Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-589/2020 23.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinə qarşı “Qarabağ Müharibəsinin İİ qrup əlili İddiaçı müddətdən artıq hərbi qulluqçu kimi məlumat vərəqəsin hesablanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Təyinat İdarəsinə göndərilməsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müddətdən artıq hərbi qulluqçu kimi məlumat vərəqəsin hesablanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Təyinat İdarəsinə göndərilməsi ələbi ilə Azərbaycan Respublikası DİNin Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etmişdir. Lakin inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanıb İİ qrup əlil olmuş İddiaçı 12.1978-ci il tarixdən 10.1980-cı il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli 5 nömrəli əmrilə DİN-nin nəzdində X8 şəxsi heyətinin siyahısına daxil edilərək Daxili Qoşunların tabeçiliyində 1992-ci ilin mart ayından xx xxxxxxx 1993-cü il tarixədək (Zəngilan rayonunun işğalınadək) döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin noyabr 1994-cü ilin yanvar ayına kimi Füzuli rayonunun işğal edilmiş kəndlərinin Horadiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 058029 nömrəli TSEK-də müayinə aktından çıxarışa əsasən xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığına görə ona müddətsiz İİ qrup əlillik təyin edimişdir. Hal-hazırda Qarabağ Müharibəsinin İİ qrup əlilidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2019-cu il tarixli arayışın da İddiaçı xx.xx.1992-ci il tarixli 73, xx.xx.1992-ci il tarixli 102, xx.xx.1992-ci il tarixli 123, xx.xx.1993-cü il tarixli 14, xx.xx.1993-cü il tarixli 46 və xx.xx.1993-cü il tarixli 141 nömrəli əmrlərinə əsasən Zəngilan rayonunun sərhəd kəndlərinin müdafiəsi üzrə erməni yaraqlılarına qarşı gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2019-cu il tarixli arxiv arayışın da isə iddiaçının Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli 5 nömrəli əmrilə Zəngilan RPŞ-nin şəxsi heyətinin siyahısına daxil edilməyi qoşunlar üzrə yeganə əmrdir qeyd edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan RPŞ-nin verdiyi xx.xx.2019cu il tarixli arayış da 1993-cü ilin noyabr ayından 1994-cü ilin yanvar ayına kimi Füzuli rayonunun işğal edilmiş kəndlərinin Horadiz qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməyi qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin müddətdən artıq xidmət keçmiş hərbi qulluqçu kimi pensiyanın təyin olunması ilə bağlı məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Təyinat İdarəsinə göndərilməsinin təmin edilməsi ilə bağlı müraciət ünvanlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunu X6 müavini-Şəxsi heyət üzrə İdarəsinin rəisi Vidadi Əliyev cavablandıraraq Daxili Qoşunların arxivində Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməyi barədə məlumat aşkar edilmədiyindən sözügedən məsələnin həlli imkanları xaricində olmaqları yazılaraq imtina verilmişdir. Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər X11 Müharibəsində döyüşən bütün döyüşçülərə, ağır yaralanan əlillərə dəyər verdiyini hər yerdə bəyan edərək kifayət qədər Sərəncam və Fərmanlar imzalamışdır. Hal-hazırda bu siyasəti irəli sürən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-2018-ci illərdə 20 iyun tarixli 569 saylı Fərman və Sərəncamlarına əsasən bütün Qarabağ Müharibəsi əlillərinə qayğı göstərməyi və onların bütün imtiyazlarla təmin edilməsini bəyan etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının arxivindən verilmiş 757 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışdan məlum olur ki, həqiqətən də sıravi İddiaçı Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli 5 nömrəli əmri ilə Zəngilan Rayon Polis Şöbəsinin şəxsi heyətinin siyahısına salınmışdır. Qoşunlar üzrə barəsində yeganə əmrdir. Təqdim olunmuş arayışdan, iddiaçının adına tərtib olunmuş hərbi biletdən, və tibbi sənədlərdən məlum olur ki, həqiqətən də o, SSRİ Silahlı Qüvvələrində 2 il etmiş və Daxili Qoşunların komandanının xx.xx.1993-cü il tarixli 5 nömrəli əmri ilə Zəngilan Rayon Polis Şöbəsinin şəxsi heyətinin siyahısına salınmışdır. İddiaçı keçdiyi xidmət müddətinin müddətdən artıq həqiqi hərbi keçmiş, əlil olmuş, həqiqi hərbi xidmət qulluqçusu kimi pensiya təyin edilməsi müəyyən edilmiş qaydada məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X9 Təyinat İdarəsinə təqdim edilməsi ilə əlaqədar müraciət etmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə keçmə haqqında” Əsasnamənin 26-cı və 27-ci maddələrinə əsasən yazılı öhdəlik götürmədiyindən və onun Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi ilə əlaqədar məlumatlar mövcud olmadığından xahişinin təmin edilməsinin mümkün olmaması barədə xx.xx.2019-cu il tarixli xx-xx/4592-3263 Q saylı məktubla məlumat verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, etiraza uyğun izahat vermişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 9.5ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1-ci fəslinin 14-cü bəndinə əsasən Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar "(zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla, bu Əsasnaməyə 3 saylı əlavədə göstərilən şərtlərə uyğun olaraq aşağıdakı qaydada hərbi xidmətdə saxlanıla bilərlər: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları — korpus (diviziya) komandirinin, ona bərabər və ondan yuxarı komandirin qərarı ilə; gizirlər və miçmanlar — Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə: zabitlər: kiçik zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin komandanlarının, onlara bərabər və onlardan yuxarı olanların qərarı ilə; baş zabitlər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə; ali zabitlər — müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə. Onlardan hər hansı birinin həqiqi hərbi xidmətdə saxlanılması həmin ixtisaslı hərbi qulluqçulara ehtiyac olduqda həll edilir. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanılması hər dəfə müvafiq müvafiq əmrlə rəsmiləşdirilir. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılması barədə qəbul edilmiş qərar hərbi hissə komandirləri tərəfindən onlara şəxsən elan edilir. Bu hərbi qulluqçuların şəxsi işində onların kimin qərarı ilə və həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hansı müddətə hərbi xidmətdə saxlandıqları barədə qeyd edilir (yazılır). İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin 691 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Quliyev X2 Qoşunların komandanının xx.xx.1993-cü il tarixli 5 №li əmrilə Zəngilan RPŞ-nin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Qoşunlar üzrə barəsində yeganə əmrdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Bölməsinin xx.xx.2020-ci il tarixli, 296 saylı məktubunda bildirilmişdir ki, Zəngilan rayon hərbi komissarlığının sənədləri işğal zonasında qaldığı üçün 1960-cı il təvəllüdlü Zəngilan rayon sakini İddiaçı nə şəxsi işi nə də ki, Milli Ordu sıralarına səfərbər olunması və xidmət keçməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Bölməsində heç bir məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zəngilan RPŞ-nin 202-1592-1220 saylı xx xxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində DİN-in arxiv idarəsində şəxsi iş aşkar edilməmişdir. İddiaçı ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün məlumat vərəqəsin hesablanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Təyinat İdarəsinə göndərilməsini cavabdehə həvalə edilməsini xahiş edir. Lakin onun hərbi qulluqcu kimi Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi və qanuni əsaslarla təxris olunması sənədlərə əsasən müəyyən olunmadığına görə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-589/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-589/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver