Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-590/2025 31.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, T00122731SGM nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və iddiaçıya ikinci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2023-cü il tarixli, T00122731SGM nömrəli göndərişə əsasən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və iddiaçıya ikinci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci il tarixində Azərbaycan Respublikası Füzuli rayonunda anadan olmuşdur. X9, 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qeyd etmək istəyir ki, hərbi xidmətdə aldığı xəstəliklə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, iddiaçıya “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi Zamanı alınmışdır" xəstəlik qərarı verildi. xx.xx.1999-cu ildən xx.xx.2007-cı ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü dərəcə. xx.xx.2007-ci ildən xx.xx.2021 ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə (22 il) iddiaçıya əlillik təyin edildi, lakin qanuna müvafiq oluraq fasiləsiz 10 ildən çox əlil olmağına baxmayaraq cavabdeh tərəfindən sosial və əlil hüquqları kobud şəkildə pozularaq iddiaçıya müddətsiz əlillik təyin edilməmişdir. Əlillik müddəti bitəndən sonra bir neçə dəfə tibb müəssiəsinın göndərişi cavabdehə göndərilib, sonuncu dəfə xx.xx.2023-cü ildə iddiaçı tibb müəssiəsinin göndərişi əsasında növbəti dəfə təkrar səhətində olan ağır xəstəliklərlə bağlı müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərildi, lakin cavabdeh iddiaçıya müddətsiz əlillik təyin etmək əvəzinə xx.xx.2023-cü ildə əlillik təyinatından imtina etməsi haqqında məlumatları olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin iddiaçıya əlillik təyinatından imtina etməsini əsassız və qanunsuz hesab edir, belə ki, iddiaçı 22 ildən çox müharibə əlillidir və müharibədə yaranmış səbəbdən ağır xəstədir, bu səbəbdəndə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə əlillik təyinatından imtina etməsi ləğv edilməli və 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0325003AAJEW nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0325003AALYQ nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********4). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir . Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 470 nömrəli Qərar verilmişdir. Həmin qərarda “So/ budun orta 1/3 hissəsinin ön səthinin kor qüllə yarası. Sol budun orta 1/3-nin odlu silahla kor qüllə yaralanmasının nəticələri. Qanqrenə nəticəsində İİ barmağın amputasiyası əməliyyatından sonrakı sol ayağın İİ barmaqarası nahiyəsinin sağalmayan yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Xroniki obstruktiv bronxitin kəskinləşməsi. Asmatik status” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edirlər ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşaqı ətrafda hərəkət məhdudluqundan şikayət etmişdir. Müayinə zamanı sol baldır nahiyəsində köhnə, kiçik yumşaq toxuma çapığı və sol ayaqda 2-ci barmağın amputasiyasından sonrakı vəziyyət izlənilmişdir. Nevroloji defisit izlənilməmiş, əzələ gücü və tonus dəyişiksiz, reflekslər canlı və bərabər çaqrılmış, hərəkətlər tam həcmdə olmuş, atrofiya, iflic, parez aşkar edilməmişdir. Hal-hazırda heç bir medikamentoz preparatlardan istifadə etmədiyini bildirmişdir. Dinamikada ağırlaşmalar müşahidə edilməmişdir” kimi qeyd olunmuşdur. Şikayətlərinə əsasən, ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Aorta kökü cüzi genişlənib (3.7 sm). Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola- diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=65%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=119)” k\m\ müəyyənləşdirilmiş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol aşağı ətrafında hərəkət məhdudluğundan şikayət etmişdir. Baxış zamanı sol baldırın orta 1/3-də çapıq, sol ayağın İİ barmağının amputasiyasından sonrakı vəziyyət izlənmiş, hər iki topuq və ayaqarxası nahiyədə ön və arxa qamış arteriyaları üzərində dolğun nəbz qeyd edilmişdir. Nevroloji müayinə zamanı iflic, parez aşkar edilməmiş, aşağı ətraflarda hərəkət tam həcmdə olmuşdur. Akademik M.A.Topçubaşov adına X5 11,07.2023-cü il tarixli Ambulator kitabçadan çıxarışında diaqnoz “Obleterasiyaedici trombanqit. Sol arxa qamış arteriyasını okkluziyası. Hər iki ön, saq arxa qamış arteriyasının stenozu. Aşağı ətrafların İİİ dər, xroniki işemiyası. Sol ayağın İİ barmağın amputasiyası” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** 4369/2023 nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanması. Sol baldırın orta 1/3-nin kor qüllə yaralanmasından sonrakı vəziyyət. Sol baldırın orta 1/3-nin geniş həcmli dartıcı, bərkimiş, ağrılı kelloid çapıqları. Sol diz oynağının postravmatik artrozu, 170 dərəcə açıcı, 100 dərəcə bükücü kontrakturası. Bel oma osteoxondrozu, artroparozu. L5 fəqərəsinin sakrailiozisi. Sağ tərəfli İİ (ikinci) dərəcəli skolioz (15 dərəcə). Sol pəncənin İİ barmağın daraq- falanqa səviyyəsində ekzoartikulyasiyası, pəncənin valgus deformasiyası. Kökcük ağrı sindromu. Yerişin pozulması" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır.Təqdim etdiyi xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi "Elektroneyromiografiya müayinəsində sol n.peroneus-un hərəki liflərinin stimulyasiyası zamanı geyd olunan M-potensiallarının amplitudu düşükdür. Bu sinir üzrə impulsların ötürülmə sürəti (İÖS) enmişdir. Sol və n.tibialis-in hərəki liflərinin stimulyasiyası zamanı geyd olunan M- potensialın amplitudu və İÖS norma dax i ündədir. Sol n.peroneus superficialis-in hissi liflərinin stimulyasiyası zamanı geyd olunan sinir potensialın amplitudu düşükdür, İÖS enmişdir. Sol n.suralis hissi liflərinin stimulyasiyası zamanı geyd olunan sinir potensialların amplitudu və İÖS norma daxilindədir. Alınan nəticələr xəstədə neyromotor aparatda nevral tipli zədələnmənin olmasına dəlalət edir (sol incik sinirinin neyropatiyası)” kimi qeyd olunmuş, sensor sinir zədələnməsi olduğundan əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surəti; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 470 saylı, 23 may 2016-cı il tarixli qərarı; “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T692/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli rəyi və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digərləri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 18 avqust 2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir. Beləliklə, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxx 1967-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 27 aprel 2016-cı il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən (L4 L5 f/a diskin sol tərəfli yırtığı cərrahi əməliyyatdan s.v.Sol budun orta 1/3 dəlib keçən odlu silah yaralanmasının qalıq əlamətləri. Dəri plastikasından s.v. Yerişin pozulması..)) diaqnozları ilə ikinci dərəcəli əlillik, 5 il müddətinə təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 18 avqust 2023-cü il tarixli qərarı ilə Hüseynov muşviq Sülidin oğluna “Diaqnoz əlillik təyin etmir” qərar qəbul edilmişdir. İddiaçı hal-hazırda cavabdeh orqanın 18 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci qrup əlilliyin təyin edilməsini istəyir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. İddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-cü maddəsinə əsasən, 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İnzibati iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya ilkin olaraq “L4L5 f/a diskin soltərəfli yırtığı cərrahi əməliyyatdan sonra s.v. Sol budun orta 1/3 dəlib keçən odlu silah yaralanmasının qalıq əlamətləri. Dəri plastikasından s.v. Yerişin pozulması (XBT Vİ sinif – Sinir sisteminin xəstəlikləri – G90-G99 Sinir sisteminin digər pozğunluqları, G95-Onurğa beynin digər xəstəliyi, G95.9 Onurğa beynin dəqiqləşdirilməmiş xəstəlikləri...)” diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “diaqnoz əlillik təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Məhkəmə inzibati işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə iş üzrə zəruri sualların ekspert tərəfindən cavablandırılması üçün 2-1(118)- 4622/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardad qəbul etmişdir. Məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 T692/2023 saylı rəyində qeyd edilmişdir ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən adma tərtib edilmiş xx.xx.2023-cü il tarixli TOO 12273İSGM nömrəli göndərişdə qeyd edilmiş “Əsas diaqnoz: W34-Digər və dəqiqləşdirilməmiş odlu silahdan atəş, odlu silah yaralanması; Ağırlaşmalar: R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol diz oynağının kontrakturası (açma- 170dər., bükmə-lOOdər), yerişin pozulması; Y36- Hərbi əməliyyatlar, sol baldırın kor güllə yaralanması; Z89.0- Barmağın (barmaqların) baş barmaq da daxil olmaqla birtərəfli qazanılma olmaması, sol pəncədə İİ barmağın amputasiyası; M 17.1-Digər birincili qonartroz, soı diz oynağının artrozu; R52.2- Digər daimi ağrı, daimi ağrılar; L91.0- Hipertrofık çapıq, sol baldırın güllə yaralanmasından sonrakı 4 ədəd çapıq toxuması” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulsa da, xx.xx.2022-ci il tarixdə DTSERA-da obyektiv vəziyyətinin əyani müayinəsi zamanı sol aşağı ətrafda hərəkət məhdudluğundan şikayətlənmiş, sol baldır nahiyəsində köhnə, kiçik yumşaq toxuma çapığı və sol ayaqda 2ci barmağın amputasiyasmdan sonrakı vəziyyət izlənmiş, nevroloji defısit izlənilməmiş, əzələ gücü və tonus dəyişiksiz, reflekslər canlı və bərabər çağırılmış, hərəkətlər tam həcmdə olmuş, atrofıya, iflic, parez aşkar edilməmiş, hazırda heç bir medikamentoz preparatlardan istifadə etmədiyini bildirmiş, dinamikada ağırlaşmalar müşahidə edilməmiş, exokardioqrafık müayinənin nəticəsi, X5 ambulator kitabçasından çıxarışda və Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan olan arayışdaki diaqnozlar öz təsdiqini tapmamışdır. Vət.İddiaçı 2006-2021-ci illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən (L4, 15 f\a diskin soltərəfli yırtığı cərrahi əməliyyatından sonrakı vəziyyət; sol budun orta l\3-nin dəlib keçən odlu silah yaralanmasının qalıq əlamətləri, dəri plastikasından sonrakı vəziyyət; yerişin pozulması (XBT Vİ Sinif- Sinir sistemi xəstəlikləri- G90-G99- Sinir sisteminin digər pozğunluqları-G95-Onurğa beyninin digər xəstəliyi- G95.9- Onurğa beyninin dəqiqləşdirilməmiş xəstəliyi); xəsəliklərdən “L4, 15 f\a diskin soltərəfli yırtığı cərrahi əməliyyatının yerində çapıq toxuma, sol budun orta l\3-nin dəlib keçən odlu silah yaralanmasının qalıq əlamətləri dəri plastikasından sonrakı vəziyyət aşkar edilsə də, əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilməmişdir. -Şəxsin xx.xx.2022-ci il tarixdə DTSERA-da obyektiv vəziyyətinin əyani müayinəsi zamanı nevroloji defısit izlənilməmiş, əzələ gücü və tonus dəyişiksiz, reflekslər canlı və bərabər çağırılmış, hərəkətlər tam həcmdə olmuş, atrofıya, iflic, parez aşkar edilməmiş, yəni əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Bu isə əlillik təyini zamanı olan fərqdir.” Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci maddəsində tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.2.1-ci bəndinə əsasən hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80- İ80.3, İ83.0-İ83.9) göstərişləri olan hallarda ikinci qrup əlillik təyin edilir. Göründüyü kimi, iddiaçıya müşahidə olunan diaqnoz qeyd olunan əsasnamədə ikinci qrup əlillik təyin edilməsinin əsasları kimi göstərilmişir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Eyni zamanda məhkəmə bildirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarına görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizminin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iş materiallarından müəyyən edil, iddiaçıya ilk dəfə xx.xx.1999-cu il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə 1 il müddətinə əlillik təyin edilmiş, daha sonra xx.xx.2014-cü il tarixdən isə xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edildiyindən iddiaçıya müddətsiz əlillik təyin edilməməsi onun konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona 27 aprel 2016-cı il tarixdən ikinci qrup əlilliyin təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, xx.xx.2023-cü il tarixli, T00122731SGM nömrəli göndərişə əsassən əlillik təyinatına imtina edilməsi barədə qərarın ləğv edilməsi və iddiaçıya ikinci dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, T00122731SGM nömrəli göndərişə əsassən əlillik təyinatına imtina edilməsi barədə qərarı ləğv edilsin. İddiaçı müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva