Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-587/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X16 Publik Hüquqi şəxsin X30 və Hərrac Komissiyasının nümayəndəsi X4 (25.02.2022-ci ildə məhkəmədə iştirak etmişdir), üçüncü şəxs X11, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının tanınması, həmin torpaq sahəsinə dair cavabdeh Azərbaycan Respublikası İqtisaddiyat Nazirliyi ƏMDK yanında Hərracların təşkili üzrə X19 rayon Ərazi bölməsi tərəfindən keçirilmiş hərracın və 4725 nömrə ilə qeydiyyat alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair-000010635 nömrəli Şəhadətnamənin və üçüncü şəxs X23 ilə cavabdeh Abşeron rayon X27 arasında bağlanmış 20 fevral 2014-cü il tarixli torpaqların alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, üçüncü şəxs X23 adına verlmiş 12.04.2014-cü il tarixli Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsi barəsində 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli Şəhadətnamənin və 20 fevral 2014-cü il tarixli torpaqların alğı-satqısına dair müqaviləsinin İddiaçı adına sənədləşmiş hesab edilməsi, bu barədə yeni çıxarışın verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxs X3 Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən keçirilən 20 fevral 2014-cü il tarixli hərracda formal olaraq, yəni İddiaçı adından və onun maliyyə vəsaiti ilə iştirak edərək qalib olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyat alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair -000010635 nömrəli Şəhadətnamə və Torpaqların alğı-satqısına dair müqavilə ilə üçüncü şəxs X23 öz adına ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş 12.02.2014-cü il tarixli dövlət reyestrindən çıxarış əldə etmişdir. Bununla da üçüncü şəxs Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə formal olaraq mülkiyyət hüququ əldə etmişdir. Üçüncü şəxs həmin çıxarışı iddiaçıya təhvil vermişdir. Bu iddia ərizəsinə əlavə olunan çıxarışın əsli ilə sübut olunur. Üçüncü şəxs X23 tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə səlahiyyətləri başqa şəxsə verilə bilən, 20 illik baş etibarnamə vermişdir. Hansı ki, həmin etibarnamə əsasında əmlaka dair bütün sərəncamlar həyata keçirilə bilərdi. Bundan sonra, yəni 20.03.2014-cü il tarixdə üçüncü şəxsin Razılıq ərizəsi ilə özü bu faktı etiraf edərək hərrac və alğı-satqı zamanı bütün maliyyə xərclərinin iddiaçının çəkdiyini, onun razılığı ilə adına rəsmiləşdirildyini, bu səbəbdən iddiaçıya etibarnamə verdiyini, həmin etibarnaməni həmin torpaq sahəsinin satılması və ya digər şəxslərin adına keçirilməsi üçün verdiyini bildirmişdir. Eyni zamanda üçüncü şəxsin həyat yoldaşı 19.03.2014-cü il tarixdə notarial qayda da razlıq ərizəsi verərək həmin torpaq sahəsinin satılmasına, bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxs yoldaşı adından həmin tarixdə etibarnamə alımışdır. Tərəflər arasında münasibətlər yaxşı olsa da son zamanlar pozulmuşdur. Üçüncü şəxs iddiaçı adına verdiyi etibarnaməni və yoldaşı adından verdiyi razılıq ərizəsini ləğv elətdirmişdir. Daha sonra polis orqanlarına yalan məlumat verərək guya ki Çıxarışın itməsini bildirmiş, bu barədə müvafiq arayış əldə etmiş və öz adına yeni Çıxarış almışdır. Halbuki çıxarışın əsli iddiaçıda olmuş və bunu üçüncü şəxs bilmişdir. İddiaçı 13.09.2021-ci il tarixdə onun adına verilən etibarnamə ilə torpağı digər şəxsin adına keçirmək istəyərkən, etibarnamənin ləğv olunduğu barədə məlumat əldə etmişdir. Bu vaxtan iddiaçı aldadıldığını və hüquqlarının pozulduğunu bilmişdir. Göründüyü kimi Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsi faktiki olaraq iddiaçıya məxsusdur. Üçüncü şəxs X23 adına olan bütün sənədləşmələr formal xarakter daşıyır. Hərrac keçirilərkən və daha sonra bütün maliyyə dəstəyi iddiaçı tərəfindən ödənilmişdir. Hərracın dəyərinin ödənilməsi belə bəmin vaxt bələdiyyə əməkdaşı olmuş şəxs tərəfindən iddiaçıdan alınaraq ödənilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinə bir neçə dəfə dəqiqləşdirmə vermiş və son olaraq iddiaçı iddia tələbinin həcmini azaldaraq Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə Komisiyasının (Təşkilatçının) keçirdiyi hərracın nəticələrinin qanunsuz hesab edilməsini və 20 fevral 2014-cü il tarixdə keçirilmiş hərracın yekunlarına dair protokolun, o cumlədən həmin prokolun əsasında verilmiş ********* nömrəli Şəhadətnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. 25.02.2022-ci ildə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi ilə bağlı hərrac Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə Komisiyası tərəfindən keçirilmişdir. Torpaq və Xəritəçəkmə Komitəsi 2015-ci ildən sonra ləğv olunduğuna görə hal-hazırda həmin təşkilatın hüquqi varisi təmsil etdiyi qurumdur. Hesab edir ki, torpaq sahəsinə dair hərrac qanunun tələblərinə uyğun keçirilmiş və 3-cü şəxs Rəşad Əzizovun adına ********* saylı şəhadətnamə verilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə etiraz edən üçüncü şəxs X23 bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddia tələbi hüququ olmayan, iddia irəli sürməsi üçün subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilmişdir. Çünki hərracı etibarsızlığını iddia edən İddiaçı nə hərracın sifarişçisi, nə təşkilatçı, nə də ki, iştirakçısı deyildir. Həmçinin, qəbul edilmiş hərracın yekununa dair protokol ilə nədəki, şəhadətnamə ilə iddiaçının hər hansı bir hüququna toxunulmamış, maraqlarını zidd akt qəbul edilməmişdir. İstər rayon məhkəməsinə verilmiş iddia ərizəsində, istər də, İnzibati məhkəməyə verilmiş iddia ərizəsində iddiaçı heç bir yerdə qəbul edilmiş inzibati aktın onun maraqlarına toxunduğunu, hüququnu pozduğunu qeyd etməmişdir. Əksinə özü də iddia ərizəsində və məhkəmə iclasında vermiş olduğu izahatda etiraf edərək hərracın qanunvericiliyə uyğun şəkildə keçirildiyini, maraqlı şəxs Rəşad Əzizovun hərracda şəxsən iştirak etdiyini və hərracın qalibi olduğunu qeyd etmiş lakin, hesab etmişdir ki, hərracın xərcləri və.s onun tərəfindən qarşılandığı üçün (iddia edir) və Rəşad Əzizov ona mülki etibarnamə verdiyi üçün torpaq onun olmalıdır. Göründüyü kimi iddiaçı hərracın vaxtı və yerini bildiyi halda hərracda iştirakçı olmadığını, Rəşad Əzizovun şəxsən iştirak etdiyini özü etiraf edir. Qəbul edilmiş inzibati aktın İddiaçı yaxından, uzaqdan hər hansı bir aidiyyəti olmadığından onun hüquqlarına qanunla qorunan maraqlarına zidd olmasından söhbət belə gedə bilməz. Rəşad Əzizovun qalib olduğunu iddiaçı şəxsən həmin vaxt yəni 20 fevral 2014-cü il tarixindən bilmiş, 7 il müddətində həmin inzibati aktı mübahisələndirməmişdir. İddianın prespektivinin olmadığını iddiaçı tərəf özü belə əminliklə bildiyi halda, məhkəmə iddia mümkün saymışdır. İşin qısa məğzi bundan ibarətdir ki, Abşeron rayonu, Aşağı-Güzdək Bələdiyyə- mülkiyyətində olan 5 ha torpaq sahəsinin satışı üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon torpaq hərrac və müsabiqə komissiyasına sifariş vermiş, sözügedən torpaq sahəsinin satılması üçün 20 fevral 2014-cü il tarixdə Abşeron rayon torpaq hərrac və müsabiqə komissiyasının təşkilatçılığı ilə keçirilmiş müsabiqədə 2 nəfər (X9 və X23) iştirak etmiş və müsabiqənin qalibi X23 olmuşdur. Bunun da nəticəsində daha sonra X37 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəhadətnamə verilmişdir. Bundan sonra X27 ilə torpaqların alqı satqısına dar müqavilə bağlanılmış və nəticədə onun mülkiyyət hüququ 12 aprel 2014- cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq Bələdiyyənin sifarişi əsasında təşkil edilmiş müsabiqə/hərrac komissiyasında Rəşad Əzizov şəxsən özü iştirak edərək ən yüksək təklifi verdiyi üçün digər rəqibi Baləddin Novruzov üzərində qələbə qazanmışdır. Hazırkı İddiaçı isə heç hərracın iştirakçısı belə olmamışdır. İddiaçı tərəfin iddia tələbini əsaslandırdığı hallar absurt da olsa aşağıdakılardan ibarətdir. Guya sözü gedən torpaq sahəsi ilə bağlı çıxarış formal olaraq Rəşad Əzizovu adına alınmışdır, sonra həmin çıxarışı iddiaçıya təhvil vermişdir. X23 tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə səlahiyyətləri başqa şəxsə verilə bilən 20 illik ba etibarnamə verilmişdir. 20.03.2014-cü il tarixdə cavabdehin razılıq ərizəsi ilə özü bu faktı etiraf edərək hərrac və alqı satqı zamanı bütün maliyyə xərclərinin iddiaçının çəkdiyini, onun razılığı ilə adına rəsmiləşdirdiyini, bu səbəbdən də iddiaçıya etibamanə verdiyini, həmin etibarnaməni həmin torpaq sahəsinin satılması və ya digər şəxslərin adına keçirilməsi üçün verdiyini bildirmişdir. Cavabdehin həyat yoldaşı 19.03.2014-cü il tarixdə notarial qaydada razılıq ərizəsi verərək həmin torpaq sahəsinin satılmasına, bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Hərrac keçirilərkən və daha sonra bütün maliyyə dəstəyi iddiaçı tərəfində ödənilmişdir. Göründüyü kimi iddia tələbinin əsası sadəcə mülahizələrdən ibarətdir, hüquqi əsası yoxdur, formal olaraq qaldırılmış bir iddiadır. Qeyd edilən əsaslardan heç biri inzibati aktın ləğvi, hərracın etibarsızlığı üçün əsas deyildir. Yuxarıda da qeyd etdiyi kimi iddiaçı hərracın qanunauyğun şəkildə keçirildiyini şəxsən özü də iddia ərizəsində etiraf edir, sadəcə, yuxarıda sadaladığı hallar əsas gətirərək hesab edir ki, maliyyə xərclərin özü çəkmişdirsə, Rəşad Əzizov ona etibarnamə vermişdirsə torpaq onun olmalıdır. “Çıxarışın formal olaraq Rəşad Əzizovun adına alınması və daha sonra onu iddiaçıya təhvil verməsi” iddiası ilə bağlı bildirir ki, o, 20 fevral 2014-cü il tarixdə X22 Komitəsinin Abşeron rayon Torpaq hərra və müsabiqə komissiyası tərəfindən keçirilmiş müsabiqədə iştirak edərək müsabiqəni qalibi olmuş və müsabiqənin nəticəsinə dair 20 fevral 2014-cü il tarixli, 4725 saylı icla protokolu tərtib edilmişdir ki, bunun da nəticəsində daha sonra X37 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəhadətnamə verilmişdir. Bundan sonra X27 ilə torpaqların alqı-satqısına dair müqavilə bağlanılmış və nəticədə Rəşad Əzizovun mülkiyyət hüququ 12 aprel 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Çıxarışın iddiaçıya saxlanılması üçün verilməsi hər hansı bir hüquq yaratmır. İstənilən bir səbəbdən çıxarış iddiaçıda ola bilər (hüquqa zidd və ya tərəflərin normal münasibətlərindən irəli gələrək, verilmiş etibamarnamə ilə bağlı olaraq. X42 mülkiyyətində olan torpaq sahəsinin satışını İddiaçı etibar etmişdirsə həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədini də 3-cü şəxslərə göstərilməsi üçün verilməsindən daha doğal bir haqq ola bilməz). “Cavabdeh X23 tərəfindən İddiaçı 19.03.2014-cü il tarixdə səlahiyyətləri başqa şəxsə verilə bilən 20 illik baş etibarnamə verilmişdir, iddiası ilə bağlı bildirir ki, Rəşad Əzizov tərəfindən etibarnamənin verilməsi etibar edilən şəxsə həmin əmlak barəsində öz xeyrin hər hansı bir hüquq vermir. Etibarnamənin mahiyyəti adından da göründüyü kimi bu şəxsin 3-cü şəxslər qarşısında təmsil edilməsi üçün başqa şəxsə vermiş olduğu vəkalətdir. Qanunvericilikdə də aşkar şəkildə qeyd edilmişdir ki, əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiliyə keçməsinə səbəb olmur. Bununla belə, etibarnamənin verilməsi zamanı həmin torpaq sahəsi heç Rəşad Əzizovun mülkiyyətində belə olmamışdır ki, onunla bağlı da sərəncam vermək v.s hüquqlarını etibar etsin Etibarnamə 19 mart 2014-cü il tarixdə verilmiş, Rəşad Əzizov sözü gedən torpaq sahəsin mülkiyyət hüuququnu etibarnamənin verilməsindən təxminən bir ay sonra yəni 12 aprel 2014-cü il tarixdə əldə etmişdir. Daha sonra iddiaçının qanunsuz davranışlarını görən Rəşad Əzizov ona verilmiş etibarnaməni ləğv etdirmişdir. X38 Babaşova əmlakın idarəçiliyi ilə bağlı etibarnamə verməsi İddiaçı hər hansı bi üstünlük tanımır, əksinə İddiaçı Rəşad Əzizovu təmsil etmiş, onun əmlakın Rəşad Əzizovun xeyrinə idarə etmiş olur. 20.03.2014-cü il tarixdə cavabdehin razılıq ərizəsi ilə özü bu faktı etiraf edərək hərrac və alğı-satqı zamanı bütün maliyyə xərclərinin iddiaçının çəkdiyini, onun razılığı ilə adına rəsmiləşdirdiyini, bu səbəbdən də iddiaçıya etibarnamə verdiyini, həmin etibarnaməni həmin torpaq sahəsinin satılması və ya digə şəxslərin adma keçirilməsi üçün verdiyini bildirmişdir, Hərrac keçirilərkən və daha sonra bütün maliyyə dəstəyi iddiaçı tərəfindən ödənilmişdir.” iddiası ilə bağlı bildirir ki, onun tərəfindən belə bir ərizənin verilmədiyini, belə ərizəni xatırlamadığını, iddiaçı tərəfin saxta sənəd tərtib etdiklərini bildirmişdir. Torpoq sahəsinin alınması zamanı bütün maliyyə vəsaiti Rəşad Əzizov tərəfindən ödənilmişdir Ödənişlər İddiaçı tərəfindən ödənilmiş olsa belə bu, ən yaxşı halda gələcəkdə çəkilmış xərclərin ödənilməsi ilə bağlı iddia qaldırılması üçün əsas ola bilər, lakin belə bir gülünc iddianın qaldırılması üçün deyil. Borc pulun verilməsi, maliyyə xərclərinin iddiaçı tərəfindən çəkilməsi iddiası, hərracın etibarsızlğı, mülkiyyət hüququnun tanınması üçü əsas deyildir. Göründüyü kimi tələb tamamilə əsassızdır və sadəcə mülahizələrə, ehtimallar əsaslanılmışdır. Belə bir sual yaranır ki, niyə İddiaçı iddia etdiyi torpaq sahəsin öz adına almırdı?, Bu suala iddiaçı məhkəmə prosesində gülünc bir cavab verərək həmin vaxt MTK sədri seçiləcəyi üçün adına hər hansı bir əmlakın olmasını istəmirdi cavabını verməklə əslində iddia tələbinin əsassızlığını özüdə etiraf etmişdir. İddiaçı mülkiyyətində kifayət qədər əmlak vardır və əgər o yeni bir əmlak almaq istəyərdisə bum da rahatlıqla öz adına ala bilərdi. Bundan əlavə 7 il müddətində verilmiş etibarnamə əsasında özgəninkiləşdirə bilərdi, lakin həqiqəti İddiaçı özü də çox yaxşı bildiyi üçün, yəni həmin torpaq sahəsinin ona məxsus olmadığını, etibarnamənin hansı məqsədlər üçün verildiyini bildiyi üçün buna zərurət qalmamışdır. İddia tələbinin hüquqi əsasına gəldikdə isə bildirir ki, 20 fevral 2014cü il tarixdə keçirilmiş hərrac və hərracın yekunlarına dair ********* nömrəli şəhadətnamənin etibarsızlığı tələbi əsassızdır. Belə ki, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələri \ hərracları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin/hərraclarının keçirilməsi Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanına və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. X27 mülkiyyəlindəki torpaq sahəsinin satılmas məqsədi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə komissiyasına sifariş göndərmiş və bunun nəticəsində 20 fevral 2014-cü tarixdə müsabiqə keçirilmiş və müsabiqədə X23 və X9 iştirak etmiş, nəticədə müsabiqənin qalibi X23 olmuşdur. Göründüyü kimi hazırkı iddiaçı heç müsabiqənin iştirakçısı belə olmamışdır. Belə olan halda hansı əsasla müsabiqənin nəticəsini mübahisələndirir onlara bəlli deyildir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır, iddianın mümkünlük şərtlərindən biri də, iddia qaldıran şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna əsaslandırmasıdır. Hazırkı iş üzrə isə iddiaçı inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandırmamış, əksinə inzibati aktın qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edildiyini qeyd etmiş, lakin xərclərin onun tərəfindən çəkildiyini iddia etmişdir ki, belə olan halda da, ümumi məhkəməyə müraciət edərək çəkilmiş xərcləri tələb etməsi gərəkdiyi halda subyektiv hüququ olmamasına baxmayaraq inzibati məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkünsüz sayılmalıdır. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X23, onun nümayəndəsi və vəkili Vəkil2 eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Bundan başqa Vəkil2 bildirmişdir ki, məhkəmədə dindirilən şahidin ifadəsinə əsaslanaraq hazırkı iddia tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, həmin şahid hərracın iştirakçısı olmamış və iştirakçı olmadığı tədqirdə onun hərracla bağlı verdiyi ifadələr əsassızdır. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış digər üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə digər üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin məhkəmənin ötən iclaslarında iştirak edən DƏDRX-in 4 saylı ərazi İdarəsinin nümayəndəsi məhkəmədə bildirmişdir ki, qeyd olunan hərracın əsasında bələdiyyə tərəfindən alqı-satqı müqaviləsi həmin alqı-satqı müqaviləsinin əsasında müvafiq çıxarış verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş və 2014-cü ildə X20 sədri vəzifəsində işləmiş X24 ifadə verərək bildirmişdir ki, 2009-cu ildən 2015-ci ilədək X27nin sədri işləmişdir. Hərrac keçirilməmişdən öncə qeyd olunan torpaq sahəsi İddiaçı faktiki istifadəsində olmuşdur, X23 isə İddiaçı köməkçisi işləmişdir. İddiaçı qeyd olunan torpaq sahəsini 2 ilə yaxın istifadə edirdi. Belə ki, torpaq sahəsinə bitişik torpaq sahəsinə sexə gətirilən xammal və sexin zibilləri tökülürdü. Həmin halın qarşını almaq məqsədi ilə İddiaçı torpaq sahəsini hərrac yolu ilə almağı təklif etdi, o isə həmin təkliflə razılaşdı. Hərrac baş tutduqdan sonra ona məlum oldu ki, protokol X11 adına rəsmiləşdirilib. Bunun səbəbini İddiaçı soruşduqda Əzizov Rəşadın onun yaxını olduğunu və formal olaraq onun adına hərracın keçirilməsini bildirdi. X11 həmin torpaq sahəsinin alınması ilə bağlı vəsaiti mövcud deyildi. Hərrac keçirildikdən sonra torpaq sahəsinin dəyəri İddiaçı tərəfindən ödənilmiş, lakin onun tərəfindən alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman ona yalnız 73.000 manat pulun qəbzini və hərrac protokolu təqdim edildi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq Hərrac və Müsabiqə Komissiyası tərəfindən 4725 nömrə ilə qeydiyyat alınmış 20 fevral 2014-cü il tarixdə keçirilmiş Hərrac və hərracın yekunlarına dair-000010635 nömrəli Şəhadətnamənin surəti, DƏDRX tərəfindən verilmiş **********63 reyestr nömrəli çıxarış, torpaq sahəsinə dair plan və ölçü, torpağın alğı-satqısına dair müqavilənin surəti, DƏDRXin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 15.02.2022-ci il tarixli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun keçirilmiş hərracda zəruri cəlb edilməli olan şəxs kimi hərraca cəlb edilməli olduğu tarixdən yaranmış olur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təstiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 3-1-ci bəndinə əsasən "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində göstərilən şəxslər bələdiyyə torpaqlarının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə keçirilən torpaq hərracları və ya müsabiqələri zamanı bu Qaydalarda müəyyən edilmiş üstünlük hüququna malikdirlər. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi hərrac keçirilməmişdən öncə İddiaçı faktiki istifadəsində olmuş və hərrac keçirildikdən sonra torpaq sahəsinin vergisi də onun tərəfindən ödənilmişdir. Belə ki, məhkəmədə şahid qismində ifadə vermiş və 2014-cü ildə X20 sədri vəzifəsində işləmiş X24 bildirmişdir ki, qeyd olunan torpaq sahəsi İddiaçı faktiki istifadəsində olmuşdur, X23 isə İddiaçı köməkçisi işləmişdir. İddiaçı qeyd olunan torpaq sahəsini 2 ilə yaxın istifadə edirdi. Belə ki, torpaq sahəsinə bitişik torpaq sahəsinə sexə gətirilən xam mal saxlanılırdı və sexin zibilləri həmin ərazidə qalıqlanırdı. Həmin halın qarşını almaq məqsədi ilə İddiaçı torpaq sahəsini hərrac yolu ilə almağı təklif etdi, o isə həmin təkliflə razılaşmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı oda müəyyən edilmişdir ki, hərrac keçirildikdən 1 gün sonra X23 İddiaçı adına 2034-cü ilə qədər qüvvədə olmuş və sonradan ləğv edilmiş etibarnamə vermiş və həmin etibarnamə əsasında İddiaçı torpaq sahəsindən istifadə edərək torpaq vergilərini öz adından ödəmişdir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, X11 adına Abşeron rayon, Aşağı Güzdək qəsəbəsində yerləşən 5.0 ha torpaq sahəsinin mülkiyyət hüququna dair çıxarışın və torpaq sahəsinin plan ölçü sənədinin əslinin, X11 həyat yoldaşı X10 qeyd olunan 5.0 ha torpaq sahəsinin satılması ilə bağlı verdiyi razılıq ərizəsinin əslinin İddiaçı olması şahid X13 dedikləri ilə üst-üstə düşməklə yanaşı torpaq sahəsinin İddiaçı tərəfindən bələdiyyədən almaq niyyətində olmasına dəlalət edir. Halbu ki, torpaq sahəsinin mülkiyyət hüququna dair çıxarışın və plan və ölçü sənədinin itirmə səbəbi ilə DƏDRX-dən dublikatının alınması əvəzinə İddiaçı geri alınması ilə bağlı müvafiq orqanlara müraciət etmə hüququ var idi. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən və bələdiyyə məktubundan məlum olmuşdur ki, hərraca çıxarılmış torpaq sahəsi İddiaçı sahibliyində olan sənaye sexinin yanında yerləşir. Bu isə bir daha İddiaçı hazırkı iddia tələbi üzrə maraqlı şəxs olmasını, o cümlədən onun subyektiv hüququnun olmasına dəlalət edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X16 Publik Hüquqi şəxsin X30 və Hərrac Komissiyasının iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X16 Publik Hüquqi şəxsin X30 və Hərrac Komissiyası hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının “08” iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlar arasında əlaqələndirmə Qaydaları”nın 2-ci bəndinə əsasən “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrini və hərraclarını” Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi keçirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F14 nömrəli əmri ilə təsdiq edilmiş X5 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin bazasında X16 yaradılmışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan Qaydaların tələbləri həmçinin X7 də şamil olunmalıdır. Belə olduğu tədqirdə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X16 Publik Hüquqi şəxsin Abşeron Torpaq Müsabiqə və Hərrac Komissiyası hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilata qeyd oluan mübahisə ilə bağlı inzibati orqana müraciət edib etməməsi ilə bağlıdır. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş 24.02.2022-ci il tarixli məktubun surətindən məlum olur ki, hərracın nəticələrinin ləğvi ilə bağlı iddiaçı tərəfindən cavabdeh təşkilata müraciət olunmuşdur. Cavabdeh təşkilatın nümayəndəsinin məhkəmədə verdiyi ifadədən məlum olmuşdur ki, cavabdeh təşkilat hərracın qanuni şəkildə keçirildiyini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bu isə cavabdeh təşkilatın iddiaçının tələbinin yerinə yetirilməsindən imtina kimi qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi üzrə pretenziya qaydalarına riayət olunmuşdur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Bundan başqa o da nəzərə alınmalıdır ki, hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı tərəflər arasında Abşeron Rayon Məhkəməsinin icraatında müvafiq iddia tələbi olmuş və məhkəmə aidiyyəti ilə bağlı iş üzrə icraata xitam verilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, qeyd olunan Məcəllənin 8.1.1-ci maddəsi həm daşınmaz əmlakla bağlı olan hüquq münasibətlərini, həm də daşınmaz əmlakla bağlı yaranmış hüquq münasibətlərini özündə əks elətdirir. Hazırkı iddia tələbindən məlum olur ki, iddiaçının tələbi Abşeron rayonunda yerləşən torpaq sahələri ilə bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlir.Həm torpaq sahəsinin Abşeron rayonu ərazisində yerləşməsi, həm də cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə prosesində şahidin dindirilməsi iddia tələbinin mümkünlüyü ilə bağlı olmuş və həmin şahidin ifadəsindən iddia tələbinə mahiyyəti üzrə baxılması zamanı istifadə olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təstiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”nın 3-cu bəndinə Azərbaycan Respublikası ərazisində bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və ya hərrac təşkilatçılar tərəfindən tələb və təklifdən asılı olaraq keçirilə bilər. Müsabiqə və hərracı təşkilatçının təyin etdiyi və tərkibi 5 nəfərdən az olmayan müsabiqə və hərrac komissiyası aparır. Müsabiqə və hərrac komissiyası üzvlərinin üçdə ikisinin qəbul etdiyi qərar səlahiyyətli hesab edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin müsabiqələr və hərraclar vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin (ərizə, hərrac iştirakçılarının biletləri, protokol, hərrac və ya müsabiqə qalibinə verilən şəhadətnamə və s.) nümunələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanır və təsdiq olunur. Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı-Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X16 Publik Hüquqi şəxsidir.Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Qaydaların 6-cı bəndinə əsasən təşkilatçı müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra "bildiriş") hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyənlərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir. Qaydaların 7-ci bəndinə əsasən bildiriş təşkilatçı tərəfindən müsabiqə və ya hərracın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilməli və özündə aşağıdakı məlumatları əks etdirilməlidir: - torpağı müsabiqəyə və ya hərraca çıxaran hüquqi şəxs barədə məlumat (hüquqi şəxsin adı, ünvanı, dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin nömrəsi); - müsabiqə və ya hərracın keçirilməsi şərtlərini, yerini, vaxtını və tarixini; "- hərrac addımını (ilkin qiyməti); - torpaq sahəsinin yerini, sahəsini, kadastr məlumatlarını və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsini, həmçinin həmin torpaq sahəsində yerləşən obyektlərin və digər qurğuların əsas xarakteristikasını; - müsabiqə və ya hərracda iştirak etmək üçün təqdim olunan sənədlərin siyahısını; - müsabiqə və ya hərracda iştirak etmək üçün ərizə formasını, ərizələrin qəbulu yerlərinin ünvanını, ərizələrin və sənədlərin ərizəçilərdən qəbulunun başlanğıc və son tarixini; - torpaq sahəsi və bağlanacaq müvafiq müqavilənin layihəsi ilə tanış olma vaxtını və yerini. Qaydaların 11-ci bəndinə əsasən müsabiqə və ya hərracda iştirak edənlərin siyahısı barədə təşkilatçının qərarı protokolla rəsmiləşdirilir. Bu protokolda ərizəçilərin adı göstərilməklə qəbul edilmiş və geri götürülmüş ərizələr, müsabiqə və ya hərracda iştirak edən şəxslər, həmçinin müsabiqə və ya hərracda iştiraka buraxılmayan ərizəçilər (buraxılmamağın səbəbi göstərilməklə) qeyd edilir. Qaydaların 15-ci bəndinə əsasən qalibin müəyyən olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilir. Protokolda aşağıdakılar göstərilir: 1) torpaq sahəsinin yeri, kadastr məlumatları və torpaq üzərində hüquqları təsdiq edən sənədin nömrəsi; 2) hərracda qalib gəlmiş ərizəçi haqqında məlumatlar (hüquqi şəxsin rekvizitləri, fiziki şəxsin pasport və ya şəxsiyyət vəsiqəsinin məlumatları);3) hərrac predmetinin qiyməti. Protokol 2 nüsxədə tərtib olunur. Nüsxənin biri qalibə verilir, digəri isə hərrac təşkilatçısında qalır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından müəyyən olunur ki, bələdiyyə mülkiyyətində olan torpaqlar torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilir və həmin torpaq sahələri bələdiyənin qərarı əsasında hərraca çıxarılır. Hal-hazırda müsabiqə və hərracların təşkilatçısı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X16 Publik Hüquqi şəxsidir. Həmin hüquqi şəxs 2015-ci ildə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq hərrac və müsabiqə komissiyasının hüquqi varisidir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının “08” iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurumlar arasında əlaqələndirmə Qaydaları”nın 2-ci bəndinə əsasən “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrini və hərraclarını” Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, yəni Auksion Mərkəzinin bazasında yaradılmış X16 Publik Hüqiqi şəxsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”nın tələblərinə görə təşkilatçı olan Auksion Mərkəzi tərəfindən sayı 5 nəfərdən az olmayan Torpaq Müsabiqə və Hərrac Komissiyası yaradılır. Həmin Komissiyanın 2/3 səs çoxluğu ilə qəbul etdiyi qərar keçəri hesab edilir. Auksion Mərkəzi tərəfindən hərracın keçirildiyi vaxt müəyyən edilir və hərracın keçirilməsinə 30 gün qalmış müvafiq bildiriş hazırlanaraq kütləvi informasiya vasitələrində dərc elətdirilir. Həmin bildirşdə torpağı hərraca çıxaran bələdiyyən barədə, təklif edilən torpaq sahəsinin qiyməti kimi məlumatlar öz əksini tapır. Hərracda iştrak etmək istəyən şəxslər barəsində qərar qəbul edilir və həmin qərar protokol ilə rəsmiləşdirilir. Baş tutmuş hərracın yekunlarına dair protokol tərtib edilir və komissiya üzvləri ilə hərracı udmuş şəxs tərəfindən imzalanır. Qeyd olunan protokolda hərracı udmuş şəxsin pasport və ya şəxsiyyət vəsiqəsinin məlumatları öz əksini tapır. Həmin protokola əsaslanaraq müvafiq şəhadətnamə tərtib edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə Komisiyası tərəfindən keçirilən hərrac zamanı aşağıda qeyd olunan pozuntulara yol verilmişdir: 1) torpaq sahəsinin hərraca çıxrılması ilə bağlı bələdiyə tərəfindən qərar qəbul edilməmişdir, 2) hərracda iştirak etmək üçün üstünlük hüququ olan İddiaçı iştirakı təmin edilməmişdir, 3) hərrac komisiyasının 5 nəfərdən az üzvü olmamasına baxmayaraq, hərracın keçirilməsi zamanı 4 üzvü iştirak etmişdir, 4) hərracın keçirilməsinə 30 gün qalmış tələb edilən və özündə torpağın təklif qiymətini özündə əks etdirən bildiriş hazırlanaraq kütləvi informasiya vasitələrində dərc edilməmişdir, 5) hərracda iştirak etmək istəyən şəxslərin siyahısı tətib edilərək müvafiq qərar qəbul edilməmişdir, 6) hərracın yekun protokolu Rəşad Əzizov tərəfindən imzalanmamışdır, 7) hərracın yekunları barədə protokolda Rəşad Əzizovun şəxsiyyətini müəyyən edən sənəd qeyd edilməmişdir, 8) hərracın yekunları haqqında protokolda hərrac iştirakçısına verilmiş hərrac biletinin nömrəsi qeyd edilməmişdir. Qaydaların 3-cü bəndində qeyd edilən müsabiqə və hərrac komissiyası üzvlərinin üçdə ikisinin qəbul etdiyi qərarın səlahiyyətli hesab edilməsinə dair məhkəmə qeyd etməyi zərurir bilir ki, 2/3 səs çoxluğu komisiyanın 5 nəfərdən ibarət üzvləri arasında fikir ayrılığı yaranacağı tədqirdə tətbiq edilməlidir. Belə ki, komissiyanın üzvləri arasında fikir ayrılığı birin ikiyə nisbətində qəbul edilməlidir. Başqa sözlə desək komisiyanın 4 üzvü arasında olan fikir ayrılığını nisbət şəklində həll edilməsi mümkün olmur. Məhz elə bu səbəbdə qeyd olunan Qaydalarda komisiyanın üzvlərinin sayı 5 nəfər kimi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon Torpaq hərrac və müsabiqə Komissiyasının tərkibinə say tərkibi 5 nəfərdə ibarət olan - 1 nəfər rayon torpaq şöbəsinin rəisi, 1 nəfər rayon torpaq şöbəsinin əməkdaşı, 1 nəfər bələdiyyə şurasının sədri, 1 nəfər rayon icra hakimiyyətinin nümayəndəsi və 1 nəfər içtimai əsaslarla seçilmiş şəxs daxil idi. Məhkəmə tərəfindən müvafiq portala baxış keçirildikdən sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə Komissiyasının 5 nəfərdən ibarət üzvləri olan X14 yerli torpaq şöbəsinin rəisi, X2 yerli torpaq şöbəsinin əməkdaşı olmuşlar, Əliyev Akif Ələs oğlu Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi, X1 şəhər bələdiyəsinin sədri olmuşdurlar, X26 isə 2006-cı ildən etibarən heç yerdə işləməyən şəxs olmuşdur. 19.10.2018-ci ildə vəfat etmiş X15 ictimai əsaslarla komissiyanın üzvü seçilməsi ilə bağlı müvafiq qərarın mövcud olmaması onun ümumiyətlə komisiya tərəfindən keçirilən hərraclarda iştirakını şübhə halına alır. Hərracda iştirak etmək istəyən şəxslərin siyahısının tərtib edilməsi hərracda iştirak etmək istəyənlər barədə niyyətlərinin həqiqətə uyğun olmasına ehtiva edir. Məhkəmə tərəfindən aparılan araşdırmalardan müəyyən edilmişdir ki, Rəşad Əzizovdan başqa hərracda iştirak edən digər iştirakçı olmuş X29 rayonun sakinidir və daimi əsaslara Göygöl rayonunun Çaykənd kəndində yaşayır. Hərrac təşkilatçısı tərəfindən müvafiq bildiriş kütləvi informasiya vasitələrində dərc edilmiş və hərracda iştirak etmək istəyən şəxslərin siyahısı tərtib edilmiş olsaydı X17 rayonun Aşağı Güzdək kəndində yerləşən torpaq sahəsinin hərracdan əldə edilməsi ilə bağlı olan məlumatlı olması və keçirilən hərracda iştirakı ilə bağlı olan şübhələr aradan qaldırılmış olardı. Qaydaların digər pozuntusu hərrac iştirakçılarına verilmiş hərrac biletnin nömrəsinin hərrac protokolunda göstərilməməsi və həmin protokolun Rəşad Əzizov tərəfindən imzalanmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, hərracın yekunlarına dair tərtib edilmiş protokolun hərracı udmuş şəxs tərəfindən imzalanmaması hərracın rəsmiləşdirilməsi üçün kifayət deyil. Məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı yuxarıda göstərilmiş pozuntular keçirilimiş hərracın qanunsuz olmasına dəlalət edir və hərracın nəticələrinə dair tərtib edilmiş protokolun və şahadətnamənin ləğvinə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayon Aşağı Güzdək ərazisində yerləşən 5 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) keçirdiyi hərracın nəticələrinin qanunsuz hesab edilsin və 20 fevral 2014-cü il tarixdə keçirilmiş hərracın yekunlarına dair 4725 saylı protokol, o cumlədən həmin protokolun əsasında X11 adına verilmiş ********* nömrəli Şəhadətnamə ləğv edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-587/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-587/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver