Məhkəmə qərarları › İş №2-1(118)-5893/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5893/2025

07.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5893/2025 07.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanaraq artırılması) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq artırılması” tələbinə dair iddiası üzrə inzibati işə 07 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Əraäk və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının hərəkətlərini qanunsuz hesab edərək onun xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixə kimi Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında əmək fəaliyyətinin nəzərə alınaraq təyin edilmiş pensiyanın (əmək haqqının 4 misli) yenidən hesablanaraq artırılması öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə anadan olmuş,bir sıra müəssisələrdə işləmiş, işlədiyi Evtikmə Kombinatından göndəriş əsasında xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixə kimi 1986-cı ildə baş vermiş Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması ilə bağlı iddiaçı bir qrup şəxslə birlikdə həmin zonaya ezam olunmuş və şüalanmaya məruz qalmışdır. 2-ci dərəcəli Çernobıl əlilidir. İddiaçı həmin müddətdə bu zonada olmaqla işləmiş və əmək haqqı almışdır. İddiaçıya xx.xx.1992-ci ildə əlilliyə görə əmək pensiyası təyin edilmiş, pensiyanın yenidən hesablanması aparılmış və hazırda 456 manat pensiya alır. İddiaçı pensiyaya çıxanda Ukraynada işləməyi nəzərə alınmamış, nəticədə onun kimi şüalanmaya məruz qalanlar və hətta ondan sonra bu ərazidə olan şəxslərdən 2-5 dəfə az pensiya alır, aldığım pensiya maddi ehtiyaclarını ödəmir. İddiaçının aldığı bu pensiya nəinki dava-dərmana, heç yeməyə belə çatmır, ağır və acınacaqlı bir vəziyyətdə yaşayır. İddiaçı bu səbəbdən də, ona təyin olunmuş pensiyanın yenidən hesablanaraq artırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçının pensiyası hesablanarkən Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirak zamanı aldığı əmək haqqı məbləği barədə məlumat olmadığı üçün pensiyanın əmək haqqının 4 misli məbləğində hesablanması aparılmamışdır. Halbuki cavabdeh orqanda iddiaçının həmin dövrdə aldığı əmək haqqı barədə arayış da olmuş və Dost Mərkəzdən həmin arayışın surətini almaqla iddia ərizəsinə əlavə etmişdir. İddiaçı cavabdehin imtinası ilə razı deyil. Belə ki, onun 1988-ci ildə Çernobıl AES-da baş vermiş qəzanın aradan qaldırılmasında iştirakı məsələnin mübahisəsiz halıdır, lakin həmin vaxt əmək haqqı barədə arayış verilsə də, cavabdeh həmin arayışı tanımaq istəmir.

3. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.1992-ci il tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən həmin tarixdən İİ dərəcə əlilliyə görə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 80-ci, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə uyğun olaraq isə əmək pensiyasının ödənişi davam etdirilir. Həmçinin iddiaçının pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək hesablanmış əməkhaqqı əsasında onun əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 314.53 manat (22.04 2025-ci il tarixli müraciətinizdən 3 il əvvəl) müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyansının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 379.88 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), 01 01.2024-cü il tarixindən 422.42 manata. xx.xx.2025-ci il tarixindən 456.64 manata çatdırılmışdır. Ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış fərq məbləği isə aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilir. İddiaçı E. Şirinovun əlilliyə görə pensiya işi qovluğunda onun Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar işləməsi və 4 qat əməkhaqqı almaq hüququnun yaranmasına əsas verən hallar barədə hər hansı məlumat aşkarlanmamışdır. Bu səbəbdən də onun əmək pensiyasının aldığı əməkhaqqının 4 misli məbləğində yenidən hesablanması mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçının ilkin pensiyası “X1 haqqında” AR Qanununun 83-cü maddəsində qeyd olunanlara əsasən, iddiaçının əlilliyinin baş verdikdən əvvəlki 12 aylıq əməkhaqqısı ilə hesablanmışdır (Bu barədə iddiaçıya məlumat verilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 dekabr tarixli 577 nömrəli qərarına əsasən əməkhaqqının dördqat məbləğində mükafat ödənilir və əməkhaqqından pensiya hesablanması qaydası “X1 haqqında Qanun”un 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əməkhaqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əməkhaqqının müasirləşdirilməsinə yol verilmir, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 nömrəli qərarına əsasən orta aylıq əməkhaqqının müasirləşdirilməsi mümkün deyildir. Pensiya təyinatından sonra Sumqayıt İcarə Evtikmə Kombinatında işlədiyi üçün ÇAES-da qəza baş verdikdən sonra Slavutiç şəhərinin tikintisində Azərbaycan Respublikası tərəfindən göndərilən briqadanın tərkibində olub 1992-ci ilin iyul ayına qədər işlədiyinə görə iddiaçıya müraciəti əsasına 6036 manat məbləğində dördqat əməkhaqqı ödənilmişdir, lakin bu məbləğ əsas iş yerində saxlanılan əməkhaqları ilə cəmlənərək pensiyanın yenidən hesablanması üçün əsas ola bilməz. Belə ki, vətəndaşların pensiyalarının hesablanması qaydası “X1 haqqında” Azərbaycan Respublkası Qanununun 80-83-cü maddələrində nəzərdə tutulmuşdur. Göstərilən vətəndaşlar kateqoriyasına daxil olan şəxslərə təyin olunan pensiyanın hesablanması zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:  “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən həmin kateqoriyadan olan şəxslərə pensiyalar səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əməkhaqqından  minimum əməkhaqqının beşqat məbləğindən  Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əməkhaqqından hesablanır. Göründüyü kimi, qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın yuxarıda qeyd edilən üç fərqli qaydada hesablanması imkanı, pensiya təyini istəyən şəxsin müraciətinə bağlıdır və qeyd edilən üç əsasdan ancaq birinin seçilməsi ilə məhdudlaşır. Yəni əlillik baş verəndən əvvəlki 12 ayın əməkhaqqı ilə maaşın dördqat məbləğinin birlikdə cəmlənərək hesablanmasına mövcud qanunvericiliiyə görə yol verilmir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etdiyi xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Çernobil AES-də baş vermiş qəzanın aradan qaldırılmasındakl əmək fəaliyyəti zamanı aldığı əməkhaqqısının nəzərə alınmasını xahiş etmişdir. Lakin bir daha bildirmək istərdik ki, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək hesablanmış əməkhaqqı əsasında iddiaçı E. Şirinovun əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 314,53 manat (xx.xx.2025-ci il tarixli müraciətinizdən 3 il əvvəl) müəyyən edilmişdir Yəni həmin dövrdə alınan əməkhaqqının orta aylıq əməkhaqqına əlavə edilərək dörd qat məbləğində hesablanması və pensiyaya təkrarən əlavə olunması mümkün deyildir.

4. Daha sonra, cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala müraciət edərək əmək pensiyasının əmək haqqının 4 qatı məbləğində əlavə olaraq yenidən hesablanmasını və artırılmasını xahiş etmişdir. Cavabdehin 07 may 2025-ci il tarixli 3-17-1/2-Ş-105304/2025 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. İddiaçıya xx.xx.1992-ci il tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən həmin tarixdən İİ dərəcə əlilliyə görə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əmək pensiyası təyin edilmişdir. xx.xx.2006cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanununun 24cü və 80-ci, 01.01,2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq isə əmək pensiyasının ödənişi davam etdirilir. Nəzərinizə çatdırırıq ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X1” haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq xx.xx.1992-ci il tarixindən orta aylıq əmək haqqı əsasında əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi 1988-ci il üzrə əməkhaqqı barədə arayışda qeyd olunan orta aylıq əməkhaqqı nəzərə alınmaqla əmək pensiyasının məbləği xx.xx.2025-ci il tarixinə 456,64 manat təşkil edir və pensiyasınln hesablama qaydası aşağıdakı kimidir: Qanunun 72-ci maddəsinə əsasən, iş stajı bir təqvim ayından az olduqda iş dövrü ərzindəki əmək haqqı iş günlərinin sayına bölünür. Alınan məbləğ ayın iş günlərinin illik orta sayına (iş həftəsi 6 günlükdürsə 25,4-ə və iş həftəsi 5 günlükdürsə 21,2-ə) vurulur.  839,77 (1988-ci il üzrə qazanılmış əmək haqqı):25 (1988-ci il üzrə iş günlərinin sayı)=33,59  33,59 x 25,4 (iş günlərinin illik orta sayı)=853,206  853,206 x 730,90 (müasirləşdirilmə əmsalı)=623608,49  623608,49 x 0,68 (rublun konvertasiyası)=424053,78 AZM Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” xx.xx.2005-ci il tarixli 189 nömrəli Fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilmiş yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.  424053,78 AZM:5000=84,81 manat Qanunun 78-ci maddəsinə əsasən, pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əməkhaqqı nəzərə alınır. Adıçəkilən şəxsin 84,81 manat orta aylıq əməkhaqqı qanunla tələb olunan orta aylıq əmək haqqının üçqat məbləğindən (51 manat - xx.xx.2006-cı il tarixdə orta aylıq əmək haqqının məbləği 85.000 AZM müəyyən edildiyindən həmin dövr üzrə orta aylıq əmək haqqının 3 misli 255.000 AZM təşkil etmişdir (cari məzənnə: 255.000:5.000=51 manat)) çox olduğu üçün həmin tarixdən vətəndaşın əmək pensiyası 27,05 manat məbləğində hesablanmışdır. Qanunun 81-ci maddəsinə əsasən Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. Həkim-əmək Ekspert Komissiyasının 083376 nömrəli xx.xx.1992-ci il tarixli müayinə aktından çıxarışa əsasən iddiaçının orqanizmi funksiyalarının 80 faiz pozulduğu müəyyən edilmişdir. 84,81- 51=33,81 manat 33,81 manat x 80%(orqanizmi funksiyalarının pozulması faizi)=27,05 manat Qeyd olunanları nəzərə alaraq əmək pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2006-25 (baza hissə)+27,05=52,05 xx.xx.2007-40 (baza hissə) + (27,05+27,05x8,3%)=69,29 xx.xx.2008-60 (baza hissə) + 61,25 (sığorta hissə)=121,25 (xx.xx.2008-ci il tarixindən əmək haqqına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə əlaqədar vətəndaşın pensiyası yenidən hesablanmış, sığorta hissə 84,81 manat orta aylıq əmək haqqına əsasən 61,25 manat təşkil etmişdir (84,81 manat-51 manat (51 manat - əmək haqqına qoyulan 255000AZM məhdudiyyət)=33,81; 33,81x80%=27,05; 27,05 manat+34,20 manat( əmək haqqına qoyulan 51 manat məhdudiyyətə əsasən hesablanan pensiyanın 27,06 manat sığorta hissəsinin xx.xx.2008-ci il tarixinə indeksləşdirilmiş məbləği)=61,25) xx.xx.2009-75 (baza hissə)+(61,25+61,25x20,8%)=148,99 01.01.2010-75 (baza hissə)+(73,99+73,99x1,5%)=150,09 01.01.2011-85(baza hissə)+(75,09+75,09x5,7%)=164,38 01.01.2012-85 (baza hissə)+(79,38+79,38x7,9%)=170,65 01.01.2013-85 (baza hissə)+(85,65+85,65x1,1%)=171,59 01.01.2014-100 (baza hissə)+(86,59+86,59x2,4%)=188,67 01.01.2015-100 (baza hissə)+(88,67+88,67x1,4%)=189,91 xx.xx.2016-100 (baza hissə)+(89,91+89l91x4)0%)=193,50 01.01.2017-110(baza hissə)+(93,50+93,50x12,4%)=215,10 xx.xx.2018-215,10+215,10x5,7%=227,36 xx.xx.2019-227,36+227,36x3%=234,18 xx.xx.2020-234,18+234,18x16,6%=273,06 xx.xx.2021-273,06+273,06x11,4%=304,19 xx.xx.2022-304,19+304,19x3,4%=314,53 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 314,53+(200/12)=331,19 manat xx.xx.2023-331,19+331,19x14,7%=379,88 xx.xx.2024-379,88+379,88x11,2%=422,42 xx.xx.2025 - 422,42+422,42x8,1 %=456,64 Əlavə olaraq bildiririk ki, hazırki qanunvericilikdə əmək pensiyasının əmək haqqı əsasında yenidən hesablanması nəzərdə tutulmadığından İddiaçı əlilliyə görə əmək pensiyasının Sumqayıt Evtikmə Kombinatı tərəfindən verilmiş arayış əsasında yenidən hesablanması mümkün olmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq, mövcud qanunvericliyə əsasən İddiaçı əlilliyə görə əmək pensiyasının əməkhaqqının 4 qat məbləğdə yenidən hesablanması mümkün deyildir.

5. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi pensiyanın yenidən hesablanaraq artırılması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Tətbiq edilən hüquq

12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.

16. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.

17. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanunun: 80-ci maddəsinə əsasən, iş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq, Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. 81-ci maddəsinə əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Bu Qanunun 80-ci maddəsində göstərilmiş şəxslərin arzusu ilə onların pensiyası müraciətləri əsasındamüvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş respublika üzrə orta aylıq əmək haqqının bir mislindənhesablana bilər.

IV. Məhkəmənin mövqeyi

18. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

19. Belə ki, qanunvericilikdə Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara pensiya təyinatı zamanı pensiyanın hesablanması müvafiq olaraq pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanması nəzərdə tutulmuşdur.

20. Qeyd olunan kateqoriya şəxslərin müraciəti zamanı pensiya üç fərqli qaydada hesablana bilər: 1. Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğinə əsasən, Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqına əsasən və minimum əmək haqqının beşqat məbləğinə əsasən. Qanunvericilikdə qeyd olunan hesablama aparılması imkanı nəzərdə tutulmuşdur.

21. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində İddiaçıya xx.xx.1992-ci il tarixində qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən həmin tarixdən İİ dərəcə əlilliyə görə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əmək pensiyası təyin edildiyi, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında' Azərbaycan Respublikası Qanununun 24-cü və 80-ci, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə uyğun olaraq isə əmək pensiyasının ödənişi davam etdirildiyi, həmçinin iddiaçının pensiya işi qovluğunda olan sənədlərin surətlərinə əsasən Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək hesablanmış əməkhaqqı əsasında onun əlilliyə görə əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 314,53 manat (22.04 2025-ci il tarixli müraciətinizdən 3 il əvvəl) müəyyən edildiyi, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyansının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 379,88 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri də nəzərə alınmaqla), xx.xx.2024-cü il tarixindən 422,42 manata. xx.xx.2025-ci il tarixindən 456,64 manata çatdırıldığı qeyd etmişdir. Ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) hesablanmış fərq məbləği isə aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilir.

22. Göründüyü kimi, iddiaçıya Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq, orta aylıq əməkhaqqı əsasında əmək pensiyası təyin edilmiş və əmək pensiyasının əmək haqqının 4 misli məbləğində hesablanması barədə iddiaçı tərəfindən hesablamanın aparılması üçün tələb olunan sübutlar cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilməmiş, həmin sübutlar iddiaçının pensiya işində olan sənədlərdə də öz əksini tapmamışdır.

23. Məhkəmə qeyd edir ki, əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sübutlar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

24. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının iddia tələbində qeyd olunan pensiyanın yenidən hesablanaraq artırılması tələbi əsaslı sayıla bilməz.

25. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq artırılması” tələbinə dair iddiası təmin edilməməlidir.

26. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

27. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar