Məhkəmə qərarları › İş №2-1(118)-590/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-590/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-590/2022 04.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı1 (Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, mənzil 39-da yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinə qarşı övladları 02.03.2015-ci il təvəllüdlü X2 və 22.05.2017-ci il təvəllüdlü X1 ”Səxavətli” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİHİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 02.03.2015-ci il təvəllüdlü X2 və 22.05.2017-ci il təvəllüdlü X1 ”Səxavətli” kimi dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçıkar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək övladları 02.03.2015-ci il təvəllüdlü X2 və 22.05.2017-ci il təvəllüdlü X1 ”Səxavətli” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, onların birgə nikahdan 02.03.2015-ci il təvəllüdlü X6 və 22.05.2017-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Onlar həmişə uşaqlarının baba adına uyğun olaraq ”Səxavətli” soyadının daşımalarını arzulamışlar. Bundan başqa İddiaçı1 izah etdi ki, o, “Kişiyev” soyadına görə həmişə qalmaqalda olmuşdur. Belə ki, məktəb illərində və hərbi xidmət dövründə yoldaşları onun soyadına görə sataşmışlar, lağa qoymuşlar. Bu səbəbdən o, dəfələrlə dava etdiyindən və bu soyad ona narahatlıq gətirdiyindən övladlarının da bu problemlə üzləşməsini istəmir. Bununla bağlı o, soyadlarının ”Səxavətli” kimi dəyişdirilməsinə icazə verilməsi ilə bağlı ərizə ilə aidiyyəti üzrə Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinə müraciət etmişlər.Lakin cavabdeh özünün 05/9-2220-76 saylı məktubu ilə xahişlərinin icrasından imtina etmişdir. İddiaçı2 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə İddiaçı2 cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - AZ-İ № 865556 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X4 və İddiaçı1 30.06.2013-cü il tarixdə nikaha daxil olmuşlar. - AZ-İİİ № 547506 seriyalı 13.05.2015-ci il tarixli və AZ-lll N953560 seriyalı 08.06.2017-ci il tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, müvafiq olaraq X6 02.03.2015-ci ildə Sumqayıt şəhərində, X7 isə 22.05.2017-ci il tarixdə Sumqasyıt şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı1 izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinin iddiaçıların tələbinin təmin olunmasından imtinası qanunsuz olmuş və iddiaçıların hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə hesab edir ki, uşaqların «Kişiyev» soyadı daşıması gələcəkdə onlara cəmiyyətdə narahatlıq gətirə bilər. Bu səbəbdən iddiaçıların uşaqları İbrahim və Əsnadın soyadlarının «Kişiyev»dən «Səxavətli» soyadına dəyişdirilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları 02.03.2015-ci il təvəllüdlü X2 və 22.05.2017-ci il təvəllüdlü X1 ”Səxavətli” kimi dəyişdirilməsi öhdəliyi Sumqayıt Regional Cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladları 02.03.2015-ci il təvəllüdlü X2 və 22.05 .2017ci il təvəllüdlü X1 ”Səxavətli” kimi dəyişdirilməsi öhdəliyi Sumqayıt Regional Cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar