Məhkəmə qərarları › İş №2-1(118)-5847/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5847/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5847/2025 26.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 01 aprel 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx xxxxx 1960-cı ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. İş stajı 26 ildir. 65 yaşı tamam olan tarixdə sənədlərini pensiya təyini üçün 2 saylı Sumqayıt Regional "Asan xidmət" Mərkəzinə təqdim etmişdir. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2025-ci ildə ərizəni təmin etməmişdir. İmtinaya səbəb kimi iş stajının 14 il 10 ay 2 gün təkil etməsi, əmək kitabçasında (xx.xx.1983-xx.xx.1988-ci il yazılarında qaralama olması, xx.xx.1997- xx.xx.2002-ci il tarixinədək olan iş dövrünə aid işə daxil olma əmrinin bazar gününə düşməsi) olan pozuntuların olması göstərilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, NT-İ № ******* saylı əmək kitabçasında heç bir rəqəm və hərf pozuntusu yoxdur. Əmək kitabçası AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli. 186 saylı qərarına uyğun doldurulub. Həmin qərarda əmrin bazar günü qeyd olunması göstərilməyib. Buna görə də imtinanı əsassız hesab edir. Beləliklə hesab edir ki, ona 01 aprel 2025-ci ildən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən xx.xx.2025-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən, həmçinin xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək hərbi xidmət illəri də nəzərə alınmaqla cəmi sığorta stajı 14 il 10 ay 2 gün təşkil edir ki, bu da yuxarıda qeyd edilən Qanunun 7-ci maddəsində təsbit olunmuş 25 il sığorta stajından azdır. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 10 il 7 gün sığorta stajına uyğun olaraq 10318,18 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 4752,85 manat olmaqla, ümumilikdə 15071,03 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə aşağıdakı sənədlərə əsasən müəyyən edilir: əmək kitabçası; əmək kitabçası olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı; həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 №li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 2.3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Mərkəzi Filial tərəfindən iddiaçının sığorta stajı ilə bağlı iki hal mübahisələndirilmişdir: işdənçıxma tarixində qaralamalar olduğundan xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək olan dövr; işə daxiloma əmri bazar gününə təsadüf etdiyindən (xx.xx.1997) xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli № 186 Qərarın 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Həmin Qərarın 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Həmin Qərarın 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin Qərarın 3.13-cü bəndinə əsasən əmək müqaviləsinin şərtlərində, ştat cədvəlində və vəzifələrdə aparılan dəyişikliklər, habelə fəhlə və qulluqçuya yeni dərəcələrin verilməsi haqqında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) əsasən aparılır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində “Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında" 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən əmək kitabçasında qeyd edilmiş illərə dair doldurulma qaydaları müəyyən edilmiş və onların pozulması qanunla qadağan edilmişdir. Lakin buna baxmayaraq iddiaçının əmək kitabçasının surətindəki xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulmuş, başqa sözlə əmək fəaliyyəti qeydində, yəni işdənçıxma əmrində qaralamalar mövcuddur və işə daxil olma əmri bazar gününə təsadüf edilmişdir (xx.xx.1997). Belə ki, iddiaçının əmək kitabçası ümumilikdə qüsurlu olduğundan, həmçinin həmin müəssisənin hüquqi ünvanı müəyyən edilmədiyindən, iddiaçıya dair əmrlərin, ona əməkhaqqı ödənilməsinə dair əməkhaqqı cədvəllərinin olmadığından iddiaçının həmin müəssisədə işləməsi özü-özlüyündə şübhə doğurur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023- cü il tarixli, 2-1(102)-1838/2023 nömrəli iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının mübahisəli illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı, əldə edilən mötəbər sübutlar qiymətləndirməli, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Respublikası Qanunun 7.0.2- ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: ИТ-İ ******* saylı iddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. X6 İstehlak Kooperativinin xx.xx.2025-ci il tarixli 05 saylı arayışı məhkəməyə təqdim edilmişdir. AZENCO ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/500 saylı güzəştli arxiv arayışında qeyd edilmişdir ki, X4 ondan ötrü ki, o həqiqətən xx.xx.1997-ci ildə (Əmr №-23а-ш xx.xx.1997-ci il) "xxxx" Dövlət Şirkətinin İstehsalat-təmir müəssisəsinin Qazantəmizləmə sahəsinə qazantəmizləyici peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə (Əmr № 21-Ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndində (müəssisənin ləğvi) əsasən işdən azad edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü "Elektrik Stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" bəndinə əsasən qazantəmizləyicilərin işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə əmək pensiyası hüququ malikdir. "Azbaşenerji" nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən "Azenerjitəmir" zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "Azərenerji”ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "Azərenerjixüsusitəmirsazlama müəssisəsi” MMC "Azərenerjixüsusitəmirsazlama” MMC adlandırılmışdır. "xxxx"ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "Azərenerjitikinti” MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 Xali sərəncamına əsasən "AZENCO” ASC adlandırılıb. Azenco ASC tərəfindən verilmiş İddiaçı 1997-ci il üzrə əmək haqqı cədvəli məhkəməyə təqdim edilmişdir. X6 İstehlak Kooperativinin xx.xx.2026-cı il tarixli 01 saylı arayışında qeyd edilmişdir ki, Qasımov Zülfüqar 1983-cü il Şabran (keçmiş Dəvəçi) rayon X9 işçisi olaraq qeyd edəcəyim müddətlərdə dövrdə “Siyəzən quşçuluq” fabrikinin nəzdində fəaliyyət göstərən iaşə obyektində müdir və bufetçi vəzifələrində çalışmışdır. Həmin idarənin fəaliyyəti olmadığı üçün sənədlər baş idarə olaraq Şabran şəhər İlK-nə təhvil verilmişdir. X5 xx.xx.1983-cü il tarixli 76 nömrəli əmr ilə Dəvəçi (indiki Şabran) X9 “Siyəzən quşçuluq” fabrikinin yeməkxanasında aşpaz köməkçisi vəzifəsindən azad edilərək həmin yeməkxananın bufetçisi işinə köçürülmüşdür. 14 mart 1984-cü ildə yenidən Siyəzən quşçuluq fabrikinin yeməkxanasına müdir təyin edilmişdir. 18 iyun 1985-ci ildə həmin müəssisədən məzuniyyətə getmişdir. Siyəzən quşçuluq fabrikinin müdiri 01 avqust 1986-cı il tarixində 1984-85-ci illərin hesabına 18 iş günü müddətində növbəti məzuniyyətə buraxılmışdır. 22 avqust 1986-cı il tarixində (əmr №86) işə başlamışdır. 24 oktyabr 1988-ci il tarixində (əmr №117) X1 bufetinin 15 №-li PMK-nın nəzdindəki yeməkxananın müdiri, əmək qanunvericiliyinin 37-ci maddəsinə əsasən tutulduğu vəzifəsindən azad edilmişdir. Araşdırma zamanı əmək haqqı barədə heç bir sənədə rast gəlinməmişdir. Əmrlərin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 10 il 7 gün sığorta stajına uyğun olaraq 10318,18 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 4752,85 manat olmaqla, ümumilikdə 15071,03 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Mərkəzi Filial tərəfindən iddiaçının sığorta stajı ilə bağlı iki hal mübahisələndirilmişdir: işdənçıxma tarixində qaralamalar olduğundan xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək olan dövr; işə daxiloma əmri bazar gününə təsadüf etdiyindən (xx.xx.1997) xx.xx.1997-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş illərə dair doldurulma qaydaları müəyyən edilmiş və onların pozulması qanunla qadağan edilmişdir. Lakin buna baxmayaraq iddiaçının əmək kitabçasının surətindəki xx.xx.1983-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1997ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulmuş, başqa sözlə əmək fəaliyyəti qeydində, yəni işdənçıxma əmrində qaralamalar mövcuddur və işə daxil olma əmri bazar gününə təsadüf edilmişdir (xx.xx.1997). Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. Məhkəmə tərəfindən mübahisələndirilən dövrlərin araşdırılması məqsədi ilə müvafiq sorğular verilmiş, X6 İstehlak Kooperativinin xx.xx.2025-ci il tarixli 05 saylı arayışında qeyd edilmişdir ki, Qasımov Zülfüqar 1983-cü il və Şabran (keçmiş Dəvəçi) rayon X9 ișçisi olaraq qeyd edəcəyi müddətlərdə "Siyəzən qușçuluq" fabrikinin nəzdində fəaliyyət göstərən iaşə obyektində müdir və bufetçi vəzifəsində çalışmışdır. Həmin idarənin fəaliyyəti olmadığı üçün sənədlər baș idarə olaraq Şabran şəhər İİK-nə təhvil verilmişdir. X5 xx.xx.1983-cü il tarixli 76 nömrəli əmr ilə Dəvəçi (indiki Şabran) Íctimai İașə Birliyinin Siyəzən qușçuluq fabrikinin yeməkxanasında aşpaz köməkçisi vəzifəsindən azad edilərək həmin yeməkxananın bufetçisi işinə köçürülür. 14 mart 1984-cü ildə yenidən Siyəzən qușçuluq fabrikinin yeməkxanasına müdir təyin edilir. 18 iyun 1985-ci ildə həmin müəssisədən məzuniyyətə gedir. Siyəzən qușçuluq fabrikinin müdiri 01 avqust 1986-ci il tarixində 1984-85-ci illərin hesabına 18 iş günü müddətində növbəti məzuniyyətə buraxılır. 22 avqust 1986-cı il (əmr №86) tarixində işə başlayır. 24 oktyabr 1988-ci il (əmr №117) X1 bufetinin 15 №-li PMK-nin nəzdindəki yeməkxananın müdiri, əmək qanunvericiliyinin 37-ci maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilir. AZENCO ASC-nin xx.xx.2025-ci il tarixli 01-PH/500 saylı güzəştli arxiv arayışında qeyd edilmişdir ki, X4 ondan ötrü ki, o həqiqətən xx.xx.1997-ci ildə (Əmr №- 23а-ш xx.xx.1997-ci il) "xxxx" Dövlət Şirkətinin İstehsalat-təmir müəssisəsinin Qazantəmizləmə sahəsinə qazantəmizləyici peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə (Əmr № 21-Ş, xx.xx.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndində (müəssisənin ləğvi) əsasən işdən azad edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü "Elektrik Stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" bəndinə əsasən qazantəmizləyicilərin işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə əmək pensiyası hüququ malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 2 №-li siyahısının, Xİİİ Fəslinin "Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının 2140000a-13148 saylı şifrəsinə əsasən qazan təmizləyicilərin kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 04 il, 11 ay, 28 gün təşkil edir. "Azbaşenerji" nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən "Azenerjitəmir" zavodu İstehsalat Təmir müəssisəsi adlandırılıb. "Azərenerji”ASC-nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "Azərenerjixüsusitəmirsazlama müəssisəsi” MMC "Azərenerjixüsusitəmirsazlama” MMC adlandırılmışdır. "xxxx"ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "Azərenerjitikinti” MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 Xali sərəncamına əsasən "AZENCO” ASC adlandırılıb. Azenco ASC tərəfindən verilmiş İddiaçı 1997-ci il üzrə əmək haqqı cədvəli məhkəməyə təqdim edilmişdir. X6 İstehlak Kooperativinin xx.xx.2026-cı il tarixli 01 saylı arayışında qeyd edilmişdir ki, Qasımov Zülfüqar 1983-cü il Şabran (keçmiş Dəvəçi) rayon X9 işçisi olaraq qeyd edəcəyim müddətlərdə dövrdə “Siyəzən quşçuluq” fabrikinin nəzdində fəaliyyət göstərən iaşə obyektində müdir və bufetçi vəzifələrində çalışmışdır. Həmin idarənin fəaliyyəti olmadığı üçün sənədlər baş idarə olaraq Şabran şəhər İlK-nə təhvil verilmişdir. X3 pensiya təyin edilməsi öhdəliyinin müəyyən olunması üçün, müraciətinə aydınlıq gətirilməsi məqsədilə lazım olan arxiv sənədləri təqdim edliir. X5 xx.xx.1983-cü il tarixli 76 nömrəli əmr ilə Dəvəçi (indiki Şabran) X9 “Siyəzən quşçuluq” fabrikinin yeməkxanasında aşpaz köməkçisi vəzifəsindən azad edilərək həmin yeməkxananın bufetçisi işinə köçürülmüşdür. 14 mart 1984-cü ildə yenidən Siyəzən quşçuluq fabrikinin yeməkxanasına müdir təyin edilmişdir. 18 iyun 1985-ci ildə həmin müəssisədən məzuniyyətə getmişdir. Siyəzən quşçuluq fabrikinin müdiri 01 avqust 1986-cı il tarixində 1984-85-ci illərin hesabına 18 iş günü müddətində növbəti məzuniyyətə buraxılmışdır. 22 avqust 1986-cı il tarixində (əmr №86) işə başlamışdır. 24 oktyabr 1988-ci il tarixində (əmr №117) X1 bufetinin 15 №-li PMK-nın nəzdindəki yeməkxananın müdiri, əmək qanunvericiliyinin 37-ci maddəsinə əsasən tutulduğu vəzifəsindən azad edilmişdir. Araşdırma zamanı əmək haqqı barədə heç bir sənədə rast gəlinməmişdir. Əmrlərin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən iddiaçının 25 il ümumi iş stajının yaranması müəyyən olunur. Belə ki, mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçının 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 01 aprel 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar