Məhkəmə qərarları › İş №2-1(118)-5866/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5866/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5866/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya X3rşı “02 avqust 2009-cu il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, 01 noyabr 2024-cü il tarixdə vəfat etmiş X7 ölümü barədə tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X11 02 yanvar 1971 -ci il tarixdə anadan olmuşdur. Son vaxtlarda qardaşı ağır xəstə idi. 4 yanvar 2025- ci il tarixdə ürək tutması olmuş, yerə yıxılmışdır. Təcili yardım gəlincəyə qədər qardaşı vəfat etmişdir. Polisdən, prokurorluqdan nümayəndələr gəlmişdir. Eyni zamanda ekspert həkim də gəlmişdir. Son vaxtlarda belə ürək tutmalarının olduğu bildirilmiş və razılıqları ilə meyidi yarmamışdırlaar. Bundan sonra qardaşı dəfn edilmişdir. On gün sonra təcili yardımın xəbərdarlıq vəsiqəsini və digər sənədləri xəstəxanaya təqdim etmişdir. İddiaçını gah Bakı şəhərinə, gah kənddəki ambulator məntəqəsinə göndərmiş və sonra bildirmişdirlər ki, Məhkəmə Tibbi Ekspertinə bu sənədləri verməlisən, o da tibbi şəhadətnamə yazmalıdır. Dəfələrlə həmin idarəyə getsə də rəsmi olaraq cavab verilməmişdir. Belə vəziyyətdə vəkil sorğusu əsasında rəsmi cavab almışdır. Həmin cavabda bildirililmişdir ki, mərhum X9 adına müvafiq orqanlardan qərar verilmədiyinə və meyid Məhkəmə Tibbi Ekspertizasına gətirilmədiyinə görə qardaşının ölümü barədə tibbi şəhadətnamə verilməsindən imtina olunur...Tibbi və Təxirəsalınmaz yardım Stansiyası Ölüm haqqında Xəbərdarlıq vəsiqəsindən də görünür ki, qardaşının ölümünün səbəbi xəbərdarlıq vəsiqələrində göstərilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilən Qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırki iş üzrə iddiaçı ölüm haqqında şəhadətnamənin verilməsini istəyir. Lakin məhkəmə hesab edir ki, iddiaçı düzgün hüquq müdafiə vasitəsi seçməmiş və hazırki tələb üzrə cavabdeh iddiaya cavab verməli olan cavabdeh deyil. Belə ki, məhkəmə oxşar işlər üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 mövqeyinin qeyd edilməsini zəruri hesab edir: “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimatda göstərilir: 1) Bu Təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003- cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə uyğun olaraq hazırlanmışdır və qeydiyyat orqanlarına təqdim etmək məqsədi ilə “Ölüm haqqında tibbi şəhadətnamə”nin (AZS-106) və “Perinatal ölüm haqqında tibbi şəhadətnamə”nin (AZS-106/2) verilməsi qaydalarını müəyyən edir. 2) “Ölüm haqqında tibbi şəhadətnamə” (bundan sonra - Şəhadətnamə) ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələri, stomatoloji istisna olmaqla (bundan sonra - ambulator tibb müəssisəsi), mülkiyyət formasından asılı olmayaraq bütün stasionar və ya sanator- kurort müalicəsi aparan tibb müəssisələri (bundan sonra stasionar tibb müəssisəsi) və patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. İnsanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. 3) Ölüm hadisəsi yaşayış yerində baş veribsə, Təcili və X6 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə, TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir, 4) Ölümün baş vermə səbəbi məlum olan hallarda Şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 5) Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, Şəhadətnamə tibbi sənədlər əsasında həmin stasionar tibb müəssisəsi tərəfindən verilir. 6) Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında, zorakı ölümə şübhə və ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda, eləcə də Ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu halda, Şəhadətnamə patoloji-anatomik müayinə aparan tibb müəssisəsi tərəfindən verirlir. 7) Yen i doğul m uşun ölümü 168 saat ərzində baş veribsə, “Perinatal ölüm haqqında tibbi şəhadətnamə” (AZS-106/2) doldurulur. 8) Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 9) Şəhadətnamə 3 nüsxədə həkim (feldşer) tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun İmzası və alınma tarixi Şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyət vəsiqəsini və qohumluq əlaqəsini təsdiq edən sənədi təqdim etməlidir. 10) Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, Qeydiyyat şöbəsinin həmin ölüm faktının qeydiyyatdan keçməməsi barədə təsdiqedici sənədi və müraciət edən şəxsin ərizəsi əsasında şəhadətnamənin dublikatı verilir. 11) Tibb müəssisəsinin rəhbəri Şəhadətnamələrin, o cümlədən onların dublikatlarının düzgün doldurulmasına nəzarət edir və onların uçotunu apanr. 12) Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Həmin Təlimatın 2 və 6-cı bəndində aydın göstərilir ki, “Ölüm haqqında tibbi şəhadətnamə” digər tibb müəssisələrindən başqa patoloji-anatomik və ya məhkəmə- tibbi müayinə aparan dövlət tibb müəssisələri tərəfindən, yəni Səhiyyə Nazirliyinin Cavabdeh phş-nin Patoloji- anatomİk və ya Məhkəmə-tibbi ekspertiza şöbələrində verilir. Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhəli hallarda, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilinməyən ölüm hallarında, bütün zorakı ölümlərdə və zorakı ölümə şübhə olan, həmin ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda, eləcə də ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu halda patoloji- anatomik və ya məhkəmətibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Lakin, konkret olaraq “Ölüm haqqında tibbi şəhadətnamə”nin Cavabdeh phş-nin şöbələrində hansı hallarda verilməsi bu Təlimatda deyil, “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”də və “Meyitin məhkəmə- tibbİ ekspertizası qaydalarının təcrübəyə tətbiqi haqqında Təlimaf’da göstərilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”də göstərilir kİ, bu Əsasnamə məhkəmə-tibbi ekspertiza müəssisələrində məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi qaydalarını müəyyən edir. 1.2. Məhkəmə-tibb eksperti (bundan sonra-ekspert) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Xətalar məcəllələrini, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. 1.3. Məhkəmə-tibbi ekspertiza Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliklərinin məhkəmə-tibbi ekspertiza müəssisələrində aparılır. Azərbaycan Respublikasında məhkəmə-tİbbİ ekspertizaya təşkilati və metodik rəhbərlik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh (bundan sonra-Birlik) tərəfindən təmin edilir. 1.4. Məhkəmə- tibbi ekspertiza aşağıdakı əsaslar üzrə aparılır: 1.4.1. Zorakı və qeyri-zorakı (qəfləti) ölüm hallarında meyitlərin ekspertizası; 1.4.2. Bədən xəsarətlərinin xarakterinin və sağlamlığa zərər vurma dərəcəsinin, yaşın, cİnsİ vəziyyətin müəyyənləşdirilməsi, həmçinin məhkəmə təbabəti sahəsində xüsusi bilik tələb edən digər məsələlərin həlli üçün canlı şəxslərin (şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin) ekspertizası; 1.4.3. Laborator tədqiqat üsullarının (məhkəmə-tibbi kriminalistik, məhkəmə-tibbi bioloji, məhkəmə histoloji və məhkəmə kimyəvi) tətbiqi ilə maddi sübutların ekspertizası; 1.4.4. Cinayət, inzibati xətalara dair və mülki iş materialları üzrə məhkəmə-tibbi ekspertiza. 1.5. Məhkəmə-tibbi ekspertizalar ali təhsilli, məhkəmə təbabəti sahəsində xüsusi biliyə malik olan, İşin nəticəsində marağı olmayan, müvafiq ixtisas üzrə məhkəmə eksperti şəhadətnaməsi almış, Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edilmiş həkim-ekspertlər tərəfindən aparılır. 1.6. Məhkəmətibbi ekspertizaların aparılmasına məhkəmə təbabəti kafedralarının professor-müəllim heyəti, tibb müəssisələrinin və başqa idarələrin mütəxəssisləri məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmaqla Birliyin rəhbərliyi tərəfindən cəlb edilə bilərlər. Əsasnamənin “Məhkəmə-tibbi ekspertizaların təşkili və aparılması qaydalarf’na dair 2-ci bəndində göstərilir ki, məhkəmə-tibbi ekspertiza Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qəran yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Məhkəmə-tibbi ekspertizanın ayrı-ayrı növlərinin keçirilmə qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş normativ sənədlər, qaydalar, xüsusi təlimatlar və metodik göstərişlər ilə müəyyən edilir. Əsasnamənin 3.5.1-ci bəndində göstərilir ki, meyitin ekspertizasının tətbiqi hissəsi meyitin paltarı və xarici müayinəsi haqqında məlumatları, bədən boşluqlarının, üzv və toxumaların daxili müayinəsini, məhkəmə-tibbi laboratoriya müayinəsinə (tədqiqatına) göndərilmiş obyektlərin siyahısını, eləcə də elmi və tədris məqsədlərilə götürülmüş toxuma və üzvlərin siyahısını, laborator müayinələrin nəticələri və ekspert tərəfindən alındığı tarixi əhatə etməlidir. Azərbaycan Respublika Prokurorluğu, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.1999-cu il tarixli 09 saylı əmrinə 4 №-li Əlavədə “Meyitin məhkəmə-tibbi ekspertizası qaydalarının təcrübəyə tətbiqi haqqında Təlimat”ın “Meyitin məhkəmə-tibbi ekspertizası qaydalarf’mn 1.1-ci bəndində göstərilir: Meyitin məhkəmə-tibbi ekspertizası Səhiyyə haqqında Azərbaycan Respublikasının Qanununa, prosessual qanunvericiliyinə, Ali Məhkəmənin Plenumunun məhkəmə-ekspertizası məsələlərinə dair qərarlarına, Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizasının aparılmasına dair Əsasnaməyə, hazırkı qaydalara, Səhiyyə Nazirliyinin çıxardığı əmr və digər normativ, metodik sənədlərə uyğun olaraq keçirilir; 1.2. Meyitin məhkəmə-tibbi ekspertizası hüquq mühafizə orqanlarının qərarı və yaxud məhkəmənin qərardadı ilə Ölümün səbəbinin təyini və qərarda (qərardadda) göstərilmiş digər sualların həlli məqsədilə təyin edilir; 1.2.2. Meyitdə çürümə prosesinin inkişafı və yaxud ətraf mühitin müxtəlif faktorlarının təsiri ilə əlaqədar baş vermiş dəyişikliklər məhkəmə-tibbi ekspertiza müayinəsinin keçirilməsindən imtina etməyə əsas ola bilməz; 1.3. Meyitin məhkəmə- tibbi ekspertizası Birliyin şöbələrində aparılır; 1.5. Meyitin, onun paltarlarının və ona bilavasitə aid olan başqa əşyaların meyitxanaya vaxtında çatdırılmasını meyitin məhkəmə-tibb ekspertizasını təyin etmiş şəxs təmin edir. Eyni zamanda həmin şəxs qərarı (qərardadı) da göndərməli, orada ölümün baş vermə və yaxud meyitin tapıldığı şəraiti göstərməli, ekspert qarşısında sualları dəqiq qoymalıdır, eləcə də meyitlə gətirilmiş sənəd və qiymətli əşyaları qeyd etməlidir. Əgər hadisə yerinin və meyitin ilkin baxışı keçirilmişsə, onda baxış protokolunun surəti də göndərilməlidir; 1.7. Məhkəmə-tİbb ekspertizasını təyin etmiş şəxs müalicə müəssisəsində olan meyiti meyitxanaya göndərərkən eyni vaxtda (və yaxud ekspertizanın aparılmasının əvvəlində) xəstəlik tarixinin əslinin və ölənin paltarlarının da çatdırılmasını təmin etməlidir; 1.9. Meyitin məhkəmə-tibbi ekspertizası bir qayda olaraq, Birliyin məhkəmə-tibb ekspertləri tərəfindən keçirilir; 1.12.2.Ekspertə həvalə olunmuş meyitin məhkəmə-tibbİ ekspertizasını keçirməli və müəyyən edilmiş müddətdə qarşısına qoyulmuş suallara uyğun obyektiv, elmi əsaslı rəy verməlidir; 2.1. Meyitin məhkəmə-tibbi ekspertizası zamanı ekspertin işi aşağıdakılardan ibarətdir: ekspertə təqdim edilmiş qərar (qərardad) və digər sənədlərlə (hadisə yerinin çıxış protokolunun surəti, xəstəlik tarixi və s.) tanışlıq; meyitin müayinəsinin və ekspertizanın keçirilməsinin tam planlaşdırılması; meyitin xarici müayinəsi; meyitin daxili müayinəsi; laborator müayinəsi üçün materialların götürülməsi; məhkəmə-tibbi diaqnozun tərtib edilməsi; meyitin bilavasitə müayinəsinə, laborator tədqiqatların nəticələrinə və ekspertə təqdim edilmiş materialların məlumatlarına kompleks qiymət vermək; nəticələrin tərtib edilməsi; “Ekspert rəyi”nin tərtib edilməsi; 2.20. Meyitin daxili müayinəsi maksimal dolğun və hərtərəfli aparılmalıdır (kəllə, döş və qarın boşluqları mütləq müayinə olunmalıdır). Fəqərə sütunu onun xəsarət və xəstəliyi olan hallarda, eyni zamanda kəllə-beyin zədəsi, yol-nəqliyyat hadisələri, müxtəlif hündürlükdən düşmə zamanı, digər hallarda isə göstəriş olduqda müayinə edilir. “Meyitin məhkəmə-tibbi ekspertizası qaydalarının təcrübəyə tətbiqi haqqında Təlimat”ın “Ölüm haqqında həkim şəhadətnaməsi” (“Perinatal ölüm haqqında həkim şəhadətnaməsi”nə dair 4.1,-ci bəndində göstərilir: “Ölüm haqqında həkim şəhadətnaməsi” (“Perinatal ölüm haqqında həkim şəhadətnaməsi”) məhkəmə-tibbi müayinə qurtardığı gün doldurulmalı və meyitin ekspertizasını keçirmiş məhkəmə- tibb eksperti tərəfindən imzalanmalıdır. 4.2. “Ölüm haqqında həkim şəhadətnaməsi” (“Perinatal ölüm haqqında həkim şəhadətnaməsi”)nin doldurulma və verilmə qaydası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq təlimatları ilə müəyyən edilir. 4.5. Birliyin Baş direktoru və ya onun ekspertiza işləri üzrə müavini “Ölüm haqqında həkim şəhadətnamələri”nin keyfiyyətli doldurulması üzərində nəzarəti təmin edir. Göründüyü kimi yuxarıda göstərilən normativ sənədlərdə “Ölüm haqqında tibbi şəhadətnamə”lərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh Məhkəmətibbi ekspertiza və ya Patoloji anatomiya şöbələrində hansı hallarda və şərtlərdə verilməsi dəqiq qeyd edilmişdir. Başqa sözlə, Birliyin şöbələrində yalnız təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən qərar və ya qərardadla məhkəmə-tibbi ekspertiza müayinəsi üçün göndərilmiş şəxslərin meyitləri xarici və daxili müayinələri apanldıqdan sonra mərhumun ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə” verilə bilər. Əgər, hətta məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerində baxışı və ya xarici müayinəsi keçirilmiş şəxsin meyiti təhqiqatçı, müstəntiq, prokuror və ya hakim tərəfindən qərarla daxili müayinə və ölümün səbəbinin təyini üçün Birliyin şöbələrinə göndərilmirsə, o zaman yuxarıda göstərilən normativ sənədlər həmin şəxsə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsinə icazə vermir. Məhz, belə hallar üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 12-ci bəndindəki tələb, yəni “Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur” nəzərdə tutulmuşdur. Məhkəmə təcrübəsində belə mübahisəli hallarda Məhkəmələr müvafiq Qətnamə və ya Qərar çıxararaq meyitin daxili müayinəsinin aparılmamasını və ölümün səbəbinin təyin olunmamasını əsas götürərək, artıq “Ölüm haqqında tibbi şəhadətnamə”nin deyil, ölüm faktının təsdiq olunması və qeydiyyata götürülməsi məqsədilə bu işi Səhiyyə Nazirliyinin Cavabdeh phş-nin şöbələrinə deyil, Ədliyyə Nazirliyinin mərhumun sağlığında qeydiyyatda olduğu inzibati ərazinin (şəhər, rayon) Ədliyyə Qeydiyyat Şöbəsinə həvalə edir və həmin şöbələrdə “Ölüm haqqında tibbi şəhadətnamə” yox, birbaşa “Ölüm haqqında şəhadətnamə” tərtib olunaraq mərhumun yaxınlarına təqdim edilir. Göründüyü kimi, edilmiş müraciətə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X14 Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 19№li məktubla qanunauyğun qaydada cavab verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən : 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü bəndinə əsasən: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X6 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək bildirir ki, qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında dövlət qeydiyyatına alır. Bunun üçün isə “ölüm haqqında tibbi şəhadətnamə’' və ya ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qərarı təqdim edilməlidir. Hazırki halda cavabdeh inzibati orqanın “ölüm haqqında tibbi şəhadətnamə” vermək səlahiyyəti olmamışdır. Belə ki, cavabdeh tərəfindən meyitin daxili müayinəsi aparılmamış, ölümün səbəbi təyin olunmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda (hazırki halda təqdim edilə bilmədikdə) ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir ki, bu halda qeyd edilən faktın müəyyən olunmasına dair mübahisələr üzrə işlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi icraat qaydasında ümumi məhkəmələr (rayon (şəhər) məhkəməsi) tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar