Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-589/2022 17.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X4 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 şöbəsində böyük mütəxəssis işləyən) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2020-ci ildən sağlamlıq imkanları uşaq kimi qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qızı X6 xx.xx.2020-ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (Parsial) Sipmtomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkararlanan qıcolma tutmaları”, ağırlaşma F80.0, nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə yanaşı xəsətəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, sol tərəfli süst hemiplegiya“ xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı X6 xx.xx.2020-ci ildən “G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin sağtərəfli hemiatrofiyası, ağırlaşma G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (Parsial) Sipmtomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dəfə təkararlanan qıcolma tutmaları”, ağırlaşma F80.0, nitq artikulyasiyasının spesifik pozğunluğu, dil və nitq inkişafının spesifik pozulması, ağırlaşma F78.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə yanaşı xəsətəliklər H52.0 Hipermetropiya, OU hər iki gözün hipermetropiyası yanaşı xəstəliklər G81.0 Süst hemiplegiya, sol tərəfli süst hemiplegiya“ xəstəliyinə görə xx.xx.2020-ci ildən sağlamlıq imkanları uşaq kimi qiymətləndirilməsi öhdəliyinin qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il təvəllüdlü X10 onun qızıdır. Uşaq anadangəlmə "Baş beynin məhdud atrofiyası, baş beynin sağtərətli hemiatrofiyası. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, ayda 3-4 dələ təkrarlanan qıcolma tutmaları" xəstəliyindən əziyyət çəkir. Qeyd edilən xəstəliklə əlaqədar olaraq qızına müavinət təyin edilmişdir. ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 12 saylı TSEK-nin xx.xx.2017-ci il tarixli qərarı ilə növbəti müayinə tarixli xx.xx.2020-ci il müəyyən edilmişdir. Uşağa növbəti dəfə müavinət təyin edilməsi məqsədilə sənədlər keçən ilin iyun (2020) ayında ƏƏSMN yanında TSEK-ə göndərilmişdir. Cavabdehin qızına əlillik təyin edilməsindən imtina etmişdir. xx.xx.2021-ci il tarixli imtina arayışında imtinaya səbəb kimi "əlavə müalicəyə ehtiyacının olması, stasionar müalicənin yetərli olmaması” qeyd edilmişdir. Halbuki, Sumqayıt Uşaq Xəstəxanasının 0537003AAB7P seriyalı 88 nömrəli forma-arayışa imtinaya səbəb olan sənədlər əlavə edilmişdir. Təkrarən Sumqayıt Uşaq Xəstəxanası tərəfindən qızına əlillik təyin edilməsi üçün 0537003AaCB/A saylı 88 №-li forma-arayış hazırlanaraq cavabdehə göndərilmişdir. Cavabdeh yuxarıda göstərilən diaqnoz ilə qızının xəstəliyini xx.xx.2021-ci ildə 3 il müddətinə (xx.xx.2024) təsdiq etmişdir. Lakin xəstəliyi ilə əlaqədar olaraq qızına sosial müavinət xx.xx.2020-ci ildən deyil, əlillik təyin edilən tarixdən, yəni xx.xx.2021-ci ildən ödənilir. Halbuki, keçən ilin (2020-ci il) iyun ayından sənədlər əlillik təyin edilməsi üçün cavabdehə göndərilmişdir. xx.xx.2020-ci ildən növbəti əlillik təyin edilən tarixədək (xx.xx.2021) uşaq həmin xəstəlikdən əziyyət çəkmişdir və həmin xəstəlik daimidir. Belə olan balda əlilliyin vaxtında təyin edilməməsinə görə cavabdeh məsuliyyət daşıyır. Hesab edirəm ki, qızı X6 xx.xx.2020-ci ildən əlillik dərəcəsi təyin edilməli və həmin tarixdən başlayaraq ona sosial müavinət ödənilməlidir. Məsələ ilə əlaqədar olaraq o, cavabdehə sifarişli məktubla müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən X3 iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının qızı X1 göndərişi əsasında əlillik dərəcəsi təyin edilmişdir. Bundan qabaq imtina cavabı onunla əlaqədar olmuşdur ki, elektron sistemdə iddiaçının qızının adi uşaqlart üçün nəzərdə tutulmuş məktəbdə təhsil alması görünmüşdür. Bununla bağlı ona imtina cavabı verilmişdir. Eyni zaman da cavabdehin nümayəndəsi A.Məmmədovanın adi orta məktəbdə təhsil almasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. İddiaçı izah etdi ki, qızının adi məktəbdə təhsil alması barədə məlumat həqiqətə uyğun deyildir və bunun hansı əsasla sitemdə qeyd olunması ona bəlli deyildir. Onun qızı ümumiyyətlə, təhsil almaq imkanına maik deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - Sumqayıt Uşaq xəstəxanası tərtib edilmiş xəstənin ambulator kitabından (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X10 “baş beynin məhdud atrofiyası nəticəsində ağıl zəifliyi“ diaqnozu ilə müalicə edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqlar üçün TSEK-na 0537003AACBA nömrəli göndərişdən göndərişdən görünür ki, X10 2018-2021-ci illərdə müxtəlif tibb müəssisələrində stasionar və ambulator müalicələr almışdır. -X7 məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. -TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki,ona X7 həmin tarixdən sağlamlıq imkanları məhdud uşaq kimi əlillik təyin edilmişdir. -12 saylı TSEK-nin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, X7 xx.xx.2017-ci il tarixdə müayinədən keçmiş və ona “ensefalopatiya doğuş travmasından s\v. Tez-tez qıcolma tutmaları ilə .Soltərəfli beyin sıxılma sindromu,baş beyin ödemi” diaqnozu qoyulmuşdur. -12 saylı TSEK –nin xx.xx.2015-ci il tarixli qərarından görünür ki, X7 xx.xx.2015-ci il tarixdə müayinədən keçmiş və ona “ensefalopatiya doğuş travmasından s\v. Tez-tez qıcolma tutmaları ilə .Soltərəfli beyin sıxılma sindromu,baş beyin ödemi” diaqnozu qoyulmuşdur. -7 nömrəli TSEK, 9 nömrəli TSEK və 18 nömrəli TSEK tərəfindən aparılmış müvafiq olaraq xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müayinələrdən çıxarışdan görünür ki, X7 əlilliyin təyinindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun : -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-cü maddəsinə əsasən Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. -21.1.-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görəİnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -25.1-ci maddəsinə Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. -64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş Forma 88 arayışa əsasən göstərilən diaqnoz (xəstəliklər) təsdiq olunmasına baxmayaraq (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), iddiaçının qızının sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsindən imtina iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdehin dəlili məhkəmə araşdırması öz əsdiqini tapmamışdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. . NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı qızı X6 xx.xx.2020-ci ildən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-589/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-589/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver