Məhkəmə qərarları › İş №2-1(118)-588/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-588/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-588/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı “övladları 11.12.2017-ci il təvəllüdlü X4 və 02.07.2020-ci il təvəllüdlü X1 “Səxavətli” kimi dəyişdirilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı “övladları 11.12.2017-ci il təvəllüdlü X4 və 02.07.2020-ci il təvəllüdlü X1 “Səxavətli” kimi dəyişdirilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar 11.12.2017-ci il təvəllüdlü X5 və 02.07.2020-ci il təvəllüdlü X1 “Səxavətli" kimi dəyişdirilməsinə icazə verilməsinə dair ərizə ilə aidiyyəti üzrə cavabdeh Sumqayıt şəhər “Asan Xidmət” Qeydiyyat Şöbəsinə müraciət etmişdirlər. Cavabdeh 05/9-2219-76 saylı, 27.11.2021-ci il tarixli məktubla imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasında ad, soyad və ata adının verilməsi və dəyişdirilməsinə dair norma və qaydalar AR “Mülki” və “Ailə” Məcəllələrində, eləcə də AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Cavabdeh yalnız yuxarıda göstərilən normativ aktlara əsasən, həmin aktlarda nəzərdə tutulan hallarda imtina cavabı verə bilər. AR Mülki Məcəlləsinin 26.1-ci və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qeyd olunan norma ümumi qayda kimi hər bir fiziki şəxsin onu fərdiləşdirən, hüquq və vəzifələr əldə etmək və həyata keçirmək imkanını asanlaşdıran addan, ata adından və soyaddan ibarət adı olmaq hüququnu nəzərdə tutmuşdur. AR Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Uşağın adının və soyadının dəyişdirilməsi zamanı qanunvericilik yalnız uşağın mənafeyinə xələl gətirə biləcək adın və soyadın verilməsini qadağan etmişdir. Belə ki, AR Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndində göstərilmişdir kı, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, hazırkı soyadlarının səslənməsi zamanıda onlar üçün müəyyən problemlər olur, uşaqların soyadının dəyişdirilməsi uşaqların mənafeyinədə uyğundur. Sonda İddiaçı1 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər İddiaçı2 və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə digər iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Göründüyü kimi qanunvericilik uşağın soyadının bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyini, lakin bunun istisnalarınında ola biləcəyini müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Hazırkı iş üzrə iddiaçıların soyadlarının səslənməsini nəzərə alaraq, soyadlarının “Səxavətli”–yə dəyişdirilməsini məhkəmə uşaqların mənafeyinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, uşaqların mənafeyi nəzərə alınaraq, 11.12.2017-ci il təvəllüdlü X4 və 02.07.2020-ci il təvəllüdlü X2 “Səxavətli” kimi dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 11.12.2017ci il təvəllüdlü X4 və 02.07.2020-ci il təvəllüdlü X2 “Səxavətli” –yə dəyişdirilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 11.12.2017-ci il təvəllüdlü X4 və 02.07.2020-ci il təvəllüdlü X2 “Səxavətli”–yə dəyişdirilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar