Məhkəmə qərarları › İş №2-1(118)-591/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-591/2021

15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-591/2021 15.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən məcburi köçkünlər üçün təyin edilmiş, xx.xx.2020-ci il tarixdən qeyri-qanuni bərpa edilməyən vahid aylıq müavinətinin bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ona ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, “Cavabdeh tərəfindən məcburi köçkünlər üçün təyin edilmiş, xx.xx.2020-ci il tarixdən qeyri-qanuni bərpa edilməyən vahid aylıq müavinətinin bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə getdiyi üçün iddiaçıya verilən vahid aylıq müavinət Azərbaycan Respulikasının xx.xx.2016-cı il tarixli 484-VQD nömrəli Qanununun 2.14-cü bəndinin tələblərinə uyğun olaraq dayandırılmışdır. xx.xx.2020-ci ildə müddətli həqiqi hərbi xidməti başa vuraraq qayıtdıqdan sonra iddiaçı vahid aylıq müavinətinin bərpa olunması üçün müvafiq sənədləri Cavabdehnə təqdim etmişdir. xx.xx.2020-ci ildə yerli icra nümayəndiliyindən zəng edərək bildirmişlər ki, “Adınıza mənzil olduğu üçün Qaçqınların və X8 üzrə Dövlət Komitəsi sizin vahid aylıq müavinətinizi bərpa etməkdən imtina etdi”. İddiaçı dərhal bacısı X2 ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilinin kiçik bir hissəsini (11 m2 sahə) iddiaçıya bağışladığını (Daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətini iddiasınaa əlavə etmişdir) təsdiq edən sənədləri Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə təqdim etməyinə baxmayaraq onun aylıq müavinəti bərpa edilməmişdir. Azərbaycan Respublikası Prezindeti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respulikasının xx.xx.2016-cı il tarixli 484-VQD nömrəli Qanununun 2.1-ci bəndinə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə vahid aylıq müavinəti verilmir. Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bacısı X4 verilmiş ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, həmən mənzildən iddiaçıya bağışlanmış kiçik hissə ayrıca yaşayış sahəsi yox, ümumi mülkiyyətdir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. (1391356 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətini iddiama əlavə etmişdir). İddiaçıya bağışlanmış və ümumi mülkiyyətində olan hissənin ayrıca giriş qapısı belə yoxdur. Məcburi köçkünlər üçün təyin edilmiş vahid aylıq müavinətinin bərpa edilməsi məqsədilə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etmişdir. Orada ərizəyə baxılaraq icrası üçün aidiyyəti üzrə xx.xx.2020-ci il tarixli 01/20281 saylı rəsmi məktubla Cavabdehnə göndərilmişdir, Cavabdeh həmin məktubun icrasına səthi yanaşaraq (“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublkasmm Qanununun tələblərinə zidd olaraq 2 ay gecikmə ilə) xx.xx.2020-ci il tarixli 748 saylı imtina məktubunu dəfələrlə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Həmən məktubda iddiaçının vahid aylıq müavinətinin bərpa olunmaması absurd və heç bir qanuna əsaslanmayan, arayış xarakterli səbəb göstərilmişdir. Orada da qeyd edirlər ki, “Azərbaycan Respulikası Nazirlər X3 2.1-ci bəndinə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə vahid aylıq nüavinəti verilmir”. Hansı ki, bacısı X2 ünvan 1 ünvanda yerləşən 4 otaqlı mənzilindən iddiaçıya bağışladığı 11 m2 kiçik bir hissə ayrıca yaşayış sahəsi yox, ümumi paylı mülkiyyət növüdür. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində qeyd edir ki, Vənətli kənd sakini, məcburi köçkün X5 2019-cu ilin iyul ayında hərbi xidmətə getdiyi üçün ona verilən aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş, Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və diğər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.14 bəndinə əsasən (“dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək aylıq müavinət verilmir”) avqust 2019-cu il tarixdən dayandırılmışdır. O, 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuşdur və aylıq müavinətinin bərpa olunması üçün sənədlərini nümayəndəliyə təqdim etmişdir. Onun adı avqust 2020-ci ilin aylıq müavinət hesabatına daxil edilib, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə göndərilsə də, İddiaçı adına mənzil olduğu üçün onun aylıq müavinəti Yeni Qaydaların 2.1 bəndinə əsasən bərpa olunmamışdır. (məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə aylıq müavinət verilmir.) Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi iddiaya etiraz edərək qeyd etmişdir ki, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi olmaqla Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkünlər üçün təyin edilmiş xx.xx.2020-ci il tarixdən bərpa edilməyən vahid aylıq müavinətin bərpa edilməsi və xx.xx.2020-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün ödənilməyən vahid aylıq müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Bildirirlər ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət edərək, vahid aylıq müavinətin bərpa olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Komitənin xx.xx.2020-ci il tarixli 01/20281 nömrəli məktubu ilə iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, müvafiq qaydada baxılması üçün Cavabdehnə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 2.1 -ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Aparılmış araşdırma zamanı, İddiaçı xüsusi mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi olması müəyyən olunmuşdur. İddiaçının sözügedən yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə ona vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1 -ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlamasını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. İddia tələbi üzrə İddiaçı xx.xx.2020-ci il tarixli iddia ərizəsində qeyd etmişdir ki, “Qanunun 2.1-ci bəndinə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə vahid aylıq müavinət verilmir... Dövlət Reyestrindən çıxarışdan görünür ki, həmin mənzildən mənə bağışlanmış kiçik hissə ayrıca yaşayış sahəsi yox, ümumi mülkiyyətdir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndində qeyd olunan ‘ayrıca yaşayış sahəsi" dedikdə, məcburi köçkünlərin müvəqqəti məskunlaşmaları məqsədilə sahiblik və istifadəsinə təqdim edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinə aid edilməyən, məcburi köçkünlərin müstəqil şəkildə əldə etdikləri yaşayış sahələri nəzərdə tutulur. xüsusilə vurğulayırlar ki, Qaydanın 2.1-ci bəndində ayrıca əldə edilmiş yaşayış sahəsinin bir şəxsin fərdi mülkiyyətində və ya bir neçə şəxsin ümumi mülkiyyətində olması halı şərtləndirilməmişdir. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya vahid aylıq müavinət ödənilməməlidir. İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da mahiyəti baxımdan əsaslı deyil. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddia öndəliyin icrasıdır və iddiaçı cavabdeh inzibati orqana müraciət edərək imtina cavabı almışdır.İdianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsası ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh tərəfindən məcburi köçkünlər üçün təyin edilmiş, xx.xx.2020-ci il tarixdən qeyri-qanuni bərpa edilməyən vahid aylıq müavinətinin bərpa edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zəngilan Rayonu Vənətli kənd sakini, məcburi köçkün X5 2019-cu ilin iyul ayında hərbi xidmətə getdiyi üçün ona verilən aylıq müavinət 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş, Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və diğər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.14 bəndinə əsasən (“dövlət təminatında olan məcburi köçkünlərə (həqiqi hərbi xidmətdə olan, məhkəmənin hökmü əsasında azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssələrində cəza çəkən şəxslərə, həmin müddət başa çatanadək aylıq müavinət verilmir”) avqust 2019-cu il tarixdən dayandırılmışdır. O, 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuşdur və aylıq müavinətinin bərpa olunması üçün sənədlərini nümayəndəliyə təqdim etmişdir. Onun adı avqust 2020-ci ilin aylıq müavinət hesabatına daxil edilib, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə göndərilsə də, İddiaçı adına mənzil olduğu üçün onun aylıq müavinəti Yeni Qaydaların 2.1 bəndinə əsasən bərpa olunmamışdır. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 7a saylı mənzilin bir hissəsi (bir otaq) İddiaçı adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, həmin mənzildən ona bağışlanmış kiçik hissə ayrıca yaşayış sahəsi yox, ümumi mülkiyyətdir. Üçüncü şəxs isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndində qeyd olunan ayrıca yaşayış sahəsi dedikdə, məcburi köçkünlərin müvəqqəti məskunlaşmaları məqsədilə sahiblik və istifadəsinə təqdim edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinə aid edilməyən, məcburi köçkünlərin müstəqil şəkildə əldə etdikləri yaşayış sahələri nəzərdə tutulur. Qaydanın 2.1-ci bəndində ayrıca əldə edilmiş yaşayış sahəsinin bir şəxsin fərdi mülkiyyətində və ya bir neçə şəxsin ümumi mülkiyyətində olması halı şərtləndirilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, istinad edilən qaydalarda ayrıca yaşayış sahəsi dedikdə, ayrıca mənzil başa düşülməməlidir. ünvan 3 ünvanında yerləşən 7a saylı mənzilin bir hissəsi (bir otaq) İddiaçı mülkiyyətindədir və iddiaçının həmin yaşayış sahəsindən istifadə edərək orada yaşamaq hüququ vardır. Bu halda isə məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya vahid aylıq müavinət ödənilməməlidir. İddiaçın qeyd edilən Qaydaların 2.1-ci bəndinin tətbiq olunmasını istisna edən halların mövcudluğuda müəyyən olunmadığna görə, iddia əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar