Məhkəmə qərarları › İş №2-1(118)-585/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-585/2021

08.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-585/2021 08.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X3rşı “istifadəsində olan Sumqayıt şəhəri Sülh küçəsi ünvanında yerləşən torpaq sahəsi üzərində inşa etdirdiyi 1562,7 m2 ölçüdə qeyri-yaşayış binası üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında yazılı icrsaat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, Sumqayıt şəhər icra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamı ilə ona Sumqayıt şəhərinin Sülh küçəsində 1215 kv.m sahədə “KİA” markalı avtomobillərin satışı və texniki servis xidməti mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Bundan sonra səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmış eskiz layihəsi əsasında ona ayrılmış həmin torpaq sahəsində onun tərəfindən 1562,7 kv.m ölçüdə qeyri-yaşayış binası inşa etdirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq tikintisi başa çatandan sonra Azərbaycan Respublikası Fövqəladə Nazirliyinin səlahiyyətli qurumu həmin qeyri-yaşayış binasının istismarına hazırlıq aktını vermiş, bundan sonra da Sumqayıt şəhər icra hakimiyyəti başçısı tərəfindən tikinti obyektinin istismarına icazə sənədi də verilmişdir. Lakin inşa etdirdiyi həmin sahibkarlıq obyekti və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 müraciət etdikdə, nədənsə ona istismara hazırlıq aktında və tikinti obyektinin istismarına icazədə qeyri-yaşayış binasının ölçüsünün 1678,41 kv.m göstərilməsinə baxmayaraq, faktiki ölçüsünün 1562,7 kv.m olduğunu, onun yerlədiyi torpaq sahəsinə dair isə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi bildirilərək, hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edildi. Halbuki, inşa etdirdiyi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğuna görə, onun ayrılması səlahiyyəti də yerli icra hakimiyyəti orqanına məxsusdur. O ki, qaldı qeyri-yaşayış binasının istismara hazırlıq aktında və tikinti obyektinin istismarına icazədə göstərilən ölçüdən az olmasına, həmin hal da hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsas ola bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, Nuriyev X4 şəhəri Sülh küçəsində yerləşən qeyri-yaşavış binası (“KİA” markalı avtomobillərin satışı və texniki xidməti mərkəzi) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx xxxxxx 2020-cı il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ərizəyə əlavə edimiş sənədlər araşdırıldıqdan və daşınmaz əmlaka müayinə baxışı keçirildikdən sonra müəyyən edilmişdir ki, eskiz layihədə, istismara hazırlıq aktında və tikinti obyektinin istismarına icazədə onun inşa etdirdiyi qeyri-yaşayış binasının ölçüsünün 1678.41 kv m göstərilməsinə baxmayaraq, faktiki otaraq ölçüsü 1562.7 kv.m təşkil edir, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair isə hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına dair qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planının və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakların (onların tərkib hissələrinin) texniki pasportu plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestn haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən Sumqayıt şəhəri Sülh küçəsində yerləşən qeyri-yaşayış binası (KlA markalı avtomobillərin satışı və texniki xidmət mərkəzi) üzərində İddiaçı hüquqlannın qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 16 oktyabr **********76 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə yazılı icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə tərəflərin istəyini nəzərə alaraq, hazır ki, iddia tələbinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən həll edə bilər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Qeyri-yaşayış obyektinə dair plan və ölçünün surəti, FHN X1 Dövlət Agentliyinin istismara hazırlıq ö/002068 saylı aktı, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 134 nömrəli Sərəncamının surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tikinti obyektinin istismarına dair xx.xx.2018-cı il tarixli, 50 nömrəli icazəsinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X5 imtina məktubu, xx.xx.2021-ci il tarixli, **********04 nömrəli məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2020-ci ildə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDRX-nin 2 saylı X6 müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan müraciətə: 1) inşa edilmiş qeyri-yaşayış binasına dair tərtib edilmiş eskiz lahiyəsi 2) istismara hazırlıq aktı 3) tikinti obyektinin istismara icazə sənədi əlavə edilmişdir. DƏDRX-nin 2 saylı X7 qeyd olunan sənədləri araşdırdıqdan sonra sənəd üzrə tikili sahəsinin 1678,41 kv.m olmalı olduğu halda tikilinin 1562,7 kv.m ümumi sahəsinin olduğunu və qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin müraciətə əlavə edilmədiyini müəyyən etmişdir. Buna görədə inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDRX-nin 2 saylı X5 üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə dair məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və etiraz ərizəsində iddia tələbinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkün hesab edilməməsini bildirmiş, o cümlədən iddiaçının tələbinin hansı səbəbdən həyata keçirilə bilmədiyini göstərmişdir. İlk növbədə məhkəmə iddia tələbinin mümkünlük məsələsinin araşdırmasını zəruri hesab edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Sülh küçəsində qeyri-yaşayış binasının inşa edilməsinə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmin tikili inşa edildikdən sonra istismara qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq inşa etdirdiyi qeyri yaşayış binasına mülkiyyət hüquqlarını qeydə alınmasını istəyir. Lakin DƏDRX-nin 2 saylı X7 X2 35-ci maddəsində qeyd olunmuş-müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilatın gətirdiyi arqument əsassızıdr və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Cavabdeh təşkilatın etiraz ərizəsində qeyri yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Sumqayıt şəhəri,Sülh küçəsində yerləşən qeyri-yaşayış binasının tikili sahəsinin 1678,41 kv.m olmalı olduğu halda tikilinin 1562,7 kv.m ümumi sahəsinin olması 2) Həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin inzibati orqana təqdim edilməməsi Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-nin 2 saylı X7 üzərinə düşür. Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin X1 Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin podratçı Ximekspress-2000 firması və qeyri yaşayış binasının eskiz lahiyəsini tərtib etmiş “xxxx” MMC-nin birgə imzaladıqları ö/0020068 saylı İstismara hazırlıq aktında, o cümlədən Sumqayıt Şəhər İcra Hakimiyyətinin 50 saylı xx xxxxxxx 2018-ci il tarixli “Tikinti obyektinin istismarına icazə”də qeyri yaşayış binasının ümumi sahəsinin 1678,41 kv.m olması göstərilmişdir.Lakin DƏDRX-nin 2 saylı X7 Sumqayıt şəhəri,Sülh küçəsində inşa edilmiş qeyri yaşayış binasına müayinə baxışı keçirildikdən sonra tikilinin faktiki ölçüsünün 1562,7 kv.m olmasını bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Halbu ki, İPM-nin 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat qeyri yaşayış binasının faktiki ölçüləri ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, hətta belə olmuş olsaidi belə inşa edilmiş qeyri yaşayış binası tikintiyə hazırlıq sənədində göstərilmiş ölçüdən artıq deyil. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumenti əsassız olur. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdeh təşkilatın etirazda göstərdiyi ikinci arqumenti araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan arqument iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən qeyri-yaşayış binasının altındakı torpaq sahəsi dövlət torpaqlarına aid olmaqla yanaşı dövlətin müstəsna mülkiyyətindədir. Qeyd olunan qeyri-yaşayış binasının tikintisinə icazə və qeyri-yaşayış binası inşa edildikdən sonra istismara icazə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti dövlət qurumu olmaqla yanaşı dövlətin mülkiyyətində olan torpaq sahəsinin üzərində qeyri-yaşayış binasının inşa edilməsinə etiraz etməmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, qeydiyyata alınması tələb edilən əmlak torpaq sahəsi deyil, həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlətin mülkiyyətində olan torpaq sahələri istifadəyə və ya icarəyə verilə bilər. Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi 15 ildən 49 ilədək uzunmüddətli müvəqqəti istifadəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından bəlli olur ki, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində müvəqqəti istifadə və icarə hüquqları həyata keçirilə bilər. Yəni dövlət mülkiyyətində olan torpaq sahəsinə dair müvəqqəti istifadə və icarə hüququnun həyata keçirilməsi dövləti təmsil edən qurumların müstəsna səlahiyyətidir və həmin qurumlar istənilən zaman öz torpaq sahələri üzərində inşa edilmiş tikinti mülkiyyətçiləri ilə icarə müqaviləsi bağlamaq hüquqlarına malikdirlər. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazır ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı tərəfindən qeyri-yaşayış binasının inşası icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilib və FHN tərəfindən möhürlə təsdiqlənmiş istismara hazırlıq aktı tərtib edilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X3rşı istifadəsində olan Sumqayıt şəhəri Sülh küçəsi ünvanında yerləşən torpaq sahəsi üzərində inşa etdirdiyi 1562,7 m2 ölçüdə qeyri-yaşayış binası üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar