda göstərilən torpaq sahəsinin koordinatları həmin təşkilat tərəfindən digər şəxsin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********29 reyestr nömrəli, kənd təsərrüfatı kateqoriyalı torpaq sahəsi ilə üst- üstə düşdüyündən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdınlmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi koordinatlara uyğun plan-ölçü sənədinin verilməsini istəyir. O, mülkiyyət sənədini 2007-ci ildə almışdır. 2014-2016-cı illərdə başqa şəxslər həmin torpaq sahəsinə çıxarışlar almışdır. Həmin şəxsləri tanımır. Boş torpaq sahəsidir, tikili yoxdur. Cavabdeh isə qeyd edir ki, təqdim edilən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin 20 noyabr 2013-cü il tarixli 272 nömrəli məktubunda göstərilən torpaq sahəsinin koordinatları həmin təşkilat tərəfindən digər şəxsin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********29 reyestr nömrəli, kənd təsərrüfatı kateqoriyalı torpaq sahəsi ilə üst-üstə düşdüyündən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki iş, materiallarına əlavə edilmiş MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********16, qeydiyyat nömrəsi 160710108, qeydiyyat tarixi xx.xx.2007-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ iddiaçının adına qeydə alınmışdır. Çıxarışda torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Şöbəsinin 20 noyabr 2013-cü il tarixli, 272 saylı məktubundan görünür ki, Abşeron Rayon Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixdə ********* saylı qeydiyyat nömrəsi va **********16 saylı reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmış İddiaçı məxsus torpaq sahəsi 0.12 ha olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın konfiqurasiyasının aşağıdakı koordinatlara uyğun qəbul edilməli olduğu qeyd edilmişdir:

1. x=371490.8278 y=4512917.4386

2. x=371515.9413 y=4512868.1685

3. x=371539.0884 y=4512877.5158

4. x=371529.5012 y=4512902.9026

5. x=371517.5823 y=4512899.4531

6. x=371511.3516 у=4512914.2625

7. x=371503.0477 y=4512925.5340 Habelə məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və onunla üst-üstə düşən **********61 reyestr nömrəli torpaq sahəsinə dair çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 avqust 2023-cü il tarixli, 3-21-3-31/2- 2693/2023 saylı məktubu) Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 0.12 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında X3 alqı-satqı müqaviləsi əsasında almışdır. Sonuncunun adına mülkiyyət sənədi mövcud olmuşdur. O, həmin torpaq sahəsini Xızı rayon X5 xx.xx.2006-cı il tarixli, 11 saylı Qərarı ilə əldə etmişdir. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000003 saylı kadastr planı üzrə koordinatları müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3171/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur- İddiaçı məxsus torpaq sahəsi 0.12 ha olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın konfiqurasiyasının müəyyən edilməsi ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 272 saylı məktubunda qeyd edilmiş koordinatlar naturada müəyyən edilsin. (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon Şöbəsinin xx.xx.2013-cü il tarixli, 272 saylı məktubunda qeyd edilmiş koordinatlarla müəyyən edilmiş torpaq sahəsi baza məlumatlarında hansı torpaq sahəsi kimi görünür? Həmin torpaq sahəsinin - torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə hansı hissədə və kimlərlə hansı hissədə üst-üstə düşür? (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -Həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 10 yanvar 2024-cü il tarixli, 3-21-3-31/2-68/2024 saylı məktubu ilə Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsi 0.12 ha olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın konfiqurasiyasının müəyyən edilməsi ilə əlaqədar verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 272 saylı məktubunda qeyd edilmiş koordinatlar naturada müəyyən edildi (sxematik xəritə və ortofoto görüntülər əlavə olunur). Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsinin xx.xx.2013-cü il tarixli, 272 saylı məktubunda qeyd edilmiş koordinatlarla müəyyən edilmiş torpaq sahəsi baza məlumatlarında kənd təsərrüfatı kateqoriyalı örüş torpaqlarına aiddir. Həmin torpaq sahəsi bütövlükdə vətəndaş X1 mülkiyyət hüququ ilə məxsus **********29 reyestr nömrəli 25.075 hektar torpaq sahəsinin daxilində yerləşir (ərazinin ortofoto görüntüləri əlavə olunur). **********29 reyestr nömrəli torpaq sahəsinin kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası-kənd təsərrüfatı məhsullarının istehsalıdır. Belə ki, işin hallarından göründüyü kimi iddiaçının adına mülkiyyət sənədi olsa da koordinatları mövcud deyil. Həmin sənəddə torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid edilmişdir. Torpaq sahəsinə dair DTXK-nin verdiyi koordinatlar olsa belə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, koordinatlarla müəyyən edilmiş torpaq sahəsi baza məlumatlarında kənd təsərrüfatı kateqoriyalı örüş torpaqlarına aiddir. Həmin torpaq sahəsi bütövlükdə vətəndaş X1 mülkiyyət hüququ ilə məxsus **********29 reyestr nömrəli 25.075 hektar torpaq sahəsinin daxilində yerləşir (ərazinin ortofoto görüntüləri əlavə olunur). **********29 reyestr nömrəli torpaq sahəsinin kateqoriyası - kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası-kənd təsərrüfatı məhsullarının istehsalıdır. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə digər şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır və bu qeydiyyat qüvvədə olduğu müddətdə həmin sahəyə ikinci qeydiyyatın aparılması mümkün deyildir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görə də iddia rədd edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar