Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5896/2023 04.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “46 il ərzində vergiləri və bütün növ ödənişləri ödədiyi və faktik mülkiyyətçi hüququ ilə 46 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyi 0.0579 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində 1992-ci il tarixdən Qusar RİHB-sı tərəfindən təsdiq olunmuş layihə əsasında tikdirdiyi və uzun illərdən ailə üzvləri ilə birlikdə yaşadığı 194.2 kv.m sahəsi olan fərdi yaşayış evinə, evin altındakı və ətrafındakı 0.0579 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X7 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz çıxarışın ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, vətəndaş X9 ilə xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.1976-cı ıl tarixdə Arzu adlı qızı doğulmuşdur. Birgə nikah dövründə, xx.xx.1977-ci il tarixdə ailəsi üçün X8 məxsus, ünvan 1 ünvanda yerləşən istifadədə olan 600 m2 torpaq sahəsində bir otaqlı, 18,2 m2-dən ibarət evi 2000 (iki min) manata razılaşaraq, 1000 (bir min) manatını nəğd ödəməklə, 1000 (bir min) matatını sonradan ödəyəcəyinə razılaşaraq keçmiş həyat yoldaşı X5 adına alqı-satqı edərək almışdırlar. Lakin evin pulunu tam ödəyə bilmədiklərinə görə onlara ünvan 2 ünvana köçməyə izazə verilməmişdir, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda kirayədə yaşamışdırlar. 1977-ci il tarixdə keçmiş həyat yoldaşı X9 nisyə aldıqları evə olan borcunu ödəmək məqsədilə Rusiya Federasiyasına pul qazanmaq məqsədilə getmiş, iddiaçı körpə uşağı ilə kirayədə yaşamışdır. 01 aprel 1979-cu il tarixdə o, keçmiş həyat yoldaşı X5 gəlmədiyini görərək xərc-borc edərək evə qalıq 1000 (bir min) manat borcu ödəyərək qızı Arzu ilə keçmiş həyat yoldaşının adına aldığı 18,2 kv.m ibarət bir otaqlı evə köçmüşdür. Keçmiş həyat yoldaşı X2 Federasiyasından pulsuz qayıtmışdır. 03 aprel 1979-cu il tarixdə birgə nikahı keçmiş həyat yoldaşı X5 təklifi ilə pozulmuşdur. Birgə nikah dövründə əldə etdiyi ev 18,2 kv.m olduğundan X9 əmlak tələbi ilə bağlı iddia qaldırmamışdır, həmin evdə birgə nikahdan olan qızı ilə birgə yaşamağına razılıq vermiş və X9 2-ci dəfə evləndiyi qadınla yaşamışdır. Evə köçdükdən 1 ay sonra keçmiş həyat yoldaşı X9 övladı ilə birgə yaşadığı fərdi yaşayış evinə icazəsi olmadan evin qıfılını qırmış, evə aid əşyaların hamısını və evin sənədlərini özü ilə aparmışdır. Evə aid sənədlərin itməsi barədə “Qusar" ictimai-siyasi qəzetin 30.11,2001-ci il tarixli, 39-40 (6885) nömrəli buraxılışında elan verilmişdir. Mülki işin materiallarından da görünür ki, keçmiş həyat yoldaşı X9 ilə ailə nikahı pozulduqdan sonra cavabdeh X9 tərəfindən əmlak bölgüsünə dair iddia qaldırılmamışdır, qarşılıqlı razılığa əsasən qeyd olunan ünvanda iddiaçının və birgə nikahdan doğulan X6 yaşamasına və həmin ünvandakı istifadədə olan torpaq sahəsinə, mənzilə sahiblik etmələrinə razılıq əldə olunmuşdur. İddiaçı, qızı Arzu ilə sahəsi 18,2 kv.m olan evdə yaşamışdır. İddiaçı, 1992-ci il tarixdə yaşadığı evin uçub-dağıldığını və darısqal olduğunu, sahəsinin balaca olduğunu görərək evin sökülərək yerində təqdim etdiyi layihə əsasında başqa yeni evin tikintisinə icazə verilməsi barədə Qusar Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişdir. xx.xx.1992-ci il tarixli Sərəncamla təsdiq olunmuş layihə əsasında yeni ev tikintisinə icazə verilməsi barədə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Sərəncam imzalamışdır. Həmin tarixdən iddiaçı, sahəsi 18,2 kv.m olan, birgə nikah dövründə aldığı evi sökdürmüş, həmin evin yerində yeni özüllə sahəsi 194,2 kv.m olan fərdi yaşayış evini tikdirmiş və birgə nikahdan doğulan qızı Arzu ilə yaşamışdır. Layihənin təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə olunmuşdur. Qeyd edilən evə, evin altındakı və ətrafındakı 600 kv.m torpaq sahəsinə görə vergiləri 1977-ci il tarixdən İddiaçı Şıxseyid qızı ödəyir (aktın notarial təsdiqi i surəti və Bələdiyyə tərəfindən verilən Arayış ərizəyə əlavə olunur) Evin tikintisinə çəkilən xərclər və yerli vergilərin ödənilməsi şəxsi büdcəsi hesabına həyata keçirilmişdir. Göstərildiyi kimi evin alqı-satqısına birgə nikah dövründə birgə qazancından 1000 (bir min) manat ödənilsə də, nikah pozulduqdan sonra evin ödənişinə qalıq 1000 (bir min) manat borc pul vəsaitini iddiaçı öz şəxsi maliyyəsi hesabına ödəmişdir. Dövlət Sığorta idarəsinin Arayışından və notarial tərtib edilmiş Aktdan da görünür ki, evə aid sığorta, vergi və digər ödənişləri iddiaçı ödəmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhəri üzrə nümayəndəsinin 22.01,2002-ci il tarixli, 657 saylı Arayışından və qonşuların notarial təsdiq olunmuş Aktından da görünür ki, cavabdeh X3 rayonu, Məlikov küçəsi, ev 30 (əvvəlki ünvan 26) ünvanda yaşamamışdır və həmin ünvana heç bir pul vəsaiti ödəməmişdir. Bütün sənədlərdən də görünür ki, 1977-cu il tarixdən etibarən qeyd olunan ünvandakı torpaq sahəsinə və torpaq sahəsində inşa olunan fərdi yaşayış evinə sahibliyi iddiaçı etmişdir və hazırda da edir. Fərdi yaşayış evinin layihəsi 1992-ci il tarixdən onun müraciətinə əsasən Qusar Rayon İcra Hakimiyyətinin memarlığı tərəfindən təsdiq etdiyi layihə əsasında yalnız iddiaçının maliyyəsi ilə tikilmişdir, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X7 verilmiş saxta, qanunsuz və əsassız xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsinə səbəb olmuş fərdi yaşayış evinin tikintisindən Həsənov Mirzəbalanın xəbəri olmamışdır. Qusar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(029)-624/2016 saylı Qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı Şıxseyid qızına qarşı birgə nikah dövründə 17 mart 1977-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alınmış 0,06 ha həyətyanı torpaq sahəsində onun payının 0,03 ha həcmində müəyyən edilməklə ayrılmasına dair iddiası rədd edilmişdir (qətnamənin surəti ərizəyə əlavə olunur). Məhkəmə iclasında dinlənilən izahatlar və araşdırılan sənədlərlə müəyyən olundu ki, tərəflər 07 noyabr 1973cü il tarixdə nikahı rəsmi qaydada qeyd etdirərək evlənmiş və 03 aprel 1979-cu il tarixdə aralarındakı nikah pozulmuşdur. Lakin mübahisə edilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerində müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “X13” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağ evlərinin altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmləşdirilir. 2011-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 16 sentyabr tarixli, 576 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin 10.20-ci bəndinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparmaq, habelə müvafiq texniki sənədləri tərtib etmək və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə vermək Komitənin əsas funksiyalarına aid edilmişdir. işin hallarından göründüyü kimi mübahisələndirilən torpaq sahəsinə dair plan və ölçü sənədi əvvəlki sənədlərdə mövcud olsa da, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə bu haqda heç bir məlumat verilməmişdir və qeyd edilən torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında 17 mart 1977-ci il tarixdən mənim sahibliyimdə və qanuni istifadəmdə olmuşdur, bu barədə alqı-satqı haqqında müqavilənin surəti iddia ərizəsinə əlavə olunur. Həmin sənədin mövcudluğu İddiaçı Şıxseyid qızına həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində Qusar RİHB-nın Sərəncamı əsasında inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına imkan yaradır. Belə ki, mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı Şıxseyid qızının istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. X13” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. İş materiallarından göründüyü kimi əvvəlki yaşayış evi köhnəlib yararsız hala düşdüyündən Qusar Rayon İcra Hakimiyyəti Başçısının razılığı ilə Qusar RİHB-sı nümayəndəsinin xx.xx.1992-ci il tarixli Sərəncamı əsasında sökülmüş və Qusar RİH- ti tərəfindən təsdiq olunan layihə əsasında İddiaçı Şıxseyid qızı tərəfindən yeni yaşayış evi inşa edilmişdir. Daha öncə istinad olunan maddi hüquq normaları qeyd olunan torpaq sahələrini əvəzsiz olaraq o şəxslərin mülkiyyətinə verməyi nəzərdə tutur ki, həmin torpaq sahəsi həmin şəxslərin qanuni istifadəsində olan fərdi yaşayış evlərinin altında yerləşsin və qanuni istifadəsində olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri- yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. İddiaçı 1977-ci il tarixdən etibarən xx.xx.1977-ci il tarixli “Ev alqı-satqı haqqında müqavilənamə”yə əsasən 46 ildir ki, faktiki yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə və evin altında yerləşən 600 kv.m torpaq sahəsinə faktiki olaraq sahiblik edir, torpaq sahəsinə və fərdi yaşayış evinə dair torpaq vergisini, əmlak vergisini və digər ödənişləri vaxtlı-vaxtında ödəmişdir və hal-hazırda da ödəyir. xx.xx.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciəti imtina ilə nəticələnmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-1693/2023 saylı məktubunda imtinanın səbəbi kimi Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 96/2021 saylı Qərarı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X7 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli saxta və qanunsuz Çıxarış barədə nə fikir söyləmək olar? Verilən imtina məktubundan aydın olur ki, xx.xx.2023-cü il tarixdə X5 adına Çıxarış mövcud deyildi, əgər Çıxarış mövcud olsa idi, imtinada bu haqda yazılardı. Çıxarışın verilməsi göstərilən tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasında üçüncü şəxs qismində X9 tərəfindən verilmiş kassasiya şikayətinə məhkəmənin icraatında baxılırdı, cavabdeh şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1 (105)-131/2022 nömrəli, 08 aprel 2022-ci il tarixli “plan və ölçü sənədlərinin ləğv edilməsi” Qərarından üçüncü şəxs X5 tələbinə baxılırdı, icraat sona çatmamışdı və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1482/2022 saylı Qərarı qəbul edilmiş və həmin Qərara əsasən X5 qanunsuz və əsassız təqdim etdiyi “plan və ölçü sənədləri” xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 2-1(102)-1482/2022 saylı Qərarı əsasında ləğv edilməsi barədə Qərar qəbul olunmuşdur. Buradan görünür ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən cavabdeh X7 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış saxtadır, qanunsuzdur və əsassızdır. Qeyd edilən Çıxarış əvvəlki tarixlə saxta verilmiş Çıxarışdır, ona görə də qeyd edilən Çıxarış Hörmətli Məhkəmə tərəfindən ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında işin baxılması davam edən bir vaxtda şəxsə qanunsuz sənəd vermə və eyni zamanda iddiaçının müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-1693/2023 saylı məktubunda imtinanın səbəbi kimi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 96/2021 saylı Qərarı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməməsi göstərilməsi sübut edir ki, sənəd saxtadır, əvvəlki tarixə verilmişdir, məhz buna görə də, cavabdeh X9 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi cinayət əməli törətdiklərinə görə verilən saxta Çıxarış ləğv olunmalıdır və verilən saxta arayışa görə ibtidai araşdırma aparılmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdeh X7 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış məhkəmə tərəfindən ləğv olunmalı, cavabdeh X9 və Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin bu işlə məşğul olan şəxsləri cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfə hüquqi yardım edilmiş, izah edilmişdir ki, ilkin olaraq eyni tələblə cavabdeh orqana müraciət etməlidir, bundan sonra isə cavabdehin hərəkət və ya hərəkətsizliyindən məhkəmədə iddia qaldıra bilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçı, X7 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasını istəyir. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. İddiaçının müraciəti fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-5896/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5896/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver