Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5891/2025 02.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, işsizlikdən sığorta ödənişinin bərpa edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı “qərarın ləğv edilməsi, işsizlikdən sığorta ödənişinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2025-ci ilin fevral ayından başlayaraq işsizlikdən sığorta ödənişinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 ilə əvəz edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X7 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 19 mart 2025-ci il tarixli, 3-17-2/3-1-7116/2025 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və işsizlikdən sığorta ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərsu” Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal) Törəmə Səhmdar Cəmiyyətində (hazırkı adı “İri şəhərlərin X10 Xidməti” X13) xx.xx.1997-ci ildən xx.xx.2024-cü il tarixinə qədər işləmişdir. O, İri Şəhərlərin X10 Xidməti X12 xx.xx.2024-cü il tarixli, 639K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İşdən azad edildikdən sonra X3 X1 Filialına işsizlikdən sığorta ödənişi alınması üçün müraciət etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixindən ilkin təyinat məbləği 345 manat olmaqla 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. İddiaçı fevral 2025-ci il üzrə X6 icrasına dair hesabatı təqdim etmədiyi üçün ona təyin edilmiş işsizlikdən sığorta ödənişi xx.xx.2025-ci ildən “İşsizlikdən sığorta haqqında” AR-sı Qanunun 18.0.4-cü maddəsinə əsasən dayandırılmışdır. Bu barədə iddiaçıya cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 3-1-7- 2/2-M-18826/2025 saylı məktubla məlumat verilmişdir. İddiaçı işsizlikdən sığorta ödənişinin dayandırılması barədə cavabdehin iddialarını əsassız hesab edir. Bildirir ki, xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixinə qədər xəsləliklə əlaqədar olaraq ev şəraitində müalicə almışdır. Bunu Sumqayıt Tibb Mərkəzi X12 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən təsdiq edilmiş ambulator kitabçasından çıxarış təsdiq edir. İddiaçı həmin tarixdə işləmədiyi üçün 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi xəstəlik bülleteni açmamışdır. Xəstə olmağı səbəbindən iddiaçı fevral ayı üzrə X6 icrasına dair hesabat təqdim edə bilməmişdir. İddiaçı qeyd edir ki, hesabatın təqdim edilməməsi xəstəliyi ilə əlaqədar olmuşdur. İddiaçı cavabdehə bu barədə məlumat verməyinə baxmayaraq ev şəraitində müalicə almağını nəzərə almayaraq bu ilin fevral ayı üçün (2025) təyin edilmiş 345 manat sığorta ödənişi ödənilməmişdir. Həmçinin iddiaçının oğlu Vətən müharibəsi qazisidir. Yeganə qazanc mənbəyi oğlunun müharibə veteranı kimi aldığı 80 manat müavinətdir. İddiaçı hesab edir ki, xəstə olmağı nəzərə alınaraq 2025-ci ilin fevral ayından başlayaraq işsizlikdən sığorta ödənişinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.
5. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 73-cü maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı 2 oktyabr 2024-cü il tarixində Agentliyin X1 filialına ərizə ilə müraciət edərək Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən işdən azad edildiyi üçün Qanununa müvafiq qaydada ona işsizlikdən sığorta ödənişinin təyin olunmasını xahiş etmişdir. Bu məqsədlə Agentliyin Mərkəzi Mühasibatlıq və Təyinat filialının (bundan sonra - Filial) 29 noyabr 2024-cü il tarixli 3-17-2/3-3-87/2024 nömrəli qərarı ilə iddiaçıya 1 noyabr 2024-cü il tarixindən ilkin təyinatı 345,00 manat olmaqla 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmişdir. İddiaçı Qanunun 17.7-ci maddəsinin tələbinə uyğun olaraq ayda bir dəfə X6 icrası barədə hesabatı elektron formada təqdim etmiş və Filial isə öz nöbəsində 2024-cü ilin noyabr, dekabr və 2025-ci ilin yanvar ayları üçün iddiaçıya işsizlikdən sığorta ödənişini həyata keçirmişdir. Lakin 2025-ci ilin fevral ayı üçün X6 icrası üzrə iddiaçı tərəfindən Qanunun 17.7-ci maddəsinin tələbi pozulmuşdur. Belə olan halda Qanunun 18.0.4-cü maddəsinə tələbinə uyğun olaraq Filialın 21 fevral 2025-ci il 3-17-2/3-3-14/2025 nömrəli qərarı ilə iddiaçıya 2025-ci ilin fevral, mart və aprel ayları üçün işsizlikdən sığorta ödənişini verilməsi dayandırılmışdır. Qanunun müvafiq maddələrindən də açıq şəkildə görünür ki, Filial tərəfindən iddiaçıya işsizlikdən sığorta ödənişininin verilməsinin dayandırılması haqqında qərar qanunamüvafiq qaydada qəbul edilmiş və əsaslıdır.
b) Tərəflərin iştirakı və izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
10. Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı 25 fevral 2025-ci il tarixdən 7 günlük ev şəraitində müalicə təyin edilmişdir.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialının xx.xx.2025-ci il tarixli, 3-17-2/2-M-18826/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən ilkin təyinat məblği 345 manat olmaqla 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. İddiaçı fevral üzrə X6 icrasına dair hesabatı təqdim etmədiyi üçün onatəyin edilmiş işsizlikdən sığorta ödənişi xx.xx.2025-ci il tarixdən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respubliasının Qanununun 18.0.4-cü maddəsinə əsasən dayandırılmışdır. Bildirilir ki, xəstəlik barədə təqdim edilən ambulator kitabçadan çıxarış sənədinə əsasən İddiaçı ev şəraitində müalicə aldığı məlum olmuşdur. Bu hal iddiaçının X6 icrasına dair hesabatı təqdim etmədiyinizdə üzrlü hal kimi qəbul edilmədiyindən təyin edilmiş sığorta ödənişinin davam etdirilməsi qanunamüvafiq hesab edilməmişdir.
12. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçının əmək müqabviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
13. Məhkəmənin sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzi X12 7 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 03 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinə evə çağırış edib, ailə həkimi – terapevt tərəfindən xidmət göstərilib və müalicə təyin edilmişdir. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində isə ambulator müraciət etmişdir.
14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri əlavə olunmuşdur.
15. X7 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 19 mart 2025-ci il tarixli, 3-17-2/3-1- 7116/2025 nömrəli qərarına əsasən İddiaçı da daxil olmaqla 927 nəfər şəxsə işsizlikdən sığorta ödənişinin verilməsi dayandırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
16. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
17. İnzibati-Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
18. Hal-hazırda mübahisə predmeti olan pensiyanın yenidən hesablanması haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, iddiaçı tərəfindən iddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı qeyd olunan qərardan məhkəmə icraatı gedişində xəbərdar olmuşdur. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.
b) Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 17.1-ci maddəsinə əsasən bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir. 17.7-ci maddəsinə əsasən sığorta ödənişini alan şəxs, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanına X6 icrası barədə hesabatı elektron formada təqdim etməlidir. Hesabat təqdim olunan zaman sığorta ödənişini alan şəxsə, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təkliflər təqdim oluna bilər. 18.0-cı maddəsinə əsasən sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.4. sığorta ödənişini alan şəxs üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə X6 icrası barədə hesabat təqdim etmədikdə.
21. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.3-cü maddəsinə əsasən fərdi məşğulluq proqramı – işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəddir. 13.1-ci maddəsinə əsasən sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada. 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində. 27.1-ci maddəsinə əsasən işsiz, bu Qanunun 20.2.2-ci, 21.1-ci və 24.1-ci maddələrinə uyğun olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən fərdi məşğulluq proqramı tərtib olunur. Bu maddədə nəzərdə tutulmuş işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxs qeydiyyata alındığı tarixdən ən geci 14 gün ərzində fərdi məşğulluq proqramını təsdiq etməlidir. 27.2-ci maddəsinə əsasən işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxs hər ay həmin ayın sonuncu iş günü bitənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) fərdi məşğulluq proqramında nəzərdə tutulmuş tədbirlərdə iştirakını müəyyənləşdirən X6 icrası barədə elektron qaydada hesabat təqdim edir. 27.3-cü maddəsinə əsasən X6 icrası barədə hesabat işsiz şəxs tərəfindən təqdim edildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilib-verilməməsi, işsiz kimi qeydiyyatın saxlanılıb-saxlanılmaması barədə qərar qəbul edir və ya fərdi məşğulluq proqramında dəyişiklik edilməsinə dair tədbir görür.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.2-ci maddəsinə əsasən iddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin edilməsi üçün müəyyən şərtlərin mövcud olduğunu nəzərdə tutan (tanıyan) inzibati aktın dəyişdirilməsini tələb etdiyi hallarda, məhkəmə başqa miqdarda pul məbləği və ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər. 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. c) Məhkəmənin mövqeyi
24. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İri Şəhərlərin X10 Xidməti X12 xx.xx.2024-cü il tarixli saylı əmrinə əsasən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçıya X7 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının xx.xx.2024-cü il tarixli qərarına əsasən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinə evə çağırış etmiş və ona 25 fevral 2025-ci il tarixdən 7 günlük ev şəraitində müalicə təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar iddiaçı X6 icrasına dair hesabatı fevral ayının sonuncu iş günü bitənədək cavabdeh inzibati orqana təqdim edə bilməmişdir.
26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialının xx.xx.2025-ci il tarixli, 3-17-2/2-M-18826/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən ilkin təyinat məblği 345 manat olmaqla 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin olunmuşdur. İddiaçı fevral üzrə X6 icrasına dair hesabatı təqdim etmədiyi üçün onatəyin edilmiş işsizlikdən sığorta ödənişi xx.xx.2025-ci il tarixdən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respubliasının Qanununun 18.0.4-cü maddəsinə əsasən dayandırılmışdır. Bildirilir ki, xəstəlik barədə təqdim edilən ambulator kitabçadan çıxarış sənədinə əsasən İddiaçı ev şəraitində müalicə aldığı məlum olmuşdur. Bu hal iddiaçının X6 icrasına dair hesabatı təqdim etmədiyinizdə üzrlü hal kimi qəbul edilmədiyindən təyin edilmiş sığorta ödənişinin davam etdirilməsi qanunamüvafiq hesab edilməmişdir.
27. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 17.7-ci maddəsinə əsasən sığorta ödənişini alan şəxs, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanına X6 icrası barədə hesabatı elektron formada təqdim etməlidir. Hesabat təqdim olunan zaman sığorta ödənişini alan şəxsə, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxsə müvafiq icra hakimiyyəti orqanı tərəfindən münasib iş, peşə hazırlığı, əlavə təhsil, eləcə də haqqı ödənilən ictimai işlərlə bağlı təkliflər təqdim oluna bilər.
28. Həmin Qanunun 18.0.4-cü maddəsinə əsasən sığorta ödənişini alan şəxs üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə X6 icrası barədə hesabat təqdim etmədikdə sığorta ödənişinin verilməsi dayandırılır.
29. Qanunvericiliyin tələbindən göründüyü kimi sığorta ödənişini alan şəxs üzrlü səbəblər olmadan Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə X6 icrası barədə hesabat təqdim etmədikdə sığorta ödənişinin verilməsi dayandırılır. Qeyd olunan normada şəxsin özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi üzrlü səbəblər kimi göstərilmişdir.
30. Cavabdeh inzibati orqan iddiaçının ev şəraitində müalicə almasını və həmin müddət ərzində X6 icrasına dair hesabatı təqdim edə bilməsinin mümkün olmasını əsas gətirərək Qanunun 18.0.4-cü maddəsinə əsasən sığorta ödənişinin verilməsini dayandırmışdır.
31. Məhkəmə qeyd edir ki, qanunvericilikdə şəxsin özünün xəstəliyi üzrlü səbəb kimi nəzərə alınarkən xəstəliyinin müalicəsinin ev şəraitində və ya digər formada (stasionar müalicə və s.) həyata keçirilib-keçirilməməsi fərqləndirilməmişdir. Eyni zamanda göstərilən normada şəxsin özünün xəstəliyi ilə yanaşı yaxın qohumunun xəstəliyi də üzrlü hal kimi nəzərə alınmışdır. Yəni qeyd olunan hallar üzrlü hal kimi nəzərə alınarkən şəxsin fiziki olaraq X6 icrasına dair hesabatı təqdim edə bilib-bilməməsinin mümkünlüyü də fərqləndirilmədən onun xəstə olması üzrlü səbəb hesab edilmişdir.
32. Lakin cavabdeh inzibati orqan qanunvericiliyin tələbllərinə zidd olaraq iddiaçı tərəfindən təqdim edilmiş ambulator kitabçadan çıxarışı nəzərə almamış və ona işsizlikdən sığorta ödənişinin verilməsini dayandırmışdır.
33. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş və həmin qərar qanunvericiliyin tələblərinə zidd olmuşdur.
34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında 19 mart 2025-ci il tarixli, 3-17-2/3-1-7116/2025 nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilməli, iddiaçının işsizlikdən sığorta ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında 19 mart 2025-ci il tarixli, 3-17-2/3-1-7116/2025 nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı işsizlikdən sığorta ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli