Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5859/2025 02.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X11-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon Mollu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı, xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində dəyişiklik edilməklə, ana bəndində soyadın “İsaqova”, doğum tarixinin “xx.xx.1942-ci il” qeyd edilməsi öhdəliyinin 2 saylı Sumqayıt Regional Cavabdehsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Firdovsi Nəcəfov iddiaçının həyat yoldaşıdır. Yoldaşı xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilmişdir. Yoldaşının vəfatından sonra vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etsə də, yoldaşının doğum haqqında akt qeydində ziddiyyətlər olduğu üçün yoldaşının doğum haqqında akt qeydinin ana bəndində soyadın “Nəcəfova”dan “İsaqova”ya dəyişiklik edilməsinə, doğum tarixinin “xx.xx.1942-ci il" əlavə olunmasına dair ərizə ilə 2 saylı Sumqayıt Regional Cavabdehsinə müraciət etmişdir, lakin qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixdə ərizəsinə cavab olaraq bildirmişdir ki, Qubadlı rayon Mollu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı, xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində ana bəndində soyad “Nəcəfova” göstərilib, doğum tarixi qeyd edilməyib. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1766 saylı, xx.xx.2011ci il tarixli ölüm haqqında akt qeydində soyad “İsaqova”, doğum tarixi “xx.xx.1942-ci il” göstərilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildirilmişdir ki, təqdim olunan sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində ana bəndində soyadın “Nəcəfova”dan “İsaqova''ya dəyişiklik edilməsi, doğum tarixinin “xx.xx.1942-ci il” əlavə olunması imkan xaricindədir. Buna görə də, 2 saylı Sumqayıt Regional Cavabdehsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. İddiaçı bildirir ki, yoldaşının doğum haqqında akt qeydində ana bəndində soyadın “İsaqova” olması, doğum tarixinin isə “xx.xx.1942-ci il” olması sənədlərlə təsdiq olunur, eyni zamanda, bütün ailə üzvləri və qohumlar da bu faktı təsdiq edə bilərlər. Bu barədə mübahisə yaradan hər hansı şəxs və ya hal mövcud deyil. Yoldaşının doğum haqqında akt qeydində ana bəndində soyadın “Nəcəfova” yazılması, doğum tarixinin isə qeyd olunmaması akt qeydini tərtib etmiş orqanın əməkdaşlarının səhvidir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-62-167/15 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Sizin, xx.xx.2025-ci il tarixində şöbəyə daxil olmuş, doğum haqqında akt qeydində ana bəndində soyadın “Nəcəfova”-dan “İsaqova”-ya dəyişiklik olunmasına, doğum tarixinin “xx.xx.1942-ci il” əlavə olunmasına dair müraciətinizə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Qubadlı rayon Mollu icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 15 saylı, xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində ana bəndində soyad "Nəcəfova” göstərilib, doğum tarixi qeyd edilməyib. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 1766 saylı, xx.xx.2011-ci il tarixli ölüm haqqında akt qeydində soyad “İsaqova”, doğum tarixi “xx.xx.1942ci il” göstərilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Bildiririk ki, təqdim etdiyiniz sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında akt qeydində ana bəndində soyadın "Nəcəfova”-dan “İsaqova’’-ya dəyişiklik olunması, doğum tarixinin “xx.xx.1942-ci il” əlavə olunması imkanımız xaricindədir. Bildiririk ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edə bilərsiniz.”.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7990/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.1967-ci il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS-042423-25 arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X5, doğum tarixi: xx.xx.1967 (öldüyü tarix xx.xx.2024), doğulduğu yer Qubadlı rayonu, Aşağı Mollu kəndi. Əri (arvadı) İddiaçı (xx.xx.1970), qızı X3 (xx.xx.1996), X7 (xx.xx.1998).
14. AZ-İİ 408837 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür.
15. X4 məxsus Vİİİ-ЖГ 487839 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, atası X6, anası X9r.
16. AZ-İ 515303 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2011-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixli, 1766 nömrə ilə qeyd edilmişdir.
IV. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
18. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir; 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
19. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” - 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
IV. Məhkəmənin mövqeyi
21. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
22. İş materiallarında olan sənədlərə əsasən, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı mərhum həyat yoldaşına məxsus Qubadlı rayon Mollu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı, xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində dəyişiklik edilməklə, ana bəndində soyadın “İsaqova”, doğum tarixinin “xx.xx.1942-ci il” qeyd edilməsini xahiş edir.
23. Belə ki, iddiaçının mərhum həyat yoldaşı X2 anası X10 məxsus şəxsiyyət vəsiqəsində soyadı qrafasında şəxsin soyadı “Nəcəfova” deyil, məhz “İsaqova” olaraq, doğum tarixi qrafasında “xx.xx.1942” kimi qeyd olunmuşdur.
24. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, X10 məxsus ölüm haqqında şəhadətnamədə də soyadı “İsaqova” olaraq qeyd olunmuşdur.
25. X1 məxsus Qubadlı rayon Mollu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı, xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində ana bəndində soyadın “Nəcəfova” qeyd olunmuşdur ki, məhkəmə bunu digər sənədlərə əsasən düzgün olmayan hesab edir.
26. Belə olan halda, məhkəmə iddiaçının doğum akt qeydində anasının soyadının “Nəcəfova” kimi yazılmasını texniki yalnışlıq olaraq qiymətləndirir.
27. Qanunveriliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.
28. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində doğum haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına səbəb olmamalıdır. Buna görə də, məhkəmə iddiaçının anasının soyadının “İsqova”, doğum tarixinin “xx.xx.1942” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməli və ana bəndində soyadın “Nəcəfova” kimi deyil, “İsaqova”, doğum tarixi “xx.xx.1942” kimi göstərilməlidir.
NƏTİCƏVİ HİSSƏ
29. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Qərara aldı: İddia təmin olunsun. İddiaçı mərhum həyat yoldaşı X2 Qubadlı rayon Mollu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı, xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində ana bəndində soyadın “İsaqova”, doğum tarixinin “xx.xx.1942-ci il” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X11-Abbaszadə