Məhkəmə qərarları › İş №2-1(118)-588/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-588/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-588/2025 22.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”in 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan SSR Nazirlər Sovetinin X3 Təhsili Komitəsinin 28 aprel 1981-ci il tarixli, T-3836 nömrəli İddiaçı məxsus attestatın surəti.

2. İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.

3. İddiaçı məxsus 22 avqust 1983-cü il tarixli, ИТ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

4. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 28 sentyabr 2023-cü il tarixli, 14-2-3-1/2-Ə-xx-xx/2023-4 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək Ж-4-5 sexində təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 14 oktyabr 1994-cü il tarixədək Texnoloji avadanlığların təmiri sexinin icarə kollektivində usta, sonralar “Etilen-polietilen” zavodunda 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1999-cu il tarixədək TAT icarə sexində usta,Texnoloji avadanlığın təmiri istehsalatının TAT sexində rəis müavini vəzifələrində, 1 may 1999-cu il tarixdən “Təmir Quraşdırma İdarəsi”nin TAT sexində 6 noyabr 2005-ci il tarixədək sex rəisinin müavini. Mexaniki təmir sexində sex rəisinin müavini, 2 yanvar 2003-cü il tarixdən Təmir Quraşdırma İstehsalatında sex rəisinin müavini, həmin sexin fırlanma mexanizmlər sahəsində təmirçi çilingər, 6 dekabr 2004-cü il tarixdən TAT sexində rəis müavini, 1 avqust 2005-ci il tarixdə Mexaniki Təmir sexində rəis müavini, 16 dekabr 2013-cü il tarixdən halhazıradək Avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 1 və 2 nömrəli Siyahıda sadalanmış texnoloji sexlərdə peşə və vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək stajı qanunauyğun olmadığı üçün güzəştli şərtlərlə pensiya hüququ verən arayışın təqdim olunması mümkün deyildir.

5. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 28 sentyabr 2023-cü il tarixli, 214 nömrəli arayışından görünür ki, İddiaçı 18 may 1988ci il tarixdən 26 sentyabr 1989-cu il tarixə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991-ci il tarixə kimi (cəmi 793 gün) “Etilen-Polietilen” zavodunun Texoloji avadanlıqların təmiri sexində təmirçi çilingər peşəsində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır.

6. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 28 sentyabr 2023-cü il tarixli, 215 nömrəli arayışından görünür ki, İddiaçı 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.

7. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 28 sentyabr 2023-cü il tarixli, 216 nömrəli arayışından görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 8-ci bölməsinin 8.1.1 bəndinə əsasən siyahıda sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Qeyd edilmişdir ki, İddiaçı “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-242773/2023 nömrəli İddiaçı göndərilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdən qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay 27 gün (18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il, 1 dekabr 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 avqust 2024-cü il tarixli, 3-17-1/2-197897/2024 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən 28 sentyabr 2023-cü il tarixli, 14-2-3-1/2-Ə-15-41 /2023-4 nömrəli arayışında “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində 18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi böyük mexanik və 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi böyük mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin 1 №-li Siyahısı”nın kimya istehsalatı bölməsidə (Vlll) nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 27 gün (18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il və 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 28 sentyabr 2023-cü il tarixli, 214, 215, 216 nömrəli arayışları (§5, 6, 7); - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 28 sentyabr 2023-cü il tarixli, 14-2-3-1/2-Ə-xx-xx/2023-4 nömrəli İddiaçı göndərilmiş məktubu (§4); - Azərbaycan SSR Nazirlər Sovetinin X3 Təhsili Komitəsinin 28 aprel 1981-ci il tarixli, T- 3836 nömrəli İddiaçı məxsus attestatın surəti; - İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti; - İddiaçı məxsus 22 avqust 1983-cü il tarixli, ИТ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 18 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-242773/2023 nömrəli İddiaçı göndərilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu (§8).

10. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 18 fevral 2025-ci il tarixli, 14-2-3-1/2-40/2025 nömrəli məktubundan görünür ki, İddiaçı 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək J-4-5 sexində təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 14 oktyabr 1994-cu il tarixədək Texnoloji avadanlığların təmiri sexinin icarə kollektivində usta, sonrəlar “Etilen-polietilen” zavodunda 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1999-cu il tarixədək TAT icarə sexində usta, Texnoloji avadanlığın təmiri istehsalatının TAT sexində rəis müavini vəzifələrində, 1 may 1999-cu il tarixdən Təmir Quraşdırma İdarəsinin TAT sexində 6 noyabr 2005-ci il tarixədək sex rəisinin müavini, Mexaniki təmir sexində sex rəisinin müavini, 2 yanvar 2003-cü il tarixdən Təmir Quraşdırma istehsalatında sex rəisinin müavini, həmin sexin fırlanma mexənizmlər sahəsində təmirçi çilıngər, 6 dekabr 2004-cü il tarixdən TAT sexində rəis müavini, 1 avqust 2005-ci il tarixdə Mexaniki Təmir sexində rəis müavini vəzifələrində çalışmışdır. 16 dekabr 2013-cü il tarixdən hal-hazıradək Avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini vəzifəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Sıyahısı”na əsasən 1 və 2 nömrəli Siyahı”da sadalanmış texnoloji sexlərdə peşə və vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək stajı qanunauyğun olmadığı üçün İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən arayışların təqdim olunması mümkün deyildir. 18 may 1988-ci – 26 sentyabr 1989-cu illər; 20 oktyabr 1989-cu - 31 dekabr 1991-ci illər; 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci illər, 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri üçün isə zərərli iş şəraitində işlədiyi dövrü təsdiq edən arayışları və əmək haqqı cədvəllərini qoşma şəklində təqdim edilmişdir: - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 14 fevral 2025-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, İddiaçı 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991-ci il tarixə kimi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində təmirçi çilingər peşəsində işləməklə tam iş günü ərzində zərərli iş şəraitində çalışmışdır. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 14 fevral 2025-ci il tarixli, 31 nömrəli arayışından görünür ki, İddiaçı 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixə kimi tam iş günü “Azerikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 14 fevral 2025-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, İddiaçı “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu kadrlar şöbəsinin 14 fevral 2025-ci il tarixli, 31 nömrəli arayışından görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 8-ci bölməsinin 811 bəndinə əsasən siyahıda sadalanan (neft karbohidrogenlərinin pirolizi, piroliz qazlarının təmizlənməsi, ayrılması) istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 18 fevral 2025-ci il tarixli, 06 nömrəli, 1988-1993-cü illər üzrə “Əmək haqqı və digər gəlirlər haqqında” arayışı. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 18 fevral 2025-ci il tarixli, 07 nömrəli, 1994-2001-ci illər üzrə “Əmək haqqı və digər gəlirlər haqqında” arayışı. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 18 fevral 2025-ci il tarixli, 08 nömrəli, 2002-2005-ci illər üzrə “Əmək haqqı və digər gəlirlər haqqında” arayışı. - “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun 18 fevral 2025-ci il tarixli, 09 nömrəli, 2006-2013-cü illər üzrə “Əmək haqqı və digər gəlirlər haqqında” arayışı.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

11. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını iddiaçının şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdıraraq 60 yaşdan 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması sahəsində) təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması sahəsində) usta vəzifəsində, 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək “Etilen-Polietilen”zavodunun etilen istehsalatında böyük mexanik vəzifəsində, 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixədək “Etilen-Polietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işlədiyi dövrləri güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşə sayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı siyahısında sadalanan Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə (piroliz qazlarının təmizlənməsi, ayrılması) əsasən 60 yaşdan 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 22 may 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1963-cü il tarixdə Azərbaycan Respublikası, İsmayıllı rayonunun Kəlfərəc kəndində anadan olmuşdur. 1 sentyabr 1980-cı il tarixdən 1981-ci ilin may ayınadək Azərbaycan SSR X3 Təhsili Komitəsinin Sumqayıt şəhər 41 nömrəli texniki peşə məktəbində təhsil almışdır. 5 may 1981ci il tarixdən 15 iyun 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək Sumqayıt Sintez-Kauçuk zavodunda Azot-oksigen sexində təmirçi çilingər peşəsində, 18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər, 27 sentyabr 1989-cu il tarixdən 20 oktyabr 1989-cu il tarixədək həmin sexdə usta vəzifəsində işləmişdir. 20 oktyabr 1989-cu il tarixdən 1 dekabr 1990-cı il tarixə kimi həmin sexdə təmirçi çilingər, 1 dekabr 1990-cı il tarixdən EP-300 zavodunun Texnoloji avadanlıqların təmiri sexinin icarə kollektivinə üzv keçirilməklə öz əvvəlki iş yerində saxlanmaqla 1 yanvar 1992-ci il tarixədək təmirçi çilingər, 1 yanvar 1992-ci il tarixdən 15 oktyabr 1994-cü il tarixədək həmin sexdə usta, 15 oktyabr 1994-cü il tarixdən 1 iyul 1995-ci il tarixədək “Sintezkauçuk” zavodunun ləğvi ilə əlaqədar yeni yaradılmış “Etilen-Polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində usta, 18 may 1988-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsində və usta vəzifəsində işləmişdir. 1 iyul 1995-ci il tarixdən 1 may 1999-cu il tarixədək Texnoloji avadanlıqların təmiri sexində rəis müavini, 1 may 1999-cu il tarixdən 3 yanvar 2000-ci il tarixədək köçürmə yolu ilə “Etilen-Polietilen” zavodunun 65 saylı Texnoloji avadanlıqların təmiri sexində sex rəisinin müavini, 3 yanvar 2000-ci il tarixdən 2 yanvar 2003-cü il tarixədək “Etilen-Polietilen” zavodunun 53 saylı mexaniki təmir sexində sex rəisinin müavini, 2 yanvar 2003-cü il tarixdən 6 avqust 2004-cü il tarixədək “Etilen-Polietilen” zavodunun 3 saylı təmir quraşdırma istehsalatının 53 saylı sexində sex rəisinin müavini, 6 avqust 2004-cü il tarixdən 6 dekabr 2004-cü il tarixədək 53 saylı sexdə fırlanan mexanizmlər sahəsində 6-cı dərəcəli təmirçi çilingər, 6 dekabr 2004-cü il tarixdən 8 avqust 2005-ci il tarixədək 39 saylı Texnoloji avadanlıqların təmiri sexində rəis müavini, 8 avqust 2005-ci il tarixdən 7 noyabr 2005-ci il tarixədək 53 saylı sexində sex rəisinin müavini, 7 noyabr 2005-ci il tarixdən 16 dekabr 2013cü il tarixədək Etilen istehsalatında böyük mexanik, 16 dekabr 2013-cü il tarixdən halhazıradək Avadanlıqların təmiri və emalı üzrə istehsalatda rəis müavini, 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək keçmiş “Sintezkauçuk” zavodunun Azot-oksigen sexində təmirçi çilingər, Texnoloji avadanlıqların təmiri sexində kompressor, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər, 27 sentyabr 1989-cu il tarixdən 19 oktyabr 1989-cu il tarixədək Qazayırma sexində usta, 20 oktyabr 1989-cu il tarixdən 1 yanvar 1992-ci il tarixədək təmirçi çilingər, 1 yanvar 1992-ci il tarixdən 15 oktyabr 1994-cü il tarixədək Texnoloji avadanlıqların təmiri sexin usta vəzifələrində işləmiş və 15 oktyabr 1994-cü il tarixdən hazırkı dövrə qədər “Etilen-Polietilen” zavodunun Texnoloji avadanlıqların təmiri sexində usta, sexin rəis müavini, təmirçi çilingər, böyük mexanik vəzifəsində iş şəraiti ağır və zərərli iş şəraitinə aid olduğu üçün əlavə məzuniyyət, aylıq taarif maaşına əlavə, gündə bir dəfə olmaqla isti yeməklə, hər gün südlə təmin olunmuşdur. Hal-hazırda iddiaçının ümumilikdə 1 sentyabr 1980-ci il tarixdən 20 aprel 2023-cü il tarixədək 43 il ümumi iş stajına, 14 ildən çox ağır zərərli şəraitdə iş stajına malikdir. İddiaçı 11 sentyabr 2023-cü il tarixdə “Etilen-Polietilen” zavodunun direktoru cənab Oqtay Niftəliyevə ərizə ilə müraciət edərək, “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen” zavodunun kadrlar şöbəsinin, personal və əmək haqqı şöbəsinin, zavodun həmkarlar təşkilatının və iddiaçının iştirakı ilə 17 avqust 1983-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını iddiaçının şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdıraraq akt tərtib edərək, həmin aktın tərəflərin imzası, zavodun möhürü ilə təsdiq edərək, tərtib edilmiş akt əsasında güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmama dair arayışın verilməsini xahiş etmişdir. Lakin, “Etilen-Polietilen” zavodunun rəhbərliyi 17 avqust 1983-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdırma aparmadan, akt tərtib etmədən və iddiaçının iştirakını təmin etmədən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmama dair 28 sentyabr 2023-cü il tarixdə 214, 215, 216 saylı arayışları təqdim etmişdir. Baxmayaraq ki, iddiaçı 18 may 1988-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsində və usta vəzifəsində işləmişdir, “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun rəhbərliyi tərəfindən Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsində zərərli sahədə işləməyinə dair 18 may 1988-ci il tarixdən 1 yanvar 1992-ci il tarixədək arayışları verilmişdir, qanunvericiliyin tələblərinin ziddinə olaraq həmin sahədə - Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə usta vəzifəsində 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək usta vəzifəsində işlədiyi dövrlərə dair xüsusi zərərli sahədə işləməyinə dair arayışı verilməmişdir. Bununla əlaqədar olaraq 5 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək, iddiaçıya 60 yaşdan, yəni 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Müraciətdə “Azərkimya” İstehsalat birliyi “Etilen- Polietilen” zavodunun kadrlar şöbəsinin, personal və əmək haqqı şöbəsinin, zavodun həmkarlar təşkilatının və iddiaçının iştirakı ilə 17 avqust 1983-cü il tarixdən 11 sentyabr 2023cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi iş stajını iddiaçının şəxsi işi və əmək haqqı cədvəlləri əsasında araşdıraraq akt tərtib edərək, həmin tərtib edilmiş akt əsasında güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmama dair arayış əsasında 60 yaşdan 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin 18 oktyabr 2023-cü il tarixli məktubu ilə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir, lakin, iddiaçı məktubda göstərilənlərlə razılaşmır. Beləliklə, iddiaçının 18 may 1988-ci il tarixdən 31 dekabr 1991-ci il tarixədək - 3 il 7 ay 13 gün + 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək - 1 ay 24 gün + 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixədək - 7 il 11 ay 15 gün = 11 il 9 ay 5 gün + 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək 3 il 6 ay = 15 il 4 ay 22 gün zərərli sahədə güzəştli iş stajı var.

14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 9.1, 21.1, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 21, 24-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 1993-cü il tarixli, 320 saylı Qərarına, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 8-ci bölməsinin 8.1.1-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 nömrəli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2021-ci il tarixli, 2-1(102)-120/2021 saylı qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 33.1, 35.1, 73.1-ci maddələrinə istinad olunmuşdur.

15. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

17. Cavabdeh iddia ərizəsinə etiraz və etiraza əlavə təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun mübahisələndirilən hər hansı iş dövrünün olmamasına baxmayaraq, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 27 gün (18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il, 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanununun 7, 9.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi isə İPM-in 47-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə (§12-13) uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə etmiş, iddia tələbinin dəlillərində göstərilmiş müvafiq vəzifələrdə işlədiyi dövrləri güzəştli şərtllərlə pensiya təyin etmək hüququ verən peşə sayaraq, güzəştli şərtlərlə pensiya təyin edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qarşı tərəfin çalışdığı müəssiənin təqdim etdiyi arayışlar nəzərə alındıqda, vətəndaşın güzəştli iş stajı tələb olunan müddət 12 il 6 aydan az, yəni 11 il 7 ay 27 gündür.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-) 1.0.10. pensiya kapitalı -müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (-)

Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən və dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

30. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: ... 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; (-)

Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: ... bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır: ... sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə

Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; ... sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; ... sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir; qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir; Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. ...

31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

32. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-)

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

34. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

35. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.

Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Məhkəmənin mövqeyi:

36. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

38. İddiaçı tələbinin əsası kimi bildirir ki, 18 may 1988-ci il tarixdən 31 dekabr 1991-ci il tarixədək - 3 il 7 ay 13 gün + 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək - 1 ay 24 gün + 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixədək - 7 il 11 ay 15 gün = 11 il 9 ay 5 gün + 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək 3 il 6 ay = 15 il 4 ay 22 gün zərərli sahədə güzəştli iş stajı var. Çünki, 18 may 1988-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsində və usta vəzifəsində işləmişdir, “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen” zavodunun rəhbərliyi tərəfindən Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə təmirçi çilingər peşəsində zərərli sahədə işləməyinə dair 18 may 1988-ci il tarixdən 1 yanvar 1992-ci il tarixədək arayışları verilmişdir, qanunvericiliyin tələblərinin ziddinə olaraq həmin sahədə - Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (piroliz qazlarının təmizlənməsi, ayrılması) kompressor, nasos, turbin və digər avadanlıqların təmiri üzrə usta vəzifəsində 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək usta vəzifəsində işlədiyi dövrlərə dair xüsusi zərərli sahədə işləməyinə dair arayışı verilməmişdir.

39. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmamış, iddiaçının ümumi iş stajını mübahisələndirməyərək və qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, ona əsaslanır ki, güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 27 gün (18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il, 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.

40. İddiaçı 20 aprel 2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş edir. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element birlikdə mövcud olmalıdır: - 60 yaşın tamam olması; - azı 25 il ümumi sığorta stajının mövcud olması; - azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; - fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

41. Məhkəmə İPM-in 11, 12, 15-ci maddələrinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyini və təqdim etdikləri sənədləri araşdıraraq müvafiq sorğular da göndərməklə araşdırmışdır.

42. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, §63; McMichael Birləşmiş Krallığa qarşı, §80; Vermeulen Belçikaya qarşı, §33; Lobo Portuqaliyaya qarşı, §31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

44. Beləliklə, hazırda iddiaçının iddia etdiyi güzəştli şərtlərlə iş stajı 18 may 1988-ci il tarixdən 31 dekabr 1991-ci il tarixədək, 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək, 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək, 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixədək dövrlərdir.

45. Cavabdeh tərəfindən göndərilmiş məlumata əsaslanaraq məhkəmə müəyyən edir ki, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı 11 il 7 ay 27 gün (18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il, 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövrlər) təşkil edir.

46. Mübahisələndirilən dövrlərin güzəştli şərtlərlə iş stajına daxil edilib-edilməməsinin müəyyənləşdirilməsi üçün, iddiaçı iş yeri olan müəssisəsindən fəaliyyət dövrünə dair arayışlar təqdim etmiş, eyni zamanda məhkəmə tərəfindən müvafiq sorğular göndərilmişdir.

47. Belə ki, həm iddiaçının müraciətinə əsasən, həm də məhkəmə sorğusu nəticəsində “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən təqdim edilən məlumatlardan müəyyən edilir ki, iddiaçı 17 avqust 1983-cü il tarixdən 17 may 1988-ci il tarixədək J-4-5 sexində təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 14 oktyabr 1994-cu il tarixədək Texnoloji avadanlığların təmiri sexinin icarə kollektivində usta, sonrəlar “Etilen-polietilen” zavodunda 15 oktyabr 1994-cü il tarixdən 30 aprel 1999-cu il tarixədək Texnoloji avadanlığların təmiri icarə sexində usta, Texnoloji avadanlığın təmiri istehsalatının Texnoloji avadanlığların təmiri sexində rəis müavini vəzifələrində, 1 may 1999-cu il tarixdən Təmir Quraşdırma İdarəsinin Texnoloji avadanlığların təmiri sexində 6 noyabr 2005-ci il tarixədək sex rəisinin müavini, Mexaniki təmir sexində sex rəisinin müavini, 2 yanvar 2003-cü il tarixdən Təmir Quraşdırma istehsalatında sex rəisinin müavini, həmin sexin fırlanma mexənizmlər sahəsində təmirçi çilıngər, 6 dekabr 2004-cü il tarixdən Texnoloji avadanlığların təmiri sexində rəis müavini, 1 avqust 2005-ci il tarixdə Mexaniki Təmir sexində rəis müavini vəzifələrində çalışmışdır. 16 dekabr 2013-cü il tarixdən hal-hazıradək Avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini vəzifəsində çalışır. Qeyd edilən dövrlər münasibətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı, 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Sıyahısı”na əsasən 1 və 2 nömrəli Siyahı”da sadalanmış texnoloji sexlərdə peşə və vəzifələrin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən əmək stajı qanunauyğun olmadığı üçün iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verən arayışların təqdim olunması mümkün deyildir.

48. Bununla da məhkəmə etirazın dəlili ilə razılaşaraq bildirir ki, iddiaçının güzəştli şərtlərlə iş stajı 18 may 1988-ci il – 26 sentyabr 1989-cu il, 20 oktyabr 1989-cu il – 31 dekabr 1991-ci il, 7 noyabr 2005-ci il – 31 dekabr 2005-ci il, 1 yanvar 2006-cı il – 15 dekabr 2013-cü il tarixləri arasındakı dövrlər, yəni 11 il 8 ay 1 gün təşkil edir. Odur ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 ay güzəştli iş stajına malik deyildir.

49. Göründüyü kimi, 20 aprel 2023-cü il tarixdə 60 yaşı olan iddiaçının qanunla tələb edilən xüsusi stajın müəyyən edilmədiyindən, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа olunmuşdur və işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

50. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

51. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “18 may 1988-ci il tarixdən 26 sentyabr 1989-cu il tarixə kimi və 20 oktyabr 1989-cu il tarixdən 31 dekabr 1991-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması sahəsində) təmirçi çilingər peşəsində, 1 yanvar 1992-ci il tarixdən 1 iyul 1995-ci il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun Texnoloji avadanlıqların təmiri sexində qazayırma sahəsində (Piroliz qazlarının ayrılması sahəsində) usta vəzifəsində, 7 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixədək “Etilen-Polietilen”zavodunun etilen istehsalatında böyük mexanik vəzifəsində, 1 yanvar 2006-cı il tarixdən 15 dekabr 2013-cü il tarixədək “Etilen-Polietilen” zavodunun Etilen istehsalatında böyük mexanik vəzifəsində işlədiyi dövrləri güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşə sayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının 1 saylı siyahısında sadalanan Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə (piroliz qazlarının təmizlənməsi, ayrılması) əsasən 60 yaşdan 20 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar